21 Şubat 2017 Salı

Baharın ilk müjdəçisi

   
     
   Bu gün güllü-çiçəkli, barlı-bərəkətli Novruz bayramının 4 müjdəçisindən birincisi Su çərşənbəsi elimizin-obamızın qonağıdır. 
   
   Novruza addım-addım yaxınlaşarkən hər 4 həyat ünsürünün adı ilə bağlı çərşənbələri qeyd etmək qədim adətlərimizdəndir.
   
   Qədim türklər Tanrının insanı məhz çərşənbə axşamı yaratdığına inanırdılar. Onların inancına görə əvvəlcə su götürülüb, su ilə torpaq külək tərəfindən qarışdırılıb, insan şəklinə salınıb, günəşin altında qurudulub, dördüncü çərşənbədə - ilin axır çərşənbəsində isə ona nəfəs verilib. Beləliklə, dünyaya insan gəlib. Odur ki, Su çərşənbəsindən sonra od, yel və torpaq çərşənbələri qeyd olunur. Hər birisinin öz anlamı, öz adət-ənənəsi, mərasimləri var.
   
   Suların isinməyə başladığı su çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər.  Bayram yaxınlaşrkən bütün evlərdə, həyətdə dərindən təmizlik və abadlıq işləri aparıldığını bilirik. Su çərşənbəsində məhz su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür.
          
   Bundan başqa həmin günə məxsus bəzi inanclar və adətlər də var. Məsələn, su çərşənbəsi günü hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar və gələn ilə kimi həyatları su kimi təmiz və şəffaf olur.

   Və təbii ki, bu çərşənbədə digərlərində olduğu kimi hər bir həyətdə tonqal qalanır. Plov, şirniyyatlar hazırlanıb süfrə bəzənir. Süfrənin əsas komponenti isə sürəhidə qoyulmuş şəffaf su olur.

   Bu inanclara bel bağlamaq nə qədər doğrudur mübahisəyə açıq bir bir məsələdir amma, bu çərşənbələrin qanımıza, canımıza bir bayram ab-havası kimi hopduğunu da inkar etmək olmaz. Çərşənbələrlə biz də yavaş-yavaş isinir, gələn bahar bayramının həyəcanını duymağa başlayırıq.
         
        Hər birinizə su kimi əvəzolunmaz və                       əziz olmanız diləyilə...
                Su çərşənbəniz mübarək !!!


19 yorum:

  1. Bahar gelsin artık :)) Kış çok uzun sürdü...

    YanıtlaSil
    Yanıtlar
    1. Gəlsin. İlıq bahar havasını, yaşıllığı, çiçəkləri çox özlədik doğurdan da...

      Sil
  2. Nihayet bahar geliooo :) Ne kadar özledim sıcaklari bir bilsen.İçimiz üşüdü resmen :) güzel bir yazı olmuş canım ellerine sağlık

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm. Ahh eynən. Günəşli günlər gəlsin artıq.

      Sil
  3. Çok severim böyle eski adetleri. Su çarşambası demek, hiç duymamıştım:) Senin de mübarek olsun :)

    YanıtlaSil
    Yanıtlar
    1. Eynən mən də. Əski adətlər bizə dədə-babalarımızın mirasıdır. Təşəkkürlər.

      Sil
  4. Su kimi əziz ol Umman üreyinə sağlık :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ay çox təşəkkür edirəm:) Azəricə yazaraq məni çox sevindirirsiniz♡♡♡♡♡♡♡

      Sil
  5. ay evet ya bu kış bıktırdıııı :)

    YanıtlaSil
    Yanıtlar
    1. :) Türkiyəyə bu il çox qar yağdı. Siz daha çox özlədiniz baharı. Gözəl bir bahar və yaz qismətiniz olsun inşallah.

      Sil
  6. Ne güzel anlatmışsınız,biz Türkler özümüzü kaybetmeden önce ne güzelmişiz.Arap adetlerini kendi adetlerimiz yerine koyup,özümüzü unutturmuşlar bize,Çok beğendim versiğiniz bilgileri.Hamınıza selam edirim.Ay,inşallah doğru yazmışımdır 😀

    YanıtlaSil
    Yanıtlar
    1. Əslində Peyğəmbər Əfəndimiz(s.ə.s) İslam ordusunun başındakılara "Getdiyiniz yerlərdə dinin əksinə olmayan adətlərə toxunmayın" deyə xəbərdarlıq etmişdi. Əski adət-ənənələr bir millətin varlığının sübutudur. Adətlərimizi unutmamalıyıq. Sevgilər.

      Sil
  7. Men de Baharın gelişine cox.sevinirem. bacı.Özellikle de bele bahar havasında bakıdakı Babaocagımızın heyetetinde ailelikce oturub bişirirdiyin adlı şirniyyatlarla çay içmeyi...

    YanıtlaSil
    Yanıtlar
    1. Havalar isinib bacı. Günəşli, ilıq, mis kimi hava var həyətimizdə.Həyətimizin reklamı başa çatdı:)) Hər zaman gözləyirik yolunuzu.Bişirib gətirdiyiniz gözəl şirniyyatlarla :)))

      Sil
  8. Bahar gelsin artık ben de çok istiyorum.Kış aylarını hiç sevmiyorum.
    Sevgiler...

    YanıtlaSil
    Yanıtlar
    1. Gəldi sayılır artıq. İlk addımını atdı su çərşənbəsi ilə :) Gözəl bahar havası bizi gözləyir.

      Sil
  9. Çok güzel bir bahar yazısı olmuş baharı yaşadım 😊. Yaradılış hikayesi Nevruzla bağdaştırılıyor demek bunu bilmiyordum gerçekten. Fotoğraf o kadar güzel ki bayıldım 😊. Çok teşekkür ederim güzel paylaşım için sevgilerimle ❤

    YanıtlaSil
    Yanıtlar
    1. Mən təşəkkür edirəm gözəl yorumunuz üçün. 4 həftə, hər çərşənbə (salı) belə bir yazı ilə qonağınız olacam inşallah.♡♡

      Sil
  10. Sıcak havaları özledim gelsin artık:))

    YanıtlaSil