20 Şubat 2017 Pazartesi

Mövlud Süleymanlı - Səs

          
           
    Nəhayət, bir kitabı bitirə bilməyin sevinciylə qarşınızdayam :)) Mövlud Süleymanlının Üç romanındakı ən sonuncu roman "Səs" haqqında danışacam bu dəfə.
          
   İlk roman "Köç"də Sovet hakimiyyətindən öncəki həyatı və sonda yeni qurulan hökumətin ilkin izlərini görmüş, ikinci "Ceviz qurdu" romanında bu hakimiyyətin altında əzilən, mənəvi çürüntüyə üz tutmuş, milli kimliyini danmağa başlamış millətin yaşadıqlarının şahid olmuşduq.

    "Səs" romanı isə bizə insanları əxlaqi pozuntuya, daxili çirkinliyə sürükləmiş, ictimai xaos və dərəbəylik yaratmış bu hakimiyyətin yaxınlaşdığı sonunu  göstərir.
Və bunu göstərərkən yazıçı yenə özünəməxsus, maraqlı bir üsuldan istifadə edir. Bu dəfə cəmiyyətdə mövcud olan fərqli tipləri 6 mərtəbəli bir binanın sakinlərinin timsalında göstərir. Bu binada hər növ xislətli insanları görürük - Qiymət görməyən ziyalısını, həyatda gördüyü haqsızlıqlarla barışa bilməyən və ətrafındakılar kimi davranmayan "dəlisini", sadəlövh işçisini,  bol-bol qazandığı haram pullarla heç cür xoşbəxt ola bilməyən işbazını, onu bunu şantaj edərək yaşamağı qayə edinmiş "parazitini", cavanlığından yüngül həyat sürməyi seçmiş yaşlanınca bunun əzabına tab gətirə bilməyən qadınını və daha bir çoxlarını... Axırda binada baş verən çat və çökməyə hazırlıq isə belə cəmiyyət üçün labüd olan sonu göstərir.
 
   Hadisələrin paralelində yazıçı tez-tez binadan bir az uzaqlıqda yerləşən heyvanxananı da xatırladır. Buradakı heyvanlar azadlıqdan məhrum edilib qəfəsə salındıqları üçün nə qədər vəhşi olsalar da yazıq və miskin əhvallıdırlar. Qurdlar qəmli-qəmli ulayır, quşlar qıyya çəkir. Yenə azadlığı əlindən almış millətin təsviri canlanır gözlərimiz önündə.
    
   Ümumilikdə əsər ağır gəldi mənə. Yəni hər kəsin səbirlə sonuna qədər oxuyacağı bir roman deyil. Can sıxan, ümidsizlik aşılayan bir ab-havası var.
  
   Romanı oxumağa başlayandan bir sual dolanırdı beynimdə. Niyə məhz "Səs" ? Bu nəyin, kimin səsidir?  Kimə yönəlib?
           
   Oxuduqca anlaşılır - bu Haleyi çirkab dolu dünyadan, tərtəmiz bir aləmə "Gəl heeey" deyə çağıran səsdir, bu Hacının gəncliyində qorxusundan Sovet hökumətinə satdığı atasının hər gün yadına düşüb həyatına zəhər qatan "Maşallah o cür oğul verirəm sizə, aparın hansı şəklə istəyirsiniz sala bilərsiniz. Sizin oğlunuzdu, o sizin qorxunuza böyüyüb. Amma elə bunlar da yıxacaq sizi. Ata-anasını satanların dövləti olmaz" cümləsidir, bu yalnız haram pul qazanmaqla məşğul olan İsrafilin arada bir yadına düşüb ürəyini sıxan uşaq ikən qardaşları ilə birgə Cənubi Azərbaycandan Şimali Azərbaycana yola salarkən atasının onlarla birgə gələn anasına uşaqlarla bağlı dediyi "... Şura hökuməti inqilab beşiyidir,  inqilab ruhunda böyüyəcəklər.  Bizim gücümüz-qüvvəmiz orda bərkiyəcək. Uşaqları oxut, lap hərbi məktəbə qoy,  baxma sən, üç döyüşcü, üç hərbçi az qüvvə deyil..." deyən xatirəsidir, bu  vəzifə quluna çevrilib, kimliyini, mənliyini unutmağa başlamış Kamal Rəhimovun qardaşından başqa qarşısına çıxıb, nöqsanlarını üzünə deyən yeganə gəncin yaxasını cıraraq dediyi "Ruhuma ki, gücünüz çatmayacaq. Qapınızı da belə açacaqlar, baaax!" sözləridir, bu gəncliyindən rahat yaşamaq üçün pis yolu seçib yaşlandıqca yalnızlaşan Məleykənin qulaqlarında bacısı Umbikənin dediyi " Bu boyda günahı daşımaq olmaz,  sənin yerinə mən qorxuram.  Tüklənəcəksən sən,  ardoy kimi tük gətirəcəksən, günah tükü! .." kəlimələridir... Və bir də bu səs heyvanxanada barmaqlıqlar arasına salınmış miskin-miskin ulayan, çığıran, qıyya çəkən heyvanların səsidir.
  
   Ümumiyyətlə, mən bu kitabdan onu anladım ki, Mövlud Süleymanlı yazmağı haqqıyla bacaran bir yazıçıdır. Dildən istifadə, mövzu zənginliyi, obraz rəngarəngliyi onun yaradıcılığı üçün xarakterik əlamətlərdir. Qısacası, bu yazıçının üslubunu bəyəndim.

   Böyük həyəcanla növbəti kitabı gözləyirəm. Bu dəfə daha xəfif bir əsər oxumaq istəyirəm doğrusu.  Siyasi və fəlsəfi mesajlardan uzaq, bir az romantik, bir az yumoristik... Baxaq nə göndəriləcək...         

           Hələlik... Sevgiylə qalın...


16 yorum:

  1. Ben de yoğun ve düşündürücü bir kitaptan sonra hafif ve kendimi iyi hissettiren kitaplara dalıyorum bir müddet :)

    YanıtlaSil
    Yanıtlar
    1. İnşallah yeni gələn kitab istədiyim kimi olar. Yoxsa hepten küsəcəm həyatdan :)

      Sil
  2. Çox ağır gəldi mənə də,amma bir o qədər düşündürücü görünür.
    Sağol Ümman :)

    YanıtlaSil
    Yanıtlar
    1. Hələ sizin nəsil o dövrü yəqin ki, təsəvvür etməkdə belə çətinlik çəkir. Yaxşı ki, müstəqillik illərimizdə doğulmusunuz. Çox sağ ol, Ayselim.

      Sil
  3. nece gözel bir yazı olub üreyine sağlıq Umman :) insallah doğru yazmışımdır :))

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Doğru yazmısınız. Bir də "e"-lər "ə" olsa :) Çox təşəkkür edirəm ♡

      Sil
    2. indi başa düştü :D

      Sil
  4. http://kendinigelistiir.blogspot.com.tr/ bloguma beklerim

    YanıtlaSil
  5. o geçenki yazaaaar di mi :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli odur Deep. Üç romandan ibarət qalın bir kitab idi. Bitirə bildiyim üçün çoox mutluyum :))

      Sil
  6. Umman aslan bey ben bir tez öğrencisiyim de bana detaylı bilgi lazım ses romanından acaba elinizde buna benzer bilgiler var mı.bu üç roman üzerinde tez yazıyorum.

    YanıtlaSil
    Yanıtlar
    1. İlk öncə xoş gəldiniz. Bəy deyil, bir xanımdır Ümman :) Allah yardımcınız olsun. Tezis yazmaq çətin işdir bilirəm.Sadəcə kitab var əlimdə.Kaş ki, başqa bir yardımım toxuna bilsə :(

      Sil
    2. Merhabalar teziniz bitti mi acaba ?

      Sil
    3. Tez?! 🤔 Men sadece oxuduğum eserleri yorumlayıram😊

      Sil
  7. Umman bey ben bu üç roman ile ilgili tez yazıyorumda elinizde daha detaylı bilgi varmı...

    YanıtlaSil