Bugün ikinci ilaxır çərşənbəsi olan od çərşənbəsi təşrif buyurub yurdumuza. Bu çərşənbəyə "Addı çərşənbə", " Üskü çərşənbə" də deyirlər.
Birinci su çərşənbəsində ev-eşiyi, həyət-bacanı suyun köməyilə təmizləyən qədim insanlar od çərşənbəsində ötən ildən qalan köhnəlikləri, dərdləri, xəstəlikləri tonqalda yandıraraq həyatlarında açdıqları tərtəmiz bir səhifə ilə girdiklərinə inanırdılar yeni ilə.
Od çərşənbəsi qədim türklərin günəşə, oda, istiliyə olan ehtiramının bir göstəricisidir, eyni zamanda.
Keçmişdə ulu babalarımız od çərşənbəsi günü sübh tezdən bir dağın, təpənin üstünə və ya yüksək bir yerə çıxar, adətə görə yetkinlik yaşına çatmamış bir oğlan uşağına çaxmaq daşı ilə tonqal qalatdırıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr oxuyarmışlar.
Hər kəs bu böyük tonqaldan götürdüyü odla öz həyətində, evinin, qapısının önündəki balaca tonqalı yandırarmış.
Böyük tonqalın üstündən atlayıb azar-bezarlarını, bəla və dərdlərini odda yandırdıqlarına inanarmışlar.
Tonqal söndükdən sonra qızlar və oğlanlar onun külünü yığaraq kəndin kənarına və ya yola səpər, beləliklə, xəstəliklərdən, bəlalardan qurtulduqlarını düşünərmişlər.
Qədimdə oda olan böyük ehtirama görə evlərdə ocağı sönməyə qoymurdular. Yalnız ailədən biri öldükdə ocağı evdən çıxarıb xüsusi bir yerdə saxlayır, qış vaxtı 5 gündən, yayda isə 1 aydan sonra evə qaytarardılar. Ölüm hadisəsi Novruza yaxın günlərdə baş veribsə həmin evin önündə yandırlan tonqal ailədə saxlanılan yas mərasiminə son qoyurdu.
Od istiliyin rəmzidir. Yazın gəlişi ilə havalar da isinməyə başlayır. Birinci çərşənbədə dağların buzları əriyib, axan sular isinirdisə, ikinci çərşənbədə qəlblərdəki buzlar da əriyir, evlər-ocaqlar isinməyə başlayır.
Od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş buraxılmamalıdır.
Özümüzlə bərabər, qəlblərimizin də isindiyi, yavaş-yavaş bahar coşğusunu bütün duyğularımızla hiss etdiyimiz od çərşənbəniz mübarək olsun sevgili dostlar!
Ocaqlarınız hər zaman isti qalsın!!!
Daha öncə yazdığım su çərşənbəsi haqqında yazını burdan oxuya bilərsiniz.
Daha öncə yazdığım su çərşənbəsi haqqında yazını burdan oxuya bilərsiniz.
Çok üşüdük bu yıl.Gelsin sıcaklar :)
YanıtlaSil:) Yoldadı artıq istilər. Ha gəldi ha gələcək. Oraları bilmirəm amma burda arada baharın ilıq nəfəsi duyulur. Ağaclar tumurcuqlamağa başladı belə.
SilAteşin üstünden neden atlanıldığını da sayenizde öğrenmiş olduk.Bilmiyordum,öylesine eğlence olsun diye atlanıyor sanıyorsum,ne güzel adetlerimiz var aslında ama biz Türkiye'de unutmuşuz bunları.Siz Azerbaycan'da eski Türk geleneklerini çok daha güzel yaşıyor ve yaşatıyorsunuz.Zaman zaman Azeri bacıların mütbek videolerını izleyirem,neçe gözel aşlar öğrenirem.Azeri dilini de öğrenmeye çabalayıram 😀
YanıtlaSil:)) Çox da gözəl edirsiniz. Dilimiz kimi mətbəxlərimiz arasında da çox fərq yoxdur. Biz də türklərdən kısır, börək kimi bir çox ləzzətləri öyrəndik. Yaxşı ki varsınız. Təşəkkürlər♡♡
SilOcaklar hiç sönmesin :)
YanıtlaSilAmin... Təşəkkürlər.
SilEmeğinize sağlık :)
YanıtlaSilÇox sağ olun. Minnətdaram.
SilCox gözel yazmısan bacı.Yene meni uşaqlıq illerime apardin.Taaa 4 yaşım olanda odun üzerinden tullana bilmediyim,atamın meni qucagına alıb odun üstünden kecirtdiyi illere....Özledim o illeri...
YanıtlaSil