24 Mart 2017 Cuma

Təşəkkür postu

                           

Salam əziz dostlar, əziz bloqqerlər!
 
   Ah bu bir neçə gün necə çətin keçdi mənim üçün anlatmaqla bitməz. Tam bayram günü o vurhavurun arasında bir post hazırladım bayramla əlaqədar. Mən bloqqerin mobil variantında yazıram həmişə yazıları. Rəsimləri falan da yükləyib sonra Chromla bloqqer səhifəmi açıb düzənləyib yayımlayıram. Bayram postumu düzənləmək istədiyimdə bir baxdım bütün yazılar yox olub.
Sadəcə rəsimlər və yazıların yerinə nazik xətlər görünür. Yaxınlaşdıranda xətlərin kiçilmiş hərflər olduğunu gördüm. Sonra bloqumu açdım bütün postlar eyni şəkildə. Başqa telefondan baxdım problem yox. Etmədiyim qalmadı düzəlmədi ki, düzəlmədi.  Ən pisi başqa bloqlar da eyni şəkildə görünürdü telefonumda. Yəni izlədiyim bloqları da oxuya bilmirdim.
               
   Nə edim, kimdən yardım istəyim deyə düşünüb durdum. Sonra Google+ dan duyurmaq gəldi ağlıma. Yazdım. Sağ olsun Dağınık anne və Deryada Damla bir iki yol göstərdilər. Yoxladım olmadı. Sonra Sosyal Medya Kafe saytına həm iletişim mesajları qismindən, həm də yorum olaraq yazdım. Sonra səbrim çatmadı instagramdan duyurdum :) Neyləyim bir an öncə problem həll olsun istəyirdim. Bir daha bloquma girib yazı yaza və sevdiyim bloqları oxuya bilməyəcəm deyə çox qorxdum.  Ordan da yenə çox çox sağ olsunlar Deryanın spor günlüğü və Derin ve Sade diqqətlərini əksik etmədilər.
                         
                    
   Həmin gün Sibel xanım ( Sosyal Medya Kafe) instagramdan mənimlə əlaqəyə keçdi. Bir-iki məsləhət verdi. Ona da nə qədər təşəkkür etsəm az.  Yenə telefon əlində olanda insan ora-bura basıb müşkülü həll edə bilir. Belə uzaqdan heç nəyi görmədən problemin həllini tapmağa çalışmağın nə qədər çətin olduğunu başa düşürdüm. Ona görə bir az ümidsizləşirdim də doğrusu. Sonra Sibel xanım telefonumla markası eyni olan Değmesin yağlı boya daha çox yardımcı ola bilər deyərək ona yönləndirdi məni. Nə yaxşı ki, yönləndirib.

   Dünən axşam instagramdan onunla mesajlaşdıq.  Mənə nə etməm lazım olduğunu yazdı. Həm də rəsimlərlə :) Sadəcə Chroma gedib keçmiş qismindən yaddaşı təmizlədim. Vəəə hər şeydən əlimi üzüb, artıq düzəlməz deyə düşündüyüm halda, problem bu qədər asan bir yolla həll oldu. Ona olan minnətdarlıq duyğumu siz düşünün artıq :))

   Mən də belə bir postla mənim problemimlə maraqlanan və diqqət göstərən, problemin həlli üçün zaman ayıran hər bir kəsə çoxlu-çoxlu təşəkkür etmək istədim.  Yaxşı ki, varsınız. Sağ olun var olun. və hər zaman belə yardımsevər qalın :))


23 yorum:

  1. Hiç haberim olmadı,fark etmedim.Arkadaşların yardım etmesine de sevindim :) Geçmiş olsun :)

    YanıtlaSil
    Yanıtlar
    1. Vallah. Bu işlərdən anlayan arkadaşlar da olmasa nə edərdik biz? :) Çox təşəkkür edirəm.♡

      Sil
  2. Sorununuzun çözülmüş olmasına sevindim. Umarım bir daha bu tarz sorunlarla karşılaşmazsınız...

    YanıtlaSil
    Yanıtlar
    1. Ay inşallah. Son vaxtlar bir iki şey oxumuşdum bloqlarda çıxan problemlərlə bağlı. İnşallah məndə də olmaz deyə dua edirdim. Çünki bir şey olsa özümün həll edə bilməyəcəyimi bilirdim. Qorxan gözə çöp düşər- deyə bir atalar sözü var bizdə. Mənimki tam ondan oldu :)

      Sil
  3. Amannnn cok tehlikeliymis bu durum.Bende mobilden kuaniyorum ya aklimda bulunsun.Sanada cok cok gecmis olsun.Kavusmussun yine bloguna cok sevindim 💙🌼😊

    YanıtlaSil
    Yanıtlar
    1. Diqqət et o zaman sən də. İnsanın əli-qolu bağlanır problem olunca. Bloquma qovuşduğum üçün çoox mutluyum :)) Minnətdaram ♡♡♡

      Sil
  4. Çok geçmiş olsun Umman hanım sorununuzun düzelmesine çok sevindim 😊 daha önce birkaç kez böyle sorunlar yaşamış biri olarak sizi çok iyi anlıyorum. Yardımsever arkadaşlar da olmasa ne yapacağız bilmiyorum. Ben de tüm yardımsever ve bilgilerini bizimle paylaşan sevgili blogger arkadaşlarımıza teşekkür ediyorum 😊. Sevgilerimle ❤

    YanıtlaSil
    Yanıtlar
    1. Ay ayy, nələr hiss etdiyimi siz bilərsiniz onda. Vallah məncə də bloqqer dostlarımıza nə qədər təşəkkür etsək az. Yorum üçün çox sağ olun.♡♡♡

      Sil
  5. Allah razı olsun,yardım eden vesile olan herkesten bloğunuza kavuştuğunuza çok sevindim ayrıca ben de❤

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox təşəkkür edirəm. Siz olmasaydınız nə edərdik? Sağ olun, var olun.♡♡♡

      Sil
  6. Blog alemini seviyorum :)

    YanıtlaSil
    Yanıtlar
    1. Mən də, mən də. Hələ bu hadisədən sonra sevgim qatbaqat artdı.Təşəkkür edirəm.

      Sil
  7. Keçmiş olsun.Bir de bele hallar yaşanmaz inşallah. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ay inşallah canım mənim. Kimsə yaşamasın inşallah.

      Sil
  8. oleeeeey oleeey oleeeey bu yazıda adı geçen arkadaşlar bu yazına yorum yapanlar işteee hep tatlılar senin gibiii geçmiş olsuuun :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ ol birdənəmiz. Mən də sənin qəlbinin gözəlliyinə bir daha şahid oldum.Minnətdaram ♡♡♡

      Sil
  9. Keçmiş olsun can :( inşallah bir daha böyle sorun olmaz. Bende telefondan yaptım blogumu hala eksiklerim var ama neler bilmiyorum. Kendi başıma yaptım bende blogu :)

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm Ülviyə xanım.Olmasın bir daha inşallah. Əksiklər hamımızda var. Zamanla düzəltməyə çalışırıq. TTəkrar təşəkkürlər.

      Sil
  10. Merhaba. Çok geçmiş olsun. Blogunuza tekrar kavuşmanıza çok sevindim. Ben yeni keşfettim blogunuzu. İyi ki kavuşmuşsunuz yoksa keşfedemeyecektim sizi:) iyi ki böyle yardım sever güzel insanlar var. Blogunuzu ve instagram hesabınızı izlemeye aldım. Bana da beklerim her zaman. Sevgilerimle.
    http://ikikatmavi.blogspot.com.tr/

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəlmisiniz. Minnətdaram. Mən də sizi tanıdığıma çox məmnun oldum. Bloqunuzu ziyarət edəcəm mütləq. Təşəkkürlər.

      Sil