26 Mart 2018 Pazartesi

Eşq qoxan qadına


Eşq qoxan qadına❤

  Bir qadın tanıdım qəlbi Allah sevgisi ilə dolub daşan. Gözlərinin içi gülən. Bir "yaxşı olacaq" sözü ilə sanki bütün dünyanın axışını dəyişdiyini düşünərsən.

   Baxdığı hər yerdə gözəllik görər. Qəlbindəki sevinci, xoşbəxtliyi hər kəslə bölüşməyə çalışar.



   Bəzən payız fəslinə bənzər. Yağmur qədər saf, təmiz, gözəl, ətrafına hüzur saçan. Eyni zamanda da payız qədər çılğın, dəlisov, anlaşılmaz. Bəli, anlaşılmaz.
   
   Hər kəsin gülən üzünü, şən əhval-ruhiyyəsini gördüyü qadın bəzən danışaraq susar. Qəlbində tufanlanlarla boğuşar amma yenə gülər, yenə ətrafına işıq saçar. O hər an başa düşülməyin, hər kəs kimi yerli-yersiz qayğısının çəkilməsinin arxasınca düşməz. Niyə danışdığının, niyə güldüyünün, bəzən danışaraq susduqlarının sadəcə hiss edilməsini istər.
   
   Nə qədər payıza bənzərliyi olsa da məncə tam bir yaz fəslidir o. Gəlişi ilə bütün təbiəti canlandıran, ətrafa eşq qoxusu yayan yaz kimidir. İnsan ona baxdıqca sevmək, yaşamaq, yaratmaq istəyir. Dünyanın əslində necə gözəl bir məskən oldugunu onu dinləyərək anlayır.
   
   Bir də bu qadının insanlığı, qadınlığı, dostluğu, anlayışı qədər mükəmməl analığı var. O övladlarına vuraraq, döyərək, qışqıraraq anlatmaz işindəki narazılığı.  Sadəcə baxışı ilə, sönük səs tonu ilə qırğınlığını anlatmağa çalışar.
  
    Günün birində sənin üçün ideal qadın nümunəsi kimdir desələr heç düşünmədən adını ilk sıralarda çəkəcəyim çox qadınlardan biridir o.
  
    Bəzi insanlar var onları anlatmağa kəlimələr kifayət etməz. Bax elə tam o qadınlardan biridir haqqında danışmağa çalışdığım qadın❤

                              Qeyd:
 Çox sevdiyim birinin gözündən baxdınız mənə yuxarıdakı yazı ilə. Gözəl görən gözəl düşünür deyiblər. Nə qədər haqlı bir ifadədir. Bir insanın xoş tərəflərini görmək baxılanın deyil baxanın məharətidir məncə. Ən saf duyğularla qələmə alınmış bu yazını yayımlamaqda əsas məqsədim məsuliyyətimi hiss etmək, yazılan gözəlliklərə layiq olmağa çalışmaq.
  Məni təsvir edəcək qədər yaxından tanıyan, lakin mənim dünyasına tam şəkildə nüfuz edə bilmədiyim, sadəcə qəlbinin gözəlliyinə əmin olduğum sirli və müəammalı gözələ (adın belə qaldı, gülüm😊) haqqımdakı xoş düşüncələrinə və gözəl baxışına görə çoox təşəkkür edirəm. Sən hər şeyin ən gözəlinə layiqsən, heç bir şey söyləməsən də ağır bir dövr atlatdığını bilirəm. Əmin ol, bundan sonrakı həyatın çox daha yaşanılır olacaq. Yetər ki, inan və irəllə...❤

4 yorum: