Sayfalar

16 Aralık 2019 Pazartesi

Ethel Lilian Voynich / Ovod



  "Mən xoşbəxt bir kəpənəyəm,
   Yaşasam da, ölsəm də..."

   Əsər haqqında çox eşitmişdim, bizim oxucular tərəfindən sevilərək oxunur və bəyənildiyi üçün də əsərin buraxdığı hisslər yüksək səviyyədə təsvir olunur.

   Bəlkə də buna görədir ki, əsərdən gözləntim həddən çox idi. Oxuyunca başlarda bir az xəyal qırıqlığı yaşadım doğrusu. Heç nə gözlədiyimi özüm də bilmirəm amma dediyim kimi gözümdə çox böyütmüşdüm hər halda. Əlbəttə ki, sonlara doğru daha təsirli və maraqlı gəlməyə başladı. 

   Əsər Artur adlı həssas,məsum, hər kəs tərəfindən sevilən, ibadətlərindən qalmayan bir gəncin bu həyatda ən çox sevdiyi insanlar tərəfindən aldadıldığını öyrənməsi və yenə çox sevdiyi insanın ona deyil, başqalarına inanmağı seçməsi bütün həyatını alt-üst edərək bambaşqa bir insana- insanlara və dinə nifrət edən, hər şeyə laubali yanaşan Ovoda (Mozalan) çevrilməsindən bəhs edir. 

   Artıq Artur ölmüş, yeni bir Ovod doğulmuşdur. Yeni həyatında bu gəncin başına gəlməyən qalmır. Həyat onu o qədər çətin sınaqlara çəkir ki,  yaşamağa davam etməsi belə möcüzə hesab oluna bilər. Bütün bunlar onun sadəcə xarici görünüşünü dəyişmir, qəlbini də sərtləşdirir. 

   Lakin illər sonra yenidən onu tanıya bilməyən sevdikləri ilə qarşılaşınca məlum olur ki, o hər nə qədər başqa insan kimi davranmağa çalışsa da qəlbinin hələ də daşlaşmamış tərəfləri vardır.

   Ovod hökümət əleyhinə yönəlmiş bir təşkilatın ən sadiq üzvlərindəndir. O insanların azadlığı və rifahı üçün öz həyatından vaz keçmişdir, sadəcə bu təşkilat üçün yaşayır. Əsərdə cərəyan edən bütün hadisələr də məhz bu ətrafdadır.

   Doğrusu dinin əleyhinə çıxıb, eyni zamanda bərabərhüquqlu cəmiyyət axtarışında olan Ovodun bu qədər çox sevilməsi məncə sovet dövrünün mirasıdır. Bu cür əsərlərin həmin dövr hakimiyyəti üçün nə qədər əhəmiyyət daşıdığını və buna görə də çox təbliğ olunduğunu bilirik çünkü. 

   Nə isə qayıdaq əsərimizə... İllər sonra əzizləri ilə yenidən qarşılaşınca Ovod anlayır ki, əzabları təktərəfli deyilmiş. Qarşıdakı insanlar da bu ötən illər ərzində həmişə vicdan əzəbı çəkmiş, ruhları izdirablarla boğuşmuşdur. Lakin nədənsə Montanelliyə həqiqəti açsa da sevdiyi qıza - Cemmaya hər şeyi etiraf edib, ona özünü bağışlatmaq üçün şans vermir. Qız şübhələnib, çox şeyin fərqində olsa da üzləşmə, bu haqda  qarşılıqlı danışma baş vermir. Sadəcə sonda Ovod öz məktubu ilə qəlbindəkiləri açır (əsərin ən təsirli hissəsidir). Cemma isə bu şansdan məhrum qalır. Montanelli ilə olan üzləşmə isə Ovod üçün yeni bir xəyal qırıqlığı olur. 

   Sonda göz yaşlarınızı tuta bilməyəcəyiniz, qəlbinizi sızladacaq bir əsərdir "Ovod". 

   İrlandiyalı  yazıçının qələmindən çıxmış, içərisində ailə münasibətləri, eşq, vətən, millət və azadlıq sevgisi, dini və onun əleyhinə olan düşüncələri cəm etmiş bir əsərdir. Oxumağa dəyər məncə. 

4 yorum:

  1. hiç duymadığım bir yazar tişkirler not aldııım :)

    YanıtlaSil
    Yanıtlar
    1. Beli, nedense bizde çox sevilen ve oxunan bir eser olsa da Türkiyede tanınmır. Oxunmağa deyer amma mence.❤

      Sil
  2. Kitabı oxumuşam, məndə dəhşətli dərəcədə vau deməmişəm amma oxumaq olar. Maraqlı əsərdir, lakin oxumasanda itirdiyin bir şey olmayacağı bir əsərdir məncə....

    YanıtlaSil
  3. Amma birdenem, bu qeder sevildiyine göre ve klassik eserler arasında yer aldığına göre kitabsever her bir kes oxumalıdır mence. Artıq sevib-sevmemek her kesin öz zövqü, öz seçimi😊❤

    YanıtlaSil