Sayfalar

30 Aralık 2019 Pazartesi

Köhnə ildən yeni ilə



   2019-un son günlərindən hamıya salam. Keçən həftə çox məşğul olduğum üçün yeni bir yazı ilə gələ bilmədim görüşünüzə. Əlimdə yayımlanmağı gözləyən bir yazı və yazılmağı gözləyən bir səyahət, bir də kitab rəyi var. Amma nədənsə bu aralar bir az təmbəlliyim tutub.🙄

   Həm də sanki bütün işlər il qurtarır deyə bir an öncə həll olunmaq üçün ard-arda düzülüb... Nə isə... Önəmli olanı indi burdayam. 🤗

   Bu yazımda sizinlə söhbət etmək istəyirəm. Onu da deyim ki, söhbət yazılarım çox rahatladır məni. Hər birinizlə danışmış kimi oluram, ürəyimi boşaldıram.🥰 Ümid edirəm ki, sizin üçün də xoş olur.🙏

   İlin son yazısı olduğuna görə 2019 necə keçdi mənim üçün, 2020-dən nələr gözləyirəm, hədəflərim nədir?- bunlardan danışaq bir az.

   2019 mənim üçün uğurlu oldu deyə bilərəm. Əslində sancılı və deppresiv günlərim də çox oldu amma ümumilikdə bir çox xəyalımın gerçək olduğu bir il oldu.

   Başlanğıcda getdiyim kursda bir çox səmimi dostlar qazandım ki, bu mənim üçün çox böyük bir önəm ərz edir. 

   Sonrasında yenə həyatıma dəyər qatacaq bir ziyarət - Kərbəla ziyarəti səfərinə çıxdım. Bu səfər mənim üçün bir az ağır keçdi, amma mənəvi qazancı hər şeyə dəyər dedirtdi. 

   Ordan döndükdən sonrakı dövr yenə sıxıntılı idi mənim üçün. Evimizdə kiçik bir yanğın atlatdıq. Üstəlik bəzən səbəbini bilmədiyim can sıxıntıları heç düşmədi yaxamdan... Sonra yay, Quba səyahəti... Və aylardır hazırlaşdığım imtahana girməmək qərarı.🤦‍♀️

Kənddə bir müddət qalmaq... Döndükdən sonra Bakıya köçdük və uşaqlara yeni məktəb, balacama yeni bağça... Hamımız üçün yeni bir həyat başladı...
Oktyabr... Və arzusunda olduğum Avropa səyahəti... Bu il də belə bitdi deyərkən həyatıma girən yeni insanlar... Nəhayət, özüm kimi birilərini tapmaq sevinci... 

   Bunların hamısı çox gözəl, çox pakizə... Hamısını bir tərəfə qoyuram... Mənim üçün ən önəmlisi nədir bilirsinizmi? 

   Nəhayət, məhz bu il mən  həyatdakı yolumu müəyyənləşdirdim... İlk dəfə olaraq gəldiyim qərarda heç bir tərəddüt keçirmədən tam da bu, mən bunu istəyirəm deyə bildim. Və bunu dedikdən sonra qəlbimi dolduran huzur mənə dəydi dedi, çəkdiyin sancılara, sıxıntılara, illərdir sürən axtarışlarına dəydi... Heç bir şeyin gec olmadığını anladım... Bizim bu həyata məhz həmin axtarış və kəşf üçün gəldiyimizi başa düşdüm... Hər birimiz bu həyata özümüzü, yolumuzu tapmaq və var olma səbəbimizi unutmadan o yolda bizim üçün biçilmiş məqama dırmanmaq üçün gəlmişik... Və əslində yolunu tapmaq sancısının hər kəs üçün olmayan gizli bir kompas olduğunu öyrəndim... O sancılar, sıxıntılar səni hər gün bir az daha  öz yoluna yaxınlaşdırır. Bu həyatda nə çox başqa yollarda yeriyib, son anına qədər heç bir şeyin fərqində olmadan digər tərəfə köçənlər var... Qısacası, dərtlisənsə, qəlbini sıxan, beynini davamlı məşğul edən narahatçılıqların varsa bu əslində bir nemətdir sənin üçün... Hər kəsə qismət olmayan, Rəbbinin sənin üçün gizləyib saxladığı bir nemət... Beləcə, sıxıntılarımı, sancılarımı sevməyi öyrəndim ki, bu 2019-cu ili həyat dəftərimə qızıl rəqəmlərlə həkk elədi...

   Əziz oxucum sən necə, bu həyatda istədiyini tapmısanmı? Ümumiyyətlə bu haqda düşünmüsənmi? Bəzən biz həyatı sadəcə önümüzə çıxanlarla yetinərək və başqalarının yönləndirdiyi istiqamətdə yaşayırıq və heç durub ətrafımıza, özümüzə baxıb "mənim istədiyim doğurdanda budurmu?" deyə bir düşünmək ağlımıza belə gəlmir. Bu o qədər qəribə paradoksdur ki... Əslində istəyərək etdiklərimizə bir gün oyanıb nə qədər uzaq olduğumuzu görmək... Ən qəribəsi isə sadəcə bircə yolumuzun olduğuna inanmaq... Siz axtardığınız zaman önünüzə çıxacaq yollara məəttəl qalacaqsınız? Bu zamana qədər necə görməmişəm bu yolları deyə təəccüblənəcəksiniz. Yetər ki, axtarın. Lütfən, başınız önünüzdə, başqalarının sizin üçün çəkdiyi yolla getməyin ancaq... Arada ətrafınıza boylanın, bu yolu getmək istəyirəmmi deyə sorun özünüzə... Çünki özünüzə aid olmayan bir yolda irəliləmək inanın əsla tətmin və xoşbəxt etməyəcək sizi. Artıq gecdir də deməyin... Heç bir şey üçün gec deyil... Necə ki, hər meyvənin yetişmə fəsli ayrıdır, eynən insanların da hər birisinin özünü tapmaq zamanını fərqli yazıb Rəbbim. Yetər ki, axtarın...

   O ki, qaldı 2020-dəki hədəflərim... Hər zamankı kimi yenə boyumu aşacaq şeylər düşünürəm. Amma bu dəfə daha təmkinliyəm. 😊

  İxtisasımla bağlı həyatımda yepyeni səhifə açmağı düşünürəm nəsib olsa... Bu haqda irəliləyən zamanlarda daha geniş şəkildə yazaram bəlkə...

   Kiçik bir şəxsi biznes planı var, bir iki addım atılıb, "tutarsa davam, tutmazsa da canım sağ olsun" şəklində qətiyyən tamahkarlıq etməyəcəyəm və üzülməyəcəm deyə özümə söz verdiyim bir fikir var, baxaq...

   Xüsusən analar üçün nəzərdə tutulmuş bir layihəmiz var, təlimlərə davam edirik. Dəstək görsə çox faydalı və dəyərli bir iş olacaq... 

Yenə ingilis dilimi inkişaf etdirib, sürücülük vəsiqəsi almaq hədəfimi qoyum bura. Bu dəfə olsun artıq...😑

Vəə kitab oxumaq... Bu il bədii kitablara daha az zaman ayırmağı düşünürəm. Fərqli kitablar oxuyacam. Bloqumu izləsəniz necə kitablar olduğunu görəcəksiniz😉

Sağlıqlı yaşamaq, daha yaxşı insan olmaq və təbii ki, mənəvi olaraq qüvvətlənmək üçün ibadətlərimə daha çox sarılmaq da hər ilki dəyişməyən hədəflər arasındadır...

Belə... Yenə uzuuuun bir yazı oldu🤭
Ümid edirəm ki, bezmədən sonuna qədər oxuya bildiniz... 
Hər birinizə yeni ildə uğurlar arzulayıram, əzizlərim. Yollarınız açıq olsun ki, öz yolunuzda addımlaya biləsiniz. Sevdiklərinizlə sevgi, sevinc və huzur dolu neçə-neçə illərə çıxasınız. Hər birinizi çooox sevdiyimi unutmayın... 💕💕💕
   Yorum qismində keçən il və gələn illə bağlı düşüncələrinizi mənimlə paylaşsanız çoox sevinərəm. 
Hələlik, yeni ildə görüşənə qədər...😊❤

11 yorum:

  1. İnsanın kendi kararlarını alması ve kendine ben ne istiyorum diye sorması gerek evet. Ne güzel anlatmışsın :) Yeni yılda her şey istediğin gibi olsun dilerim :) 2019 benim için de çok zor geçti, üniversiteyi bitirdim kendi evime taşındım ailemden uzakta kaldım, sağlık sorunları atlattım, evime sel bastı, hala sağlık sorunuyla uğraşıyorum, 2020'de bir sürü sınava gireceğim hem yüksek lisans kazanıp okula devam etmek için hem de memurluk sınavıyla işe girmek için :) Hepimiz için her şeyin hayırlısı olsun dilerim :) Çok uzun bir yorum yazdım sanırım :) Görüşmek üzere çokça sevgiler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Uzun yorumları çoox sevirəm.🤗 Düşüncələrinizi mənimlə paylaşdığınız üçün minnətdaram. Çətin bir il olub 2019. Amma hər çətinlikdən sonra mütləq xoş günlərin gələcəyi sirrini açıb həyat mənə. Ümid edirəm 2020-də atdığınız bütün addımlar uğurlu olar. Sevgilər.❤

      Sil
  2. ayy iyi geçti senin bu yılın yaaa. en çok senin şu kursu sevdim beeen :) ikinci bölümde anlattığın ne güzeldi. yolumu çizdim diyosuun, isterim ama çok da fazla istemem diyosun. hep güzel şeyler düşünüyon zaten sen ki :) sana da ailenle huzurlu neşeli günler dileriiim :)

    YanıtlaSil
    Yanıtlar
    1. Sən də ayrıntısına qədər çox gözəl oxuyursan ki :)💕 Gözəl keçdi vallahi Deep. Bilirsənmi insan istədiyini görür məncə. Yəni bütün hadisələrdə xeyirli və şər cəhətlər var əslində. Baxır sən onda hansını görmək istəyirsən. Özümlə mücadiləm hər zaman xeyir olanı görməkdir. Amma insanoğlu... Nisyandadır...

      Sil
    2. Bu arada bloqunu ziyarət edib xoş diləklərimi yazdım amma, burdan təkrar yeni ilini təbrik etmək istəyirəm. Rəbbim bu ildə qəlbindən keçən, haqqında xeyirli olacaq bütün gözəllikləri yaşatsın sənə gözəl insan.❤❤❤

      Sil
  3. Mutlu, huzurlu, bereketli ve aşk dolu bir yıl diliyorum ❤ 2020 de tüm dilekleriniz gerçek olsun 🤲🥳🎈🎊🎂🎉

    YanıtlaSil
    Yanıtlar
    1. Aminnn. Eyni diləklərlə mən də təbrik edirəm yeni ilinizi

      Sil
  4. Yanıtlar
    1. Təşəkkürlər. Sizə də mutlu yıllar🤗

      Sil
  5. Dilerim 2020 için koyduğun hedeflerin gerçekleşir :)
    Güzel bir yıl dilerim :)

    YanıtlaSil
    Yanıtlar
    1. Men de size. Mence en azından yeni hedeflerle başlamaq bele bir addımdır. Bu il her şey istediyim kimi olacaq. İnanıram.🥰❤

      Sil