Sayfalar

2 Ocak 2020 Perşembe

🎉Bloqum 4 yaşında!🎉

 
 
    Vəə gəldi yenə o böyük gün. Bu gün bloqumda ilk yazımı yazdığım, nəhayət, öz dünyamdan kənardakı dünyaya həyəcanlı, lakin ürkək-ürkək  səsləndiyim bir gündür. 

   Sanki böyük bir boşluğa səslənmiş, duyan biri olacaqmı deyə səbirlə tam bir il gözləmişdim. O bir ildə duyan olmuşdumu bilmirəm. (Hələ də məni ilk yazılarımdan bəri ziyarət edən birilərinin olduğuna ümid edirəm.😊)

   Amma səsimə səs verən olmamışdı. Mən isə yazılarım oxunsun istəyirdim artıq, məni tanısınlar, mən də yeni birilərini tanıyım istəyirdim. Odur ki, yavaş-yavaş səsimi bir az da möhkəm çıxardım😊. 
  
   İlk öncə ətrafıma səsləndim, sonra bloq dünyasına. Ətrafım ilk vaxtlar bir az əlaqə göstərsələr də, tez bir zamanda unutdular buraları (hələ də yazımı mütəmadi olaraq oxuyan can dostlarım istisna).

   Doğrusu bloq dünyasının açdığı qucaq daha isti və vəfalı çıxdı. Bir çox bloq dostlarım oldu, qarşılıq gözləmədən hər zaman ziyarət edən, yazılarıma, bloquma dəstək olan. 

   Sürətli zamanın axınına düşmüş səbirsiz insanların bol olduğu bir zamanda uzun-uzun yazı oxuyacaq azsaylı dəyərli qədirbilənlərin elə bloqqerlərin olduğunu da anlamış oldum.

   Buludlu günlərim, özümü diblərdə hiss etdiyim günlərim oldu. Hər şeydən soyuduğum kimi, bloqumdan da soyuyub ara verdiyim günlərim oldu. Amma səni tərk etməyi, səndən vaz keçməyi bir an olsun ağlıma belə gətirmədim, canım bloqum.

   Bu bağlılığımı, sənə məhəbbətimi görüb təəccüblənən "burda yazmaq sənə nəsə qazandırırmı?" deyə soruşan, bloq yazıları boş işlərdir, bekarçılıq məşğuliyyətidir deyənlərə, hər şeyi maddiyyatda axtaran yaxınlarıma inad, məhz onlara yalnız insanın maddi qazanc gətirən şeylərlə özünü xoşbəxt hiss etməyəcəyini, mənəvi zövqün bəxş etdiyi huzurun hər şeyin fövqündə olduğunu isbat etmək üçün səndən əsla vaz keçməyəcəm də. 

   Sən mənim təəssüf ki, qəlbimi çox vaxt üstüörtülü də olsa aça bildiyim yeganə dostumsan.

   2020-nin və yeni yaşının hər ikimizə uğur gətirməsini bütün qəlbimlə diləyirəm Rəbbimdən. Və inanıram, bilirsənmi, ilk dəfə olaraq bütün qəlbimlə inanıram bu ilin həyatımın dönüm nöqtəsi olacağına. 

   Nə olur olsun, məkan, zaman, imkan fərqliliklərində belə sən mənim bu həyatdakı ən dəyərli əməyim(övladlarımdan sonra 😉), göz bəbəyim olaraq qalacaqsan, söz verirəm...

   Və 4 yaşın mübarək olsun, dostum!🎉 Daha neçə-neçə yaşlarını qeyd edəcəyik bərabər... Sonda bunu da unutma səni çoox sevirəm! 💕💕💕

Bəlkə bunları da oxumaq istəyərsiniz deyə düşündüm 

İlk yazım : Yepyeni ildə yepyeni ümidlərlə
1 yaş : Bloqum 1 yaşında
2 yaş : Bloqum 2 yaşında
3 yaş : Bloqum 3 yaşında



22 yorum:

  1. Nice başarı dolu yıllar dilerim :)

    YanıtlaSil
  2. Bloğunun yeni yaşı kutlu olsun. Yazı dolu nice yıllara.

    2020 bütün beklentilerini karşılasın, hatta ötesine geçip seni musmutlu etsin :)

    YanıtlaSil
    Yanıtlar
    1. Amin 🤲 Bloquma elave olunan her yazının menim içimde nece bir sevinc oyatdığını bir bilseniz. Yazılarımın da, uğurlarımın da bol olacağı bir il kimi yadda qalacaq 2020 bilirem. Gözel dilekleriniz üçün minnetdaram.❤

      Sil
  3. Nice senelerin olsun canım inşallah:)

    YanıtlaSil
    Yanıtlar
    1. Teşekkür edirem. Amin bloq dünyası her zaman var olsun. Biz de onun içinde.🤗❤

      Sil
  4. nice nice yıllara
    bol yazılı günler dilerim

    YanıtlaSil
    Yanıtlar
    1. Aminnn. Teşekkür edirem Tigris xanım. Minnetdaram❤

      Sil
  5. Bol paylaşımlı nice yılları olsun blogunun.Kutluyorum.

    YanıtlaSil
    Yanıtlar
    1. Hep beraber inşallah🤗 Çox sağ olun.❤

      Sil
  6. Nice mutlu, başarı dolu, bol paylaşımlı yıllara :)

    YanıtlaSil
    Yanıtlar
    1. Amin. Paylaşım bol olunca, sevincim de çox olar mence.Teşekkür edirem.❤

      Sil
  7. Nice nice yılları olsun blogun :) Yazmaya devam devem devam...

    YanıtlaSil
    Yanıtlar
    1. Eynen davam... Yaşamağa, yeniliye ve güzelliklere davam... 🤗❤

      Sil
  8. Daha nicelerini görmek dileğiyle inşallah, iyi ki varsın sevgili Umman! :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy cannn. Teşekkür edirem. Ne yaxşı ki sizler varsınız! 🥰❤

      Sil
  9. Həqiqətən də yazmağı sevən, real həyatdan ayrılıb bir az da iç dünyasında gəzişən insanlar üçün blog çox yaxın dost, sirdaş olur. Sizin bu yazınızı oxuduqdan sonra baxdım ki mənim bloqumla dostluğum artıq 10cu ilinə keçib :) doğurdan da bəzən insan uzaq düşür, bəzən post yazmaq üçün açır amma içində o qədər fikirlər olur ki heç nə yaza bilmədən bağlayır. :)
    inşallah uzun uzun illər yazarsınız. Uğurlar olsun.

    YanıtlaSil
    Yanıtlar
    1. Ayyy nehayettt... Hal-hazırda sevincimi, heyecanımı bir görseniz... Azerbaycanlı bir bloqqer😍 Çox - çox sevindim. Minnetdaram ziyaretiniz, yorumunuz üçün. Mütleq gelib tapacam sizi.🤗❤

      Sil
    2. Sizi sevindirdiyim üçün çox şad oldum :)

      Sil