2 Ocak 2017 Pazartesi

Bloqum 1 yaşında

    
            
Bəmbəyaz qarın lopa-lopa yağdığı, yeganə rəng və çalarları ilə təbiətə öz əsrarəngiz naxışlarını ustalıqla işlədiyi soyuq, səssiz bir qış gecəsində dünyaya gəldi Səssiz Umman... Uzun sürən tərəddütlər, əcəbalar və bəlkələrdən sonra...

    Gəlməliydi bu dünyaya... Qəlb qəfəsində dustaq qalmış məhbus kəlimələr azadlığa çıxıb rahat qanad çalsınlar deyə...
    Gəlməliydi xəyallarının, arzularının əksini öz rəngi, öz fırçası ilə cəsarətlə dünya səhifəsinə rəsm etsin deyə...
    Kim bilir bəlkə də yolda olanlara işıq salan saysız ulduzlardan biri olmaq üçün, ya da haqqa doğru cığır açmış ləpirlərin arasında bir izi olsun deyə...
    Sadəcə həyat yükündən sıyrılıb təkbaşına bacarmağın, edə bilməyin qazandırdığı sevincdən nəsibdar olmaq üçün bəlkə də... Səbəb nə olursa olsun gəlməliydi dünyaya...
    Səssiz-səmirsiz gəldi... Çox sevmirdi təmtərağı... İsminin anlamındakı kimi səssiz və dərin bir umman olmaqdı arzusu, hər gün yeni bir şey öyrənmək, öyrəndikcə dərinləşmək, dərinləşdikcə sadələşmək, paylaşmaq... Az suyu ilə coşub köpüklənən dayaz lakin,  çığırtqan şəlalərin inadına...
    Yeni gəldiyi dünyanı tanıdıqca ucsuz-bucaqsız zənn etdiyi sularının sərhədlərini gördü... Daha böyük ummanların sularına baş vurduqca rəngarənglik, gözəllik və zənginliklər qarşısında heyran qaldı...
    Tanıdıqca onlar kimi öz dərinliklərindəki gizli-saxlı incilərini bu ummana baş vuran hər kəsə səxavətlə paylaşmağa hazır, başqa ummanlardan axıb gəlmiş, məna yüklü buludlardan boşalmış və onun səssiz sularına qarışmış billur damlalarını hər kəslə bölüşmək istəyən bir sevdalı olmağı öyrəndi yavaş-yavaş ...
    Tanıdıqca tanınmaq, öyrəndikcə bilinmək, səssiz olsa da yalnız olmamaq, sevincini, hüzününü özündən böyük, kiçik bütün ümmanlarla bölüşmək arzusu baş qaldırdı içində...
    Beləliklə, bu dünyaya addım atdığı ilk günün il dönümündə duyurmaq istədi bütün sevdiklərinə var olduğunu...
    Və hal-hazırda burda olan, məni oxuyan sevgili oxucu, xoş gəldin, səfa gətirdin və gəlişinlə şərəf verdin səssiz ümmanıma... Məni hər ziyarətinlə var olmağıma, bu addımı atdığıma nə qədər çox şükür etdirəcəyini təsəvvür edə bilməzsən hər halda... Sularımda izlərini görüb, nəfəsini hiss etdikcə içimdə yaratdığın və məni yeni yazılara sövq etdiyin həyəcanı da... Bir kəlimə, bir cümlə ilə burda olduğunu göstərdiyin şərhlərinlə mənə necə böyük dəstək olacağını da... Var olun, hər zaman mənimlə olun əzizlərim...
    Və bir yaşın mübarək olsun, neçə gözəl illərə, neçə gözəl yaşlara, körpə bloqum...
     İstəsəniz məni daha yaxından tanıdan Yeni ilə yeni ümidlərlə adlı ilk postuma da burdan nəzər sala bilərsiniz. 
     Sevgilə...

28 yorum:

  1. Allahin salami olsun sessiz adlandirdigin amma hec sessiz olmayan ummanina onu derk ele ki sessiz umman gelmeye bilmezdi gelmeliydionu sevenlerin xatirine onu gozleyenlerin xatirine bir deqiqe bele onu unutmayanlarin xatirine gelmeliydi geldi de kovrek qedemlerin mudarek olsun gelisinle gozellik xosbextlik sevgi semimiyyet getirdiyin ucun tesekkurlere layiqsen gelisin uzun omurlu duserli olsun uca yaradan yar ve yardimcin olsun inssllah

    YanıtlaSil
  2. Nə qədər gözəl ifadələrdir! Çox çox təşəkkür edirəm bu səmimi, stimulverici sözləriniz üçün. Və sizin də yenicə açdığınız bloqunuz xeyirli-uğurlu olsun atacan! Rəbbim sizi daim başımızın üstündə etsin. Var olun...

    YanıtlaSil
  3. Qelbi ummanlar qeder derin olan,gozel gelbli ince ruhlu Bacim!blogun xeyirli ugurlu olsun.yeni yeni yazilarini sebirsizlikle gozleyenlerden biride men olacam.ureyine,ellerine,qelemine saglik!

    YanıtlaSil
  4. Çox çox təşəkkürlər bacı. Fikirlərimdə yanılmamışam. İnan ki, yazıları bu qədər diqqətlə oxuyacağını ən çox səndən gözləyirdim. Kitab sevdalısı, oxumaq əhli olmaq bir başqadır...Dəstəyinə görə təşəkkürlər..♡♡♡

    YanıtlaSil
  5. Nice seneleriniz olsun inşallah....

    YanıtlaSil
  6. Hikâyeci Sait Faik Abasıyanık şöyle der: "Yazmasam deli olacaktım." Yazmak kendini tedavi etmenin yollarından biridir sanırım. Hepimiz yazarak yaralarımızı iyileştirmeye çalışıyoruz.
    Güzel bir iç döküş yazısı olmuş. Kaleminize sağlık.
    Daha nice güzel yıllara dileğiyle...

    YanıtlaSil
  7. Yanıtlar
    1. Aminnn... Teşekkürler benim blogger alemindeki ilk destekcim ve beni cesaretlendiren güzel insan. Hep beraber güzel güzel yıllara inşallah...

      Sil
  8. ayyyyyy bak daha yeni arkadaşım olduuun hep bizimle ol burdaaa :)

    YanıtlaSil
  9. Çook teşekkür ederim Deeptone. Acemi Demirci sayesinde haberim oldu beni bloğunuzda tanıtmanızdan. Çok şaşırdım ve sevindim tabi. İyi ki blog dünyasında sizin gibi güzel yürekli insanlar var. Her zaman da var olun inşallah...

    YanıtlaSil
  10. Oyyyy ne tatlı nice nice yıllara sevgiyle ❤❤

    YanıtlaSil
    Yanıtlar
    1. Çok teşekkür ederim.Hep beraber güzel yıllara inşallah ♡

      Sil
  11. neçə gözəl illərə♡♡♡ sizin dilinizi danisamirem ama danismayi çox isterem belki senin sayende olur :) Sevgiler

    YanıtlaSil
    Yanıtlar
    1. Ooo danışmağı öyrənməyə başlamısınız zatən:) Azəri türkcəsini tanıtmaqda zərrə qədər qatqım olsa çox böyük şərəf duyaram. Təşəkkürlər...♡♡♡

      Sil
  12. İlk defa azerice bir yazı okudum sanırım, çok güzelmiş yaa :) birinci yılın hayırlı olsun nice yıllara :))

    YanıtlaSil
    Yanıtlar
    1. Eyni dil ağacının iki ayrı budağıdır dillərimiz. Ona görə çox rahat anlayırıq bir-birimizi. Təbrik üçün çox-çox təşəkkürlər.Sevgilər...

      Sil
  13. Nice nice yillaraaa 😊😊😊

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm, bərabərcə inşallah.

      Sil
  14. Təşəkkürlər canım .Yazılarını oxuduqca ruhum dincəldi.Sənə uğurlar

    YanıtlaSil
  15. Çox sağ ol bacım. Allah razı olsun.

    YanıtlaSil
  16. Hayırlı olsun, nice yıllara :)

    YanıtlaSil
  17. Nice blog yaşlarınız olsun.

    YanıtlaSil
    Yanıtlar
    1. Aminnn... Bütün bloggerlər daim yazsınlar inşallah. Bərabər daha neçə-neçə yaşlara...

      Sil