İlk öncə bu yeni ilin soyuq və qarll ilk günündə hər kəsə salamlar...Hər kəs deyəndə ki, bu bloqu hamıdan gizli açıb yazdığıma və çətin ki bura kiminsə yolu düşüb oxuyacağına görə ilk əvvəl elə özümə salam :)
Bu mənim ilk bloqum və ilk yazım...Yepyeni bir ilin ilk gününə düşməsi isə tamamilə təvafüqdü...Uzun müddətdi belə bir bloq açımmı, yazımmı deyə tərəddütdə idim doğrusu. Bu gün bununla bağlı internetdə bir az araşdırma edincə və sağ olsun bloghocası.blogspot.com adresində yazan Serdar Karanın (inşallah ki, adını düz xatırlayıram) yazılarını oxuyunca cəsarətləndim. ( Burdan ona çox təşəkkür etməyi də unutmayaq) Beləliklə artıq bloq açmağın zamanı gəldi deyib bu həyəcanlı səyahətə başlamış oldum. İçimdə üzgüçülükdə naşı olan birinin yeni macəralar axtarışı ilə okena baş vurmasına bənzər duyğuların eynisi var. Yəni bir az qorxu, bir az həyəcan, bir az da yeni aləmlərə açılma sevinci...
İndi də gələk məni bloq yazmağa sövq edən səbəblərə. Doğrusu mən daha çox türk bloqlarını oxuyuram hər zaman. Nədənsə azərbaycanca istədiyim tərzdə bir bloq axtarışlar zamanı heç vaxt qarşıma çıxmır. Çıxsa da daha çox texnologiya və ya bizneslə bağlı bloqlar olur. Normal günlük həyatdan, şəxsi təəssüratlardan və s. bəhs edən bloq Azərbaycan dilində ya yoxdur, ya da mən tapa bilmirəm :) Bunun nəticəsi olaraq da belə qərara gəldim ki, öz dilimizdə bloq yazaraq bu yolda bir cığır salım.Yenə deyirəm bəlkə də dediyim tərzdə bloq yazan həmvətənlərim vardır, amma niyə yalan deyim mənim qarşıma çıxmayıb.
Bloq yazmağımda ikinci səbəb isə həyat təcrübəmi, sevdiyim, bəyəndiyim həyata dair hər bir şeyi burda paylaşmaq.Bu yazdıqlarım sayəsində bir gün qocalıb ağ saçlı nənə olduğumda oturub keçmişi xatırlamaq...
Bəzən heç kimə aça bilmədiyim sıxıntılarımı burda yargılanmayacağını bilərək rahatca ürəyimi boşaltmaq və ya içim-içimə sığmadığı zamanlarda burada sevincimi paylaşmaq da bloq yazmağımın digər səbəbləri içində...
Bəs mən kiməm? Özüm haqqında sadəcə bunu deyə bilərəm ki, çox gənc yaşda ailə qurmuş, dörd övlad dünyaya gətirən, amma bunların təhsil həyatına təsir etməsinə izin verməyib əvvəl ali, sonra isə magistratura təhsili alan, həyat yoldaşını və uşaqlarını Rəbbinin ən böyük lütfü olaraq görən, həyata həmişə pozitiv yanaşan, bütün dünyanı gəzib görməyi çox arzulayan və nəhayət ən önəmlisi imanın dadını duymuş, həyatını islami çərçivədə yaşamağa çalışan adi bir bəndəyəm...
Heç istəməsəm də ilk yazım çox uzun oldu bilirəm. Neyləyək ürəyimiz doludur :) Daha da uzatmadan burdaca bitirirəm. Maraqlı yazılarda görüşmək ümidiylə...
Xeyirli və uğurlu olsun canım bacım :*
YanıtlaSilTəşəkkürlər biricik qaqam. Ümid edirəm ki, zamanla çox bir anlam verəmədiyin bloq dünyasını sevər və postlarımı işə yarar yazılar olaraq görərsən :))))
Silsalam mende ozuma blog açdım ve ik yazımın nece olacagını tapabilmedigim üçün bunu oxudum ve menim aglıma yaxşı birşey geldi
YanıtlaSilMən də yorumunu cavablamamışdan qabaq tez bloqunu ziyarət etdim:) Sənə uğurlar birdənəm. Nə soruşmaq istəsən yardıma hazıram unutma.
YanıtlaSilİlk yazıları okumayı çok severim :) Nice yazılarda buluşmak üzere :)
YanıtlaSil:))) Çox sevindim. Mən də bir çox bloqun ilk yazılarını oxumuşam. Bu aləmə necə salam verdiyini görmək istəmişəm. Belə uzuuun yol qət edib buralara qədər gəldiyiniz üçün təşəkkürlər :) ♡♡♡
YanıtlaSil