29 Kasım 2020 Pazar

Orhan Pamuk / Kırmızı Saçlı Kadın

 


 “…Bir baba adil olmalıdır, adil olmayan baba evladını kör eder…” 

   Qərb dünyası ilə Şərq dünyasında iki fərqli əfsanə var. Qərbdə Sophakles, Şərqdə isə Firdovsi bu əfsanəni yazıya alaraq zamanımıza qədər gəlib çatmasına səbəb olmuşlar. Bu iki əfsanənin çox qəribə bir ortaq cəhəti var. Yunan əfsanəsində şahzadə Oidipis bilmədən atası Laiosu, Şahnamədə isə şah Rüstəm Zal bilmədən oğlu Söhrabı öldürür. Və əsərin demək olar ki, zəminini bu iki əfsanə təşkil edir. İlk eşq, ata-oğul rəqabəti, sevgisi, ata mərhəməti, oğul itaəti, qısqanclıq, kin, nifrət, 80-ci illərin həyat tərzi, sağcı-solcu münaqişələri və sadalaya biləcəyimiz bir çox qarışıq mövzunu səliqə ilə bir araya yığıb Orhan Pamuk bu əsərdə.

Seçdiklərim:

▪︎“Herkes gibi olmak için her şeyi unutup hiçbir şey olmamış gibi yapmalıydım.”


▪︎Sonuçları düşünürsen özgür olamazsın. Özgürlük, tarihi ve ahlakı unutmaktır.


▪︎“Şairi önce asacaksın, sonra darağacının altında ağlayacaksın.”


▪︎Bir baba ihtiyacı her zaman vardır, yoksa, kafamız karıştığı, dünyamız dağıldığı, ruhumuz daraldığı vakit mi isteriz babayı?


▪︎Göğe çıkıp yıldızların ışıltısına ulaşmak yerine, şimdi üzerinde uyuduğumuz toprağın içine girmeyi hayal etmemiz doğru muydu?


▪︎Bu birey olma merakı ve telaşı yüzünden Avrupai zenginlerimiz değil birey, kendileri bile olamadılar.

Həyatın öyrətdikləri 🌟

   


   Hər kəsin həyatı fərqlidir. Çünki hər kəsin daxili aləmi fərqlidir. Bəziləri sərtdir. Həyatdakı mövqeyi də buna uyğundur. Ətrafındakılar daxildə sevmir bəlkə, amma hörmətlə yanaşmağa məcbur hiss edir özünü. 

   Bəzisi yumşaq xarakterlidir. Qəlb qırmaq istəmir, davranışında, münasibətlərində ehtiyatlıdır. Ətrafdakılar bəlkə də sevir onu, amma  hörmətdə qüsur edə bilirlər. Arxayındırlar ondan zərər gəlməyəcəyinə. 

   Nə yaman bir ziddiyyətdir bu, deyilmi?! 

   Deməli, orta yolda olmaqdır ən doğrusu. Nə sərt, kobud olub qəlb qıracaqsan, nə də nəzakət xatirinə sənin qəlbini qırmalarına imkan verəcəksən. Bu yolu tuta bilmək hər iki xarakter üçün əlbəttə ki, o qədər də asan deyil. Amma alışqanlıqlarımız xarakterimizə yön verdiyinə görə yoxlamağa dəyər. 

27 Kasım 2020 Cuma

Hər Aya 1 Kitab, 1 Film



   Bir gün həyatıma boylanıb baxdığımda çox mütəəsir olduğum bir şeyi kəşf etdim. Bir çox şeyi yarım qoyduğumun fərqinə vardım. Bunların hamısı iradəm daxilində olan şeylər deyildi. Bəs nə ilə əlaqədardır bütün bu yarıda qalmalar, tam olaraq nələri yarım qoymuşam, bir yazımda genişcə toxunacağam yəqin ki, bunlara. Bu yarıda qalma məsələsini kəşf etdikdən sonra özümə əlimdən gəldiyi qədər heç bir şeyi yarım qoymayacağıma dair söz verdim. 

   Odur ki, bu il bloqdaşlarım tərəfindən başladılan və il boyu sadəcə bir ay qatıla bilmədiyim "Hər aya bir kitab, bir film" etkinliyinə davam etməyi düşünürəm. 

   Mən sentyabrda da ayın kitabını oxuyub, filmini izləmişdim. Amma ayın 27-si başlayan  müharibə ilə biz tamam başqa məsələlərə fokslandığımız üçün həmin ayın kitab və film yorumunu da paylaşmaq qismət olmamışdı. Vətənimdə hər şeydən önəmli olan "Ana Vətən" müharibəsi gedən bir dövrdə, yəni oktyabrda isə ümumiyyətlə etkinliyə qatıla bilmədim. Lakin gec də olsa sentyabr ayını indi yayımlamaq istədim. Ay bitməmiş imkan olsa noyabrı da yayımlayacağam çox güman ki. 

Sentyabr ayı

◾Kitab: Hasan Ali Toptaş / Bin Hüzünlü Haz (əslində eyni müəllifdən başqa bir kitab idi, mən bunu tapdım)

◾Film : Bizim İçin Şampiyon


Hasan Ali Toptaş / Bin Hüzünlü Haz



✔"Hayat nedir diye sorarsan, bilmiyorum evlat," der emin bir sesle, "sormazsan, biliyorum..."

   Bu kitab haqqında heç nə yaza bilməyəcəm. Sadəcə onu deyim ki, oxucuya sən hələ olmamısan, get hələ çox oxumalısan bu cümlələri anlaya, qavraya bilmək üçün. Hələ  həyatın bilmədiyin, çözmədiyin çox sirləri var, hələ söz aləmində mənasını tam olaraq anlamadığın çox ifadələr var. Oxu, çox oxu ki, bir gün açıb sətirlərimdə göz gəzdirdiyində məni də anlayasan. 

   Bəli, tam da bunu dedi mənə kitab. İlk oxuduğumda sadəcə sözlər uçuşdu ətrafımda, bir xəyal dünyasının bulanıq görüntüləri içərisində hiss etdim özümü. Ha boylansam da bir şeylər görə bilsəm də nə olduğunun fərqinə vara bilmirdim sanki. Cümlələr  durmadan sel kimi axaraq alıb məni ağuşuna apardı.Amma bitirdim, əlimdə qalan - heç nə... Sonra ikinci dəfə oxudum. Bir şeylər ancaq bu zaman aydın olmağa başladı. Amma sadəcə duyğularım anladı, kitabdan danış desəniz yenə heç nə deyə bilməyəcəm. Qısacası, deməyim odur ki, əziz oxucu Hasan Ali Toptaş qələmi bambaşqa bir aləmdir. Və məni bu aləmlə tanış etdiyinə görə bloqdaşlarıma minnətdaram.❤


Seçdiklərim: 

✔Oysa, uzun süredir buralarda kimse kimseyi tanımıyor artık. Yalnızca, tanıyormuş gibi yapıyor...


✔Bu, insanoğlunun baştan beri kurtulamadığı ve sonsuza dek de asla kurtulamayacağı, tuhaf bir yazgıymış zaten; önce ne yapıp edip bin bir güçlükle, kıvrana kıvrana yaratır, sonra yaratma sevinci gibi gözüken hazin bir teslimiyetle yarattığının kulu kölesi olur, ardından da ille onu ellerimin arasında tutacağım, ya da içinden bir daha, bir daha doğacağım diye, kendini hırpalaya hırpalaya helak olur gidermiş...


✔...gecekondu semtlerinden koparılmış ürkek çiçeklere benzeyen genç kızların hikâyelerini görebildiğim halde; hayallerini elektrikli süpürgelerin gürültülerinde öğütüp öğütüp toz torbalarıyla birlikte her gün çöpe boşaltan donuk bakışlı kadınların, tatlı dilli kafes kuşlarıyla, güler yüzlü çiçeklerle ve çeşit çeşit alışveriş manzaralarıyla süslü hikâyelerini göremiyordum sözgelimi.


 Bizim için Şampiyon


   Filmin fragmanlarını, reklamını çox görmüşdüm, amma sırf at yarışı ilə əlaqədar bir film olduğunu düşündüyüm üçün, açığı, izləmə həvəsim olmamışdı. Bu ayın filmi olaraq bunu seçdikləri üçün bir izləyim dedim. Sən demə hekayəsi bir at yarışından çox daha dəyərli bir həyat hekayəsinə dayanırmış. Əzmin, ümidin, inamın, sevgi və onun gücünün, mücadilənin hekayəsidir bu. Çox bəyəndim.


Üşüyən əsgərimə... 🇦🇿

 


    Salam olsun bütün yazımı oxuyan canım oxuculara. Yenə bir şeirlə gəlmişəm bu gün də. Deməli, aşağıdakı şeirimi müharibə günlərində yazmışdım. Sonradan əsgərlərimizin Şuşadakı oteldə isti yataqda istirahət etdiklərini görəndə bu qələbənin dəyərini də bir daha anladım. Şeirə ad tapmadım. Yorum qisminə yazın bərabər bir ad qoyaq.❤


Zehnim bulanıqdır, köksüm daralıb

Səhərdən tutmuram qərar heç yerdə

Yoxsa gecəsini hücumda olub                                    

Əsgərim yuxusuz qalıb səngərdə?!

Xəyalım qadalı-qanlı sərhəddə

Qəlbimi, sanki, qış şaxtası döyür,

Deyəsən, yağışlı, soyuq cəbhədə

Can qardaş, əllərin yaman üşüyür.

25 Kasım 2020 Çarşamba

Sam Horn / Tongue Fu

 


✔"Sözcükleri ağzınızdayken yutmak onları daha sonra yemekten daha iyidir." (FRANKLIN D. ROOSEVELT)


   Bu cür kitabları oxuya oxuya bunu anladım. Bəli, müəyyən məsələlərdə fikir sahibi olursan. Amma dəyişmirsən. Ya da o dəyişim zamanla cüzi artımlarla olduğu üçün hiss etmirsən. Çünki, məhz "dil döyüşü" kimi adlandırılan bu kitabı oxuyaraq artıq bütün mübahisələrdə qalib olacağımı düşünmüşdüm. Amma olmadım təbii ki 😅 


   Məncə not alıb arabir mütləq göz atmaq lazımdır, həqiqətən kitabın təsirinin qalıcı olmağını istəyirsənsə. 

   Nə isə... Kitab, yuxarıdan da anlayacağınız kimi, sosial bir varlıq olan insanın başqaları ilə münasibət qurması üçün ən önəmli vasitə olan ünsiyyətini necə tənzimləyəcəyini öyrədir bir növ. Maraqlı, diqqət çəkən bir çox məsələ var içində. Mən not aldım başlayarkən. Lakin təəssüf ki, bir xasiyyətim var, oxuduqca az qala hamısını önəmli hesab etdiyim üçün notlarım o qədər çox olur ki, yarısına gəlməmiş vaz keçirəm not almaqdan😒 Bu kitabda da elə oldu. 


   Oxumağı hər kəsə tövsiyə edərdim. Ümid edirəm ki, aşağıdakı alıntılar kitab haqqında bir fikir formalaşdırar sizdə. Kitabın yazarının özündən çox fərqli mütəfəkkirlərdən seçdiyi cümlələrin hamısı o qədər gözəl idi ki. Burada çox olar deyə sayını azaltmaq üçün seçim etmək mənim üçün çox çətin oldu doğrusu.


Seçdiklərim:


 ✔Dalay Lama'nm önerdiği gibi, "Eğer başkalarının mutlu olmasını istiyorsanız, merhametli davranın. Eğer kendiniz mutlu olmak istiyorsanız, merhametli davranın."


 ✔Dertli insanların ihtiyacı köşeye sıkıştırılmak değil, hislerine kulak verilmesidir.


✔"Lisanı geliştirmiş olmamızın nedeni, bence içimizin en derinlerinde yatan şikâyet etme ihtiyacımızdır."(JANE WAGNER VE LILY TOMLIN)


 ✔"Başkalarının yaşamına ışık kattığınızda bu ışık size de yansır."


 ✔Will Durant'ın belirttiği gibi, "Başkaları hakkında kötü konuşmak kendimizi övmenin onursuz bir yoludur."


 ✔"Her münakaşanın temelinde birisinin cahilliği yatar." (LOUIS D. BRANDEIS)


 ✔"Öfke çoğu zaman ilgi için atılan bir çığlıktır"


 ✔Abartı kendini kaybetmiş hakikattir." (KAHLIL GIBRAN)


 ✔Stanley Horowitz şöyle diyor: "Bir sohbetin düzeyini sesi yükseltmek kadar alçaltan başka bir şey yoktur."


 ✔"Kabalık, zayıf adamın güçlü taklidi yapmasıdır." (ERIC HOFFER)


 ✔"Ancak aptallar suyun derinliğini iki ayağıyla birden kontrol eder." (AFRİKA ATASÖZÜ)


 ✔"Size başarının değil ama başarısızlığın formülünü verebilirim: Herkese hoş görünmeye çalışın." (BILL COSBY)


 ✔"Bir şey için dik duramazsanız her şey için yere düşersiniz." (ANONİM)


 ✔"Dünyanın yarısı söyleyecek bir şeyi olan ama söyleyemeyen, öteki yarısı da söyleyecek bir şeyi olmayan ama durmadan konuşan insanlardan oluşur." (ROBERT FROST)


 ✔"Cesaret, hayatın huzur bağışlamak için talep ettiği fiyattır." (AMELIA EARHART)


 ✔Zorbalar Ancak "Yeter!" Demesini Bilenlere Saygı Duyar


 ✔"Güzel hatıralar mutluluk için ikinci bir şanstır." (KRALIÇE İKINCI ELIZABETH)

Qarabağım!

 

   Müharibə gedən dövrdə düşüncələrim, ruh halım sadəcə mövcud vəziyyətə fokslanmışdı. Və bu günlərdə əvvəllər aradabir üzünü göstərən ilham pərisi ilə tez-tez görüşəsi oldum.😊 Şeirlərimi ara-ara qeyd edəcəm bura. Vətən qoxulu, birlik, qəhrəmanlıq, qələbə soraqlı bu dəyərli günlərdən xatirə qalsın deyə.


Qarabağım!

Qarabağım, mənim dərdli torpağım,

Necə qismət yazılıbdır bəxtinə?!

İllər boyu oldun düşmən tapdağı,

Bütün dünya durdu sanki qəsdinə.


Görmədilər, duymadılar dərdini,

Baxmadılar nisgilli həsrətinə.

Dağıtdılar, pozdular sərhəddini

Necə dözdün bəs bu qədər çətinə?!


Gözləmişdik illərlə sülh umaraq,

Qulaq verdik, nəhayət ki, səsinə. 

El bir oldu sənin üçün, Qarabağ,

El sel oldu axdı düşmən üstünə.


Bir bayraq altında birləşib qalxdıq

Yumruq olub zərbə vurduq düşmənə.

Can verib uğruna  biz qan axıtdıq

Halalımız, haqqımızdır qələbə!


Umman Aslan 

10/2020

23 Kasım 2020 Pazartesi

Michael Ende / Momo

 


✔ "Artık öğrendiği bir şey vardı: Başkalarıyla paylaşılmayan zenginlikler insanı mahvediyordu."

   Bir vaxtlar hər kəsin zamanı vardı. Paltaryuyan, qabyuyan maşınlar olmadığı günlərdə qonşu qadınlar işlərini erkəndən bitirib toplaşır, söhbətləşir, qohum-əqraba axşamları çay içib, dərdləşmək üçün bir-birlərini ziyarət edirdi. Sonra həyatımızı asanlaşdıran alətlər çıxdı ortaya. Əslində hər biri bizə xeyli zaman qazandırdı. Amma nə sirdirsə əksinə, insanların nəinki başqalarına, heç özlərinə də ayıracaq zamanları qalmadı. Bəs bizim zamanımız hara gedir? Bəlkə onu oğurlayan biri var. Bizim əsrin bax bu düşündürücü sualını obrazlaşdıraraq qəflət içində olan bizlərə təqdim edir yazıçı. Zamanımızı oğurlayanları ifşa etmək üçün balaca qəhrəman Momonu göndərir köməyimizə. 

Seçdiklərim


✔ Çok az insan gerçekten iyi bir dinleyicidir.


✔...dünyadaki bütün anlaşmazlıklar kasıtlı ya da kasıtsız, aceleye getirilerek söylenmiş birtakım yalan yalnış sözlerden kaynaklanıyordu.


✔ Fakat zaman gerçek sahiplerinden alınınca ölüyor. Her insanın kendisine ait belli bir zamanı vardır. Ve bu zaman da yalnızca onda kaldıkça canlıdır, yaşar.


✔ İnsanlar ölümün ne olduğunu bilselerdi ondan hiç korkmazlardı. Korkmayınca da kimse onların yaşam zamanını çalamazdı.


✔ Hayatta en tehlikeli şey gerçekleşmiş hayallerdir.


14 Kasım 2020 Cumartesi

Bir hüzünlü qələbə...

 


   Çox xəyal qurmuşdum, qələbəni eşidəndə nələr hiss edəcəm, necə reaksiya verəcəm deyə çox düşünmüşdüm... Həm doğma yurdum Füzulinin azad olunduğu günü, həm də ümumi qələbəni neçə dəfə canlandırmağa çalışmışdım gözlərimdə... Amma heç biri, heç biri xəyal etdiyim kimi olmadı...

   Füzulim alınanda Gəncə bombalandı, sevincimiz ürəyimizdə dondu qaldı... Heç nə hiss edə bilmədik... O günahsız ölürülən canların ağrısı, acısı daha ağır basdı... 

   Olsun dedim, qabaqda böyük qələbə var... Kim olur olsun mane ola bilməyəcək xalqın o böyük sevincinə, coşğusuna...

   Həftəsonu rayon qaçamaqlarından biri idi. Ertəsi səhər tezdən yola düşəcəkdik. Odur ki, erdən başımı atıb yatmışdım. Sübh namazı vaxtı yatmağa gələn yoldaş xəbər verdi mənə müharibənin bitdiyini... Şok oldum, necə yəni? Bir gecədə, bir anda necə bitdi? Özü də o qədər məyus idi ki, sanki ola biləcək ən pis şey olmuşdu. Onun əzginliyi, bu qəfil qələbənin çaşqınlığı ilə toparlanıb çıxdıq. Yolboyu izah etdi bizə məsələnin nə yerdə olduğunu. Əlbəttə ki, hər zaman bizə düşmən mövqeyində olan bir ölkənin  ordusunun vətənimizdə yerləşməsi qəti istədiyimiz bir şey deyildi. Ümumiyyətlə, bu sazişdə bir çox məqamlar var ürəyimizcə olmayan, bizi narahat edən... 

   Amma elə yol boyu bir şey beynimi qurcalayıb durdu - nə olursa olsun, yenə də bu bizim qələbəmiz deyilmi?! Bunu bizim  xalqımızın birliyindən güc alan qəhrəman, igid əsgərlərimiz öz qanları hesabına qazanmadılarmı? Nə olur olsun bu bizim qələbəmiz deyilmi? 

   Bu necə təvafüqdür ki, biz müharibənin başladığı gün də rayondan Bakıya gəlirdik, bitdiyi gün də... O vaxt Bakıya yaxınlaşdıqca yoldan ard-arda keçən hərbi sürsat və əsgər daşıyan maşınlar, təcili tibbi yardımlar məni elə həyəcanlandırmışdı ki, durmadan ağlamışdım, hətta zənglər gəldi yolda, Füzulinin bəzi kəndlərinin azad olunduğu müjdəsi verildi... Qaradağdan keçərkən yol qırağında dəstə-dəstə əllərindəki bayraqlarla cəbhəyə gedən əsgərləri alqışlayan xalqı gördükcə ürəyimin böyüyüb dağa döndüyünü hiss eləmişdim...

   İndi də bir qırıq qələbə sevinci ilə dönərkən yenə yolboyu xalqın qələbə sevincinə şahid olurduq... Bu duyğunu anlatmaqla izah etmək çox çətindir... Əllərində bayraqlarla yenə uşaqlar, böyüklər tökülmüşdülər yol qırağına... Maşınalar siqnal verə-verə keçir, hər kəs qucaqlaşır, bir-birini təbrik edirdi... Hamının üzündə qələbə sevinci var idi... Mən isə iki duyğunun arasına sıxışıb qalmışdım... Bir tərəfim xalqın qələbə sevincinə şərik olmuşkən, bir tərəfim görəsən doğurdanmı nəticə bizim lehimizə oldu deyə düşünüb dururdu... 

   Şəhərə çatdıq... Hələ səhər idi... Xalq dünən gecə yuxusuz qalmışdı, odur ki, gözlədiyim qədər izdiham falan görmədim Bakı küçələrində... Amma yenə də hər yerdən hüzünlü bir qələbə fışqırırdı... Bayraqlara bürünmüş insanlar, maşınlar, ötən maşınların pəncərəsindən çıxıb "qələbə" qışqıran insanlar...

   Qısacası, çox uzatmayım, canım oxucu... O gün axşamacan məni hədsiz yoran düşüncələrlə boğuşdum... Biz indi qələbə çaldıqmı? Yoxsa özümüzümü aldadırıq? Sosial medya hesabalarına göz atdım, oralar da qarışıq idi, eyni mənim başımın içi kimi... Bir ovuc məsələni həqiqətən analiz edə bilən insanlar və bir yığın də sadəcə onların yazdıqlarına etimad edib, öz süzgəcindən keçirməyə ehtiyac belə duymayan təqlidci və pessimist postlar, hər şeyə rəğmən qazanılan qələbənin məhz bizim uğurumuz olduğunu, düşünən optimist postlar... 

   Mənim diqqətimi isə qələbəni böyük sevinc və coşğu ilə qeyd edən insanaların görüntüləri çəkirdi...

   Sonra axşama doğru içimdə böyük bir sıxıntı olduğunu kəşf etdim... Bu sanki bir peşmanlıq, əldən verilmiş bir fürsətin narahatlığı idi... Özümlə baş-başa qalıb uzun-uzun düşündüm... Biz iki ay öncəyə qədər illərdir nə qədər çalışsaq da bir metr torpağı geri ala bilməyən və ədalətsiz dünyanın böyük və öz məqsədlərini güdən güclərinin nəzarəti altında bu torpaqlara bir daha sahib olmağı sadəcə ümidsiz bir şəkildə xəyal edən bir xalq idik... 

   Sonra bir şey oldu... Başçımız bir addım atdı... Xalq ayağa qalxıb bir yumruq kimi birləşib onun arxasında durdu... Saysız-hesabsız oğullar tərəddüd belə etmədən könüllü cəbhəyə yollandı, qadınlarımız bişirdiklərini, toxuyub tikdiklərini və ən əsası gecəli-gündüzlü dualarını göndərdi cəbhəyə... 

   Hər gün gələn şəhid xəbərlərinə bütün xalq evində yas qurdu, qələbə xəbərləri hamı üçün toy-bayram oldu... Yəni bu torpaqları biz, biz özümüz qanımız hesabına qazandıq! Bəs indi bu qələbə bizim deyil də kimin?! Qanlı müharibə zamanı birliyimizin haqlı qürurunu yaşayarkən hər şey bitdiyində düşüncələr parçalandı, fikir ayrılıqlarına düşdük... 

   Nəticə ürəyimizcə deyil, bu çox aydındır... Bəs öz gücümüzlə çaldığımız qələbəni niyə gözdən salırıq? Sonrası necə olacaq heç birimiz bilmirik. Pis də ola bilər, yaxşı da (ki mən yaxşı olacağına bütün qəlbimlə inanıram)... Bu gün qazanadığımız qələbə bizə əsgərlərimizin, şəhidlərimizin əmanətidir... Onu layiqincə qiymətləndirdikmi?...

   Odur ki, əziz oxucu, axşama doğru bütün bu qarışıq duyğu, düşüncələrdən süzülüb ortaya çıxan bir şey oldu - peşmanlıq...

   Bu tarixi və önəmli günü qaçırdığım üçün, sevincini haqqıyla yaşaya bilmədiyim üçün çox peşmanam çox... Meydanalarda qələbə coşğusunu yaşayanları çox qısqandım çox... Və bu fürsət insanın ömründə bir dəfə ələ düşür, fərdilikdən sıyrılıb xalqın sevinci ilə bütünləşmək insana nadirən qismət olur... Və bizə qismət olmadı təəssüf ki...

   İndi gözümü dikmişəm 1 dekabra. Laçın da boşalınca Azərbaycan ərazisi murdar düşməndən tamamilə təmizlənmiş olacaq. Əsas qələbəmiz bəlkə də o gün hesab olunacaq. Əsgərlərimiz qayıdacaq, onların yürüyüşü təşkil olunacaq və biz xalq olaraq belə qarışıq və pərakəndə şəkildə deyil,  təntənəli bir şəkildə onların yürüyüşünü böyük bir qürur və fəxr hissi ilə izləyib, alqışlayacaq, əsl qələbəmizi bütöv bir xalq olaraq qeyd edəcəyik... Bu mənim yenə də xəyallarım təbii ki... Rəbbim qismət eləsin 🤲 


   Hələlik isə gözün aydın, Azərbaycan, deyirəm. Qələbən mübarək! 

   Amma əsl qələbə təbrikim və yazım qalsın 1 dekabra... Sevgilər...