Sayfalar

31 Aralık 2020 Perşembe

2020-nin hesabatı...

  


   Beləcə, bir ili də başa vurduq... Necə bir il oldu, ilahi... Yaxşısı ilə pisi ilə yaddaşlard unudulmaz iz qoydu 2020... Pandemiya ilə bambaşqa bir dünyada yaşadıq bu il, sonra müharibə, sonra qələbə... Qazandırdığı bir çox şey oldu bizə, eynən itirdiyimiz kimi... Qələbə qazandıqlarımız içində ən dəyərlisi oldu... 30 illik həsrətə məhz 2020-də son qoyduq. Və öyrəndiklərimiz oldu. Dünya həyatının düşündüyümüz qədər dəyərli olmadığını, həyatımızın bir tükdən asılı olduğunu, sevməyin, birlikdə olmağın, sərbəstcə gəzməyin nə böyük nemət olduğunu öyrəndik. 

   Mənə nə qazandırdı 2020? Bir çox mənəvi qazanclarım oldu bu il, bir aydınlanma dövrü olduğunu deyə bilərəm😇. Amma anladaraq uzatmaq istəmirəm doğrusu.  Çünki bu yazı bir il boyunca oxuduğum kitabların hesabatıdır özümə. Odur ki, başqa şeylərə çox girmək istəmirəm.

   Bu il ilk dəfə olaraq 2021 hədəflərindən də söz etməyəcəm. Çünki 2020 bizə həyatla bağlı çox plan qurmamağı hər şeyin İlahi təqdirə bağlı olaraq irəlilədiyini və biz nə qədər özümüz üçün hədəflər qoysaq da heç bir şeyin əlimizdə olmadığını elə gözəl bir şəkildə isbat etdi ki... Əlbəttə, özüm üçün düşündüyüm, həyata keçirmək istədiyim bir çox şey var, amma bunları təvəkkül duyğusu və təmkinlə, ən azından yaşayacağımız dünya şərtlərinə uyğunlaşdıraraq reallaşdırmaq nəsib olar deyə ümid edirəm. Qısacası, anlayacağınız kimi, artıq heç bir şey üçün iddialı deyiləm😊.

   Unutmadan onu da qeyd edim, bu ilki qədər həyatım boyu film izləməmişdim. Ən az 50 film izlədiyimi deyə bilərəm. Eyni zamanda bəzi seriallara da baxıb bitirmə imkanım oldu. Yadımda qalanları qeyd edirəm unutmayım deyə:

1. İn Treatmant

2. Black Mirror

3. Anne with an "e"

4. Sherlock Holmes

5. 13 reasons why

6. Dark

7. Unorthodox

   İzlədiyim film seriallar da həqiqətən mənə çox şey qatdı. Ümid edirəm ki, 2021-də də izləmə imkanım olar. 

   Oxuduğum kitabların siyahısını ən sona qeyd edirəm öncə bəzi kateqoriyalar üzrə ayırmaq istəyirəm.


Oxunan ümumi kitab sayı :  41 📚

Bədii : 31kitab 📖

Psixoloji və şəxsi inkişaf : 10 kitab 📌

Uşaq ədəbiyyatı : 6 kitab 🧸

Ən çox oxunan müəlliflər : Alfred Adler (2), Adem Güneş(2), Frans Kafka(2), Stefan Zweig(2), Frensis Börnet(2) 🖋

Yeni kəşf etdiyim yazıçılar : . Jose Saramoga, Michael Ende, Ayfer Tunç, Michelle Cohen Corasantı 🖊

Favoritlərim : 💞

1. Cek London / Martin İden    

2. Paulo Coelho / Simyacı   


2020 -də oxunanlar

  • 1. Gülseren Budayıcıoğlu / Hayata dön
  • 2. Virginia Woolf / Kendine ait bir oda
  • 3. Alfred Adler / Yaşamın anlam ve amacı
  • 4. Coşğun Kərimov / Kvan
  • 5. R.J.Palacio / Mucize
  • 6. George Orwell / Hayvan Çiftliği
  • 7. Cek London / Martin İden
  • 8. Jose Saramoga / Bilinmeyen adanın öyküsü
  • 9. Frans Kafka / Dönüşüm
  • 10. Frans Kafka / Milenaya mektuplar
  • 11. Alfred Adler / İnsanı tanıma sanatı
  • 12. Peyami Safa / Yalnızız
  • 13. Livaneli / Huzursuzluk
  • 14. Adem Güneş / Bırak ve rahatla
  • 15. İlhami Algör / Fakat Müzeyyen Bu Derin Bir Tutku
  • 16. Michael Ende / Momo
  • 17. Sam Horn / Tongue Fu
  • 18. Stefan Zweig / Bir Kadının Yaşamından Yirmidört Saat
  • 19. Jane Austen / Akıl ve Tutku
  • 20. Orhan Pamuk / Kırmızı Saçlı Kadın
  • 21. Adem Güneş / Çocuk Eğitiminde Doğru Bilinen Yalnışlar
  • 22. Sinan Akyüz / Yağmurun Gelini
  • 23. Burak Aksak / Leyla ile Mecnun
  • 25. Ayfer Tunç / Aziz Bey Hadisesi
  • 24. İsmail Acarken / Enneagram
  • 26. Gülseren Budayıcıoğlu / Kral kaybederse
  • 27. Müthiş Psikoloji / Hayır Diyebilme Sanatı
  • 28. Hacı Şahin / Haradan başlamalı
  • 29. Alexandre Dumas / Kamelyalı kadın
  • 30. Stefan Zweig / Mariya Antuanet
  • 31. Alı Benjamin / Hayalet kalp
  • 32. Hasan Ali Toptaş / Bin Hüzünlü Haz
  • 33. Mark Wolynn / Seninle başlamadı
  • 34. Sait Faik Abasıyanık / Alemdağ'da Var Bir Yılan
  • 35. Michelle Cohen Corasantı / Badem Ağacı
  • 36. Selma Laqerleyf / Nilsin vəhşi qazlarla qəribə səyahətləri
  • 37. Elinor Porter / Pollianna böyüyür
  • 38. Canni Rodari / Çipollinonun macəraları
  • 39. Paulo Coelho / Simyacı (Kimyagər)
  • 40. Frensiz Börnet / Balaca prinses
  • 41. Frensiz Börnet / Sirli bağ

   Belə... Bəs sizin üçün necə keçdi 2020? Nələr oxudunuz, nələr izlədiniz yorumlara yazın biz də bilək.

   2021 ilə bağlı çox arzularım yoxdur doğrusu. Sevdiklərimizlə qucaqlaşa, rahatlıqla görüşüb, gülüşüb, söhbətləşib yemək yeyə biləcəyimiz, hər an aramızdan birini itirmə qorxumuzun olmadığı normal bir il olsun yetər... Hər birinizə sağlıq və sevinc dolu normal bir il arzulayıram...

30 Aralık 2020 Çarşamba

Müthiş Psikoloji / Hayır Diyebilme Sanatı

 


   Çox bəyənərək oxuduğum bir kitab daha. "Xeyr" deməyi bacarmayan mənim kimilərə əslində bununla özümüzü necə bir sıxıntıya həbs etdiyimizi, "xeyr" deyə bilməklə sərhəddimizi necə qoruya biləcəyimizi tək-tək izah edən, çox şey öyrəndiyim bir kitab oldu " Hayır Diyebilme Sanatı". Amma oxuyarkən narahat olduğum bir məqam var idi. Bir az oxuduğunu öz düşüncə aləmində çox götür-qoy etməyən, təhlil edib lazımi bilgiləri süzgəcdən keçirməyən biri üçün kitab təhlükəli ola bilər. Çünki şəxsi duyğu və düşüncələr qalın xətlə vurğulanaraq, çox mən mərkəzli bir yol izlənilib. Bu da zəif bir insanda öz sərhədlərini qorumaq üçün bir görüş yaratmaq əvəzinə, başqalarının sərhəddinə də müdaxilə edə biləcək eqoist bir mənlik ortaya çıxara bilər. Nə isə... Yenə çox danışdım... Kitabın həm özündən, həm də müəllifin başqalarından sitat gətirdiyi o qədər gözəl alıntılar var ki... Ən yaxşısı sözü verim onlara...


Seçdiklərim:


✔“Bazen seçim yaparsın bazen de seçimler seni olduğun kişi yapar.” 

Gayle Forman 


✔Sınırlarınız, kim olduğunuzdur.


✔Hayır diyemediğiniz her konuda, sınırlarınızın ihlal edilmesine izin verirsiniz ki, sınırları ihlal edilmiş bir ülke özgür değildir.


✔Daha çok sevilmek, sayılmak, huzur ortamında yaşamak, çatışmadan uzak kalmak uğruna gözden çıkardığınız sınırlarınız hapishanenize dönüşür.


✔“Bu hayatın yarısı çok hızlı evet demekle, diğer yarısı da zamanında hayır diyememekle geçiyor.” 

Josh Billings


✔“Fark etmez” cevabı hayır diyemeyenlerin yedek cümlesidir. 

✔Ne kadar çok kullanırsanız, o kadar yabancılaşmaya başlarsınız kendinize.


✔“Kendinizi başka birisinin düşüncelerine göre incelemeye çalışırsanız hep ikinci el bir insan olarak kalırsınız.” 

Jiddu Krishnamurti


✔İnsan hayatta kendine verdiği değer kadar mutludur.


✔ Kendinize biçtiğiniz değerin karşılığını başka yüzlerde aramak samanlıkta iğne aramak kadar beyhudedir, yorucudur, gereksizdir.


✔Kendiniz gibi olmaktan korkmayın. Hepimizin eksikleri, kusurları ve hataları var. Hayat artılarıyla eksileriyle bir bütün halinde yaşandığında büyülüdür.


✔Hayır demek reddetmek değil sahiplenmektir. Kendi sınırlarınızı belirlemek ve kendi benliğinizi sahiplenmektir.


✔Kendimize yönelik geliştirdiğimiz “kusursuz olma takıntısı” hayırlarımızı engelleyebilir.

Bir şeir daha...



   Müharibə günlərində yazdığım bir şeir daha... Bloqumun da yaddaşında qalsın istədim...


💎💎💎


Dalağalan, bayrağım, dayanma bir an

Kölgənə sığınıb güc alaq səndən.

Başımız üstdə sən daim dalağalan

Düşmən xofa düşsün qoy qüdrətindən.


İrəlilə əsgərim, arxandayıq biz,

Daha doğma olan varmı vətəndən?

Xalqın gözü yolda, xalqın səbirsiz

Qələbə xəbərin gözləyir səndən.


Rahat yat, şəhidim, sən rahat uyu

Qisasın alınır hər gün düşməndən.

Bu anı gözlədik biz illər boyu                            

Sağalır günbəgün yaralı vətən!


Mənim əziz xalqım, qeyrətli xalqım,

Sən necə nəcibsən, necə gözəlsən?!

Tarixi silərək yenidən yazdın,

Artıq söz sənindir, güclü də sənsən

Alexandre Dumas / Kamelyalı Kadın


 ✔"Ben onundum, o ise herkesin..."

   Bəzi sevgilər vardır, güvənilməyən, inanılmayan. Bu sevgilərə barmaqarası baxılır. Bu sevgilər sahibləri üçün artıq hesab olunur, hətta qınanılır. 

   Marguarite Gautierin sevgisi də məhz bu cür sevgilərdəndir. Niyə? Çünki o yüngül həyat tərzi seçən qadınlardandır. Həyatının bir qismini laqeyd və özünə hörmət etmədən keçirdiyi üçün, bir nəfərin qəlbinin gerçək sahibi olmaq əvəzinə, bir çoxlarının ehtiraslı xülyalarının bəzəyi olduğu üçün sevdiyi zamanda da həyat ona qarşı acımasız davranır. 

   Yazıçının üslubu da maraqlıdır. Öz həyatında başına gələnlərdən yol çıxaraq yazdığı üçündürmü, bilmirəm, o qəhrəmanına nə haqq qazandırır, nə də acımasızca tənqid edir. Sadəcə, neytral bir baxışla hər şeyi ortaya qoyaraq qənaəti oxucunun özünə buraxır. Maraqlı və axıcı bir əsərdir.

Seçdiklərim:

✔Gün ışınlarını hiç görmemiş körlere, doğanın ezgilerini hiç işitmemiş sağırlara, ruhunun sesini hiçbir zaman duyuramamış dilsizlere acırsınız da utanç gibi yalancı bir bahane bulur, zavallı kadınları deliye döndüren, iyiyi göremiyecek, Tanrının sesini duyamayacak, aşkın ve inancın arı dilini konuşamayacak duruma getiren bu gönül körlüğüne, bu ruh sağırlığına, bu bilinç dilsizliğine acımak istemezsiniz.


✔Tüm aklı başında insanların çabaları aynı amaca yöneliyor, tüm güçlü istemler aynı ilkeye bağlanıyor : İyi olalım, genç olalım, doğru olalım! Kötülük bir hiçden öte bir şey değil, iyiliğin gururunu taşıyalım, her şeyden önce de umudumuzu yitirmeyelim.


✔Çocuk küçüktür ama, büyük adam onun içindedir; beyin daracıktır, ama düşünceyi içine alır; göz bir noktadan öte bir şey değildir, ama fersah fersah uzamları kucaklar.


✔Bazı bazı, bir dakikalık olay bütün bir yılı dolduran olaylardan çok daha etkili olur.


✔Odam mutluluğumu içine alamayacak kadar dar geliyordu bana; açılmak için tüm doğaya gereksinim vardı.


✔Aşkı hep kırla birleştirmişler, iyi de etmişler: Mavi gök, kokular, çiçekler, meltemler, tarlaların ya da koruların gözler kamaştıran yalnızlığı kadar hiçbir şey çerçeveleyemez sevilen kadını.


✔Tutkular duygulara karşı güçlü kılar insanı.


✔En sonunda bir az toparladım kendimi, çevreme baktım, herkesin yaşamının benim yıkılışım üzerinde bir an bile durmadan sürüp gitmesine şaştım.


✔Daha dün ruhlarının yalnızlığında hasta odalarının loşluğunda çabucak ölmeyi arzulayanlar, başkalarının yaşamını ve mutluluğunu görünce nasıl da yaşamak istiyorlar.

Hobbilərimiz olsun...

 


   Hobbi gündəlik həyatımızda aradabir zaman ayırdığımız şəxsi məşğuliyyətlərin ümumi adıdır. Kənardan bəzən vaxt itkisi kimi görünsə də əksinə, hobbilər boş vaxtlarımızı dəyərləndirmək və özümüzü yaxşı hiss edə bilməyimiz üçün əla seçimdir.

    Hobbilər özümüzü, nələri sevib -sevmədiyimizi və bacarıqlarımızı kəşf etməyə imkan yaradır. Öz zövqümüzə uyğun hobbiyə sahib olmaq yaradıcılıq qabiliyyətimizi də ortaya çıxara bilər. Gündəlik həyatın streslərini azaltmaqla yanaşı, enerji və motivasiyamızın da yüksəlməsinə kömək olur. Xüsusən də, bu karantin günlərində kitab oxumaq, rəsm çəkmək, puzzle yığmaq, naxış, tikiş, video, foto çəkmək və başqa bir çox hobbilərə yiyələnməklə həyatımıza rəng qata, asudə vaxtımızı daha da əyləncəli keçirə bilərik. 

İsmayıl Acarkan / Enneagram



 ✔ " İnsan özünü bir dəfə tapdımı, artıq yer üzündə itirəsi heç nəyi yoxdur. Və öz içindəki insanı bir dəfə anlayan kəs bütün insanları anlayar."

Stefan Sveyq   

   Bir yazımda ennegram testi edərək hansı tipə aid olduğumu tapdığımı və bunun məni özümü tanıyıb, kəşf etməkdə nə qədər çox işə yaradığını qeyd etmişdim. Bu tip bölgüsünə olan etimadım kitab vasitəsi ilə daha da artdı. Oxuduqca testə ehtiyac duymadan bütün ailə üzvlərinin hansı tipə aid olduğunu müəyyənləşdirmək mənə ayrıca zövq verərək kitabı daha da keyiflə oxumağıma səbəb oldu.  Kitabda bir çox xırdalıqlarına görə tiplər təsnif edilir və bu tərz kitabların əksinə  olaraq kifayət qədər oxunaqlı və maraqlı bir çalışmadır deyə bilərəm. 

   Hələ də tipinizi bilmirsinizsə testin linkini təkrar bura qoyuram. Testi edin və öz tipinizin xüsusiyyətlərini tapıb öyrənin. Bu çox işinizə yarayacaq. 

Seçdiklərim:

▪︎"Düşünmək asandır, eləmək çətindir. Ən çətini isə düşündüyün kimi davranmaqdır" 

                                        Aristotel


▪︎"Zamanın qarşısını almaq mümkün deyil. Bir səhv edəndə zamanı geri qaytarıb əvvəldən başlaya bilmərik. Bircə iş görə bilərik, o da indiki zamandan səmərəli istifadə etməkdir."

                                       Dalay Lama


▪︎ "Hər şeyi gör, diqqətlə izlə, bir az dəyişdir." 

                                       II Con Pol


▪︎"O insan ki, gördüyü işlərdə heç kimin qüsur tapmamasını istəyir, o heç bir iş görə bilməz."

                                       H.Nyumen


▪︎Bəlkə də bu gün qarşıya qoyulan məqsəd nə olduğumuzu kəşf etmək deyil, nə olduğumuzu rədd etməkdir.

                                        Mişel Fuko


▪︎Düşünürəm, deməli, varam.

                                                Dekart


▪︎Qorxulardan qaçmaq onları böyütməkdən başqa bir işə yaramır.

                                                   Freyd


▪︎Pəncərəniz kirlidirsə, çölə çıxıb mənzərəni parıldatmağın mənası yoxdur.

                                       Riçard Vilkins


▪︎Gücə arxalanmayan ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır.

                                            Paskal


▪︎Təxirə salmaq həyatı əldən verməkdir.

                                       Vindi Draydin


▪︎Suya düşdüyünüz üçün deyil, sudan çıxa bilmədiyiniz üçün boğulursunuz.

                                      Edvin Luis Kol


▪︎İrəli addımlamaq istəyirsənsə öz yolunu kəsmə.

                                           Nitsşe


25 Aralık 2020 Cuma

Tutkular gözümüzü kor etməsin!




    Bu məsələyə baxışım belədir : Bir şeyə tutulmaq, ona ehtiraslı bir şəkildə bağlanmaq deməkdir. Və bəzən ehtiras elə bir tutar ki gözlərimizi bütün digər hiss etdiklərimiz dəyərsizləşər. Bu ehtirasımız uğruna mərhəməti, şəfqəti, sevgini, qısacası, insanlığımızı unuda bilərik. Yəni ehtirasımız digər duyğulara yenilməyimizə imkan verməz. Bəs bu cür sevmək doğrudurmu? Məncə heç nəyi başqa şeylərə kor olacaq qədər tutqu və ehtirasla sevməməliyik. Ən böyük sevgini ən layiqli Sevgiliyə bəsləyib digərlərini də onun xatirinə sevməliyik...


Burak Aksak / Leyla ile Mecnun

 


   Həyatda elə nüanslar var ki, çox kiçik görünür bəzən. Çox önəmsiz... Bəzən də mühim... Kiçik, böyük nə olur olsun, o nüanslar görünməyən bir sistemə bağlıdır... Bilinməyən qanunlara tabedir...Məcnunların məsələn, Leylalarına qovuşması bu qanuna ziddir... Hansı dövr olur olsun, bəlkə də ibtidai icma quruluşundan, dünyanın inkişaf zirvəsinə çıxmış bu gününə qədər Məcnunlar Leylalarından nakam qalaraq köçürlər bu dünyadan... Kitabın məğzi də budur... O qanunu nə olur olsun heç kimin pozmağa gücü çatmayacağının isbatıdır bir növ. Amma o qədər şirin və komik bir dillə anlatılır ki, tam hind filmləri üçün söylənilən o məşhur ifadə burada yerinə düşür : "Əvvəli gülməlidir, axırı ağlamalı"... 

Seçdiklerim:

▪︎Bu dünyada herkesin bir yükü var. Benimki de hayallerim...


▪︎Oysa onu bir tanısanız, gözlerindeki hüznü bir görebilseniz. Kalbinde rengarenk çiçekler yetiştirir... O çiçekler solmasın diye ağlayarak sulamak ister gibidir gözleri...


▪︎Hadi çok iyi davran kendine, hiçbir şeyi de kafana takma. Düşünme fazla, yetinmesini bil azla.


▪︎Ne vardı çocuk gibi sevinecek? Bu dünyada en çok çocukları üzerler be abi.


▪︎Umudun bittiği yerde çaresizlik başlıyor. Dört duvar arasına sığmayan, nefes almanı bile zorlaştıran bir çaresizlik...


▪︎ Gerçek olamayacak kadar güzel şeyler vardır bu hayatta. İşte onların hepsini sende toplamışlar Leyla...


▪︎Zaten ömür dediğin , sevdiğinin gözlerine bakarken geçen en kısa zaman dilimidir.

24 Aralık 2020 Perşembe

Özünüzü sudan çıxarın!

    


   Hər zaman istədiyimiz həyatı yaşaya bilmirik. Bəzən istəklərimizlə şərtlər arasında uyğunsuzluq olur. Elə zamanlarda ümidsizliyə qapılaraq bəhanələr in arxasına sığınırıq. Mənim də elə imkanım olsa idi, mən də oxumuş olsaydım, işdən-gücdən başım açılsaydı, özümə inamlı biri olsaydım və sair və ilaxır... Əsas olan nədir bilirsinizmi, o uyğunsuzluğa rəğmən hər şeyin öhdəsindən gələ bilmək. Bizə qazandıracaq olan da, məhz bu uğurda aparacağımız mübarizədir.

Sinan Akyüz / Yağmurun Gelini

 


✔ "Küçük üzüntüler konuşurlar büyük dertler dilsizdir."

Oxuyarkən qədim adət ənənələrlə yaşayan, aşirət, ağa, törə məfhumlarının yer aldığı  bir filmi izləmiş kimi oldum.Maraqlı idi, axıcı idi. Amma deyim ki, yeni, fərqli heç bir şey yox idi. Bir faciə və ondan törəyən qəribə törələr... Baş qəhramanın bu törəyə uymaq istəməyişi, tamam fərqli bir yol seçərək həyatının istiqamətini bambaşqa bir yerə yönəltməsi... Ən can alıcı nöqtəsi yaşanmış gerçək bir həyat hekayəsi olması...

Seçdiklərim:

▪︎ Karanlık acılarımızı siliyor, aydınlık ise umutlarımızı yeşertiyor. Her gün gün geceye, gece de güne dönünce biz de yenileniyoruz, zaman denen yakı herkesi iyileştiriyor. Yeter ki umut etmesini bilelim.


▪︎Kimi bin umutla kimi de umut nedir bilmeden yaşarmış. Lakin umut etmek güzelmiş.


▪︎" Kaç zamandır acıyla kavrulan yüreğine serinlik gelirken, " Uğruna canımı verecek kadar sevdiğim ne varsa elimden kayıp gitmiştir. Artık kaybedeceğim bir şeycik kalmamıştır." diye geçirdi aklından "


▪︎''Bak oğul,'' dedi. ''Güneş hep aynı doğar, aynı batar. Sana da, bana da, başkasına da, hatta kainata da... Güneş hep aynıdır, lakin biz değişiriz. Sen büyür erkek olursun. Bense yaşlanıp ölürüm. Güneş bunu umursar mı? Gene doğar, gene batar...''


21 Aralık 2020 Pazartesi

Niyə oxuyuruq?..

   "Kitab oxumaq bizə nə qazandırır?" deyə soruşsaq cavab siyahısı əslində o qədər uzun olar ki... 

   Uşaqlığımdan bəri oxumağı çox sevmişəm. Amma mənə qazandırdıqlarını hələ bu günlərdə dərk edə bilirəm. Və onu da bilirəm ki, kitab oxumağın insana hiss etdirdiklərini dillə izah etmək təəssüf ki, mümkün deyil. Bu duyğuları sadəcə iki kitab oxuyan bir-birinə ötürə bilir. Çünkü bu hissləri, duyğuları öncədən tanımaq lazımdır ki, anladılınca məsələdən hali olsun. Daha öncə həmin duyğuları bədii bir dillə Oxumaq (klikləyin) adlı yazımda təsvir etməyə çalışmışam. 

    O ki, qaldı konkret şəkildə qazandırdıqlarına, aşağıda sadəcə bir qismini qeyd etməyə cəhd etmişəm. Əminəm sizdə də bambaşqa bəndlər vardır. Odur ki, şərhlərdə yazın onları da bilək...

 ▪️Kitab oxumaq zehnimizi açır.

▪️Xəyal gücümüzü qüvvətləndirir

▪️Oxumaq bizə həyatı sevdirir.

▪️Bilgi dağarcığımızı və söz xəzinəmizi zənginləşdirir.

▪️Anlama və danışma qabiliyyətimizi inkişaf etdirir.

▪️Dünyagörüşümüzü artırır və bizi keyfiyyətli insan edir

▪️Kitab oxuduğumuzda stressli vəziyyətlərdəki reaksiyalarımız daha sağlam və davranışlarımız daha müdrikanə olur.

▪️Oxumaq bizə empatiya qazandırır, başqalarının duyğularına hörmət etməyi öyrədir

▪️Dünyaya qarşı baxışımızı dəyişdirir. Hadisələrə fərqli bir pəncərədən baxa bilməyimizə imkan yaradır.

16 Aralık 2020 Çarşamba

Hər Aya 1 Kitab, 1 Film


Salamlar bloqumu hələ də ziyarət edən canım oxucalar. Yaxşısınızmı? Məni sorsanız karantinin bezdirici ev həbsi günlərində əsəblərimi qoruya bilmək üçün müxtəlif şeylərlə başımı qatmağa çalışıram. Bir an öncə bu günlərin bitməsi üçün bol-bol dua edirəm. Nə isə... Xeyirlisi...

 Noyabr ayının kitab və filmi haqqında indi yazası oldum. Ümid edirəm ki, dekabr ayını da çatdırıb yaza bilərəm.


Noyabr ayı : 

▪️ Kitab : Sait Faik Abasıyanık / Alemdağ'da Var Bir Yılan

▪️ Film : Melekler ve Şeytanlar 


Kitab : Sait Faik Abasıyanık / Alemdağ'da Var Bir Yılan

✔"Yalnızlık dünyayı doldurmuş. Sevmek, bir insanı sevmekle başlar her şey. Burda her şey bir insanı sevmekle bitiyor."

   İndiyə qədər hər ay oxuduğum kitabları az və ya çox bəyənmişdim. Bu kitabı isə heç bəyənmədiyimi deməliyəm. Sürrealist janrda yazılmış, zaman, məkan, həqiqət, yalanın iç-içə girdiyi, bitirdikdən sonra ağlında heç bir şey buraxmayan 17 hekayədən ibarətdir kitab. Sırf özümə heç bir şeyi yarım qoymamağa söz verdiyim üçün sona çatdırdım.Bitirə bilmək üçün özümü çox zorladım. Qələmindən, üslubundan içkisevər və fərqli cinsəl seçimləri olan, yalnız, miskin həyat yaşayan bir yazıçı canlandı gözümdə. Bilmirəm bəlkə də bu sadəcə yaratdığı obrazların dünyasıdır. Amma o dünya mənə çox ürküdücü, soyuq və uzaq gəldi.


Seçdiklərim : 

✔ O masaya otursam o masaya. İnsanlar gelse otursa çift çift kadınlı erkekli. Ben tek başıma. Milyonlar içinde tek başıma. Acı gitgide acıyor. Kavun acısı gibi, zehir gibi bir acı. Kaybettikten sonra bulduğumuz şey.


✔ Rüyamda hiçbir şeyi görürdüm. Hiçbir şeyi. Hiçbir şey kadar güzel şey var mı? Varsa ver bir lokma. Şu saatte. Hiçbir şey ölüm gibi güzeldir.


✔ Sokakların içinde sırtımda talihim, sırtımda kendim, yürümeliyim.


✔ Önce kafasını gösterdi:

— Kafa dediğin eskir, ihtiyarlar, ölür bile insan ölmeden, dedi.

Sonra kalbini gösterdi:

— Eskimeyen, eksilmeyen şey buradadır.


✔ Körlük ne kadar modası geçmiş bir edebiyata benziyor. Kılı kırk yaran bir edebiyata...


✔ İnsanoğlu gülünç olmak için doğmamışsa gülünç etmek için doğmuştur. 


✔ İnsanoğlu için yasaklı hayvandır da diyebiliriz. Mikroplar bile birer yasak değil mi? Aşklar yasaktır. Gün olur, sular, yemişler bile yasaktır. İnsanlar birbirine yasaktır.


Film: Mələklər və Şeytanlar

   Nə təsadüfsə, bu ayın filmini də sevmədim. Əslində aksiyonlu, həyəcanverici və bir az da fantastik bir filmdi. Amma mən daha slow tərz filmləri sevdiyimdəndir ya nə bəyənə bilmədim. Film Dan Brownun əsəri əsasında çəkilib və açığı bu yazıçın əsərləri mənə bir az ağır gəlir.

   İllər sonra ortaya çıxan illuminati təriqətinin nümayəndələri ilə kilsə arasındakı mübarizədən bəhs edən film gözlənilməz bir sonluqla bitir. Aksiyon və müəmma sevənlər üçün əla bir film olduğunu deyə bilərəm.

7 Aralık 2020 Pazartesi

Həmsöhbətim...

  


   Heç qeyri-canlı, müxtəlif məfhumlarla söhbətləşdiyiniz olurmu? Mənim olur, doğrusu. Bir saralmış yarpaq, bir qurumuş budaq, yastığım, kitabım, fincanım, pəncərəyə qonan quş və divarıma düşən işıq bəzən çox gözəl həmsöhbətim ola bilirlər...


Həmsöhbətim...


Pəncərəmdən düşən işıq, 

divarlarda nur fırçanla nə çəkirsən?

Kölgələrlə hey savaşıb

Mənə kimdən xəbər vermək istəyirsən?

Gah tutulub, gah açılıb

Çırpınırsan divarlarda.

Söylə, dilinmi tutulub?

Qalıb səsin-küyün harda?

Güc verirsən işığına,

Ağarırsan, parlayırsan.

Otağın hər bucağına

Öz nurundan paylayırsan.

Dərdin-sərin var bəlkə də ?!

Danış səni eşidirəm.

Elə belə səssizcə də,

Anlaşarıq, hiss edirəm.


Umman Aslan

Adem Güneş / Çocuk Eğitiminde Doğru Bilinen Yanlışlar


 ✔"Henüz dünyaya gelmiş bir çocuktan hangi kural ve kaideye uymasını bekleyeceksiniz ki!.. Çocuk bu. Koşacak, coşacak, düşecek; bazen cam kıracak bazen de kalp... Eğer bir çocuk bunları yapmıyor; sanki büyük bir adam gibi, evin bir köşesinde akıllı uslu oturuyorsa muhtemelen o çocuk ya velidir ya da üzerinde yoğun duygusal veya psikolojik baskı vardır."

   Bu kitab bizi bir kənarda sakitcə oturan, anasının hər dediyinə etiraz etmədən əməl edən, öz seçimləri olmadan valideynlərinin istədiyi istiqamətdə yaşayan "sözəbaxan" uşaqları böyük həsədlə müşahidə etmədən əvvəl, "tərbiyəli" kateqoriyasına ayırmadan öncə durdurub bir düşündürür. Burada bir şeylər yolunda getmir. Uşaq dediyin ata-ananın istədiyi kimi yönəldəcəyi pultlu bir oyuncaq deyil. Uşaq hər bir yetkin fərd kimi duyğuları, istəkləri olan şüurlu bir varlıqdır. Və böyüklər     bu həyat yolçuluğunda uşaqları istədikləri yola yönəltmək üçün yox, onlara məhz özlərinin yollarını tapmaq üçün düzgün seçim etməkdə  bələdçilik etməklə vəzifəlidirlər. Bunu bilmək uşaq tərbiyəsindəki bir çox problemin də həllinə qapı aralayır. Odur ki, hər kəs, xüsusən də validenlər bu kitabı oxumalıdır məncə.

Seçdiklərim:

▪️ Her birimiz sevilmeye muhtaç; ama (maalesef) her birimiz sevgi isteyene kaşları çatık... 

▪️ Anne sevgisine doyamadan büyümüş bir çocuk, bu ihtiyacını bir ömür boyu sırtında bir yük gibi taşıyacak, kendisini delice sevenler olsa da sevgi ihtiyacını bir türlü doyuramayacaktır. 

▪️ Unutma ki insan, acısını ve ıstırabını çekerek kazandığı şeylere sahip çıkar. 

▪️ "Bağımlılık" kaos, "bağlılık" huzur doğurur.

▪️ Terbiyenin kelime anlamı, çocuğun "ruhen" ve "cismen" yükselmesi, olgunlaşması, kemale ermesidir. 

▪️ Ne yazık ki günümüz eğitim sistemi, her şeyden bir şey öğretmeye yönelik olduğu için bir şeyden her şeyi bilmeye yönelik kabiliyet taşıyan çocuklar arada kaybolup gitmekteler.

▪️ Anne babanın çocuk terbiyesinde aslî görevi, çocuğunun fıtratını değiştirmek ve onu akıllı uslu, sessiz sakin bir çocuk yapmak için mücadele etmek değil, aksine çocuğunun özelliklerini keşfedip o özelliklerine göre onu yetiştirmek ve onun kendisi gibi olma yolunu açmaktır. 

▪️ Bilinçli bir ailenin iftar hazırlık saatleri bir yardımlaşma ve telaş içinde geçmelidir. İftar sofrası hazırlamak sadece annenin vazifesi olmamalıdır. Mutfak sadece annenin sırtına bir kambur gibi yüklenmemeli.

▪️ Bir anne, otoriter olmaya soyunur ve babanın rolünü üstlenirse ortaya "şiddet" çıkar. 

▪️ Çocuklarına karşı fıtratlarının gereği olarak şefkat sunan annelere, çevre tarafından çok defa, "Bu kadar yumuşak olma, çocuklar yarın seni dinlemez" ikazlarının yapılması, o annelerin "doğal anne" olmaları önünde, psikolojik bir baskı unsuru olmaktadır. 

▪️ Oyun, çocuğun dünyasında büyülü bir masal ülkesidir. Orada sizin tanımadığınız; ama çocuğunuzun arkadaşı olan birçok şey gizlidir. Sizin göremediğiniz eşyaları, sesini duyamadığınız birçok şarkıları vardır... 


▪️ ...biz uzmanlar olarak silah kullanan çocukların dünyasında bir takım kötü insanların bulunma ihtimalini not alır ve böylesi çocukların kendi eziklik ve ör-selenmişliklerini oyuncak silahlarla atmaya çalıştıklarını gözlemleriz. 


▪️ Sağlıklı terbiye almış çocuk, sosyal çevresi ile dayanışma ile yaşayan ve kendi dışındaki, canlı ve cansız varlıklar ile uyum içinde olmaya çalışan çocuktur".

4 Aralık 2020 Cuma

2783... 🥀



........  2782  ,   2783  ,   2784  .......

 2783... Artıq bizim üçün adi saylardan bir say deyil o ...

2783 şəhid -

qəlbimizdə 2783 yara...

2783 yarım qalan həyat hekayəsi,

2783 qəhrəmanlıq dastanı,

2783 zirvəmiz var artıq...

2783 fəxrimiz, 

2783 qürur mənbəyimiz var...

2783 ailə ilə bütöv bir xalqın matəmi var, göz yaşı var...  

Və 2783 qəhrəmanımız var  cənnətin ən gözəl mərtəbəsində...

   Biz sizə çox şey borcluyuq... Minnətdarıq... Haqqınızı, tökdüyünüz qanları bizə halal edin... Bu vətən sizdən bizə əmanət. Gözünüz arxada qalmasın, sizin qəhrəmanlıqlarınıza şahid olaraq böyüyən, sizdən nümunə götürən oğullar bu vətəni layiqincə qoruyacaqlar, bundan əmin olun...

   Və yaşam mücadiləsi verən 1245 sayda yaralı əsgərim, sizə də minnətdarıq... Rəbbim öz şəfası ilə yardımçınız olsun...

   İtgin düşən 100-dən çox əsgərim, kaş ki, hamınız sağ tapılsanız... Kaş ki... Minnətdarıq...



29 Kasım 2020 Pazar

Orhan Pamuk / Kırmızı Saçlı Kadın

 


 “…Bir baba adil olmalıdır, adil olmayan baba evladını kör eder…” 

   Qərb dünyası ilə Şərq dünyasında iki fərqli əfsanə var. Qərbdə Sophakles, Şərqdə isə Firdovsi bu əfsanəni yazıya alaraq zamanımıza qədər gəlib çatmasına səbəb olmuşlar. Bu iki əfsanənin çox qəribə bir ortaq cəhəti var. Yunan əfsanəsində şahzadə Oidipis bilmədən atası Laiosu, Şahnamədə isə şah Rüstəm Zal bilmədən oğlu Söhrabı öldürür. Və əsərin demək olar ki, zəminini bu iki əfsanə təşkil edir. İlk eşq, ata-oğul rəqabəti, sevgisi, ata mərhəməti, oğul itaəti, qısqanclıq, kin, nifrət, 80-ci illərin həyat tərzi, sağcı-solcu münaqişələri və sadalaya biləcəyimiz bir çox qarışıq mövzunu səliqə ilə bir araya yığıb Orhan Pamuk bu əsərdə.

Seçdiklərim:

▪︎“Herkes gibi olmak için her şeyi unutup hiçbir şey olmamış gibi yapmalıydım.”


▪︎Sonuçları düşünürsen özgür olamazsın. Özgürlük, tarihi ve ahlakı unutmaktır.


▪︎“Şairi önce asacaksın, sonra darağacının altında ağlayacaksın.”


▪︎Bir baba ihtiyacı her zaman vardır, yoksa, kafamız karıştığı, dünyamız dağıldığı, ruhumuz daraldığı vakit mi isteriz babayı?


▪︎Göğe çıkıp yıldızların ışıltısına ulaşmak yerine, şimdi üzerinde uyuduğumuz toprağın içine girmeyi hayal etmemiz doğru muydu?


▪︎Bu birey olma merakı ve telaşı yüzünden Avrupai zenginlerimiz değil birey, kendileri bile olamadılar.

Həyatın öyrətdikləri 🌟

   


   Hər kəsin həyatı fərqlidir. Çünki hər kəsin daxili aləmi fərqlidir. Bəziləri sərtdir. Həyatdakı mövqeyi də buna uyğundur. Ətrafındakılar daxildə sevmir bəlkə, amma hörmətlə yanaşmağa məcbur hiss edir özünü. 

   Bəzisi yumşaq xarakterlidir. Qəlb qırmaq istəmir, davranışında, münasibətlərində ehtiyatlıdır. Ətrafdakılar bəlkə də sevir onu, amma  hörmətdə qüsur edə bilirlər. Arxayındırlar ondan zərər gəlməyəcəyinə. 

   Nə yaman bir ziddiyyətdir bu, deyilmi?! 

   Deməli, orta yolda olmaqdır ən doğrusu. Nə sərt, kobud olub qəlb qıracaqsan, nə də nəzakət xatirinə sənin qəlbini qırmalarına imkan verəcəksən. Bu yolu tuta bilmək hər iki xarakter üçün əlbəttə ki, o qədər də asan deyil. Amma alışqanlıqlarımız xarakterimizə yön verdiyinə görə yoxlamağa dəyər. 

27 Kasım 2020 Cuma

Hər Aya 1 Kitab, 1 Film



   Bir gün həyatıma boylanıb baxdığımda çox mütəəsir olduğum bir şeyi kəşf etdim. Bir çox şeyi yarım qoyduğumun fərqinə vardım. Bunların hamısı iradəm daxilində olan şeylər deyildi. Bəs nə ilə əlaqədardır bütün bu yarıda qalmalar, tam olaraq nələri yarım qoymuşam, bir yazımda genişcə toxunacağam yəqin ki, bunlara. Bu yarıda qalma məsələsini kəşf etdikdən sonra özümə əlimdən gəldiyi qədər heç bir şeyi yarım qoymayacağıma dair söz verdim. 

   Odur ki, bu il bloqdaşlarım tərəfindən başladılan və il boyu sadəcə bir ay qatıla bilmədiyim "Hər aya bir kitab, bir film" etkinliyinə davam etməyi düşünürəm. 

   Mən sentyabrda da ayın kitabını oxuyub, filmini izləmişdim. Amma ayın 27-si başlayan  müharibə ilə biz tamam başqa məsələlərə fokslandığımız üçün həmin ayın kitab və film yorumunu da paylaşmaq qismət olmamışdı. Vətənimdə hər şeydən önəmli olan "Ana Vətən" müharibəsi gedən bir dövrdə, yəni oktyabrda isə ümumiyyətlə etkinliyə qatıla bilmədim. Lakin gec də olsa sentyabr ayını indi yayımlamaq istədim. Ay bitməmiş imkan olsa noyabrı da yayımlayacağam çox güman ki. 

Sentyabr ayı

◾Kitab: Hasan Ali Toptaş / Bin Hüzünlü Haz (əslində eyni müəllifdən başqa bir kitab idi, mən bunu tapdım)

◾Film : Bizim İçin Şampiyon


Hasan Ali Toptaş / Bin Hüzünlü Haz



✔"Hayat nedir diye sorarsan, bilmiyorum evlat," der emin bir sesle, "sormazsan, biliyorum..."

   Bu kitab haqqında heç nə yaza bilməyəcəm. Sadəcə onu deyim ki, oxucuya sən hələ olmamısan, get hələ çox oxumalısan bu cümlələri anlaya, qavraya bilmək üçün. Hələ  həyatın bilmədiyin, çözmədiyin çox sirləri var, hələ söz aləmində mənasını tam olaraq anlamadığın çox ifadələr var. Oxu, çox oxu ki, bir gün açıb sətirlərimdə göz gəzdirdiyində məni də anlayasan. 

   Bəli, tam da bunu dedi mənə kitab. İlk oxuduğumda sadəcə sözlər uçuşdu ətrafımda, bir xəyal dünyasının bulanıq görüntüləri içərisində hiss etdim özümü. Ha boylansam da bir şeylər görə bilsəm də nə olduğunun fərqinə vara bilmirdim sanki. Cümlələr  durmadan sel kimi axaraq alıb məni ağuşuna apardı.Amma bitirdim, əlimdə qalan - heç nə... Sonra ikinci dəfə oxudum. Bir şeylər ancaq bu zaman aydın olmağa başladı. Amma sadəcə duyğularım anladı, kitabdan danış desəniz yenə heç nə deyə bilməyəcəm. Qısacası, deməyim odur ki, əziz oxucu Hasan Ali Toptaş qələmi bambaşqa bir aləmdir. Və məni bu aləmlə tanış etdiyinə görə bloqdaşlarıma minnətdaram.❤


Seçdiklərim: 

✔Oysa, uzun süredir buralarda kimse kimseyi tanımıyor artık. Yalnızca, tanıyormuş gibi yapıyor...


✔Bu, insanoğlunun baştan beri kurtulamadığı ve sonsuza dek de asla kurtulamayacağı, tuhaf bir yazgıymış zaten; önce ne yapıp edip bin bir güçlükle, kıvrana kıvrana yaratır, sonra yaratma sevinci gibi gözüken hazin bir teslimiyetle yarattığının kulu kölesi olur, ardından da ille onu ellerimin arasında tutacağım, ya da içinden bir daha, bir daha doğacağım diye, kendini hırpalaya hırpalaya helak olur gidermiş...


✔...gecekondu semtlerinden koparılmış ürkek çiçeklere benzeyen genç kızların hikâyelerini görebildiğim halde; hayallerini elektrikli süpürgelerin gürültülerinde öğütüp öğütüp toz torbalarıyla birlikte her gün çöpe boşaltan donuk bakışlı kadınların, tatlı dilli kafes kuşlarıyla, güler yüzlü çiçeklerle ve çeşit çeşit alışveriş manzaralarıyla süslü hikâyelerini göremiyordum sözgelimi.


 Bizim için Şampiyon


   Filmin fragmanlarını, reklamını çox görmüşdüm, amma sırf at yarışı ilə əlaqədar bir film olduğunu düşündüyüm üçün, açığı, izləmə həvəsim olmamışdı. Bu ayın filmi olaraq bunu seçdikləri üçün bir izləyim dedim. Sən demə hekayəsi bir at yarışından çox daha dəyərli bir həyat hekayəsinə dayanırmış. Əzmin, ümidin, inamın, sevgi və onun gücünün, mücadilənin hekayəsidir bu. Çox bəyəndim.


Üşüyən əsgərimə... 🇦🇿

 


    Salam olsun bütün yazımı oxuyan canım oxuculara. Yenə bir şeirlə gəlmişəm bu gün də. Deməli, aşağıdakı şeirimi müharibə günlərində yazmışdım. Sonradan əsgərlərimizin Şuşadakı oteldə isti yataqda istirahət etdiklərini görəndə bu qələbənin dəyərini də bir daha anladım. Şeirə ad tapmadım. Yorum qisminə yazın bərabər bir ad qoyaq.❤


Zehnim bulanıqdır, köksüm daralıb

Səhərdən tutmuram qərar heç yerdə

Yoxsa gecəsini hücumda olub                                    

Əsgərim yuxusuz qalıb səngərdə?!

Xəyalım qadalı-qanlı sərhəddə

Qəlbimi, sanki, qış şaxtası döyür,

Deyəsən, yağışlı, soyuq cəbhədə

Can qardaş, əllərin yaman üşüyür.

25 Kasım 2020 Çarşamba

Sam Horn / Tongue Fu

 


✔"Sözcükleri ağzınızdayken yutmak onları daha sonra yemekten daha iyidir." (FRANKLIN D. ROOSEVELT)


   Bu cür kitabları oxuya oxuya bunu anladım. Bəli, müəyyən məsələlərdə fikir sahibi olursan. Amma dəyişmirsən. Ya da o dəyişim zamanla cüzi artımlarla olduğu üçün hiss etmirsən. Çünki, məhz "dil döyüşü" kimi adlandırılan bu kitabı oxuyaraq artıq bütün mübahisələrdə qalib olacağımı düşünmüşdüm. Amma olmadım təbii ki 😅 


   Məncə not alıb arabir mütləq göz atmaq lazımdır, həqiqətən kitabın təsirinin qalıcı olmağını istəyirsənsə. 

   Nə isə... Kitab, yuxarıdan da anlayacağınız kimi, sosial bir varlıq olan insanın başqaları ilə münasibət qurması üçün ən önəmli vasitə olan ünsiyyətini necə tənzimləyəcəyini öyrədir bir növ. Maraqlı, diqqət çəkən bir çox məsələ var içində. Mən not aldım başlayarkən. Lakin təəssüf ki, bir xasiyyətim var, oxuduqca az qala hamısını önəmli hesab etdiyim üçün notlarım o qədər çox olur ki, yarısına gəlməmiş vaz keçirəm not almaqdan😒 Bu kitabda da elə oldu. 


   Oxumağı hər kəsə tövsiyə edərdim. Ümid edirəm ki, aşağıdakı alıntılar kitab haqqında bir fikir formalaşdırar sizdə. Kitabın yazarının özündən çox fərqli mütəfəkkirlərdən seçdiyi cümlələrin hamısı o qədər gözəl idi ki. Burada çox olar deyə sayını azaltmaq üçün seçim etmək mənim üçün çox çətin oldu doğrusu.


Seçdiklərim:


 ✔Dalay Lama'nm önerdiği gibi, "Eğer başkalarının mutlu olmasını istiyorsanız, merhametli davranın. Eğer kendiniz mutlu olmak istiyorsanız, merhametli davranın."


 ✔Dertli insanların ihtiyacı köşeye sıkıştırılmak değil, hislerine kulak verilmesidir.


✔"Lisanı geliştirmiş olmamızın nedeni, bence içimizin en derinlerinde yatan şikâyet etme ihtiyacımızdır."(JANE WAGNER VE LILY TOMLIN)


 ✔"Başkalarının yaşamına ışık kattığınızda bu ışık size de yansır."


 ✔Will Durant'ın belirttiği gibi, "Başkaları hakkında kötü konuşmak kendimizi övmenin onursuz bir yoludur."


 ✔"Her münakaşanın temelinde birisinin cahilliği yatar." (LOUIS D. BRANDEIS)


 ✔"Öfke çoğu zaman ilgi için atılan bir çığlıktır"


 ✔Abartı kendini kaybetmiş hakikattir." (KAHLIL GIBRAN)


 ✔Stanley Horowitz şöyle diyor: "Bir sohbetin düzeyini sesi yükseltmek kadar alçaltan başka bir şey yoktur."


 ✔"Kabalık, zayıf adamın güçlü taklidi yapmasıdır." (ERIC HOFFER)


 ✔"Ancak aptallar suyun derinliğini iki ayağıyla birden kontrol eder." (AFRİKA ATASÖZÜ)


 ✔"Size başarının değil ama başarısızlığın formülünü verebilirim: Herkese hoş görünmeye çalışın." (BILL COSBY)


 ✔"Bir şey için dik duramazsanız her şey için yere düşersiniz." (ANONİM)


 ✔"Dünyanın yarısı söyleyecek bir şeyi olan ama söyleyemeyen, öteki yarısı da söyleyecek bir şeyi olmayan ama durmadan konuşan insanlardan oluşur." (ROBERT FROST)


 ✔"Cesaret, hayatın huzur bağışlamak için talep ettiği fiyattır." (AMELIA EARHART)


 ✔Zorbalar Ancak "Yeter!" Demesini Bilenlere Saygı Duyar


 ✔"Güzel hatıralar mutluluk için ikinci bir şanstır." (KRALIÇE İKINCI ELIZABETH)

Qarabağım!

 

   Müharibə gedən dövrdə düşüncələrim, ruh halım sadəcə mövcud vəziyyətə fokslanmışdı. Və bu günlərdə əvvəllər aradabir üzünü göstərən ilham pərisi ilə tez-tez görüşəsi oldum.😊 Şeirlərimi ara-ara qeyd edəcəm bura. Vətən qoxulu, birlik, qəhrəmanlıq, qələbə soraqlı bu dəyərli günlərdən xatirə qalsın deyə.


Qarabağım!

Qarabağım, mənim dərdli torpağım,

Necə qismət yazılıbdır bəxtinə?!

İllər boyu oldun düşmən tapdağı,

Bütün dünya durdu sanki qəsdinə.


Görmədilər, duymadılar dərdini,

Baxmadılar nisgilli həsrətinə.

Dağıtdılar, pozdular sərhəddini

Necə dözdün bəs bu qədər çətinə?!


Gözləmişdik illərlə sülh umaraq,

Qulaq verdik, nəhayət ki, səsinə. 

El bir oldu sənin üçün, Qarabağ,

El sel oldu axdı düşmən üstünə.


Bir bayraq altında birləşib qalxdıq

Yumruq olub zərbə vurduq düşmənə.

Can verib uğruna  biz qan axıtdıq

Halalımız, haqqımızdır qələbə!


Umman Aslan 

10/2020

23 Kasım 2020 Pazartesi

Michael Ende / Momo

 


✔ "Artık öğrendiği bir şey vardı: Başkalarıyla paylaşılmayan zenginlikler insanı mahvediyordu."

   Bir vaxtlar hər kəsin zamanı vardı. Paltaryuyan, qabyuyan maşınlar olmadığı günlərdə qonşu qadınlar işlərini erkəndən bitirib toplaşır, söhbətləşir, qohum-əqraba axşamları çay içib, dərdləşmək üçün bir-birlərini ziyarət edirdi. Sonra həyatımızı asanlaşdıran alətlər çıxdı ortaya. Əslində hər biri bizə xeyli zaman qazandırdı. Amma nə sirdirsə əksinə, insanların nəinki başqalarına, heç özlərinə də ayıracaq zamanları qalmadı. Bəs bizim zamanımız hara gedir? Bəlkə onu oğurlayan biri var. Bizim əsrin bax bu düşündürücü sualını obrazlaşdıraraq qəflət içində olan bizlərə təqdim edir yazıçı. Zamanımızı oğurlayanları ifşa etmək üçün balaca qəhrəman Momonu göndərir köməyimizə. 

Seçdiklərim


✔ Çok az insan gerçekten iyi bir dinleyicidir.


✔...dünyadaki bütün anlaşmazlıklar kasıtlı ya da kasıtsız, aceleye getirilerek söylenmiş birtakım yalan yalnış sözlerden kaynaklanıyordu.


✔ Fakat zaman gerçek sahiplerinden alınınca ölüyor. Her insanın kendisine ait belli bir zamanı vardır. Ve bu zaman da yalnızca onda kaldıkça canlıdır, yaşar.


✔ İnsanlar ölümün ne olduğunu bilselerdi ondan hiç korkmazlardı. Korkmayınca da kimse onların yaşam zamanını çalamazdı.


✔ Hayatta en tehlikeli şey gerçekleşmiş hayallerdir.


14 Kasım 2020 Cumartesi

Bir hüzünlü qələbə...

 


   Çox xəyal qurmuşdum, qələbəni eşidəndə nələr hiss edəcəm, necə reaksiya verəcəm deyə çox düşünmüşdüm... Həm doğma yurdum Füzulinin azad olunduğu günü, həm də ümumi qələbəni neçə dəfə canlandırmağa çalışmışdım gözlərimdə... Amma heç biri, heç biri xəyal etdiyim kimi olmadı...

   Füzulim alınanda Gəncə bombalandı, sevincimiz ürəyimizdə dondu qaldı... Heç nə hiss edə bilmədik... O günahsız ölürülən canların ağrısı, acısı daha ağır basdı... 

   Olsun dedim, qabaqda böyük qələbə var... Kim olur olsun mane ola bilməyəcək xalqın o böyük sevincinə, coşğusuna...

   Həftəsonu rayon qaçamaqlarından biri idi. Ertəsi səhər tezdən yola düşəcəkdik. Odur ki, erdən başımı atıb yatmışdım. Sübh namazı vaxtı yatmağa gələn yoldaş xəbər verdi mənə müharibənin bitdiyini... Şok oldum, necə yəni? Bir gecədə, bir anda necə bitdi? Özü də o qədər məyus idi ki, sanki ola biləcək ən pis şey olmuşdu. Onun əzginliyi, bu qəfil qələbənin çaşqınlığı ilə toparlanıb çıxdıq. Yolboyu izah etdi bizə məsələnin nə yerdə olduğunu. Əlbəttə ki, hər zaman bizə düşmən mövqeyində olan bir ölkənin  ordusunun vətənimizdə yerləşməsi qəti istədiyimiz bir şey deyildi. Ümumiyyətlə, bu sazişdə bir çox məqamlar var ürəyimizcə olmayan, bizi narahat edən... 

   Amma elə yol boyu bir şey beynimi qurcalayıb durdu - nə olursa olsun, yenə də bu bizim qələbəmiz deyilmi?! Bunu bizim  xalqımızın birliyindən güc alan qəhrəman, igid əsgərlərimiz öz qanları hesabına qazanmadılarmı? Nə olur olsun bu bizim qələbəmiz deyilmi? 

   Bu necə təvafüqdür ki, biz müharibənin başladığı gün də rayondan Bakıya gəlirdik, bitdiyi gün də... O vaxt Bakıya yaxınlaşdıqca yoldan ard-arda keçən hərbi sürsat və əsgər daşıyan maşınlar, təcili tibbi yardımlar məni elə həyəcanlandırmışdı ki, durmadan ağlamışdım, hətta zənglər gəldi yolda, Füzulinin bəzi kəndlərinin azad olunduğu müjdəsi verildi... Qaradağdan keçərkən yol qırağında dəstə-dəstə əllərindəki bayraqlarla cəbhəyə gedən əsgərləri alqışlayan xalqı gördükcə ürəyimin böyüyüb dağa döndüyünü hiss eləmişdim...

   İndi də bir qırıq qələbə sevinci ilə dönərkən yenə yolboyu xalqın qələbə sevincinə şahid olurduq... Bu duyğunu anlatmaqla izah etmək çox çətindir... Əllərində bayraqlarla yenə uşaqlar, böyüklər tökülmüşdülər yol qırağına... Maşınalar siqnal verə-verə keçir, hər kəs qucaqlaşır, bir-birini təbrik edirdi... Hamının üzündə qələbə sevinci var idi... Mən isə iki duyğunun arasına sıxışıb qalmışdım... Bir tərəfim xalqın qələbə sevincinə şərik olmuşkən, bir tərəfim görəsən doğurdanmı nəticə bizim lehimizə oldu deyə düşünüb dururdu... 

   Şəhərə çatdıq... Hələ səhər idi... Xalq dünən gecə yuxusuz qalmışdı, odur ki, gözlədiyim qədər izdiham falan görmədim Bakı küçələrində... Amma yenə də hər yerdən hüzünlü bir qələbə fışqırırdı... Bayraqlara bürünmüş insanlar, maşınlar, ötən maşınların pəncərəsindən çıxıb "qələbə" qışqıran insanlar...

   Qısacası, çox uzatmayım, canım oxucu... O gün axşamacan məni hədsiz yoran düşüncələrlə boğuşdum... Biz indi qələbə çaldıqmı? Yoxsa özümüzümü aldadırıq? Sosial medya hesabalarına göz atdım, oralar da qarışıq idi, eyni mənim başımın içi kimi... Bir ovuc məsələni həqiqətən analiz edə bilən insanlar və bir yığın də sadəcə onların yazdıqlarına etimad edib, öz süzgəcindən keçirməyə ehtiyac belə duymayan təqlidci və pessimist postlar, hər şeyə rəğmən qazanılan qələbənin məhz bizim uğurumuz olduğunu, düşünən optimist postlar... 

   Mənim diqqətimi isə qələbəni böyük sevinc və coşğu ilə qeyd edən insanaların görüntüləri çəkirdi...

   Sonra axşama doğru içimdə böyük bir sıxıntı olduğunu kəşf etdim... Bu sanki bir peşmanlıq, əldən verilmiş bir fürsətin narahatlığı idi... Özümlə baş-başa qalıb uzun-uzun düşündüm... Biz iki ay öncəyə qədər illərdir nə qədər çalışsaq da bir metr torpağı geri ala bilməyən və ədalətsiz dünyanın böyük və öz məqsədlərini güdən güclərinin nəzarəti altında bu torpaqlara bir daha sahib olmağı sadəcə ümidsiz bir şəkildə xəyal edən bir xalq idik... 

   Sonra bir şey oldu... Başçımız bir addım atdı... Xalq ayağa qalxıb bir yumruq kimi birləşib onun arxasında durdu... Saysız-hesabsız oğullar tərəddüd belə etmədən könüllü cəbhəyə yollandı, qadınlarımız bişirdiklərini, toxuyub tikdiklərini və ən əsası gecəli-gündüzlü dualarını göndərdi cəbhəyə... 

   Hər gün gələn şəhid xəbərlərinə bütün xalq evində yas qurdu, qələbə xəbərləri hamı üçün toy-bayram oldu... Yəni bu torpaqları biz, biz özümüz qanımız hesabına qazandıq! Bəs indi bu qələbə bizim deyil də kimin?! Qanlı müharibə zamanı birliyimizin haqlı qürurunu yaşayarkən hər şey bitdiyində düşüncələr parçalandı, fikir ayrılıqlarına düşdük... 

   Nəticə ürəyimizcə deyil, bu çox aydındır... Bəs öz gücümüzlə çaldığımız qələbəni niyə gözdən salırıq? Sonrası necə olacaq heç birimiz bilmirik. Pis də ola bilər, yaxşı da (ki mən yaxşı olacağına bütün qəlbimlə inanıram)... Bu gün qazanadığımız qələbə bizə əsgərlərimizin, şəhidlərimizin əmanətidir... Onu layiqincə qiymətləndirdikmi?...

   Odur ki, əziz oxucu, axşama doğru bütün bu qarışıq duyğu, düşüncələrdən süzülüb ortaya çıxan bir şey oldu - peşmanlıq...

   Bu tarixi və önəmli günü qaçırdığım üçün, sevincini haqqıyla yaşaya bilmədiyim üçün çox peşmanam çox... Meydanalarda qələbə coşğusunu yaşayanları çox qısqandım çox... Və bu fürsət insanın ömründə bir dəfə ələ düşür, fərdilikdən sıyrılıb xalqın sevinci ilə bütünləşmək insana nadirən qismət olur... Və bizə qismət olmadı təəssüf ki...

   İndi gözümü dikmişəm 1 dekabra. Laçın da boşalınca Azərbaycan ərazisi murdar düşməndən tamamilə təmizlənmiş olacaq. Əsas qələbəmiz bəlkə də o gün hesab olunacaq. Əsgərlərimiz qayıdacaq, onların yürüyüşü təşkil olunacaq və biz xalq olaraq belə qarışıq və pərakəndə şəkildə deyil,  təntənəli bir şəkildə onların yürüyüşünü böyük bir qürur və fəxr hissi ilə izləyib, alqışlayacaq, əsl qələbəmizi bütöv bir xalq olaraq qeyd edəcəyik... Bu mənim yenə də xəyallarım təbii ki... Rəbbim qismət eləsin 🤲 


   Hələlik isə gözün aydın, Azərbaycan, deyirəm. Qələbən mübarək! 

   Amma əsl qələbə təbrikim və yazım qalsın 1 dekabra... Sevgilər...


30 Ekim 2020 Cuma

Buna ürək dözmür axı... 🥀



   Çox istəyirəm, canım oxucu, normal yazılarıma dönmək, yığınla yayımlanmağı gözləyən kitab yorumlarımı paylaşmaq istəyirəm. Amma əlim getmir, duyğularım heç cür əl vermir. Vətənin bu günündə normal yaşayırmış kimi davranmaq olmur. 

   Bilirsənmi, böyük coşğu ilə başlayan qələbə sevincləri artıq kölgədə qalır... Hər gün canlar gedir, igid-igid oğullar, balasının üzünü görməyən atalar, çiçəyi burnunda yeni evli gənclər gedir... Vətənin başı sağ olsun, qansız torpaq alınmır deyib qəlbimizə daş basırıq... 

   Amma bir də günahsız körpələr gedir, heç nədən xəbərsiz məsum uşaqlar gedir... Bax buna artıq ürək dözmür... Döyüş meydanından çox-çox uzaqlarda ata-anasının qoynunda mışıl-mışıl yuxusunda ikən cənnət quşu olan uşaqların acısına, hər iki valideynini itirib yalnız qalan, hıçqıra-hıçqıra əlacsız qohumlardan onların geri gəlməsini istəyən körpələrin ahına ürək dayanmır... 

   Düşmənin namərdliyinin, murdarlığının dönə-dönə şahidi olmaqla ümid edirəm ki, qəlbi təmiz unutqan xalqım bu vəhşiliyi heç vaxt yaddaşından silməyəcək... Sadəcə qisasını alaraq deyil, bütün gələcək nəsillərə bu nakişi düşmənlərin əməllərini xatırladaraq bir daha heç bir yolla mənfur qonşuya etibar etməyəcək, heç bir zaman onlara aman verməyəcək...




 Səsləməyin artıq məni

Oyanmaq istəmirəm

Hər səhər bacımla oyanırdım mən,

Anam öpərdi üzümdən...

Atam qucağına alardı,

Saçlarımı oxşardı,

Bacım mənsiz ağlardı.

Yuxumda yenə oynayırıq

Odur ki, oyatmayın məni, 

Qoyun oynadım Mədinəni...


Susdurmayın məni, ağlamaq istəyirəm, 

çığırmaq istəyirəm...

Bəlkə anam eşidər, 

bəlkə lap geri dönər...

Axı o bilir ondan ayrı darıxıram...

Onsuz heç yanda qalmıram...

Susdurmayın, qoyun ağlayım...


Aparmayın məni, mən qalmaq istəyirəm...

Axı mən böyümüşdüm, məktəbə başlamışdım...

"Karona" dedilər, "xəstəlik" dedilər, düz-əməlli gedə bilmədim...

Yarım qaldı məktəbim...

Bilirəm, daha gözəl yerə aparırsınız...

Amma məni məktəbimdən ayırırsınız.

Aparmayın, 

qoyun qalım...


Umman Aslan


20 Ekim 2020 Salı

Bu günlərdə duyğularım...

 

   Salam canım bloqdaşlarım, yazımı oxuyan bütün dəyərli dostlarım. Bu yazımı hazırlamaq üçün blogger səhifəmə girdiyimdə son yazım üçün yazdığınız yorumları görüncə çox duyğulandım. Dostlarımızın mənəvi dəstəyini ürəkdən hiss etmək, birilərinin haqqın, ədalətin yanında olduğunu görmək, inanın, bu günlərdə o qədər təsəlli olur ki, bizə... Çünki dünya görmür, görmək istəmir... Ona görə minnətdaram hər birinizə... 🇦🇿❤🇹🇷

   Duyğularımız isə yenə qarışıqdır. Sevinclə, hüznü heç bu qədər bir-birinə yaxın hiss etməmişdik. 

   Oktyabrın 17-si doğulduğum, torpağında böyüyüb boya-başa çatmaq qismət olmayan, 9 yaşımdan evimizdən, həyət bacamızdan uzaq düşdüyüm,  illərlə həsrətini çəkdiyim Füzulimi düşmən tapdağından azad etdi ordumuz. 

   Bu günü necə həyəcanla gözləyirdim... Bloquma ayrıca yazı yazacaq, bütün sosial şəbəkə hesablarımdan qələbəni hayqıracaqdım. 

   Amma ordudakı məğlubiyyətini həzm edə bilməyən murdar düşmən, namərd düşmən gecə saat 2-də Gəncə şəhərini bombardıman edib dinc əhalini yuxuda ikən vurmaqla öz acığını çıxmaq istədi.

   Ölən uşaqlar, analar, göz yaşları gözlərində donmuş atalar, əlləri ilə uçan binadan övladlarını çıxarmağa çalışanlar... Normal, sakitcə qarşılamağın mümkün olmadığı səhnələr...

   Beləcə sevincimizə kölgə düşürdü terror ölkəsi... Dünya isə yenə də susur... Özünü korluğa qoyub... Amma daha heç yerdən, heç kimdən mədət ummuruq onsuz da... Bizim dostumuz da düşmənimiz də bəllidir. 

   Bu qarışıq duyğulardan yarandı aşağıdakı şeirim də...  Xalqıma, bayrağıma sonsuz sevgi, qürur və hər şəhidin acısı, qəzəbi...

   


🇦🇿İstəyirəm🇦🇿


İstəyirəm uzunca bir qolum olsun,

Kürdən, Arazdan da uzun.

Vətənimin qəlbi gözəl, mərd xalqını,

Səxavətli, sədaqətli övladını

O qollarla qucaqlayım.

Qəlbimdəki aşıb-daşan sevgimi də,

Qürurumu, fərəhimi, fəxrimi də

Bütün dünyaya hayqırım!


Rüzgar olum, əsim durum.

Küçələrdən, eyvanlardan

Pəncərədən, maşınlardan

Dalğalanan bayrağımın hər sapına, ilməsinə,

Yerə düşən kölgəsinə,

Hilalına, ulduzuna üz-göz sürtüm istəyirəm...


Nələr keçmir ki, qəlbimdən?!

Əsgərimin əlindəki silah olum

Düşmənin düz ürəyinə tuşlanım mən.

Öldürülən şəhidimin qisasını, 

Hər ananın bir ahının qisasını,

Körpələrin göz yaşının qisasını

Güllə olub alım düşmən sinəsindən.

                                  

                                    Umman Aslan


13 Ekim 2020 Salı

Xalqımla fəxr edirəm!

   Bu günləri heç bir zaman unutma, əziz dost! Necə bir xalqın nümayəndəsi olduğunu fəxr və qürur hissi ilə həmişə xatırla. 


   Belə bir birlik, belə bir vətənpərvərlik dünya tarixində nə görülüb, nə görüləcək. Bir ananın övladı kimi bir-birinin arxasında dayanıb millətimin hər bir fərdi. 


   Bu günlərdə nə şəxsi arzular qaldı, nə şəxsi sevinclər, nə də şəxsı acılar. Bütün xalqın dərdi də, kədəri də, amalı, sevinci də ortaqdır artıq. Bir ürək olduq vətən üçün döyündük, bir yumruq olduq düşmənin başına endik... Biz belə millətik! 


   Bir an belə düşünmədən atasını - anasını, sevdiyini, evindəki körpəsini geridə qoyub könüllü yazılan, vətəni  üçün canını ortaya qoyan oğullardır sənin xalqın...


    Ön cəbhədə vuruşarkən "siz ailəlisiniz arxada durun, mən subayam, qoy, mən öndə gedim", deyən mərd şəhiddir sənin xalqın...


   Yenicə aldığı yegənə keçim qaynağı olan təqaüdünü götürüb paralanmış ayaqqabısını sürüyə-sürüyə ordu üçün köməklik etməyə tələsən Hikmət babadır sənin xalqın...


   Bir əsgər kotlet istədi deyə bütün məhəllə qadınlarının toplaşıb həvəslə öz balasına hazırladığı kimi minlərlə kotlet çörək hazırlayan anadır sənin xalqın...


   Aldıqları ərzaqlarla yol qırağında cəbhəyə gedən əsgər maşınlarının, avtobusların yolunu gözləyib onlara sovqat vermək üçün yarışandır sənin xalqın...


     Evi düşmən bombası ilə dağılınca, "evdir də, vətən üçün fəda olsun, heç nədən qorxmuruq, təki qələbə bizim olsun" deyən qorxmaz bir sakindir sənin xalqın...


Bunlar ağlıma gələnlərdir sadəcə.O qədər göz dolduran, ürək kövrəldən nümunələr var ki, say-say bitməz... 


Sadəcə unutma, bir gün qəlbindən bu millətə aid ən kiçik bir mənfi duyğu keçmək istəyəndə bu günləri xatırla! "Kim nə deyir desin, mənim xalqım ucalardan uca, əsil, ali, nəcib, mərd, qorxmaz, qəlbi sevgi dolu, şəfqət dolu bir xalqdır" de və gələcək nəsillərə də bunu daşı, aşıla, əzbərlət !


3 Ekim 2020 Cumartesi

🇦🇿Qazanacaq Azərbaycan əsgəri!



  

   Tarixi günlər yaşayırıq, əziz oxucum. İllərdir xəyalını qurduğumuz qələbəyə addım-addım yaxınlaşırıq. Millət olaraq o qədər duyğu, həyəcan, fərəh, qürur və hüzün içərisindəyik ki... Hüznümüz hər gün gələn şəhid xəbərlərinə görədir. Kaş şəhid vermədən azad edə bilsək torpaqlarımızı demək istəyirəm, amma şairimizin "Torpaq əgər uğrunda ölən varsa vətəndir" kəlamlarını xatırlayıb göynəyən sinəmə daş basıram. Olsun deyirəm, təki vətən sağ olsun! Lazım gəlsə, hər birimiz bu vətən üçün qanımızın son damlasına qədər döyüşməyə hazırıq. Təki Qarabağım düşmən tapdağından qurtulsun, təki Qarabağım həsrətini çəkdiyi ona həsrət sakinlərinə qovuşsun. 

Təki sən var ol can Azərbaycan! 

Sənə canımız fəda! 

Qəlbimdəki coşğunun, həyəcanın çox az qismini əks etdirə bildiyim şeirimi paylaşıram sizlərlə. Qələbə müjdəsi ilə görüşmək ümidilə...





🇦🇿Qazanacaq Azərbaycan əsgəri!🇦🇿


O gün gəldi, artıq zaman yetişdi,

Birliyimiz, qüdrətimiz göründü.

Bütün qəlblər ön cəbhədə birləşdi,

Qarabağım həyəcana büründü.


İllər sonra doğma addım səsləri,

Torpağında eşidildi, duyuldu.

İrəliləyən əsgərimin izləri 

Yarasına əlac oldu, həb oldu.


İntizarda qalmış yorğun gözləri

Yaşardımı öz oğlunu görüncə?!

Türk dilinin şirin, doğma sözləri

Həsrətinə son qoydu eşidincə?


Şəhidlərim qanlarıyla yudular,

Düşmən izin hər daşından yurdumun.

Torpaq üçün bu yola baş qoydular

Qələbəyə əhdi vardır ordumun.

 

Dövran elə döndü, elə dəyişdi

Bir günün içində millət bir oldu. 

Döyüşə getməyə hamı and içdi,

"Könüllü" yazıldı hər vətən oğlu.


Döyüşə təşnədir sanki oğullar,

Millətimiz onlara bel  bağlayır.

Əllərində bayraqlarla uşaqlar

Dillərində "Qarabağ"  haraylayır.


Bayraqlarla bəzənibdir eyvanlar,

Qələbəyə hazırlaşır bu millət.

Şəhid verən gözü yaşlı analar

Zəfərlərlə sevinəcəkdir əlbət.


Biz bu günü çox gözlədik, çox dözdük,

Qalmayıbdır taqətimiz, səbrimiz.

Yalanları, hiylələri də çözdük

Olacağa hazırıq hər birimiz.


Biz qələbə istəyirik, vəssəlam

Bütün torpaq qayıdacaqdır geri.

İstəmirik artıq-əksik bir kəlam

Qazanacaq Azərbaycan əsgəri!

Qazanacaq Azərbaycan əsgəri!


Umman Aslan




22 Eylül 2020 Salı

İlhami Algör / Fakat Müzeyyen Bu Derin Bir Tutku

 


✔ "Hikayelerimin başka hikayelere benzemesi ağırıma gidiyordu... Her şey benden önce olmuşsa, bana olacak bir yer, durum kalmıyormuydu?"

   Bəzi kitabları ayıq başla, fikrini tam toplayıb oxumaq lazım olduğunu, əks halda heç bir şey anlamadan bitirib, bəyənməyərək kitaba haqsızlıq edə biləcəyimizdən daha öncə buradakı yazımda bəhs etmişdim. Bu günlərdə yenə belə bir kitabı oxumaq nəsib oldu. 

   İlhami Algörün "Fakat Müzeyyen bu derin bir tutku" əsərini də oxumağa başlayırsan və birdən özünü sel kimi axan düşüncə və cümlələrin arasında görürsən. Ha əl atıb tutunacaq bir budaq arasan da əgər fikrin aydın, diqqətin yerində deyilsə o selə qarışıb əvvəli və sonu bilinməyən bir yerlərə doğru sürüklənərək qeyb olursan. 

   Oxucu nə konkret bir zaman, nə də konkret bir məkan tapa bilir oxuduğu hekayənin içərisində.

   "Tütünümü anahtarımı aldım, evden tam çıkıyorum, bir şeyin eksik olduğunu, eksik olanın ruhum olduğunu farkettim. Önemsemedim. Yol, bana uygun bir ruh önerebilirdi" cümləsi ilə başlayan və roman yazmağa çalışan bir  adamın İstanbulun məhəllə arası küçələrində dolaşarkən birdən Müzeyyenlə evdə əsərin mövzusu üzərində müzakirə apardığına şahid oluruq. Burdan etibarən Müzeyyenlə tanışlıq, eşq münasibətlərində üçüncü şəxs, əlaqələri sona çatdıran "Çıt" səsi, həyatın içindən bir-birindən fərqli və rəngli tablolar, portretlər, yazılmağa çalışılan hekayənin müxtəlif süjetləri, qəhrəmanları, musiqi sözləri, iç səsi, dəniz səsi, quş səsi kimi konkret- mücərrəd bir çox məfhumun uçuşduğu fikir burulğanında dönüb durduğumuzu görürük. 

      Qarışıq bir kitab yorumudur deyilmi?! İnanın əsər bundan çox daha qarışıqdır. 

   Sona çatdıqdan sonra bu bulanıq hekayənin bengüsuyunu duruldub mən nə oxudum, nə anladım deyə baxdığımızda ilk romanını yazmağa çalışan və əslində öz həyatının başdan başa qəribə bir roman olduğundan xəbərsiz bir adamın axtarışları, çırpınışları, anlaşılmaz  bir qadın olan Müzeyyenlə münasibəti, ayrılığı və yenə məchul bir finalı qalır sadəcə əlimizdə. Bəs Müzeyyen gerçəkdə vardırmı? Yoxsa qapının kilidindən tutmuş, evin bütün əşyaları ilə söhbət edəcək qədər geniş bir xəyal dünyasına malik  insanın sadəcə təxəyyülünün məhsuludurmu? Kim bilir?

   Oxuyun özünüz qərar verin. Kitabdan nəsə alacaqsınızmı bilmirəm. Verdiyi mesaj nə idi? Və ya bir mesaj verirmi? Açığı bir az mübahisə ediləcək mövzudur. Amma fərqli bir şey oxuyub, düşüncə və diqqətinizi, anlama qabiliyyətinizi səfərbər edəcəyinə əmin ola bilərsiniz. Xoş mütaliələr...


Seçdiklərim:


✔ "Dağıtmazsam toparlayamazdım. Dağıtmaya çalıştığım tarafım, dipte bir yerlerde, sislerin arasına gizlenmiş bir deniz feneri gibi uzak ve basir gibi sinsice, sessiz sedasız çakıp dönüyordu."


✔ "Garibanların, garibanlık nedenleri karşısında sarsak ve telaşe olmalarını affedemiyordum."


✔ "Fazlaca iyiydim. Bunun acısı sonra çıkacak, kainatın tüm yangın tarihleri bir araya gelip tek cilt olacaklar, kapakta da kendi külünden yeniden doğan, aldırma gönül kuşunun resmi yer alacaktı."


✔ "Ben sözlerden değil, bakışlardan tırsardım. Bakışların arkalarını sezer, sezgilerim doğrulanana kadar mecburen bekler, beklerken kafayı yerdim."


✔ "Belki de bu yüzden gözler, kendisi tarafından ve çocukluğa giden bir tarihte oluşmuş, artık "kendine rağmen"e dönüşmüş bir kabuklanmanın içine hapsolmuş, çıkış yollarını yitirmiş bir kimliğin yardım çağrısı gibi bakıyordu.


✔ "Aslında tam diye bir şey yoktur," dedim, "her tam, bir üst yarımın alt basamağıdır. Yani yarım da bir bütündür." 

17 Eylül 2020 Perşembe

Mən qadınam

 



Mən qadınam 

Dünyalarca xəyalları olan...

Uçuşsun xəfif rüzgar

bu xəyallarımın arasında,

Xoş olmayan hər anımı alsın,

götürsün... 

Genişləsin oralar 

gözəl anlarıma yer açılsın...


Bəlkə başdan alaq, dünya?!

Dəyərimi çox bilmədin...

Mən ki, tərtəmiz, 

yazılmamış bir səhifə kimi 

başlamaq istəyirəm yenidən.

Sadəcə xoş xatirələr yazılacaq  səhifəmə

İncidilmədiyim, gülümsədiyim, 

xoşbəxt hiss etdiyim anlarım...


Başdan alaq hər şeyi

Zərafətimə nəzakətinlə həmdəm ol,

Şəfqətimə rəhmətinlə.

Qadının döyülmədiyi, 

Öldürülmədiyi, bir yer ol!


Artıq xoşbəxt olacam, 

Mən daim seviləcəm,

Və hər zaman güləcəm,

Buna inanmaq istəyirəm.


Deyilsə, qorx məndən dünya...

Hər gün daha güclənirəm.

Nə tələlərinə düşəcəm,

 nə yalanlarına aldanacam.

Mən daim məsud olacam.

Çünki mən qadınam...


Həyat mənlə başlayır,

Xoşbəxtlik də məndədir...

Bir gülüşümə bənddir bahar

Bir damla göz yaşımla qopur fırtınalar...


Cənnət ayaqlarıma döşənib, dünya!

Fərqində deyilsən, amma 

düyün nöqtəsi mənəm...

Qədrimi bilib, dəyərimi anlayınca

Bitəcək sənin də izdirabların...

İnanıram, o vaxt yaxın...




13 Eylül 2020 Pazar

Adem Güneş / Bırak ve rahatla

 

 

✔ "Evrende biyolojik ritmi bozulan tek canlı insandır. Biyolojik ritminizin bozulduğunu hissettiğinizde evrenin sakinliğine kendinizi bırakın."

   Adəm Günəşin bir psixoloq olaraq düşüncələrini o qədər çox sevirəm ki, ən sadiq azarkeşlərindən biriyəm deyə bilərəm. Hər psixoloqun öz dəst-xətti,  özünəməxsus üslubu var. Adəm Günəş  həqiqətən insanların dərdinə dərman olmaq, problemləri aşmaqda hər bir valideynə yardımçı olmaq baxımından mənə çox səmimi gəlir. Uzun müddətdir youtube-dakı Pedagoji Okulu kanalına abunəyəm və vaxtım olduqca əvvəldən başlayaraq tək-tək seri şəklindəki videolarını böyük məmnuniyyətlə izləyirəm. 

   Adəm Günəş eyni zamanda bir çox kitabın da müəllifidir. Uşaq psixologiyası ilə bağlı yazı və videolarla valideynlərə yol göstərməklə yanaşı, Adəm Günəş yetkin insanlara da uşaqlıqda uğradıqları psixoloji travmalardan, həmçinin şüuraltlarında qalmış mənfi duyğulardan arındırmaq üçün  bir çox faydalı məsləhətlər verərək həyatlarını daha məsud və xoşbəxt yaşamalarına səbəb olur.

   "Bırak ve rahatla" kitabı da məhz bu qəbildən olan kitablardandır. Kitabda uşaq vaxtı duyğuları zərərə uğramış yetkin insanların həmin duyğularını bərpa etmək, gücləndirmək, insanı özü ilə, həyatı ilə barışdırmaq, dolayısı ilə, insanın özü kimi olmasına köməklik etmək, həmçinin duyğularını idarə etməsinə, özünü hər şey üçün gərginləşdirmədən rahat hiss edib, bir növ axışına buraxmasına yardımçı olmaq üçün konkret həll yollarını irəli sürür. 6 həftəlik evdə öz-özünə ediləcək bir terapiya ilə tam arınmış, rahatlamış bir şəkildə həyata dönərək həyatınızı yeni başdan yaşayacaq,  ətrafdakıların diqqətini çəkəcək qədər rahatlayıb bir iç huzuru əldə edəcəksiniz deyir müəllif. Və mən Adəm Günəşə çox inanıram. Çünki sadəcə ondan dinləyib əməl etdiklərim qədəri ilə belə əvvəlki məndən nə qədər çox öndə olduğumu görə bilirəm. 

   O ki, qaldı bu terapiyanın detallarına, kitabdan oxuyub öyrənmək daha yaxşı olar, amma mən yenə qısaca məlumat vermək istəyirəm. 

   Bu terapiya, duyğuların bərpası müddətində 4 həftə ailəndən(yəni sadəcə həyat yoldaşı və uşaqlarından) başqa hər kəslə əlaqəni kəsirik, telefon, televizor, internet, musiqi dinləmək, hətta kitab oxumaq kimi bəzi alışqanlıqlarımızdan müvəqqəti olaraq ayırlırıq. Bir həftə sadəcə bu düşdüyümüz boşluqda özümüzlə baş-başa qalaraq içimizdəki üsyanlarla mübarizə aparırıq. İkinci həftədən etibarən kitabda tövsiyyə olunan məşğələlərlə duyğularımıza yönəlir, basdırdığımız, zərərə uğradılmış hisslərimizi, incikliklərimizi yavaş-yavaş bərpa edirik. Detallar çoxdur. Dediyim kimi ən yaxşısı kitabı oxuyub öyrənmək. Sonda bu terapiya ilə yeni bir həyata başlayanların öz dilindən öz terapiya mərhələlərini və təsirlərini anlatması çox yerinə düşüb. Sadəcə kitabı oxumaq belə məndə elə xoş bir ovqat oyatdı ki, mən də özümü sanki, kiçik bir terapiyadan çıxmış kimi hiss etdim. 

   Və doğrusu sözü gedən bərpa kampına başlamağı düşünür və çox istəyirəm. Şərtlər imkan versə təbii ki. Edə bilsəm təəssüratlarımı buraya yazmağa söz verərək bitirirəm yazımı. Sevgilər və xoş mütaliələr...


Seçdiklərim: 


✔ "Zihin, bastırılmış duyguları yönetemez...

Çünkü duygular bastırıldıkça güçlenir...

Zihin, sadece gelişimi normal devam etmiş duyguları yönetebilecek yeteneğe sahiptir..."


✔ "Oyalanma davranışları, bir bilinçaltı savunma aracıdır..."


✔ "Örneğin, arkadaşları tarafından sürekli dışlandığını düşünen bir çocuğun oyalanma davranışı arkadaşlarının eşyasını çalma şeklinde ortaya çıkabilir..."


✔ "...kaygı ile yaşanılan bir olay, duygusal yoksunluk içinde geçen günler, çocukluk yıllarında yaşanan ilgisizlikler, bireyin geçmişini hatırlayamamasının temel sebebidir."


✔ "öfkeli bir bireyin ortaya koyduğu çılgınca davranışlar, ‘çocuklukta hassaslaşmış duyguların’ bireyi acı içinde kıvrandırmasından başka bir şey değildir..."


✔ "Müzik insana iyi gelir, ruha gıda veren bir yanı vardır... Ancak birçok kişi müziği iyi gelen yanı için değil, duygularım bastırmak için bir oyalanma aracı olarak kullanmaktadır. "


✔ "Birçok kişi duygularının zarara uğramış yanını sürekli beslemek için aynı duyguyu yaşatacak dizilerin peşinde koşar."


✔ "...kitap okumak oldukça faydalı bir davranıştır, ancak kişi kitap okumaya kendini duymamak ve dinlememek üzere yönelmişse, kitap okumayı bıraktığı anda hayatında bir boşluk oluşuyor, canı sıkılıyorsa bu faydalı davranış kişinin kendiyle baş başa kalmamak üzere tutunduğu bir oyalanma aracıdır."


✔ "Uyku, müzmin depresyon ve iç bunaltıları yaşayan, kendini var etmekte zorluk çeken kişilerin sıklıkla başvurduğu bir oyalanma davranışıdır..."


✔ "İnsanın kendiyle baş başa kalmaya, içe doğru derinleşmeye, yaşamı telaşsız gözlerle seyretmeye, duygusal bir dinginlik içinde kahve yudumlamaya ihtiyacı vardır... Bu lüks değil, ihtiyaçtır. Bu ihtiyaç giderilmediğinde kişi gergin ve huzursuzdur."


✔ "Organizma, her an gelebilecek dış tehdide o kadar alışmıştır ki bir an olsun kendini bırakmayı emniyetsizlik olarak görür."


✔ "Affetmek, bizi zarara uğratan birini bağışlamak, onunla artık iyi olmaya çalışmak demek değildir... Affetmek; zarara uğradığımız bir bireyin duygularımız üzerinde bıraktığı olumsuz hislerden kurtulmaktır..."