30 Aralık 2017 Cumartesi

Heynrix Böll - Bir təlxəyin düşüncələri


          

  Vəə oxuduğum yazıçıların cərgəsinə biri də qatıldı - Haynrix Böll.

    Haynrix Böllün əsərləri məndə melanxolik,  həyatda bir çox şeylə razılaşmayan, qismən də üsyankar ruhlu bir yazıçı imajı oyatdı. 1941-45- ci illərin ağır müharibə şəraiti yazıçını sanki həyatdan küsdürmüşdür. Əsərlərinin hər birində bu illərin aclığını, ümidsizliyini, ədalətsizliyini görmək olur.

22 Aralık 2017 Cuma

İçimdəki mənə...


     
   
    Bir mən vardır məndə məndən içəri...

         (İçimdəki mənə səslənişimdir...)

    Səncə istədiyin budurmu?! Sən istədiyin sənsənmi? Bu cür davam etməyə razısanmı? Məncə... Məncələrim çoxdu...

    Məncə çox kiçik şeylərə taxılıb qalırıq, onlarla məşğul olarkən ömürdən axıb gedən böyük sürprizlərdən bixəbər qalırıq, səncə?

6 Ekim 2017 Cuma

Mücərrəd dünyanın inciləri - Yalnızlıq

  Qəriblikdə ağır həyat imtahanı verən can dostuma ...


   Biri var imiş, biri yox imiş... Biri var imiş, biri yox imiş... Bir gün anlayırsan ki, əslində o biri və ya biriləri heç vaxt yox imiş... 

   Sənin var sayıb sarıldığın, var sayıb ovunduğun heç bir zaman yox imiş... Arzularını, ümidlərini pərvaz etdirən, səni sevgi qanadlarında xəyal buludlarına daşıyan var olmayıb heç bir zaman... 

   Bir ömür arxalanıb güvəndiyin dağlara çoxdan qarlar yağıb lopa-lopa xəbərin yox... O qarlar donub, buza dönüb... Soyuğu səni tir-tir titrədir... İlıq nəfəsin, isti qəlbin də buz tutmağa başlayıb çoxdan, xəbərin yox...

2 Eylül 2017 Cumartesi

Lerikdə bir gün


        

   Ah ahhh... Mən nə xəyallar qurmuşdum bu yay tətili ilə əlaqədar. Guya bu il gedib görməyi çoxdan arzuladığım Şəkiyə salacaqdıq yolumuzu. Həm gözəl təbiətini müşahidə edəcək, həm tarixi binalarını gəzəcək, həm də dadlı halvasından dadacaqdıq. Amma deyir sən saydığını say, gör fələk nə sayır...