10 Şubat 2019 Pazar

59 yaş və sən yoxsan...

   
   
   Bu gün sənin ad günündür, mənim atam! Bu gün sənin 59 yaşını qeyd edəcəyik. Amma sənsiz... Boynu bükük, ürəyi qübarlı... Süfrəmizin başında olmayacaqsan... Duzlu zarafatlarınla güldürməyəcəksən bizi... Evimiz də, süfrəmiz də, günümüz də sönük qalacaq...
   
   Keçən ad günündə tort bişirib gətirmişdim, sürpriz etmişdim sənə. Acığın tutmuşdu. "Niyə əziyyət çəkirsən, ay bala?"- deyə. Qıymırdın mənə. Amma ürəyimə azacıq da olsa su sərpilir keçən ad gününü düşündükcə. Çox sevinmişdin, bəlli etməməyə çalışsan da...
   
   Heç ağlıma gələrdimi ki, bu səninlə sonuncu ad günümüzdür?! Heç ağlıma gələrdimi tortun üstündəki "58" dəyişməyəcək. Sən əbədi olaraq 58 yaşında qalacaqsan, atam. Axı mən hələ çox illər ad gününə tort bişirib gətirəcəkdim, sən də hər dəfəsində "sənin işin-gücün çoxdur, neynirsən əziyyət çəkib" deyə acıqlanacaqdın mənə. 

   Necə oldu, nə baş verdi? Niyə hər şey yarım qaldı? Hələ də anlamaqda çətinlik çəkirəm...
  
  
  Mən "darıxmaq" nədir, bilmirmişəm, mənim atam! Mən əsl dərdi, əsl izdirabı bilmirmişəm...Mən dərddən ürəyinin ağırlaşıb sinəndən qopacaqmış kimi hiss etməyi sayəndə öyrəndim. Bəzən dəli kimi bağırıb gedənin geri gəlməsini, heç olmasa bircə anlıq görə bilməyi şiddətlə arzulamağı səninlə öyrəndim... Ürəyin partlayacaq qədər gizlicə ağlamağı səninlə öyrəndim...

   Arabir yuxularıma gəlirsən... Təsəlli olmur mənə... Üç gün gələ bilmirəm özümə...

   Qucaqlamaq istəyirəm səni atam... Başımı sinənə qoyub özümü dünyanın ən güvənli yerində, ən xoşbəxt zamanında hiss etmək istəyirəm...

   O anda sənsiz necə davam edə bildiyimizə təəccüblənirəm... Budurmu? Həyat budurmu? Əziyyətlə böyüt-yetişdir, sonra çəkib get, geridə qalanlar da qaldıqları yerdən heç nə olmamış kimi davam etsinlər həyatlarına...
   
   Həmişə qorxmuşam ölümdən. Hesab verməyin çətinliyimi, geridə qoyacaqlarımın əzabımı qorxudub, bilmirəm. O biri tərəfə getmək dəhşətli gəlib mənə hər zaman.
Amma sayəndə ölümü sevdim, atam! Artıq oralar mənə qürbət deyil ki...Sən varsan... Burda olduğun  kimi orda da yanımda olacaqsan bilirəm... Yanına gələcəyim günü gözləyirəm sadəcə...
   Nə deyim? Ad günün mübarək olsun. Sənsiz daha neçə illərə çıxacağımı bilmirəm, amma hər keçən günün məni sənə yaxınlaşdırdığına  şükür edirəm...

5 yorum:

  1. Ben de dün gece rüyamda gördüm babamı. Benim de en avunduğum şey 56. doğumgününde İstanbul'a gidip yanında olmamdır. 57. doğumgünü aynı anda ölüm günü oldu zaten.

    Nur içinde yatsınlar.

    YanıtlaSil
    Yanıtlar
    1. Allah rahmet eylesin. Çok genç yaşda kayb etmişsiniz siz de babanızı. Doğum gününde vefat etmesi de ayrı bir acı😔

      Sil
  2. Konuyla ilgili değil sadece duyuru yapmak istedim...Değerli Blog arkadaşım, İnsana Davet sitesinin mobil uygulamasını bu hafta çıkarttık. Sizi de uygulamayı kullanmaya davet ediyorum, uygulmanın linkini sitemde bulabilirsiniz. Blogger da paylaşımlarınız daim olur inşaallah... Destekleriniz için şimdiden teşekkür ederim, sağlıcakla kalın...Selam ve Dua ile...

    YanıtlaSil
  3. Fikir sahibi oldum.
    Teşekkürler.

    YanıtlaSil
  4. Başınız sağolsun. Rabbim rahmetiyle muamele eylesin; sizlere de sabır versin...

    YanıtlaSil