23 Mayıs 2019 Perşembe

Haralardayam?



    Sevdiyim, sevdiciyim, öz dünyam, blog aləmim, salamlar!
   
   Uzun müddətdir arabir yolumu salıb nəzər yetirsəm də, yazmıram bloqumda.
Buralar üçün necə darıxdığımı təsəvvür belə edə bilməzsiniz. Hələ bir də günün müəyyən saatlarında  südlü qəhvəmi yudumlayarkən sakitcə kitab oxuduğum zamanları necə özləyirəm, ah necə...
 
    İnsanın həmişə əlində olmayan nemətlərdə olur gözü demişdim deyilmi? Nə qədər doğru təsbit. Ev işləri, uşaqlar... sakit bir həyat sürdüyüm zamanlar özümü tez-tez cəmiyyətdən kənarda qalmış, elm aləminə verəcəyim töhfələrdən insanlığı məhrum buraxmış (😅 nə düşüncə amma) kimi hiss edirdim. 

   Ev işləri, ev həyatı mənlik deyil deyirdim. Aktiv bir gündəlik rejim arzusunda idim. 

   İndi həyatım bir az dəyişib. Həftənin 4 günü kursa getmək və yenə ev, yenə uşaqlar, yenə bol oxumaq... Amma zövq ala-ala bədii kitab deyil. Uflaya-puflaya xatırlamağa, əzbərləməyə çalışdığım tarixlər, anlayışlar, terminlər... Düzdür, şükür halımdan narazı deyiləm, zövq aldığım məqamlar çoxdur. Amma nə yalan söyləyim tez-tez o günlər üçün darıxdığım da olur. Ən çox da bloqum üçün düzənli yazı hazırlaya bildiyim zamanlar üçün. 

   Bir vaxtlar hər şeyi eyni anda idarə edə biləcək gücümün olduğuna inanırdım. Amma zamanla anladım ki, Rəbbim insanoğluna  qaldıra biləcəyi yük barəsində müəyyən hədlər qoyub. Çox istəsən də, çabalasan da hər zaman hər şeyi istədiyin kimi idarə edə bilmirsən.
 
   Necə ki, mən arabir bloquma yazı yaza biləcəyimə inanıb, sonradan bunun düşündüyüm qədər asan olmadığını gördüyüm kimi.
 
   Nə isə... Bu məsələlər qalsın bir tərəfə ... 

   Mən istədiyim qədər özümü verə bilmədiyim və buna görə də nəticəsinə çox da ümid etmədiyim halda bir mücadilə içərisindəyəm. Sadəcə tək bir düşüncəyə arxalanaraq ölüm-zülüm irəliləyirəm : "Sən bacardığın qədərini et, nəticəsini Allaha burax". Ən azından əvvəlki "hırs" yoxdur artıq. "Olsa nə gözəl, olmasa da Allaha təvəkkül" yəni...

   Vəəə  Ramazan ayındayıq, bilirsiniz. Bu il bu 11 ayın sultanı Ramazanımız dolu-dolu, hər günü bayram havasında keçir şükür. Bol-bol qonaq qəbul edib, hər gün yeni-yeni menyular tərtib edirik 😊. İftara yaxın kiçik bir stres və sonrasında hər şeyi tam zamanında çatdırmağın  məmnunluq duyğusu... Gələn qonaqlarla gecələrə uzanan qeybətsiz, yalansız, riyasız  xoş söhbətlər... Və gecə yatağa yorğunluqdan bitab düşüb saniyələr içərisində bir neçə saat sonra sahura durmaq üçün yuxuya getmək... 

   Bu il 4 yaşlı balacam istisna olmaqla, uşaqların da bizə qoşulmağı Ramazanımızı çox daha maraqlı və həyəcanlı etdi. Böyük ailənin üstünlüklərini bir daha görmüş olduq...
 
   Deməm o ki, bir az dərslər, bir az qonaqlar, bir az uşaqlar, bir az işlər deyərkən bloquma indilik zaman ayıra bilməyə bilərəm ( bu nətər cümlə oldu?🤔). Amma inanın getməmişəm. Başımın açıldığı, azacıq, bir azcıq nəfəs ala bildiyim ən qısa zamanda yenidən şənləndirəcəm buraları😊. 

   Mən geri gələnə qədər yazımı oxuyan caaanım oxucularım, lütfən, artıq yorum yazmağı öyrənin. 🙏🏻Camaat kosmosa çıxır. Biz də bir az irəliləyək artıq😉. 

   Yox mən yorum yazan deyiləm deyirsinizsə də, neyləmək olar, heç olmasa mənimlə qalın. Yazılarımı oxuduğunuzu sadəcə bloqqer sayəsində statistik məlumatlarda say olaraq görürəm. Eynən davam. Məni tək qoymayın🙏🏻. 

   Bu arada vaxtsızlıqdan boğulsam da arada çox gözəl yerlərə getdik, 1-2 kitab bitirdim. Ən qısa zamanda gəzinti yazılarını və kitablar haqqındakı düşüncələrimi yazacam. Bəlkə də fürsət olduqca yayınlayacam.
 
   Ancaq mən danışdım yenə 😊.  Ümid edirəm ki, sizlər də yaxşısınız... Kaş ki, hər birinizlə ayrı-ayrılıqda hal-əhval tutma imkanım olsa...

   Belə... 
 
   Hələlik məndən bu qədər...

   Rəbbim bu mübarək ay hörmətinə hər birimizin orucunu, ibadətini, duasını qəbul etsin, günahlarımızı bağışlasın və bizləri gələn Ramazana da çıxarsın in şə Allah 🤲.

12 yorum:

  1. Son cümlelerine amin diyorum.

    Koşturmacalarında Allah kolaylık versin.

    Zamanla ben de herşeye yetişmeye çalışmayı bıraktım. Ne kadar oluyorsa o kadar, benim elimden geleni yaptığımı bileyim yeter.

    Hahaha, millet uzaya çıkıyor biz ise yorum yazmayı öğrenemedik bir türlü, ilahi Umman, çok tatlısın ve haklısın :D

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy canım Handan hanımcığım. Ve böyle geri dönerken vefalı arkadaşların burda hâlâ bizimle olduğunu görmek nasıl güzel bir duygu anlatamam. Çok,çok teşekkür ederim.❤

      Sil
  2. O zaman yeniden hoşgeldin. Daha çok paylaşım dileğiyle :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çook teşekkür ederim. Yorumunuz çok mutlu etdi beni.Iyi ki, sizin gibi blog arkadaşlarım var. Yalnız hissettirmiyorsunuz.❤

      Sil
  3. Merhaba bloğunuzu yeni keşfettim ve takibe aldım.
    Bana da uğrarsanız çok sevinirim.

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz, səfalar gətirdiniz. Bloqumu bəyənmənizə sevindim. Ən qısa zamanda iadeyi-ziyarətinizə gələcəm😊 Sevgilər.❤

      Sil
  4. Yenə də üzümüzü güldürən , qəlbimizi isidən bir yazı yazmısınız. Qələminiz, yazı tərziniz üçün darıxır və sevgimi buralarda qoyuram ki, bizi unutmayasınız və gec-gec də olsa öz yazınizla bizi sevindirəsiniz...

    YanıtlaSil
    Yanıtlar
    1. Ah birdənəm, təşəkkür edirəm. Həyat belədir. Edəcəm dediyin, istədiyin hər bir şeyi edə bilmə imkanı əlimizdə olsa kaş ki...

      Sil
  5. Gecənin yalnızlığından faydalıb, çox az gördüyüm bir işi yerinə yetirmək istədim- blogları gəzmək. Sizin blogda ziyarət etdiyim 2ci blog oldu. Niyə ilk deyildi deyə sual versəniz əgər, çoxdandır yazı yazmadiginizi bilirəm,ona görə. Amma yenə də bir ümid daxil oldum səhifənizə. Çox böyük husranla qarşılaşdım. Bu rəyimidə bura qoyuram çünki bir gün girdiyinizdə nə qədər sevildiyinizi və darixildiginizi bilin istədim. Siz mənim blog dünyasının mənə qazandırdığı çox nadir amma qiymətli tapıntılardansiniz. Buraları unutmayın...

    YanıtlaSil
    Yanıtlar
    1. Gözəl yorumun üçün təkrar təkrar təşəkkür edirəm. Yazmasam da gec-gec gəlsəm də buralardayam inan mənə. Ən qısa zamanda başlamağı düşünürəm. Xeyirlisi...❤

      Sil
  6. Umman'cığım ben senin yazdıklarını okuyamıyorum kusura bakmıyorsun değil mi canım? Yabancı dil gibi geliyor, ne yazdığını anlamak için şifreli gibi geliyor. Çok ara vermişsin bloğuna, HOŞ GELDİN:)

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Olsun. Yenə də təşəkkür edirəm gəldiyinizə, yorum buraxdığınıza görə.❤

      Sil