Mən qadınam
Dünyalarca xəyalları olan...
Uçuşsun xəfif rüzgar
bu xəyallarımın arasında,
Xoş olmayan hər anımı alsın,
götürsün...
Genişləsin oralar
gözəl anlarıma yer açılsın...
Bəlkə başdan alaq, dünya?!
Dəyərimi çox bilmədin...
Mən ki, tərtəmiz,
yazılmamış bir səhifə kimi
başlamaq istəyirəm yenidən.
Sadəcə xoş xatirələr yazılacaq səhifəmə
İncidilmədiyim, gülümsədiyim,
xoşbəxt hiss etdiyim anlarım...
Başdan alaq hər şeyi
Zərafətimə nəzakətinlə həmdəm ol,
Şəfqətimə rəhmətinlə.
Qadının döyülmədiyi,
Öldürülmədiyi, bir yer ol!
Artıq xoşbəxt olacam,
Mən daim seviləcəm,
Və hər zaman güləcəm,
Buna inanmaq istəyirəm.
Deyilsə, qorx məndən dünya...
Hər gün daha güclənirəm.
Nə tələlərinə düşəcəm,
nə yalanlarına aldanacam.
Mən daim məsud olacam.
Çünki mən qadınam...
Həyat mənlə başlayır,
Xoşbəxtlik də məndədir...
Bir gülüşümə bənddir bahar
Bir damla göz yaşımla qopur fırtınalar...
Cənnət ayaqlarıma döşənib, dünya!
Fərqində deyilsən, amma
düyün nöqtəsi mənəm...
Qədrimi bilib, dəyərimi anlayınca
Bitəcək sənin də izdirabların...
İnanıram, o vaxt yaxın...
Çok sevdim :)
YanıtlaSilTəşəkkür edirəm.🤗 Bəyənmənizə çoxx sevindim.
SilN: Təbriklər gözəl bacım!Ədəbiyyatımıza yeni üslub,yeni nəfəs gətirirsən.Şeirlərini oxuyanlar sözsüz ki,bunun fərqindədir.Mövzu da çoox gözəl-mənən güclü,zəngin,mübariz,pozitiv,daima
YanıtlaSilhəyatdan zövq alaraq xoşbəxt olmağa çalışan zərif qadın obrazı���� Öz yolunda,yaradıcılığında,üslubunda uğurlar!!!
Cann.🙈 Çoox sağ ol,ay bacı. Elə ağlıma gəlir, ordaca yazıram. Mənimki şairlik deyil, eləcənə duyğuların ifadəsidir sadəcə.😊 Xoş sözlərə görə çoxx sağ ol.❤
SilKimsenin olmadığı bir garip kuyu gibi
YanıtlaSilSu içinde kalışını hatırlıyorum tek
Ve ellerini ver tekrar tutayım
Gözlerinden saklayacağım suçunu
Bir mahkum gibi yaşayacaksın hayatta
Seni gönlümle aklımla ve zamanla sevmiştim
Bunu saklayacağım senden
Beni düşmanın gibi severken
Seni ne kadar sevdiğimi saklayacağım
Ve kokun gelince aklıma ıslayacağım
Sonra sen de ağlayacaksın
Çünkü bir tek beni düşman bellemiştin
Pek güvenme hafızana
Belki aklın oyunlar oynuyordur sana
Gel düşmanın koynuna
Ölünce göğsün acında, bilmeyeceksin
Seninle sevgime ve sevgine
Acıma ve senin uçuşkan mutluluğuna
Yargılayan Allahım sana da sorarken
Sen en çok kendini sevdin
Sana kötü bir niyet ve ebediyete seviyet
Kim küçük çocuğa sebebiyet
Sen ağlarken ben ağlarsam
Yarısını gülerek döker dudakların.
Ölüme en büyük sebep sendin
Ama seni hatırlamıyorum.
Gözəl bir şeir. Qələminizə qüvvət.
Silşeir: Rəvan Məmmədli
YanıtlaSilsəs: Xəzər Süleymanlı
piano: Şamxal Mustafazadə
Gəncliyi saralıb xəzəl olanda
Küləyə çevrilib əsər qadınlar
Özü taleyindən gözəl olanda
Birinci özündən küsər qadınlar
Ömründə bir dəfə xoş gün dadmayıb
Gündüzlər gülməyib, gecə yatmayıb
Günahkar dillərə gücü çatmayıb
Günahsız saçını kəsər qadınlar
Tutar əllərindən bir yad aparar
Özüylə tər-təmiz bir ad aparar
Sevgisi qəlbində fəryad qoparar
Bir ömür boyunca susar qadınlar
Əzəldən acıdır gözün kövsəri
Tükənər taqəti, bitməz dərd-səri
Ən gözəl, ən şirin xatirələri
Duz tək yarasına basar qadınlar... uğurlar.b
Ay nə gözəl. Bu ppst şeirlər postu oldu rəsmən.🤗 Bu şeiri çoox bəyənirəm. Minnətdaram.❤
Sil