15 Kasım 2018 Perşembe

Ömürlük payız...


     Sən getdin ya...

    Zamanım yarpaqlarını tökmüş ağacların payızında qaldı...
    Xəzanım bitmədi...
   
   Qəlbim bir ömür sondahar nəğməsini çaldı...
   Mövsüm dəyişmədi...
   Baharım gəlmədi...

   Boz buludlu səmama bir daha günəş doğmadı...
   Şoran torpağıma rəhmət yağmadı...
   Torpağım çat-çat oldu...

   Və bütün rənglər axdı, getdi...
   Bircə boz rəng qaldı...
   Hara baxsam boz rəng...
   Kimə baxsam həmrəng...
   
   Bütün simalar hissizləşdi...
   Gülən, ağlayan eyniləşdi...
   
   Gedişinlə dünyam dəyişdi...
   
   Sən getdin ya...
   Ürəyim dondu...
   Yazılarım soldu...
   Və şeirlərim öldü...

                                            Umman Aslan.

12 Kasım 2018 Pazartesi

Gülüstan / Şərif Ağayar


       Kitabın arxa qapağından :

   Adəm Gülüstan qəsəbəsinə göndərilir. Qəsəbədə onun işğal edilmiş kəndinin sakinləri yaşayır. Lakin yeni olan təkcə qəsəbə deyil, sevgilisi, dostu və hər kəs çox dəyişib. Adəm yaddaşına səyahət edə-edə bu çevrilmənin sirrini axtarır. Lakin bu axtarış onu daxili ziddiyyətlərə, burulğanlara, təlatümlərə sürükləyəcək və əbədi həqiqət bir daha təkrarlanacaq: Xatirələr əzab verir.

   Azərbaycanlı  yazıçının qələmindən çıxmış, sevərək oxuduğum bir əsər daha...
   Gülüstan məcburi köçkünlərin məskunlaşdırıldığı bir qəsəbədir. Bütövlükdə Azərbaycan həqiqətlərinin cəm edilib önümüzə qoyulduğu bir qəsəbə... 

   "İnsan zülmə tabedir" deyə bir söz işlədərdi həmişə rəhmətli nənəm . Yəni insan hər şəraitə uyğunlaşır, hər vəziyyətə alışır. Elə zülmə, ədalətsizliyə də... 

   Bəli, insanoğlu ətrafında hər gün, az qala hər saat baş verən ədalətsizliyi zaman keçdikcə uyuşdurulmuş qəlbi və keyləşdirilmiş beyni ilə hiss edə bilmir artıq. 

   Bu zaman onun gözünü açmağa, oyandırmağa bir səbəb lazım gəlir. Və ən çox bu səbəbi yaradan, bu dəyərli vəzifəni çiyinlərində daşıyan, yəni xalqın gözünün həqiqətlərə açılmasına vəsilə olanlar da məhz dövrünün nəbzini tutub, ətrafını boyasız, çılpaq gözlə görə bilən  yazıçılardır, məncə.
   Şərif Ağayar da cəmiyyətimizdə mövcud olan rüşvətxorluq, yaltaqlıq, qorxaqlıq, saxtakarlıq, riyakarlıq, zülümkarlıq və başqa mənfi xüsusiyyətləri bir qəsəbənin sakinlərinin timsalında göstərir. Və sonda səbir kasaları daşan, boğaza yığılıb ayaqlanan əhali ilə mütləq sonu da nəzərə çatdırır.
   
   Müharibə və köçkünlük... Əsərdə mənə doğma olan və qanayan yaramıza çevrilmiş bu mövzuların ələ alınması isə çox diqqətəlayiqdir. 

   Buz kimi suyu, tərtəmiz havası, dizə çıxan otları, yamyaşıl ağacları, bərəkətli bağ-bostanlarını qoyub, kəndçiləri ilə birlikdə düşməndən canını qurtarıb sapsarı, qupquru, ot bitməz, yaşanılmaz Hacı Süleymanın şoran çöllüyünə gəlib yerləşən Adəmgilin burda susuzluq, isti, cücü-mücü, ilan-əqrəblə verdiyi həyat mücadiləsini oxuyarkən göz yaşlarımı tuta bilmədim. Özüm yaşamasam da eyni əziyyətləri yaşayan minlərlə köçkünün olduğunu bilirəm çünki. Və mənə elə gəlir ki, bu duyğunu, yəni cənnət kimi torpaqlardan uzaqlarda cəhənnəm kimi bir çölün ortasında hiss edilən qəribliyi, ürəyi ən dərindən sızladan həsrəti yalnız  yaşayan ən gözəl şəkildə anlaya, hiss edə bilər.
   Qısacası, əsəri çox bəyəndim və müasir dövrün problemlərini əks etdirməsi baxımından yüksək qiymətləndiriləcək bədii nümunə olaraq gördüm.
  Lakin qəti bəyənmədiyim cəhətini də söyləmədən keçə bilmərəm. Yenə də ara-sıra qarşımıza çıxan yersiz açıq-saçıq səhnələr, ifadələr. Kim nə deyir desin həqiqi mənada incə sənət olan ədəbiyyatda mən belə bayağı cümlələri və səhnələri qəbul edə bilmirəm. Ümumiyyətlə, buna ehtiyac görmürəm. Və rastlaşdığım hər açıq-saçıq hissə nəzərimdə əsərin ülviliyini, zərifliyini  verdiyi ictimai mesajın effektivliyini bir mərtəbə aşağı salır.
   Son olaraq, əsərdəki açıq-saçıqlığı nəzərə almasaq, daha çox romantika oxuyub, xəyali, pəmbə bir dünyada yaşayan bir çox gəncimizə, bir az da real dünyamızda baş verənləri görməsi üçün əsəri mütləq oxumağı tövsiyə edərdim.

Seçdiklərim:

Sevgidə tərəddüt olmur axı, hər əzabına dözürsən, gileylənmirsən. Gileylənirsənsə, demək sevgi deyil...
***

İnsan nəfəsi dəyən nə varsa möcüzəsini itirir, doğmalaşır...
***

Ulduz o qədər yaxın idi ki, Adəm əlini uzadıb tutmaq istədi, ancaq qaranlıqda əlini tapa bilmədi...

11 Kasım 2018 Pazar

Lənkəranda festival



    Hamınızı salamlayıram, əzizlərim. Bu həftə uzun müddətdən bəridir pozmamağa çalışdığım qaydanı pozası oldum. Cümə axşamı günü yazı yayımlaya bilmədim. Çünki son zamanlar yazını elə həmin gün yazıb yayımlayıram. Əvvəlcədən yazı hazırlamağa təəssüf ki, vaxtım olmur. Və cümə günü böyük oğlumun ad günü olduğu üçün bloquma heç cür vaxt ayıra bilmədim. Həmin günün əvəzinə bu gün bir yazıyla qarşınızda olmaq istədim. 

   Biz həftə sonu üçün yenidən Cənubda - Lənkərandayıq. Burda sitrus meyvələrin festivalı olacağını eşidəndə çox sevindim. Mütləq gedib görməliyik deyə düşündüm. Və dünən səhər saat 10-da getməyi planlasaq da 12-ə doğru gedib çıxdıq festivala. Nisbətən gec vaxtda getmişdik. Çünki bəzi stendlər artıq yığışdırılmışdı. Xüsusən yemək stendləri. 😐 Məncə Lənkəranın ləzzətlərindən dadmaq da çox maraqlı olardı. Amma nə isə ki bir çox rəngarəng dəzgahlar hələ də dururdu.
   Lənkəranda yetişən və məhz bu torpaqlara məxsus sitrus meyvələr, çay və  çəltik(düyü) kimi məhsulların şərəfinə 2-ci ildir təşkil olunan bu festival şəhərin mərkəzindəki parkda keçirilirdi. 

   İçəri girər girməz sitrus meyvələrdən hazırlanmış müxtəlif formalı fiurlar qarşıladı bizi. Sarı, narıncı və yaşıl rənglərin ahəngi... 






   Palıd qozası və müxtəlif dənli bitkilərdən hazırlanmış əl əməyi-göz nuru əl işləri də çox maraqlı gəldi bizə...






   Və Lənkəranı dünyada məşhur edən çayları... Çay plantasiyalarının kiçik maketləri... Və çayla bağlı müxtəlif ideyalar...




Sadəcə bununla bitmir təbii ki... Lənkəranda hələ də yaşayan dulusçuluq, qamışdan müxtəlif əşyaların hazırlanması sənətinin nümunələrini də gördük. Hətta Rusiyada bitən beryoza ağacının elastik qabıqlarından hazırlanmış xurcun da gödük. Və xurcunu hazırlayan dayı o ağacdan Rusiyadan gətirdib əkdiyini və hal-hazırda Azərbaycanda sadəcə onun həyətində olduğunu da vurğuladı. 



Dəflə mahnı oxuyan məşhur nənələri də tapıb şəkil çəkdirdik. 😊


Parkın fərqli-fərqli yerlərində müxtəlif səhnəciklər, rəqslər və daha nələr, nələr... Mütləq  bu mösümdə cənuba yolunuzu salın deyirəm və sağollaşıram sizinlə...

PS: Kənddə, bol işlərin arasında vaxt tapdıqca, parça-parça hazırladığım bu tez-tələsik gəzinti yazım bir az sönük alındı. Ümid edirəm ki, ən azından şəkillər sizdə festival ab-havası yaratmışdır.❤

5 Kasım 2018 Pazartesi

Denemeler / Montaigne



   Əsrlər öncə bu günün düşüncəsi ilə yaşamış Monteignenin qələmə aldığı, insanın öz iç dünyasına zahiri bir baxışla, yaşadığı dünyaya mütərəqqi baxışının sintezindən ortaya çıxmış esselər toplusudur Denemeler...
   Təxəyyülündəkiləri qarşısındakı səhifələrdə daha dolğun əks etdirmək üçün bir qəsrdə inzivaya çəkilən mütəfəkkir bütün yaradıcılığını bu qısa-qısa esselərdə cəm edib sadəcə bir əsər ortaya qoysa da, düşüncə üfqü və yazılarının mövzusu öz dövrünün çox-çox irəlisində olan nadir söz sənətkarlarındandır.
   Bəzi yazıları əksər etibarı ilə özündən bəhs edir fikrini oyandırsa da insanda, əslində, ən böyük qüsurunu və mənfi cəhətlərini belə çəkinmədən qələmə alması, yaxşı xasiyyətlərini və müsbət cəhətlərini özünü bəyəndirməkdən çox daha yüksək bir amal uğruna yazma səmimiyyətinə inandırır oxucunu.  Özünün timsalında bütün bir insanlıqdan bəhs edir çünki. Və heç kimə yol göstərmək, nəsə öyrətmək deyil məqsədi. "Onun fikrincə kimsə kimsəni deyil, hər kəs özü özünü adam edər, etməlidir. Adam olmaq isə özünü bilmək, tanımaqla başlayır." Məhz buna görə öz iç dünyasına yönəlməklə və dünyanı gördüyü qədərilə təqdim etməklə oxucunun diqqət və düşüncəsini də bu istiqamətə yönəldir.

   O dədə-babadan qalma, daşlaşmış, qəlibləşmiş düşüncə ilə yaşamağın əleyhinədir. Ən dəyişməz qayda və inanclara belə özünəməxsus yanaşmaq, onlar haqqında yepyeni bir mühakimə yürütmək Monteignenin o vaxtkı Avropa düşüncəsinə gətirdiyi bir fərqlilik və yenilik idi.

   Maraqlısı budur ki, onun müxtəlif dünyagörüşləri, fəlsəfi baxışlar və inanclar haqqındakı düşüncələri də müxtəlif və qeyri-sabitdir. Sanki oxucunu qarşısındakı bilgiyə hər yönündən baxmağa, hər cəhətdən yanaşmağa təşviq edir. Və bu baxış və yanaşma kortəbii, gəlişigözəl deyil. Müxtəlif fəlsəfi, tarixi, mədəni biliklərdən qidalanmış zəngin dünyagörüşünün nəticəsidir.

   Deyərdim ki, içərisində inanc və düşüncələrimə zidd bir neçə yeri olsa da, bu kitab indiyə qədər esselər toplusu səpkisində oxuduğum kitablar arasında ən bəyəndiyim və kitablığımda xüsusi yerə qoyub, ara-sıra vərəqləmək istədiyim bir kitab oldu. Hər kəsə oxumağı şiddətlə tövsiyə edirəm. Və əslində hər cümləsi az qala aforizm olan kitabdan seçdiyim bir çox hissələrdən sadəcə bir qismi ilə sizi baş-başa buraxıram.


Seçdiklərim:

Olgun bir okuyucu çok kez başkasının yazdıklarında yazarın düşünmediği güzellikler bulur, okuduklarına daha zengin anlamlar ve renkler kazandırır.
***

Başkalarının bilgisiyle bilgin olabilsek bile, ancak kendi aklımızla akıllı olabiliriz.
***

Ancak küçük ruhlar işlerin ağırlığı altında ezilir; onlardan sıyrılmayı, bir yerde durup yeniden başlamayı bilmezler.
***

Gerçek dostluğun ne olduğunu bilirim; bildiğim için de onu kendime çekmekten çok, kendimi ona veririm. Ona iyilik etmeyi onun bana iyilik etmesinden daha çok istemekle kalmam; kendine her edeceği iyiliğin bana da iyilik olmasını isterim.
***

Mızmız, dırdırcı insanları hiç sevmem; bu adamlar yaşamanın sevinçlerine yan çizer, dertlere can atar, dertlerle kaynaşırlar: Sinekler gibi, cilalı pırıl-pırıl yerlerde tutunamaz, pürtüklü, pürüzlü yerlere abanır, oralarda rahat ederler; ya da sülükler gibi kara kan içer, kanla beslenirler...
***

Kötülüğümüz içimizde bizim; içimizse kurtulamıyor kendi kendisinden.
***

Kavuşabildiğimiz zevk ve nimetlerin hepsi mutlaka dertlerle, üzüntülerle karışıktır.
***

Yaptığı iyiliği başkaları duysun diye, kendisine daha fazla değer verilsin diye yapan, doğruluğu dillerde dolaşmak koşuluyla doğru olan adamdan pek hayır gelmez.
***

Bir amaca bağlanmayan ruh, yolunu kaybeder; çünkü, her yerde olmak hiçbir yerde olmamaktır.
***

Kuduz böceklerinde, doğanın bir çelişkisi olarak, kendi zehirlerinin panzehiri de bulunur. Onun gibi insan kötülükten tat alırken vicdanında tam tersi bir acılık oluşur ve uyurken uyanıkken, türlü üzücü kuruntularla azap çektirir bize.
***

Ölümün bizi nerede beklediyi belli değil, iyisi mi biz onu her yerde bekleyelim.
***

Talih insana bütün nimetlerini verse, onları tadabilecek bir ruh gerekir. Bizi mutlu eden, bir şeyin sahibi olmak değil, tadına varmaktır.
***

Dünyaya geldiğiniz gün bir yandan yaşamaya, bir yandan ölmeye başlarsınız... Bütün günler ölüme gider, son gün varır...
***

Yaşamımızı ölüm kaygısıyla, ölümümüzü de yaşama kaygısıyla bulandırıyoruz.
***

Sözümün akışını bozup güzel tümceler aramaktansa güzel tümceleri bozup sözümün akışına uydurmayı daha doğru bulurum.
***

Bolluğun verdiği doygunluktur zevkimizi en fazla körleten; zevkimizi en fazla bileyen, coşturan şeyse özlediğimizi az və zor bulmaktır.
***

Gideceği limanı bilmeyene hiçbir rüzgardan hayır gelmez.