25 Haziran 2017 Pazar

Bayramınız mübarək!!!

       
   Bol dəvətli, sahur sevincli, iftar həyəcanlı, dost-tanış, qohum-qonşu görüşmələrinə vəsilə, inşallah ki, bir çoxumuz üçün ihlaslı ibadətlə dolu gözəl bir Ramazanın da sonuna gəldik.

16 Haziran 2017 Cuma

Ramazanda pəhriz(dieta)


        
   Yay fəsli yaxınlaşarkən hamımızı bir qayğı görürür - arıqlamaq. Qışda qalın paltarların altında yaxşı komuflaj olan vücudumuzun havalar isindikcə geydiyimiz nazik geyimlər sayəsində bütün qüsurları ortaya çıxır və beləliklə, həyəcan təbili çalınır. Yaya daha incə-mincə girmək üçün pəhrizlər, idmanlar əsas gündəmimizə çevrilir.

12 Haziran 2017 Pazartesi

Sobada kartoflu kotlet


   Hərarətli Ramazan günündən hər kəsə salamlar! Çox şükür bu il də Ramazanımız bol qonaqlı, bərəkətli keçir. Bu ayın ən sevdiyim cəhətlərindən biridir bu. Hər gün başqa qonaq və bişirəcəyin başqa-başqa yeməklərin həyəcanı... Təkrar olmasın deyə hər gün fərqli, yeni yemək resepti axtarışına çıxmaq... Vəə nəticədə bir ay kimi qısa zamanın sonunda xeyli yeni resept siyahısına sahib olmaq :))

6 Haziran 2017 Salı

Oğru olmaq istəyirəm

          
   Bizə ən pis görünən xüsusiyyətlər,  ən pis dəyərləndirdiyimiz hərəkətlər bəzən elə yerlərdə lazım olur ki, o hərəkət dünyanın ən xeyirxah işinə çevrilir... Nüsrət Kəsəmənlinin oğru(hırsız) olmaq istədiyi məqamlarda olduğu kimi...

2 Haziran 2017 Cuma

Yenə bir səfər, yeni bir səfər


   Ramazan günlərindən hər kəsə salamlar...    Çoxdandır yazıb hazırlayıb bu gün yayımlamaq imkanı tapdığım bir gəzinti yazımı təqdim etmək istəyirəm sizə. Bu yazılarımla,  əslində, Azərbaycanımın necə gözəl məkanları və təbiəti olduğunu az da olsa göstərmək istəyirəm. Oxuyanlara gedib gəzmək üçün bir fikir olar bəlkə də.
   Vaxtilə çox gəzərdik biz. Zamanla uşaqların sayı artıqca gəzmələrimiz də seyrəldi :) Kaş o vaxtlar həmin yerlər haqqında da kiçik də olsa qeyd götürmüş olsaydım. Çünki o xatirələrin çox hissəsi silinib hafizəmdən. İndi yazdıqlarım isə gələcəyə buraxacağım ərmağandır. Ona görə hər gəzintimizdən fotoları ilə birgə yazmağa çalışacam. 

   Keçən yazımda bizim tərəflərə (Füzuli) getdiyimizi yazmışdım. Eh sonrakı qərargahımız yoldaşın böyüdüyü torpaqlar ( Lənkəran) olamasa ayıb olardı :) Elə buna görə də növbəti gəzəcəyimiz məkan Lənkəran oldu. Yenə o çox sevdiyimiz ailə ilə.
        
   Hər il yay tətilinin böyük hissəsini bu tərəflərdə keçirməyimizə baxmayaraq gəzmək üçün vaz keçilməzimizdir cənub zona :) Bu dəfə də təbiətin qoynunda salınmış istirahət mərkəzlərinə üz tutduq. Baxmayaraq ki, il boyu bu məkanlara 2-3 dəfə gedirik, amma, hər dəfəsində də təbiətin füsunkarlığı bizi valeh edir. Hər fəsildə fərqli rəng, fərqli ovqata bürünən dağları, meşələri gəzməkdən doymaq olmur heç bir zaman( Rəbbim cənnətin kim bilir necə gözəldir! ).
        
   İlk gedişimiz Rüdəkənar istisu istirahət mərkəzi idi. Olduqca sadə və ucuz olan bu yeri sevməmizin ən böyük səbəbi təbiətə, təbiiliyə toxunmamış olmalarıdır.
   Düşünün bir tərəfində dağ, digər tərəfində çayla əhatələnmiş yamyaşıl düzənlik... Dağların zümrüd rəngi, çəmənliyin gül çiçəyi, çayın şırıltısı insanın bütün stresini alıb yerinə elə bir hüzur buraxır ki, uzun müddət bu bəs olur sənə. Hər ora gedişimizdə əhvalımız elə yüksəlir ki, o çəmənlikdə uşaqlara qoşulub qaçıb oynamamaq üçün güclə tuturam özümü :) Amma yelləncəkdə yellənməkdən də qalmıram :)
        

   Çəmənlikdə, çay kənarı ilə gəzib yorulandan sonra çayın üstündə salınmış çardaqda samovar çayı içmək isə bir başqa aləmdir.
        
   İkinci gəziş məkanımız Baba bulağı oldu. Qu quşları üzən, ətrafında salxım söyüdlərlə kölgələnən gölü, kiçik meşəsi, dərənin üzərindən həmin meşəyə aparan körpü, bulaq və uşaqların marağını çəkən böyük dinozavr, maral, keçi, ayı vəs. heykəllər, gölün üstündə və ağacların arasında salınmış açıq və qapalı oturma yerləri yenə gözəl ovqat bəxş etdi bizə.
        

        
        

        

   Bundan əlavə qaynata və qaynanamın bizimlə gedən qonaqlara göstərdiyi yüksək qonaqpərvərlik, iki gün zəhmətə qatlanıb rahatçılığımız üçün əlindən gələnləri etmələrini də qeyd etmədən keçmək istəmədim. İnsanın ətrafında belə fədakar insanların olması çox böyük xoşbəxtlikdir. Çox sağ olun atacan, anacan! Yaxşı ki, varsınız!!!
Bu arada eyni məkanların payız fəslində necə göründüyünü bilmək istəsəniz buyurun, Payızdan qalma qış yazımı oxumağa.