20 Ekim 2020 Salı

Bu günlərdə duyğularım...

 

   Salam canım bloqdaşlarım, yazımı oxuyan bütün dəyərli dostlarım. Bu yazımı hazırlamaq üçün blogger səhifəmə girdiyimdə son yazım üçün yazdığınız yorumları görüncə çox duyğulandım. Dostlarımızın mənəvi dəstəyini ürəkdən hiss etmək, birilərinin haqqın, ədalətin yanında olduğunu görmək, inanın, bu günlərdə o qədər təsəlli olur ki, bizə... Çünki dünya görmür, görmək istəmir... Ona görə minnətdaram hər birinizə... 🇦🇿❤🇹🇷

   Duyğularımız isə yenə qarışıqdır. Sevinclə, hüznü heç bu qədər bir-birinə yaxın hiss etməmişdik. 

   Oktyabrın 17-si doğulduğum, torpağında böyüyüb boya-başa çatmaq qismət olmayan, 9 yaşımdan evimizdən, həyət bacamızdan uzaq düşdüyüm,  illərlə həsrətini çəkdiyim Füzulimi düşmən tapdağından azad etdi ordumuz. 

   Bu günü necə həyəcanla gözləyirdim... Bloquma ayrıca yazı yazacaq, bütün sosial şəbəkə hesablarımdan qələbəni hayqıracaqdım. 

   Amma ordudakı məğlubiyyətini həzm edə bilməyən murdar düşmən, namərd düşmən gecə saat 2-də Gəncə şəhərini bombardıman edib dinc əhalini yuxuda ikən vurmaqla öz acığını çıxmaq istədi.

   Ölən uşaqlar, analar, göz yaşları gözlərində donmuş atalar, əlləri ilə uçan binadan övladlarını çıxarmağa çalışanlar... Normal, sakitcə qarşılamağın mümkün olmadığı səhnələr...

   Beləcə sevincimizə kölgə düşürdü terror ölkəsi... Dünya isə yenə də susur... Özünü korluğa qoyub... Amma daha heç yerdən, heç kimdən mədət ummuruq onsuz da... Bizim dostumuz da düşmənimiz də bəllidir. 

   Bu qarışıq duyğulardan yarandı aşağıdakı şeirim də...  Xalqıma, bayrağıma sonsuz sevgi, qürur və hər şəhidin acısı, qəzəbi...

   


🇦🇿İstəyirəm🇦🇿


İstəyirəm uzunca bir qolum olsun,

Kürdən, Arazdan da uzun.

Vətənimin qəlbi gözəl, mərd xalqını,

Səxavətli, sədaqətli övladını

O qollarla qucaqlayım.

Qəlbimdəki aşıb-daşan sevgimi də,

Qürurumu, fərəhimi, fəxrimi də

Bütün dünyaya hayqırım!


Rüzgar olum, əsim durum.

Küçələrdən, eyvanlardan

Pəncərədən, maşınlardan

Dalğalanan bayrağımın hər sapına, ilməsinə,

Yerə düşən kölgəsinə,

Hilalına, ulduzuna üz-göz sürtüm istəyirəm...


Nələr keçmir ki, qəlbimdən?!

Əsgərimin əlindəki silah olum

Düşmənin düz ürəyinə tuşlanım mən.

Öldürülən şəhidimin qisasını, 

Hər ananın bir ahının qisasını,

Körpələrin göz yaşının qisasını

Güllə olub alım düşmən sinəsindən.

                                  

                                    Umman Aslan


4 yorum:

  1. N: Gün gələcək,yas da,qəm də sovuşacaq,
    Azərbaycan bir əbədi istiqlala qovuşacaq!-gözəl şairimiz Gülhüseyn Hüseynoğlunun şeirində deyildiyi kimi bəli gözlədiyimiz o gözəl günlər artıq gəlib və Rəşadətli O rdumuzun hünəri sayəsində biri-birindən sevinc dolu xəbərləri Cənab Ali Baş Komandanımız xalqımıza,Vətənimizə müjdə verir.Yolumuz Haqq yoludur,Böyük Qələbəyə doğrudur inşaallah.Bütün çətin günlərimiz arxada qalacaq,Azərbaycanımız dünyaya Günəş kimi doğacaq! 3rəngli müqəddəs bayrağımız göy üzündə göy qurşağı əvəzinə olacaq!!!Bax,o zaman dünya bizi dinləmək və bizə olunan haqsızlıqları görmək məcburiyyətində olacaq.Çünki biz özümüzü ölkələr arasında məğrur,mərd,haqqsevər,vətənpərvər bir xalq olaraq isbat etdik!!!Şerin də çox gözəldir,bədii obrazlılığın oxucuda şerin daha da davamlı olmasını ,içimizdən gələn istəklərin ardını istəyir...

    YanıtlaSil
    Yanıtlar
    1. Men de inanıram, artıq milletimizin, dövletimizin öz sözünü dediyini, dünyanı bize bambaşqa nezerlerle baxmağa mecbur etdiyimizi düşünürem. Minnetdaram bacı, xoş sözlerine göre.❣❣

      Sil
  2. Uykuda insan öldürmek böyle adi bir milletin işidir. O ölen çocukların, bebeklerin , anne , babaların suçları neydi ki? Dünya susuyor, kimse ses olmuyor bu katliama ama biz Türkiye olarak elimizden geleni yaparız .. Sizler bizim kardeşimizsiniz. Düşmanları toprağımızdan atacak ve Karabağ’a Azerbaycan bayrağını Allah’ın izniyle asacağız!! Siz yüreğinizi ferah tutun. Hep beraber dua ediyoruz , edelim.. 🇦🇿🇹🇷

    YanıtlaSil
    Yanıtlar
    1. Min şükür sancdıq da 😊 Qehremanlığını, qorxmazlığını, merdliyini isbat etdi xalqım ve sadiqliyini, yardımseverliyini, gücünü isbat etdi qardaş Türkiyemiz. Min şükür. 🤲

      Sil