13 Ekim 2020 Salı

Xalqımla fəxr edirəm!

   Bu günləri heç bir zaman unutma, əziz dost! Necə bir xalqın nümayəndəsi olduğunu fəxr və qürur hissi ilə həmişə xatırla. 


   Belə bir birlik, belə bir vətənpərvərlik dünya tarixində nə görülüb, nə görüləcək. Bir ananın övladı kimi bir-birinin arxasında dayanıb millətimin hər bir fərdi. 


   Bu günlərdə nə şəxsi arzular qaldı, nə şəxsi sevinclər, nə də şəxsı acılar. Bütün xalqın dərdi də, kədəri də, amalı, sevinci də ortaqdır artıq. Bir ürək olduq vətən üçün döyündük, bir yumruq olduq düşmənin başına endik... Biz belə millətik! 


   Bir an belə düşünmədən atasını - anasını, sevdiyini, evindəki körpəsini geridə qoyub könüllü yazılan, vətəni  üçün canını ortaya qoyan oğullardır sənin xalqın...


    Ön cəbhədə vuruşarkən "siz ailəlisiniz arxada durun, mən subayam, qoy, mən öndə gedim", deyən mərd şəhiddir sənin xalqın...


   Yenicə aldığı yegənə keçim qaynağı olan təqaüdünü götürüb paralanmış ayaqqabısını sürüyə-sürüyə ordu üçün köməklik etməyə tələsən Hikmət babadır sənin xalqın...


   Bir əsgər kotlet istədi deyə bütün məhəllə qadınlarının toplaşıb həvəslə öz balasına hazırladığı kimi minlərlə kotlet çörək hazırlayan anadır sənin xalqın...


   Aldıqları ərzaqlarla yol qırağında cəbhəyə gedən əsgər maşınlarının, avtobusların yolunu gözləyib onlara sovqat vermək üçün yarışandır sənin xalqın...


     Evi düşmən bombası ilə dağılınca, "evdir də, vətən üçün fəda olsun, heç nədən qorxmuruq, təki qələbə bizim olsun" deyən qorxmaz bir sakindir sənin xalqın...


Bunlar ağlıma gələnlərdir sadəcə.O qədər göz dolduran, ürək kövrəldən nümunələr var ki, say-say bitməz... 


Sadəcə unutma, bir gün qəlbindən bu millətə aid ən kiçik bir mənfi duyğu keçmək istəyəndə bu günləri xatırla! "Kim nə deyir desin, mənim xalqım ucalardan uca, əsil, ali, nəcib, mərd, qorxmaz, qəlbi sevgi dolu, şəfqət dolu bir xalqdır" de və gələcək nəsillərə də bunu daşı, aşıla, əzbərlət !


12 yorum:

  1. haklısın hadiii hayırlısıyla geçecek bu günler deeeee.

    YanıtlaSil
    Yanıtlar
    1. Keçsin, amma qelebe ile bitsin Deepcim. Biz xalq olaraq qelebe qazanacağımız zamana qeder her şeye sine germeye razıyıq. Yeter ki, savaşın edaletle bitmesine nail olaq. Gelecek nesillere bu müharibeni miras buraxmayaq.🇦🇿❤🇹🇷

      Sil
  2. Əlhəmdulilləh❤️🤲🇦🇿

    YanıtlaSil
    Yanıtlar
    1. Can bacım. Özü uzaqda qelbi yanımızda olan bacım. Siz vetene gelende qelebeni qeyd etmek üçün yığışacağıq mütleq. Rebbim o günleri qismet etsin.🤲❤❤🇦🇿

      Sil
  3. N: VƏTƏN MƏNİM BU GÜNÜM,
    SABAHKI TOY-DÜYÜNÜM.
    HAQQIM VAR Kİ,ÖYÜNÜM,
    AZƏRBAYCAN DEYƏNDƏ
    ÜRƏKLƏRDƏ DÖYÜNÜM!!!
    ALLAH XALQIMIZI,MİLLƏTİMİZİ,DÖVLƏTİMİZİ,AZƏRBAYCANIMIZI HƏR ZAMAN VAR ELƏSİN!! MƏNFUR DÜŞMƏNLƏRİN XAR ELƏSİN İNŞAALLAH.BİZ FƏXR EDİRİK Kİ,AZƏRBAYCANLIYIQ!!!ŞÜBHƏM YOX Kİ,O DA BİZİM KİMİ MƏRD,MƏTİN,QÜRURLU,ƏYİLÇƏZ,VƏTƏNPƏRVƏR,YURDSEVƏR ÖVLADLARI İLƏ QÜRUR DUYUR!!!

    YanıtlaSil
    Yanıtlar
    1. Şair qelbi nece böyük, şair dili nece ürekleri oxuyan, qelbe toxunandır. Çox gözel yazıb Tofiq Bayram. Men de axır ki, bu vetene layiq olduğumuzu millet olaraq isbatlaya bildiyimizi düşünürem.❤🇦🇿

      Sil
  4. VƏTƏNƏ QAYIDANDA
    Fikrət Qoca
    Çıx yoluma, qarşıla,
    Mən gecikdim, bağışla,
    Kövrək olur baxışlar
    Vətənə qayıdanda.
    Nəqarət:
    Hər arzuma yetərəm,
    Bülbül kimi ötərəm.
    Torpağını öpərəm
    Vətənə qayıdanda.
    Hər yan doğma el, əziz,
    Ləhcə şirin, dil əziz,
    Görüşürük yenə biz
    Vətənə qayıdanda.
    Nəqarət:
    Gerçək olar yuxular,
    Həsrət qaçar yox olar,
    Qar da ağ çiçək olar
    Vətənə qayıdand İnşallah cəsur ordumuz bizi uşaqlığımıza aparacaq.

    YanıtlaSil
  5. Allah utandırmasın, desteğimiz ve dualarımız sizinle...

    YanıtlaSil
  6. Ümid edirəm hər şey ən yaxşı şəkildə bitəcək 🤲🏻🇦🇿🇹🇷

    YanıtlaSil
  7. Söyleyecek söz bulamıyorum. Allah yardımcınız olsun, dualarımız sizinle.

    YanıtlaSil
  8. Can dostumuzsunuz bizim... Allah yar ve yardımcınız olsun. Acınız acımız, zaferiniz zaferimizdir...

    YanıtlaSil