20 Mart 2018 Salı

🌸Bərəkət bayramı gəlmiş🌸



Yenə gəldi, könüllərimizdə qurduğu o sarsılmaz taxtına buyur etdi Novruzum!

Yenə gəldi mis qoxulu ot-ələfi, ənbərbar gül-çiçəyilə...

Doğma yurda qovuşmağın sevinci və bir an öncə  yuva qurmağın  təlaşı ilə ordan-ora uçan haçaquyruq qaranquşları ilə...



Utancaq qızlar kimi xəfifcə gülümsəyən ilıq günəşi, rəhmət yüklü buludları, aşıb-daşan çayları ilə...

Yenə gəldi qırmızı kəmərli, zümrüdü libaslı nazlı səmənilərlə...


Yenə gəldi bal damlayan paxlavası, ləzzət qoxan, bər-bəzəkli şəkərburası, qat-qat əlbisəli, kirşanlı badamburası, çil-çil, günəş sarısı qoğalı ilə ...


Yenə gəldi Novruzum, uşaqların qəlbini oğurlayan  boyanmış, süslənmiş, rəngbərəng  yumurta sovqatı ilə...


Qozu, fındığı, badamı,şabalıdı, iydəsi,innabı, xurması, xırt-xırt qovurğası ilə, sanki bütün çərəz aləminin şahzadəsi kimi gəlmiş yenə...

Sayrışan işıqlı şamlarla çevrələnmiş, bütün naz-nemətlərdən hörülmüş çələng timsalı, hər evdə süfrələrin mərkəzində sanki gəlişinin şərəfinə abidə kimi qoyulmuş xonçalarla təşrif buyurmuş...


Qışın kəsvətini üzərimizdən götürməyə, könlümüzə yaşama sevincini bəxş etməyə gəlmiş...

Yumurta döyüşü, alovları ərşə dayanan tonqalları, papaq atması, qapı pusması, fal açması ilə, evdən-evə göndərilən bayram sovqatları ilə eynimizi açmağa gəlmiş...
Bayram ziyarətləri ilə böyüyə kiçiyə sevgi və hörməti aşılayaraq buz tutmuş qəlbləri əritməyə gəlmiş...

Min bir ruzisi, bərəkəti ilə qonaq gəlmiş doğma elimin hər bir qapısına...

Xoş gəlmiş, ulu nənə-babalarımızın xatirəsi hopmuş,  qədim mətbəximizin izləri qalmış, adət-ənənələrimizin ən gözəl mücəssəməsi, canım Novruzum !!!

Xoş gəlmiş zülmətdən sonra  aydınlığa bənzər, qara qışdan sonra gələn bəyaz baharın təmsilçisi!!!


Vəə xoş gəlmiş, səfalar gətirmiş, 11 ay yolunu gözləyib, gəlmədən gedəcəyinə üzüldüyüm yeganə bayramım!!!

Həmişə gəl, güldür üzümüzü, sevindir bizi!!!

Bayramın mübarək olsun əziz xalqım!

Bayramın mübarək olsun Azərbaycanım!

Getmədən mərhum sənətkarımız  Məmməd Bağırın Novruz ab-havasını ən gözəl şəkildə özündə əks etdirən, uşaqlığımdan bu yana ən sevdiyim bayram nəğməsi olan "Şəkərbura, paxlava" mahnısını da qoyuram bura. Dinləmədən keçməyin lütfən.


Digər Novruz yazılarımı 
oxumaq üçün tık-tık :)






16 yorum:

  1. Ne güzel, içim açıldı fotoğraflara bakarken. Kutlu olsun bayramınız :) Bahar geldi artık, bundan sonra soğuk bile üşütmez o kadar:)

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox təşəkkür edirəm. Bahar gələn hər bir elin bayramıdır məncə Novruz. Üşüməyək artıq,gülümsəsin günəş bizə😊❤

      Sil
  2. Bayramınız kutlu olsun. Sonundaki video da güzelmiş. Emeğinize sağlık...

    YanıtlaSil
    Yanıtlar
    1. Minnətdaram. Hamımızın bayramı mübarək olsun! Videonu bəyəndiyinizə sevindim.

      Sil
  3. Gelbindeki bu bahar teraveti heç bitmesin bacı.ne gözelde özetlemisen novruzu.oxudugca heveslenir insan.heç istemirsen novruz getsin, ayrılsın gapımızdan.bir daha bayramın mubarek.Nece bele dahada gözel bayramlar keçirmen dileyi ile opurem...bayramın mubarek olsun💜

    YanıtlaSil
    Yanıtlar
    1. Bu il sizinlə bayram çox daha gözəl oldu can bacım. Ömrümüzdə nə üşüdən qış günəşi,nə yandıran yay günəşi,sevinc və hüzur bəxş edən bahar günəşi olsun həmişə.💖

      Sil
  4. Çok güzel bir yazı olmuş. Bahar bayramın mübarek olsun. Sevgiler �� ��

    YanıtlaSil
    Yanıtlar
    1. Hamımızın bayramımız mübarək olsun, inşallah! Neçə gözəl baharlara❤

      Sil
  5. bütün çox gözəl :)))

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Bəyənməyinizə çox sevindim.😘

      Sil
  6. Bayramınız kutlu olsun :)

    YanıtlaSil
    Yanıtlar
    1. Sizinlə bahəm inşallah🌸💓

      Sil
  7. Bayramınız mübarek olsun! Bu keyfiniz, mutluluğunuz hiç bitmesin inşallah :)
    Siz mi yaptınız bunların hepsini? Bayıldım! Hem yazıdan hem sofradan enerji aktı içime! Tam anlamını yansıtmış her şey! O şapkalı güzeller nedir en çok onlara bayıldım :D

    YanıtlaSil
    Yanıtlar
    1. 😊😊😊 Ayyy çox təşəkkür edirəm. Novruz yeni bir başlanğıc, bir enerjidir. Ona aid hər şeyə də keçir bu enerjisi😊😙😙

      Sil
  8. bu fotolaaaar mutluluk vallaaaa :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Təşəkkürlər. Səni mutlu etdiysə rəsmlər çox sevindim.❤

      Sil