25 Nisan 2016 Pazartesi

Çiçək poğaça



Bu mübarək Ramazan günündə hər kəsə salamlar.Yenə çox vaxtsızam, yenə çox vaxtsızam :( Yəni bir çox şeyi güclə çatdırıram.Gözəlim bloquma yazı yazmağa heç cür imkan tapa bilmirəm.Amma ürəyim həmişə burdadı. Planımda yazdığım çiçək poğaçanın reseptini paylaşacam bu gün burdan.Şükür bişirilmiş halda şəkli var artıq :) Həm bişirib sahurda yemək istəyərsiniz bəlkə.
Tərkibi:
1 stəkan  süd (ilıq olmalı)
1 stəkan su
1 stəkan duru yağ
2 yumurta (birinin sarısı ayrılacaq)
1.5 xörək qaşığı şəkər
1.5 çay qaşığı duz
6-7 stəkan un
1 paket instant maya
          və ya
1 xörək qaşığı maya
     İçlik üçün:
200 - 300 qr pendir
1 dəstə cəfəri
İstəyə görə kartof və ya qiyməli bir içlik də hazırlana bilər













Hazırlanma qaydası
Xəmir üçün duru ərzaqları duzu, şəkəri və mayanı qarışdırın. Unu yavaş-yavaş əlavə edərək yumşaq bir xəmir əldə edin. (Xəmiri axşamdan yoğurub soyuducuda saxlayıb səhəri gün bişirildiyində daha gözəl alınır)
Üzərini örtüb xəmirin acımasını gözləyin. Bu müddətdə içliyi hazırlayın. Pendiri sürtkəcdən keçirin və ya çəngəllə əzin. Cəfərini xırda-xırda doğrayıb əlavə edin.
Mayalanan xəmirdən orta boy mandalin böyüklüyündə parçalar qoparıb azca unlanmış zəmində əliniz və ya kiçik bir oxlava ilə  biraz açın.
İçinə 1 xörək qaşığı içlikdən qoyub kənarlarını ortada toparlayaraq bükün.
Bükdüyünüz tərəfi altda qoyun və əlinizlə xəfifcə basın.
Bıçaqla 6, 7 və ya 8  kəsik atın. Hər kəsiyi eyni tərəfə doğru yan çevirin.
Yenə çevirdiyiniz dilimlərə əlinizlə yüngülcə basıb formata aralı şəkildə düzün.
Üstünə 1 çay qaşığı qatıqla qarışdırdığınız yumurta sarısını sürtün.
Orta hissəsinə çörəkotu və ya xaşxaş toxumu səpin.
20 dəqiqə  formatda saxlayıb daha da gözəl mayalanmasına imkan verin.
200 dərəcədə  sobada bişirin. (Soba əvvəldən isidilməməli  )Üzəri qızarana qədər bişirib götürün.
Sobadan çıxardığınız  poğaçaları pambıq bir dəsmalla bükün .
Nuş olsun.

Hiç yorum yok:

Yorum Gönder