1 Mayıs 2016 Pazar

Habibullaha məktub

      


         Hardan başlayım heç bilmirəm, Aləmlərə Rəhmət Olaraq gələn, canım Əfəndim...Duyğuları kağıza tökmək hüdudsuz okeanları bir bardağa süzüb sığdırmaq qədər çətin gəlib mənə hər zaman... Hələ bu duyğular sənə olan sevgimizi tərənnüm edirsə, hələ bu duyğular sənə olan həsrətimizi, səndən sonra, sanki yoxluğunun qəsdinə aramızda baş qaldıran bunca fitnələrin içimizdə törətdiyi yaraların sızısını, qəlbimizin ağrısını təsvir edirsə, beş-altı cümləyə sığarmı heç???
Anlatası o qədər çox şeyim var ki, ya Rəsulallah! Bu ruhumuzun yorulduğu, qəlbimizi qırıldığı, xəyanətlərlə sarsıldığımız bir zamanda sənə nə qədər çox ehtiyacımızın olduğunu bir bilsən...
Əminəm bütün olanları bilir və üzüntü ilə seyr edirsən...Amma bir də mən anlatmaq istəyirəm... Ən başından...

Bir zamanlar biz dünyanın atəşlərə sürükləyən rüzgarına qapılmışdıq ya Nəbiyallah! Özümüzü ondan qurtarma zəhmətinə vermədikcə o rüzgar hər dəfə bir az daha uzaqlaşdırmışdı bizi səndən və Yaradandan... Bambaşqa sevdalara qapılmışdıq... Sənin üz çevirdiklərini dost bilib, sevdiklərindən üz döndərmişdik... Hətta elə bir dövr gəlmişdi ki, nə səndən, nə gətirdiyin dindən, nə də elçisi olduğun Yaradandan xəbərsiz nəsillər yetişməyə başlamışdı...Allahdan uzaqlaşdıqca Səndən də uzaqlaşmışdıq... Beləcə özümüzdən, kimliyimizdən uzaqlaşmışdıq ya Rəsulullah!    Hər tərəf zifiri qaranlıq idi... Nə özümüzün, nə də ətrafdakıların bu zülmətdə hara sürükləndiyini hiss edə bilmirdik belə... Hisslərimiz, duyğularımız da ölmüşdü çünkü...
Sonra bir gün onlar gəldilər...Nur üzü, nur baxışları ilə ətrafın kəsif qaranlığını bir anda aydınlatan mələksima insanlar...Özləri nur, sözləri nur...Onlar bambaşqa idilər... Fədakarlıq mücəssiməsi, şəfqət abidəsi, masivadan tamamən sıyrılmışlıq nümunəsi...Onlar bambaşqa idilər canım Əfəndim...  Onların gəlişi bir anda hər tərəfi qızılı şəfəqlərə boyadı... Ətraf elə aydınlandı ki, sanki günəş özü enmişdi bizim aramıza... Bu günəşin ziyasında hər kəs itirdiyini tapdı, hər kəs özünə gəldi... Çoxdandır unutduğumuz dəyərlərə yenidən qovuşduq ... Onlar bizə səndən danışdılar...Sənin sevginlə yoğrulmuş o işıqdan hər birimizin qəlbinə bir qığılcım buraxdılar... Səni duyan, sevən hər kəs həyata yenidən gəlmiş kimi, dünyaya gözlərini açdı... Buraya göndəriliş qayəmizi xatırladıq...
     Aramızdan içindəki qığılcımı atəşə çevirənlər, bu yolda pərvanə misalı yanmağa qərar verənlər bu işıq çəmbərinə qoşuldu...Onlardan biri oldu...
Sonra nələrmi oldu??? Bu bəxtiyarlığı hər kəs yaşasın, duysun deyə onlar dünyanın dörd bir yanına işıq apardılar... Gedərkən  də nələrindən vaz keçmədilər!!! Sevdiklərini, vətənlərini, dəyərli olan hər şeylərini buraxdılar Səni və Yaradanı anlatmaq üçün...İsmini gün doğandan gün batana duyurmaq üçün...Bir zamanlar dünyanın dörd bir yanına göndərdiyin elçilərin görəvlərini tamamlamaq üçün...
      Amma gün gəldi, bu işıq bəzilərinin gözlərini qamaşdırmağa, aydınlıqda ortaya çıxan qüsurları onları narahat etməyə başladı... Bu talehsiz yaratıqlar işığı söndürməyə çalışdıqca o nur  bir az daha parladı... Parladıqca o xəbis ruhların dərinlikdə gizli olan bütün çirkin niyyətləri, bütün qaranlıq planları işıq seli altında açıq-aydın görünməyə başladı... İftiralar, təhdidlər, təhqirlər ortalarda uçuşdu... Bütün bu xeyirli əməllər bir günah, bir suç elan olundu... Zavallılar bu nur haləsinin Yaradanın və Sənin sevgi və rızanızdan başqa heç bir gözləntiləri olmadığını unutdular... Onları heç bir hədənin, heç bir təhdidin qorxutmayacağını unutdular...Söylədikləri təsirsiz qalınca zülmlərini artırmağa başladılar ya Rasulullah...Zülümləri artdıqca azğınlaşdılar...Azğınlaşdıqca nə etdiklərini biləməz hala gəldilər...Sonunda o tərtəmiz ruhlara "dərs vermək" adına islama düşmən kəsildilər...
    Onların ki, əzəl gündən nə mal-mülkdə, nə məqam-mənsəbdə gözləri olmayıb heç vaxt... Bu zülümlər niyə??? Bu düşmənlik nəyə???
      O işıq okeanında heç olmasa bir damlamıyam bilmirəm... Allah bilir ya onların arasında olmağa özümü layiq görmədiyimi...Nəfsiylə baş edəməyən kiçik insan olmaq səbəbiylədir bəlkə mən o qəlbi geniş insanlar kimi xoş görülü ola bilməyəcəm halımızı sənə şikayət edirəm ey Rahmanın bizə ən böyük Rəhməti!!! Bu günahkar qulun artıq əl açıb dua etməyə üzü yox, günahkar əllərin O'nun hüzurunda əl qaldırıb yaxarmağa gücü yox...Bizim üçün dua edərmisin ey Həbiballah?? Demirəm dünyaları başlarına yıxılsın... Demirəm ən ağır cəzaya çarptırılsın... Çünki mən o nur insanlardan əfv etməyi, xoş görməyi öyrəndim həp... Amma bu zülümlər də bitsin artıq... Səni sevən o gözəl qəlblər üzülməsin, qırılmasın, haqsız yerə incinməsin... Onlar üzüldükcə Sən də üzülürsən bilirəm ey Sultanım...Rəbbim bu kainatı ki, Sənin hörmətinə yaratdı...Bizim üçün O'na dua edərmisin ya Rəsulullah... Əfvimizi diləyib, müjdəmizi alarmısın Aləmlərin Rəbbindən??? Bu gün burda Səni anan  saf ürəklərin, təmiz ruhların hörmətinə Rəbbim bu imtahandan da tez bir zamanda xeyirlisilə, üzü ağ çıxarsın hər birimizi deyə...Canımız fəda Sənə, ey Aləmlərə Rəhmət Olaraq Göndərilənim... Canımız fəda, ey Habibullah!


1 yorum: