27 Mart 2017 Pazartesi

4. Mim -Xoşbəxtlik nədir?

       
   Zamanın yetmədiyi, işlərin bitmədiyi bir bahar günündən salamlar hər kəsə... Bilmirəm nədəndir, bu aralar zamanım çox bərəkətsizləşib. Hər şeyi uc-uca çatdırıram. Vaxtsızlıqdan bloqdakı yazıları da ləngidirəm. Yəqin bahar havasındandır. Həyat canlanır. Uşaqların da qanı qaynayır. Daha çox dağıdıb tökürlər. Nə isə... Şükür ki, heç olmasa indi telefonu əlimə alıb yazımı yaza bilirəm:)
   
   İndi isə keçək əsas mövzumuza.
 Bloqunda uşaqların psixologiyasını anlamaq,  onların daxili aləmini öyrənmək və övladlarımızı düzgün tərbiyə etmək üçün paylaşdığı yazıları sayəsində yeni-yeni bilgilər öyrəndiyimiz Her Çocuk Yeni Bir Dünya bloqunun sahibəsi "Xoşbəxtlik nədir?" deyə bir sualı əvvəl özü cavablayıb sonra da oxuyan hər kəsdən bu suala cavab yazmağı xahiş etmişdi. Sual xoşuma gəldiyi üçün mən də öz bloqumda cavablamaq istədim uzun zaman öncə :) Amma yazmaq bu günə qismət oldu.
   
   Xoşbəxtlik nədir? Hər kəs üçün bu sualın cavabı o qədər fərqli-fərqlidir ki. Bəzisi sağlam bir bədəni xoşbəxtlik səbəbi zənn etdiyi halda,  başqa biri maddi imkanları, bir digəri mənəvi zənginliyi, biri övlad sahibi olmağı, bəzisi də sadəcə sevilməyi və uzada biləcəyimiz bir çox şeyin hər biri xoşbəxtlik səbəbidir əslində.  Hətta bəziləri çox kiçik şeylərlə belə özlərini xoşbəxt hiss edə bilirlər.

   Diqqət !!! Mən indi əsl xoşbəxtliyin çəyirdəyini, toxumunu açıqlayacam. Yəni indi yazacağım şey kimdə varsa o mütləq şəkildə xoşbəxtdir. Yox, yox bunu mən kəşf etməmişəm. Əslində hamımızın bildiyi bir şeydir. Hamımızın bildiyi, amma, təəssüf ki, bildiyi halda önəm vermədiyi və ya vermək istəsə də öz nəfsilə bacarmayıb başqa şeylərə göz dikdiyi bir şey...

   Məncə əsl xoşbəxtlik əlindəkilərin dəyərini bilib, hər şey üçün şükür edə bilmək duyğusuna sahib olmaqdır. 
        
   İnanın ki, hal-hazırda sizdə olmayıb da olması üçün hər şeyi fəda etməyə hazır olduğunuz nemətlərə, lütflərə sahib bir çox insan əlindəki bu dəyərlərin fərqində belə deyil. Və dolayısı ilə sizin zənn etdiyiniz kimi xoşbəxt də deyillər.
Niyə??? Çünki əlindəkilərin əslində bir çoxları üçün əlçatmaz bir nemət olduğundan qafildirlər.

   Bir düşünün bəzi analar var illərlə körpə qoxusuna həsrət, qucağına bir övlad ala bilmək üçün necə çətin müalicələrə qatlanırlar... Və analar var o tərtəmiz gözlərini dünyaya yenicə açmış körpəsini zibil qutularına tullayırlar...

   İnsanlar var bircə dəfə əzab çəkmədən rahatca nəfəs ala bilmək istəyən, aldığı hər nəfəs ciyərlərinə çatanacan o dünyaya gedib-gələn... İnsanlar var içki, siqaret, zərərli qidalarla vecsiz bir şəkildə sağlamlıqlarını təhlükəyə atan...

   Bir tikə quru çörəyə möhtac qalanlar da var, bir gün öncə aldığı çörəyi bayatdır deyib zibilə atanlar da...

   Yetimxanada böyüyüb kimsəsiz bir şəkildə tək başına dişi ilə, dırnağı ilə həyata tutunmağa çalışanlar da var, ailəsinin sərhədsiz sevgisi ilə ərköyünləşib istədiyi markalı maşının alınmadığı üçün həyata küsənlər də...

   Qısacası, insanoğlu hər zaman xoşbəxtliyini əlinin çatmadığı yerlərdə axtarır. İstədiyi əlinə keçsə xoşbəxt olacağını zənn edir. Kaş ki, gözümüzü yuxarılardan yığıb əlimizdəkilərlə yetinsək. Bizə bəxş edilən hər bir nemətin dəyərini bilib, haqqıyla şükrünə əda etsək... O zaman bu dünyada nə bədbinlik duyğusu qalardı, nə depressiyalar... Hamı həyatından məmnun, məsud bir şəkildə yaşayıb gedərdi. 

Hər kəsə bir ömür xoşbəxtlik arzusuyla...



16 yorum:

  1. Ne güzel bir mim olmus ceviri yapmadan okudum ve daha zevk aldim okurken 😊 mutlulugunuzun artmasi dileğiyle 😘

    YanıtlaSil
    Yanıtlar
    1. Əsl bu gözəl mimi başlatdığınız üçün sizə təşəkkür etməli. Sizin də həyatınız xoşbəxt keçsin inşallah.Sevgilər.

      Sil
  2. Umman'cığım. Çok geniş ele almış ve hakiki mutluluğun ne olması gerektiğini anlatmışsın. Elimizdeyken kıymetini bilemediğimiz şeyler, birilerinin isteyip ulaşamadığı şeyler olabilir. Bunu düşünebilmeli ve şükretmeliyiz. Ana fikir bu işte. Sevgiler canım. Hep mutlu olman dileklerimle :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli, mənim də demək istədiyim tam elə budur. Kaş ki, hər kəs bunu anlasa. Çox təşəkkür edirəm Ece ablam.

      Sil
  3. Çok güzel bir mim yazısı olmuş.Güzel şeyleri hissedip farkına vardığınız,mutlu olduğunuz zamanlarınız çok olsun.Kaleminize sağlık...

    YanıtlaSil
    Yanıtlar
    1. Cümləmizin inşallah. Təşəkkür edirəm.♡♡

      Sil
  4. Canım bacım,bu mimi oxumam senin dogum gününe denk geldi.Her iki cahanda sonsuz bir xoşbextlik dileyirem sene.cox gozel yazmisan.ozumuzden yuxarilara deyilde,asagılara baxsag ne geder xosbext oldugumuzun fergine vararıg eslinde.Allahın bize bexş etdiyi butun gozelliklerin fergine varıb,şükrünü eda ede bilmek dileyile...

    YanıtlaSil
    Yanıtlar
    1. Sağ ol canım Allah razı olsun. Kaş ki, bizə bəxş edilən bütün nemətlərin fərqinə vara bilsək. Təşəkkürlər.

      Sil
  5. Çok güzel yazmışsın bir çırpıda okudum :) Ellerine sağlık

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Çoox sağ olun.

      Sil
  6. ismin ile müsemma bir qarakterin var. Üreyin ummanlar kimi☺
    Cox dogru;
    insanoğlu hər zaman xoşbəxtliyini əlinin çatmadığı yerlərdə axtarır.

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkürlər canım mənim. Nə gözəl iltifatdır belə.

      Sil
  7. ya sen her zaman ne güzel şeyler yazıyorsun ki yaa :)

    YanıtlaSil
    Yanıtlar
    1. :) Cansın sen... Beğeniyorsan ne mutlu bana.

      Sil
  8. Çok güzel bir mim olmus. Ben de bu aralar islerimi zor yetistiriyorum. Bazen daha çok isimiz oluyor hele çocuklu evlerde.

    YanıtlaSil
  9. :)) Ayy ayy heç deməyin. Biz belə işləməklə necə hələ də kilodan şikayət edə bilirik anlamıram. Ya da bu işlər də olmasaydı daha tobul biri olardıq bəlkə də deyə müsbət yanlarınamı baxsaq daha çox:) Sevgilər...

    YanıtlaSil