14 Şubat 2017 Salı

2. Mim - Reklamdakı kimi olmayan şeylər

Hər kəsə salamlar.  Bu dəfə maraqlı bir mimləmə gəldi başıma :) İki nəfər tərəfindən mimləndim. Birinci enerji və həyat dolu yazılarıyla insana xoş əhval-ruhiyyə bəxş edən Annesinin prensesi tərəfindən, daha sonra isə özünəməxsus yorumlarıyla hər gününü qeyd edən və arada çox maraqlı mövzularda yazan Yine bir gün biz böyle   tərəfindən. Burdan hər ikisinə çox-çox təşəkkür edirəm.
                                   
Bu mim bir az çətin gəldi mənə doğrusu. Çünkü mimin mözusu həyatda reklamda olduğu kimi olmayan şeylərdən birini tapıb yazmaqdır. Əslində reklamları sevən və maraqla izləyən biriyəm mən. Amma televizora baxma imkanım olanda. Bu aralar televizordan xeyli uzağam.
Düzü televizora baxıb mimin xatirinə tapmaq yerinə ağlımda qalmış bir reklamı yazmaq istədim. Bir az düşündüm və hər xatırladığımızda bizi güldürən bir reklam gəldi xatirimə.
    Biz uşaq idik. O vaxtlar ən çox rus kanallarını izləyirdik. Twix şokoladının reklamı gedirdi bu kanallarda. Həmin dövrdə Azərbaycana gəlib çıxmışmıydı bu şokoladlar bilmirəm. Amma biz yaşadığımız rayonda satılmırdı. Və reklamı ilə diqqətimizi çəkən twix qardaşımla mənim xəyallarımızı süsləyən bir şokolada çevrilmişdi. Reklamı Youtube-da çox axtardım təəssüf ki, tapa bilmədim. Yadımda o qalıb ki, reklamın sonunda Twix-in içindəki hər iki şokolad yaya bağlı bir şəkildə paketi yırtaraq içindən çıxır, yellənə-yellənə "twix twix" səsləri altında bitirdi. Uşaq ağlımızla görəsən doğurdan da şokoladın içində yay varmı , yoxmu deyə düşünüb dururduq :)
                                   
 Bu şübhəmiz sağ olsunlar qonşumuzda yaşayan bacılar tərəfindən bir az da artdı. Belə ki bir gün onlara qonaq gəlmişdi. Sabahı gün evin böyük qızı bizə yandıq verə-verə axşam gələn qonağın onlar üçün twix alıb gətirdiyini söylədi. Bizi inandırmaq üçün " İki dənə idi. Birinin yayı qırıq çıxdı, yellənmədi. Digəri isə işlədi. Yayla birlikdə şokolad paketdən çıxıb twix twix səsləndi" dedi :))) Bacıları da təsdiq etdilər.

İlk twix alıb yediyimizdə reklamın da, qonşu qızın dediklərinin də yalan olduğunu anlamışdıq amma, artıq iş-işdən keçmişdi. Biz həmin yerdən köçmüş, qonşu qızlardan çox-çox uzaqlarda yaşamağa başlamışdıq. Bu gülməli bir xatirə olaraq qaldı yaddaşlarımızda. Arada qardaşımla xatırlayıb gülürük uşaq saflığımıza.

Bu xatirəni yenidən yadıma salmağa vəsilə olan Annesinin prensesinə və Yine bir gün biz böyle bloqlarına təkrar təşəkkür edirəm.

Fərqli sualları cavabladığım digər mimi oxumaq istəsəniz buraya toxunmanız kifayətdir.
                             Sevgilər...

28 yorum:

  1. Güzel bir Twix macerası olmuş :)))

    YanıtlaSil
  2. Haha 😃 yaa işe insan bazen kanabiliyor söylenenlere dimi.buda çok tatlı bir reklam 😃

    Ben tesekkür ederim yaptığın için.Mutlu ettin beni 😃

    YanıtlaSil
    Yanıtlar
    1. Hələ mənn.. Eşim reklamlar tam sənin kimilər üçün çəkilir deyir hər zaman:)))
      Nə demək.. Çox xoş oldu mənim üçün. Təşəkkürlər♡♡

      Sil
  3. Keyifli bir anıyla ne de güzel anlatmışsınız :)Teşekkürler :))

    YanıtlaSil
    Yanıtlar
    1. Oxuduğunuz üçün mən təşəkkür edirəm. Sevgilər.

      Sil
  4. Güzel bir mim olmuş,sevgiler ^-^

    YanıtlaSil
  5. Yanıtlar
    1. Bizim uşaqlıq dövründə reklamlar da bir az fərqli idi. Və ən gözəli az verilirdi :)Sağ ol birdənəm.

      Sil
  6. Ahahahahaha,çok şekersiniz yahu.O reklamı bilmiyorum ama öyle güzel anlatmışsınız ki,okurken izler gibi oldum.O komşu kızları da ne cadıymışlar ama.Çok güzel bir mim olmuş,elinize sağlık.

    YanıtlaSil
    Yanıtlar
    1. :))Xoş gəldiniz. Kaş ki tapa bilsəydim reklamı. Linkini qoyardım mütləq.Təşəkkür edirəm ziyarətiniz üçün.

      Sil
  7. hoş bir anıymış :) ben teşekkür ederim :)

    YanıtlaSil
    Yanıtlar
    1. Siz yadıma saldınız bu anını. Sevgilər.

      Sil
  8. Güzel bir yayın olmuş :D Ama çok da canımı çektirdi :)))

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Hələ bir də bu qədər çox şokolad çeşidinin olmadığı o zamanları düşünün. Necə sevi irdik biri bizə aldığında...Təşəkkürlər.

      Sil
  9. Hahaha, çok tatlısınız :D

    YanıtlaSil
  10. Yanıtlar
    1. Sən bu xatirəni qaqaşımla anlatarkən dinlədin daha öncə :) Tanış bir xatirədir yəni.

      Sil
  11. Güzel bir tespit olmuş teşekkürler :)

    YanıtlaSil
  12. Yaa gülümseten bir mim olmuş. Reklamlar hep abartı sanırsam...Sevgilerimle :))))

    YanıtlaSil
    Yanıtlar
    1. Elə vallah. Artıq çox inana bilmirik reklamlara. Təşəkkürlər♡

      Sil
  13. sizin maraqli usaqliginiz olubmus:) bize gelende anlatmsni coxx isterem

    YanıtlaSil
    Yanıtlar
    1. :)) İnan canım danışmaq istəsəm heç nə yadıma düşmür. Sağ olsun mimlər. Sual olunca qarşında beyin qurdalanır bir az. Taaa dərinliklərdə gizlənmiş xatirələr yavaş-yavaş çıxır üzə. Beləcə bloqumda uşaqlığımın dsğılmış dəhifələrini bir yerə topkayıram kimi gəlir mənə hər uşaqlıqdsn yazdıqda. Yenə istədiyinizi soruşun. Sevə-sevə anlatmağa çalışaram birdənəm.♡♡♡♡♡♡♡

      Sil
  14. Maraqlı uşaq xatirəsi olub .. Bu arada mimləmə necə olur hələdə tam olaraq başa düşməmişəm..

    YanıtlaSil