10 Mart 2017 Cuma

Qara paltarlı qadın

              
               
Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.
Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq,
                            yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.

Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb
                               deyəcəksən,
İlahi, illər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!

Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
saçlarının hər dəni.
İllər boyu
bu qadına mən axı dərd vermişəm,
İndi görən niyə çəkir dərdimi?!

Bu qadın
baş daşımı
öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
sən də kiri, qəbrim damır, ağlama!..
                                            
                                              Ramiz Rövşən

Bu şeirin şərhə ehtiyacı yoxdur məncə, amma oxuduqca içimdə bir sual yaranır. Niyə bir çox qadın öz həyat yoldaşını son mənzilinə yola saldıqdan sonra övladlarının qayğısına qalıb tək başına onları min bir əziyyətlə böyüdür, başqası ilə ailə qurmağı ağlına belə gətirmir. Hər zaman buna səbəb vəfat edən yoldaşını çox sevməsi, unuda bilməməsi olmur. Ona görə ki, birlikdə yaşanmışlıqlardan utanır, ona görə ki, vəfa, etibar hissi buna mane olur.
 
Bəs niyə kişilər xanımlarını itirdikdən qısa bir müddət sonra ikinci evlilik xülyasına düşürlər. Və nədənsə hər kəs bunu çox normal qarşılayır. Çünki kişi tək başına yaşaya bilməz. Onun pal-paltarını, yemək-içməyini rahatlayan lazımdır. Çünki kişiyə bir həmdəm, sirdaş lazımdır. Çünkü kişinin övladları ilə, qohum-əqrabası ilə münasibətlərini qaydasında saxlaması üçün bir qadın tərəfdən  tənzimlənməyə ehtiyacı var.

Elə isə, Allah eşqinə, buraxın artıq qadın zəifdir kəlimələrini. Qadın həyatın bir çox yükünü tək başına daşıya biləcək qədər güclüdür, bunu qəbul edək.

Allah kişiləri başımızdan əksik etməsin amma, onlara da xanımların qiymətini bilməyi nəsib etsin. Sonra çox gec olur...

16 yorum:

  1. Evet hanımlarının kıymetini bilsinler onlar da :) Arka planda sessiz sedasız her işi çekip çeviren kadın olmadığında iki ayakları bir papuca giriyor :)

    YanıtlaSil
    Yanıtlar
    1. Qadın olmadıqda həyat durur. Qadın ailənin onurğa sütunudur amma, qiyməti həmişə vaxtında verilmir, təəssüf ki:( Təşəkkürlər.

      Sil
  2. Umman'cığım q ve x harfleri yüzünden biraz zorlansam da şiirin çok güzel, kara kalem resim de öyle, emeğine, eline sağlık canım. Eşini kaybeden bir kadın için hele hele geçim şartları da zorsa hayat kolay değildir tabii ki, ancak çocukları varsa çok dikkatli olmalı...Allah kimseyi ayırmasın..

    YanıtlaSil
    Yanıtlar
    1. Allah rəhmət eləsin. Çox üzüldüm :( Allah yardımcınız olsun inşallah. Gözəl sözlər üçün də çox sağ olun.♡♡

      Sil
  3. Ramiz Rovsen en cox sevdiyim sairlerden biri ve cox sevdiyim seiri.Usag vaxti atamdan o geder dinlemisem ki,bu seirleri oxuyanda usagligim dusur yadima.Dogru deyirsen baci,gadinlar hecde zeif deyil gucludurler.Bosuna cennet analarin ayaglari altindadir demeyib gozel peygemberimiz.Qadin olmasa kiside dunyaya gele bilmez.Allah butun kisilere gadininin giymetini bilmeyi ve ona deyer vermeyi nesib etsin.Amin.

    YanıtlaSil
    Yanıtlar
    1. Amin bacım amin. Əsgər dayının nitqindən bir şeir dinləmək istəyərdim doğrusu. Sən deyincə təsəvvürümə gətirdim necə gözəl səsləndirər bu şeiri. Öpücüklər.

      Sil
  4. ne güzel yazmışsın anlatmışsın yineee :)

    YanıtlaSil
    Yanıtlar
    1. O sizin baxışınızın, görüşünüzün gözəlliyi ♡♡♡♡

      Sil
  5. Geçirdiğimiz Kadınlar Günü'nün üstüne çok anlamlı bir paylaşım olmuş...

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm anlamlı bulduğunuz üçün. Sevgilər.

      Sil
  6. Yanıtlar
    1. :)))) Merhabalarrr. Bilirəm bilirəm çox gec cavabladım. Bu aralar bayram hazırlığı çox məşğul edir bizi. Kusura bakmayın nooolur.

      Sil
  7. Elbette ki,biz kadınlar cox güclüyük.Evin bütün yükünü qaldıra bilsek de bilmesek de ciynimize almısık .Çünkü biz qadınlar cox vefalıyıq.İnşaallah kişilerde.bunu tez anlasmalar daha yaxşıdı.Sonra anlamları.gereksiz..

    YanıtlaSil
    Yanıtlar
    1. Bu baxımdan sən mənim gördüyüm ən güclü qadınlardan birisən bacı. Bir az da ürəyini möhkəmlətsən, hər şeyin, hər kəsin narahatçılığını çəkməsən lap güclü olarsan :))

      Sil
  8. Harika bir şiir ve yazı. Emeğinize sağlık. Takibe aldım, bana da beklerim .Sevgiler :))

    YanıtlaSil
    Yanıtlar
    1. Çox xoş gəldiniiizzz. Bəyənmənizə sevindim. Mütləq baş məkəcəm bloqunuza. Təşəkkürlər.

      Sil