22 Ocak 2018 Pazartesi

Heynrix Böll - O illərin çörəyi




Nobel mükafatı laureatı alman yazıçısı Heynrix Böllün " Təlxəyin düşüncələri" romanı haqqındakı düşüncələrimi öncəki yazılarımın birində qeyd etmişdim. Bu gün ədibin oxuduğum digər əsəri "O illərin çörəyi" povesti barədə danışmaq istəyirəm.


 "O illərin çörəyi" povesti də yenə muharibədən sonrakı Almaniyanın ağır vəziyyətini gözlərimizin önünə sərir. 

   Qəhrəmanı Valter Fendrix də uşaqlıqdan aclıq travmasını dadmış bir gəncdir. Bir tikə çörəyə duyulan hərislik elə izlər buraxmışdır ki, onda hal-hazırda normal qazanc və dolanışığı olsa da arabir isti çörəyə qarşıqoyulmaz bir meyil hiss edir. O anda çörək ona hava kimi, su kimi gərəkli gəlir. 

    Valterin həyatda ən çox sevdiyi insanlar ona vaxtilə bir loxma da olsa çörək verən insanlardır. 

   Başqa amal və məqsədlərin yerinə daha çox qarnını doyurmaq probleminin mövcud olduğu bir dövrdə aclıqla böyüyən Valter zamanla öz məsləyini tapır. O artıq qabiliyyətli bir paltaryuyan ustasıdır. Yaxşı gəliri var. Sahibkarın qızı Ulla ilə nişanlıdır. 

   Lakin atasının öz kəndlərindən olan və şəhərə oxumağa gələn bir qızı vağzalda qarşılamasını istəməsi Valterin həyatında bir dönüş yaradır. Qıza ilk baxışdan aşiq olan gəncin bir anda bütün həyatı özünə boş və mənasız gəlir. Elə o andaca bu həyatını tamamilə dəyişdirmək qərarı alır.

   Gözlənilməz sevginin qəhramanda yaratdığı əhval-ruhiyyə, keçirdiyi hiss və həyəcanlar, uşaqlığından başlayaraq indiki gününəcən xəyalının dolaşdığı həyat yolu əsəri maraqlı və oxunaqlı edir.
   
   Povestdə yazıçı məhəbbət mövzusunu önə çəksə də, yenə də çətin sosial mühitin, aclığın insanın mənəviyyatında yaratdığı düşkünlük özünü daha qabarıq hiss etdirmişdir.
   
   Əqidə və düşüncə tərzimə tərs bir mövqedə olmasına, əsərlərindən mənim istəklərimin əksinə pessimistlik, barışmazlıq duyulmasına baxmayaraq Haynrix Böllü bir yazıçı olaraq bəyəndim.

6 yorum:

  1. Güzel bir kitaba benziyor :) Okumak gerek :) Teşekkürler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Mən təşəkkür edirəm ziyarətiniz və gözəl yorumunuz üçün. Sevgilər♡♡♡

      Sil
  2. Blogun teması değişmişşşşş yeni fark ettim.Güzel,sade ve daha yalın olmuş :))))

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Zamanım olsa, bir komputerin başına otura bilsəm, çox daha gözəl şeylər edə bilərəm bloqum üçün amma, hələlik, bu qədərilə kifayətlənməli oluram :(

      Sil
  3. Beautiful post! ♥ I love your blog!
    Following you! Follow back?

    https://colourfulmadness.blogspot.com

    YanıtlaSil
    Yanıtlar
    1. Thank you, very much. Soon,I will come to your blog, too.♡

      Sil