29 Ocak 2018 Pazartesi

Oxumaq...



Oxumaq...
Oxuduqca zənginləşmək...
Hər kitabda özündən bir parça tapmaq...
Dilinə gətirib sözlərə tökə bilmədiyin duyğularınla səhifələrdə qarşılaşmaq...
Başqa bir aləmdə aşiq olmaq...

Başqa bir aləmdə həyatının hər anına şahid olduğun, yaxşı tanıdığın dostlar qazanmaq...
Fərqli-fərqli ailələrin bir üzvünə çevrilmək...
Oturduğun yerdən bütün dünyanı dolaşmaq...
Heç bir zərər almadan təhlükəli hadisələrə qarışmaq...
Ən gizli cinayətlərə tanıq olmaq...
Başqalarının sevincini bölüşmək...
İki şəxs arasındakı ən məhrəm duyğulara şahid olmaq...
Hər yeni kitaba yeni bir həyəcanla başlamaq...
Hər bitən kitab üçün sevindiyin qədər darıxacağını düşünüb üzülmək...
Oxuduqca oxumaq...
Səhifələrdə özündən keçmək...
Başını qaldırdığında gerçək həyatdamı , yoxsa bir romanın içindəmi olduğu şübhəsini daşımaq...
Bəlkə də bir yazarın baş qəhramanı kimi obrazlı həyatda yaşamaq utopyasına inanmaq...
Hər oxuduğunla yenidən doğulmaq...
Oxuduqca dərinləşmək...
Oxumaq...


14 yorum:

  1. Ne güzel anlatmissin😊 hiçbir zarar almadan tehlikelere karışmak...dünyayı dolaşmak...çok güzel, teşekkürler 💕

    YanıtlaSil
    Yanıtlar
    1. Mən təşəkkür edirəm. Əminəm oxumağı sevən hər bir kəs eyni duyğuları paylaşır.

      Sil
  2. Ah oxumaq oxumaq...Nə gözəl şeydir oxumaq... :)

    YanıtlaSil
    Yanıtlar
    1. Deyilmi? Maşallah sən çox kitab oxuyursan, Ayselim, bilirəm. Bizim istədiyimiz qədər oxumağa vaxtımız olmur təəssüf ki...♡♡

      Sil
  3. Güzel paylaşımlarınızı ilgiyle takip ediyorum ve devamını bekliyorum, sizde benim blogumu izlemeye alırsanız sevinirim ... https://hastaliktakip.blogspot.com.tr/

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm. İlk fürsətdə mən də bloqunuzu ziyarət edəcəm, in şə Allah.

      Sil
  4. Birden çok hayat yaşamak fırsatı :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy bunu necə unutmuşam mən?! Çox doğrudur. Hər kitabda fərqli bir dünyaya daxil olub, fərqli bir həyat yaşayırsan. Təşəkkür edirəm.♡

      Sil
  5. eveeeeet doğru diyon seeeen :)

    YanıtlaSil
  6. Yanıtlar
    1. Aaa... Təşəkkür edirəm birdənəm. Çox merak etdim :) İlk fürsətdə bloquna salacam yolumu. Görək necə bir mimdir:)♡♡♡

      Sil
  7. :)) Bunu bizdən 10-15 dəfə çox kitab oxuyan biri olaraq sən daha gözəl hiss edib, daha yaxşı bilərsən Deep :))

    YanıtlaSil
  8. Buna görə də kitablar ən yaxın dostlarımdır. Niyə oxumaq desələr bu yazıyı göstərib susdurmaq olar hamını. Əllərinə sağlıq 😍

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm, birdənəm. Oxumaq hər kəsin dəyərini anlaya bilməyəcəyi çox böyük bir nemətdir əslində. Məncə çox kitab oxuyan insanlar dərin və anlayışlı olur. Ona görə hər kəsin oxumağı vacibdir əslində. Kaş ki, bunu anlasalar...

      Sil