11 Haziran 2018 Pazartesi

Bana Seni Seviyorum Deme Hissettir - Miraç Çağrı Aktaş



"Sen benim kalbimin kafası güzel halisin..."

   İlk dəfədir bitirdiyim bir kitab haqqında tam bir qənaətə gələ bilməmişəm. Kitabı sevdim desəm tam olmur, sevmədim desəm heç olmur. 
   
   Kitab sevgi, vüsal, həsrət, hicran, qısqanclıq və bunun kimi eşq əhatəli kiçik qeydlərin məcmusudur.

   Bəzi ifadələr və cümlələr çox gözəl qələmə alınıb. Hətta əkscinsdən bu qədər romantik yazılar oxumaq açığı təəccübləndirdi məni. Bir qadın həssaslığı var yazılarda. Deməli yazıçı qadın ruhundan yaxşı anlayır.😊
Lakin bir "əmması" var.

   Məsələ burasındadır ki, mən dağınıqlığı heç sevmirəm. Bu həyatımın hər sahəsində belədir. Hətta dərs çalışdığım zamanlarda belə mütləq qeyd götürüb bütün mövzuları müəyyən başlıqlar altında qruplaşdırıram. Yoxsa oxuduqlarımdan heç nə qalmır hafizəmdə. Bu kitabdakı mövzular da mənə hədsiz dağınıq gəldi. 

   Yəni sevginin qanadlarında buludların arasında süzən bir aşiqin hiss-həyəcanını oxuyub tam o havaya köklənmişkən, birdən ayrıldığı sevgilisindən şikayətlənən biri çıxır qarşına, sonrakı yazıda heç kimsədən sevgisinin qarşılığını ala bilməyən birinin iztirablarını oxuyursan. Və bunun kimi bir çox anlam və düşüncələr bir-birinə qarışır gözlərinin önündə. 

   Eyni mövzuya aid ayrı-ayrı səhifələrdə 5-6 yazıyla qarşılaşırsan. Sanki yazıçı hər dəfə ilham gəlib sevgi ilə bağlı kiçik qeydlər düşüb bir dəftərə. Sonra da üzərində işləmədən, heç bir düzəliş etmədən verib çapa. Kaş ki,  düşüncələrini səhifələrə səpələmək yerinə müəyyən başlıqlar altında qruplaşdırsaydı. Bu tamamilə mənim subyektiv fikrimdir təbii ki. 

   Bir də eşq yazıları qanın qaynadığı gəncliyə xitab edir sanki.
Sevgi ilə eşq fərqli anlayışlardır mənim fikrimcə. Eşq daha çılğın, daha coşğulu, dəli-dolu, tək mərkəzli, xudbin və qısa ömürlüdür. Bunun əvəzinə sevgi daha sakit, anlayışlı, çoxşaxəli, səxavətli və əbədidir. 

   İlk yaşanan eşq olur.  Eşq həyatı, dünyanı gözündə puç edir. Bütün varlığınla aşiq olduğun kəsə bağlanırsan. Sənin üçün ondan başqa hər kəs və hər şey yalan olur. Dünya sevdiyin kəsin ətrafında dönür. 

   Sonra zaman keçir yavaş-yavaş o dəli-dolu eşq əhilləşir. Yumşalır, yumşaldıqca bir insanın ətrafında möhkəm qurduğun o daş kimi sevgi divarı əriyir, axır və axdıqca da genişləyir. Ətrafındakı hər şeyi və hər kəsi içərisinə alır. Artıq bir nəfərə yönəldilmiş o çılğın hisslər həyat yoldaşı, övlad, ata-ana, qohum-əqraba, qonum-qonşu, dost-tanış, yazını hər həftə səbirlə oxuyan tanıdığın və heç adını da bilmədiyin canlar(😊), yatağının başucundakı yarım qalmış roman, səni sevinc hissinin zirvələrinə çıxaran bir fincan südlü qəhvə,  ilıq yaz günəşi, dibçəkdə həvəslə becərdiyin gül, həyətdə bəslədiyin pişik, hər il pəncərənin önündə yuva quran  qumrular kimi bir çox məfhumu əhatə edib zənginləşir. Hisslərin zənginləşdikcə sən də kamilliyə doğru irəliləyir, yetkinləşir, müdrikləşirsən.

   Bu baxımdan kitab mənə bir az yeniyetmə, başı dumanlı gənclik ab-havası təsir bağışladı. 

   Kitab haqqındakı düşüncələrimi və təəssüratlarımı yazdım sizə. Mən qərar verə bilmədim. Oxuyub siz qərar verin: Mən bu kitabı bəyəndimmi? 😊

   Son olaraq kitabda sevdiyim ifadələrdən bir çələng hörüb buraxıram bura. Hamınızı çox sevdiyimi söyləyərək sağollaşaram ❤❤❤
                            ***
Hiçkimsenin aklına bile getiremeyeceği herhangi bir yerde seni bana ayırmıştı Allah. Sevmemek elde miydi seni?
   Ne de güzeldin sen. Ne güzel sevilmişliğin vardı senin, ne güzel bana bırakılmışlığın...
                            
                            ***
Yapabildiğinin en iyisi gitmeyle, yapabildiğimin en iyisi seni sevmekti. Benim sana olan hislerim seni hep tek geçerdi. 
Tek sevdiğim gibi...

                           ***
Git tabi.
Geri döneceksin...
Ve bana geri döndüğünde,
Ben de sana döneceğim.
Ama sırtımı...

                          ***
Kalbime söz geçirdiğim ilk gün, seni asla  ve asla sevmemesini söyleyeceğim...

                          ***
Giden sen. Eksilen ben. 
Hani eşit şekilde paylaşacaktık bu ayrılığı?!

                          ***
Hakkımı helal etmeğe gelince sana hakkım helal, sevgim haram olsun. Bundan sonra yaşayacağın her aşk sana bu aşkın hesabını sorsun...

12 yorum:

  1. Bu kitaba nedense hiç ısınamadım. Belki de anlatım kitabı olmasından dolayıdır. Bilemedim.

    YanıtlaSil
    Yanıtlar
    1. Beli, bir şeyler eksik amma tam olaraq ne, qerar vere bilmedim men de.

      Sil
  2. ismi güzel bir kitap, uyumadan önce mutlaka birkaç sayfa okuyorum ben de :)

    YanıtlaSil
  3. ismi çok güzel amaaa, instaya da koymuştunduuu :)

    YanıtlaSil
    Yanıtlar
    1. Doğrudur, mənim də ilk ismi çəkmişdi diqqətimi. Bir az da isminə görə gözləntim yüksək olmuşdu.

      Sil
  4. Məncə çox sevməmisən kitabı:) Amma yenə də o qədər gözəl anlatmısan ki. Qələminə, qəlbinə sağlıq bacım.

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Bilmirəm ki.. Heç sevməmişəm demək olmaz. Gözlədiyim qədər olmadı sadəcə...

      Sil
  5. Bu kitap herkesin elinde, her yerde paylaşılıyor. Belki ara ara okunabilecek bir kitap bir konu bütünlüğü bir hikaye yok kitapta. Siz de çok güzel tanıtmışsınız. Teşekkürler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox doğru buyurmusunuz. Bu kitabları arada bir ələ alıb 1-2 səhifə oxumaq lazımdır. Hamısını birdən oxumaq istədikdə mənim kimi aləmi qarışdırırsan bir-birinə😊

      Sil
  6. Əslində mən də bu kitab haqqında düşünürdüm hətta dünən kitab siyahımın üstündə bəzi düzəlişlər edərkən əlavə etmişdim siyahıma)) qərarsız qaldım indi . Oxusammi oxumasammi deyə? Bu kitaba ən gozəldə bu rəy yaraşardi. Qələminə sağlıq....

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Teşekkürler birdenem. Doğrusu men bütün kitablara şans vermek terefdarıyam. Her birinden bir cümle de olsa alacağımız olur mence.

      Sil