6 Ağustos 2018 Pazartesi

Niyə susursan polkovnik? - Elxan Elatlı




   "İnsanlar indi bir-birlərinin canını almaq üçün o qədər yerli-yersiz səbəb tapırdılar ki..."

   Hər kəsə salam. Yəni bir kitabla qarşınızdayam.

  Bu Elxan Elatlının oxuduğum 3-cü kitabıdır.  Təbii ki, yenə dedektif, yenə bir cinayətkar axtarışı... Bir-birindən əlaqəsiz görünən hadisə və insanlar... Hər birisini yaxından araşdırdıqca, halqa-halqa daralan mərkəzə-cinayətə yaxınlaşmaq, ən sonda düyünü çözmək...

   Bir 20 yaşlı istedadsız, amma güclü "sponsor" sayəsində məşhurlaşmış müğənni qız çıxır qarşımıza. Ona hər gün sosial şəbəkələrdən nalayiq böhtanlar yazan məchul bir adam, sonra evində işgəncə ilə öldürülmüş qəzet redaktoru, onunla yanaşı qurban getmiş bir qolu olmayan kollecdə müəllim işləyən kasıb bir qonşu, içkidən sızıb qalmış və qısaqapanma nəticəsində partlamış evində ölən bir nəfər daha... Və məşhur bir holdinqin tanınmış simaları... Dediyim kimi bir-birindən uzaq görünən bu qədər insanı birləşdirən səbəbləri ortaya çıxarır Elatlının qəhrəmanı - polkovnik Qanbay Qasımlı...
 
   Əlindəki dünya malı və oturduğu yüksək mənsəbdən başqalarının həyatını məhv etmə haqqını özündə görən mənəviyyatdan yoxsun olanların vicdansız əməlləri sərilir gözlərimizin önünə... Cəmiyyətimizdə hər zaman var olmuş və olacaq mənəviyyatsızların həyatı... 

   Hər şeyin başında gəlir insan mənəviyyatı... Mənəviyyatı ölmüş birindən hər cür davranış gözləyə bilərsən... Çünki vicdanı, mərhəməti, ədaləti, doğruluğu da o ölən  mənəviyyatla birgə çürümüş, buraxmışdır yerini hər cür pislik və zorbalığa... Mənəviyyat öldümü nə hesab verəcəyin günün qorxusu, nə  də etdiyin xətaların peşmanlığı olur ürəyində... Hər kəsə, hər şeyə qalib gələcəyini düşünüb, səni yaradıb, idarə edənə deyil, əlindəki gücə inanırsan sadəcə... Gücünlə hər şeyin öhdəsindən gələcəyini düşünüb, pulunla dünyaları ala biləcəyini zənn edirsən... Və sən bu yuxunu yaşarkən Qüdrətli Yazıçının qədər torunu sənin ətrafında necə ilmə-ilmə toxuduğundan bixəbər qalırsan... Bir də onda oyanırsan ki, bu tor səni elə bir çevrələyib ki, nə adım ata bilirsən, nə tərpənə... Hər şeyi anladığında təslim olursan o qədərə, amma artıq gecdir... Sən öz qiymətini almısan... Artıq Hesab Sahibinə cavab verməyin vaxtı çatmışdır...

   Polkovnik sonda bütün düyünləri açır. Lakin digər əsərlərdən fərqli olaraq burada dəhşətli cinayət sirri polkovniklə oxucular arasında qalır.

   Çünki "təhqiqatı beynində, məntiqi fərziyyələr qurmaqla aparan polkovnikin əlində ciddi dəlil-sübut yoxdur". Və o anlayır ki, bu cinayəti açmaqla pislərin lazımi cəzanı almasına müvəffəq olmayacaq. Əksinə arada qurbanların həyatı məhv olacaq. Buna görə də boşuna qəhrəmanlıq arzusuna düşməkdənsə, başqalarını düşünüb susmağı seçir...

   Gələk əsərlə bağlı təəssüratlarıma. Mən həmişə demişəm deyirəm Elxan Elatlının əsərlərinin mövzusu maraqlı, çoxşaxəli və düşündürücü olur. Amma gəl gör ki, dili çox bəsit gəlir mənə. Bilmirəm, çatışmayan bir şey var. Bəlkə də bədii əsərdə vulqar sözləri sevmədiyim üçün və yazıçı bu cür ifadələrdən bol istifadə etdiyi üçündür heç cürə onun üslub və dilinə isinə bilməməyim. Bəlkə də əsərlərində bədiilik və poetiklik az olduğu üçün... Hər nəsə, yenə də əsəri mövzu baxımdan bəyəndiyim qədər  dil və üslub baxımından bəyənmədim təəssüf ki.

   Məndən bu qədər. Görüşmək diləyilə...😘

                 ***********
Bəlkə bunu da oxumaq istəyərsiniz:

Elxan Elatlı " Pəncərədə görünən kölgə"

14 yorum:

  1. Emeğinize sağlık teşekkürler 😊🌸

    YanıtlaSil
    Yanıtlar
    1. Mən təşəkkür edirəm. Sevgilər❤

      Sil
    2. Pdf necə yukləmisiz?

      Sil
    3. Men bu eseri pdf yox, kitabdan oxumuşam. Düzü pdf variantı varmı, bilmirem.

      Sil
  2. İlk defa seninle duymuş oldum bu kitabı. Değerlendirmeye alacağım. Teşekkürler.😊
    Ayrıca ne güzel demişsin, maneviyatı ölen insandan her tür davranışı görürsün diye. Kesinlikle öyle..

    YanıtlaSil
    Yanıtlar
    1. Azərbaycan ədəbiyyatını türklər də bizim onların yazıçılarını oxuduğumuz qədər oxumalıdırlar məncə. İki dilin və millətin daha da yaxınlaşması üçün. Təşəkkür edirəm.💓

      Sil
  3. Bu sıralar kitap okumana yetişememekteyim :)

    Bazı kitapların dilleri insana lezzetli gelemiyor ne yazık ki, neyse ki konusu iyiymiş :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😄 Tətilin avantajları. Bir çoxunun yorumu taslak olaraq gözləyir hələ. Həftədə 2 dəfə yazı yayınlamaq qərarına gəldim ona görə də😊 Dediyiniz kimi bəzi əsərlərə isinə bilmir insan. Təşəkkür edirəm💖

      Sil
  4. Bu kitap pdf formatında kimde varsa lütfen gondersin. b.niftaliyev@mail.ru

    YanıtlaSil
    Yanıtlar
    1. Men de bu kitabın pdf formasın isteyirem kimde olsa muxtarov.09@mail.ru hesabına gondersin zehmet olmasa

      Sil
  5. Mende bu günden baslamişam bu kitabi oxumağa.yorumlardan oxuduğum qederi ile evelki kitablari kimi bu da çox maraqlidi.bundan evvel 6 kitabin oxumuşam.hamisi da super idi.pdf si var bu kitabin?

    YanıtlaSil
    Yanıtlar
    1. Bir azerbaycanlı oxucu görmek ne xoş😊 Demek ki, detektifseversiniz. Pdf- i varmı bilmirem doğrusu. Olduğunu zenn etmirem.

      Sil
  6. Cox gozel kitabdir əhsən sizədə belə bir təşkilatçılıq etmisiz

    YanıtlaSil
  7. Beli maraqlı kitab idi. Çox sağ olun yazıb fikir bildirdiyinize göre.

    YanıtlaSil