30 Temmuz 2018 Pazartesi

Mücərrəd dünyanın inciləri - Vəfa


         

   Bizim bir andımız var Yaradana...
Borcumuz var, vəfa borcu...
İlk öncə Yaradana sonra bütün yaradılmışlara...

   Bizi dünya adlı bir aləmlə tanış edən, dil bilməz, yol bilməz bir körpə ikən doğru yolu göstərib murad-ı mənzilə yetirən valideynlərimizə heç bitməyən sevgimizdir, yaşlanıb qulağı, gözü, könlü övladının yoluna dikilən zaman sayqıda və qayğıda etmədiyimiz qüsurdur vəfa...

   Bəlkə heç bir zaman dilimizə gətirməsək belə baxan hər kəsin sevdiyimizə qarşı baxışlarımızdan axan eşqi,  qəlbimizdən dilimizə nüfuz etmiş duyğu selinin kəlimələrimizin arasına ilişib qalmış qırıntılarını və hər şeydən önəmlisi bir ömür bitməyən qədirşinaslığımızı görməsidir vəfa...

   Övladımızı Rəbbin istədiyi ölçüdə yetişdirib, yalanlardan uzaq doğru insan olmağı, nifrətdən arınmış sevgi ilə dolmağı, hər kəsin düşüncəsinə, baxışına sayqı ilə yanaşmağı, lazım gəldiyində haqq üçün, ədalət üçün cəsurca savaşmağı öyrədə bilməkdir vəfa...

   Vəfa dosta etibarlı bir liman, qaranlığına işıq, dərdinə dərman olmaqdır və bir günəş olmaqdır - qışında buzlarını əridəcək,  bağçasında çiçəklərini isidəcək, ən ayazlı bir günündə qəlbində ilıq bahar mehi əsdirəcək...

   Küçələrdə ac-yalavac dolaşan  itə, pişiyə,  göydə süzən quşa, otların arasında gizlənmiş çiçəyə, ləçəklərin arasında dolaşan böcəyə, bir zamanlar istidən nəfəsi kəsilmiş, dincəlmək istəyən hər bir kəsə comərdliklə qol-budaq gərib kölgəlik edən, indi qurumuş, bir kənarda qol-budaqsız boynunu bükmüş bir kötüyə, tərk edilmiş, divarları yaşanmışlıq qoxan yarı uçuq bir evə, qısacası, Rəbbin yaratdığı hər canlıya, hətta cansıza belə mərhəmət və şəfqətlə yanaşmaqdır vəfa...

   Gül üzlü Güllər Sultanının abd, əmin, rəhim, sadiq, həbib sifətlərinin nurunda aydınlanaraq onun Kövsərindən doya-doya içən, şəfaətindən nəsibdar olan, "ümmətim" dediyi qismətlilər ordusu arasında olmağa çalışmaqdır vəfa.

   Bir də Yaradana andımız var demişdik... Qalu-bəlada "Mən sizin Rəbbiniz deyiləmmi?" soruşduğunda cismən, ruhən, nəfsən onu təsdiq edib bağladığımız əhd-peyman, "Əmr-i bil-maruf nehy-i anil-münkər" əmrinə dediyimiz "ləbbeyk" və də bir ömür O'nun yoluna sadiqliyimizdir vəfa...

Mücərrəd dünyanın digər incilərinə baxmaq istəyirsinizmi?

1. Sevgi
2. Ümid



12 yorum:

  1. Evlat yetiştirmek, çocukların kalbine dokunmak veya onları kırmak öyle kolay ki. Bu yüzden de çok zor aslında. Andımıza uygun evlatlar yetiştirmek dileğiyle...

    YanıtlaSil
    Yanıtlar
    1. Amin deyirem gözel dileyinize. Övladı istenilen seviyyede yetişdirmek doğurdan da çox çetindir. Teşekkür edirem yorumunuz üçün❤

      Sil
  2. Sevgi deyince akan sular durur :)

    YanıtlaSil
    Yanıtlar
    1. Doğru. Hele o sevgiye vefa da sızmışsa bir ömür yaşanılır bu gözel duyqu💓

      Sil
  3. Qələminə heyran olduğum qadın! Türklər demiş yenə döktürmüşsün, sevgili Ummancım. Səndən öyrənməli olduğum çox şey var və hələ bu yolun başlanğıcındayam. Qələminə sağlıq...

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy teşekkür edirem canım menim. O senin gözel gören gözünün marifeti. Her oxuduğum yazıdan, her bloqdan men de bir çox şey öyrenirem. Oxumaq gözeldir. Teşekkürler ziyaretin ve deyerli fikirlerini bölüşdüyün üçün.💓

      Sil
  4. Yanıtlar
    1. Thank you. Yes. I'll come to your blog too😊

      Sil
  5. Heyata pozitiv baxışlarınla herkesde geleceye ümid hissi yaradan ve yaşamadan zövq almagı öyreden gözel insan,bu sevgini,vefanı neyinki ozünde.hetta kelimelerinde de dile getirdiyin üçün sene teşekkürler

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox sağ ol bacım. Utandırırsan meni🙈 Gerçek vefa sahiblerinden etsin Rebbim her birimizi🙏🏻

      Sil
  6. Allahım...Bu qızın yazdıqlarının qarşısında nə yaxım? Heç bilmirəm. O qədər gözəl və bir o qədər də təsirli yazmisan əziz bacım. Vəfa...amma hər kəsdə olmayan bir şey! Sevdiyim her kəsdən gözlədiyim bir şey. Gözləyib də, bəlkə özümün də belə vere bilmədiyim bir şey! Bilmirəm... Amma çox güclü hissdir məncə. Əllərinə və ürəyinə saqlıq əzizim. Ruhun ruhumu dinləndirdi.

    YanıtlaSil
    Yanıtlar
    1. O senin gözel qelbinin gözelliyidir bacım. Xoş sözlerin üçün çoox teşekkür edirem😘💕💕

      Sil