20 Ağustos 2018 Pazartesi

Öyrəndim ki... - Gülben Ergen



🔸️Müəllif: Gülben Ergen
🔸️Milliyət: Türk
🔸️Səhifə: 193
🔸️Qiymət: 4/5 

   ✔"Öğrendim ki, sözü yemindir iyi insanların."

   Özünə inanan, dəyərləri olan və öz dəyərlərindən nə olur, olsun heç vaxt güzəştə getməyən, qadınlıq aləmini layiqincə təmsil edən qadınları çox sevirəm.
   Gülben Ergen sənətçilər içərisində bir çox sosial layihələrdə canla-başla iştirakını bildiyim və çox nadir bəyəndiyim məşhurlardan biridir.
   Ona görə də onun özünün qələmindən çıxmış bir kitabla qarşılaşdıqda dərhal oxumaq istədim. Bu qadının düşüncələrini, duyğularını, həyata baxışını öyrənmək mənə maraqlı gəldi, nədənsə. Bəlkə də ona qarşı xüsusi marağımda haqlı olub-olmadığımı öyrənmək istədim.

   Və kitabı  alıb bir başladım oxumağa əlimdən yerə qoya bilmədim:) Sadə, anlaşılır və səmimi yazılar axdıqca axdı. Ən çox da özünü, həyatını və müəyyən hadisələr qarşısında keçirdiyi hissləri, heç bəzəyib-düzəmədən, olduğu kimi anlatması məni valeh etdi.
   Boşanmış amma sevgi dolu bir ata-ananın ikinci övladı olaraq indi olduğu mövqeyə çatmaq üçün hansı dolanbaclı yollardan keçdiyini, parlaq səhnə işıqları arxasındakı çətin mücadilə əzmini, ilk eşqini, övladlarını, bir ana, bir övlad, bir həyat yoldaşı və bir vətəndaş kimi həyata baxışını anladıb kitabında Gülben.
   Diqqətimi çəkən, qeyd aldığım o qədər cümlələr vardı ki səhifələr arasında. Bəzən "bu qadınla ruh əkiziyəm deyəsən, düşüncələrdə bu qədər bənzərlik olarmı?" deyə düşündüyüm də oldu. 

   Onu anladım ki, bir oxucunun qəlbinə nüfuz etmək üçün tanınmış və ya xüsusi istedada malik bir yazıçı olmağa ehtiyac yoxdur. Yazanın səninlə eyni problem, eyni sıxıntı və manelərlə rastlaşdığı dünyada yaşadığını və qəlbindəkilərini, düşüncələrini olduğu kimj səninlə paylaşdığını hiss edərək oxuduğun hər bir  kitab hafizəndə mütləq bir iz qoyacaqdır. 

   Kitabı bitirdiyim zaman Gülbeni sevməkdə yanılmadığımı da anlamış oldum.
   Oxumamısınızsa bu kitabı da oxuyun, parlaq həyatların arxasındakı sadə və bizdən yaşayışları da görün deyərdim. Sonda kitabdan bəyəndiyim bəzi parçaları bura qeyd edərək sağollaşıram sizinlə. Gözəl günlər düşsün həmişə qismətinizə.❤

Seçdiklərim:

   Görmek istersen, hayat yolunda bir sürü durakta, bir dolu fener yanmakta seni ve seçtiyin yolu aydınlatmak için...
Fenerlerin yandığını görebilmen için bazen ve hatta  çoğunlukla gece olması gerekiyor...
                           ***

   Kader bir yol...
Bazen seçtiğin, bazen seçildiğin...
Bazen olması gereken senaryoda, ama kızgın, ama kırgın, bazen yenik, çoğunlukla direnişçi bir şekilde rolünü biçimlendirdiğin...
                              ***

   Okumak gözlerden kalbe uzanan bir beslenme biçimi...
Dinlemek kulaktan kalbe giden bir beslenme biçimidir...
Kalbe dokunan her his insana değer katıyor.
                              ***

   Aşk fırtınalı bir denize yelkensiz yakalanmaktır.
Ve aşk yelkensiz yakalandığın fırtınalı denizde savrulmanın güzelliğidir.

4 yorum:

  1. Maraqlı kitaba oxşuyur tapa bilsəm oxuyaram :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox maraqlı idi. Nece bitdi anlamadım. Axıcı, semimi...

      Sil
    2. Bir kitabda ən önəmli qisimlərdən biri axıcı olmasıdır məncə də ..

      Sil