23 Ağustos 2018 Perşembe

Tətil gəzintimiz 2. Quba-Çənlibel gölü.



   Hər kəsə qucaq dolusu salamlar. Beləliklə gəzməyə keçən həftə qaldığımız yerdən davam edirik.😊

   İlk gəzintinin yorğunluğunu çıxarandan sonra bu dəfə qaldığımız yerə daha yaxın bir yerlərə çıxmaq istədik. Yaxınlıqda Çənlibel adlı bir gölün olduğunu eşidib gedib görək dedik.
   Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km. məsafədə yerləşən bu göl və ətrafı əslində çox gözəl təbiətə malikdir. Qismən Göygölü xatırladan Çənlibel də meşəli təpələrlə əhatə olunub. Odur ki, suyu yaşıl rəngə çalaraq daha cazibəli görünür. Sadəcə sahilə yaxın yerlərində ağac budaqları və yarpaqlar töküldüyü üçün bir qədər kirli görüntü ortaya çıxır. Amma təbiiliyi sevənlər üçün, zənnimcə, bu o qədər də böyük qüsur sayılmır. 

                                    Alıntı


   Açığı, göldə qayıqla bir tur atmaq təsəvvür etdiyimdən daha xoş ab-hava bağışladı. Gölün ətrafında və düz gölə baxan hündürlükdə münasib qiymətə bir çox piknik yerləri var. Eyni zamanda minmək istəsəniz  bir neçə at sahil boyu gəzinərək sizə "arzı əndam" edir😊.



   Əslində, xüsusi diqqət ayrılsa Çənlibel gölü Qubanın gəzib görüləsi yerləri içində çox daha üst sıralarda olardı. Amma təəssüf ki, nə gölə kifayət qədər diqqət var, nə də ətrafındakı istirahət yerlərinə. Məsələn, biz oturub heç olmasa göl mənzərəsində bir stəkan çay içmək üçün ürəyimizə yatan bir yer tapmadıq. Hal belə olunca sadəcə bir az oturub gölə tamaşa edib mənzərənin dadını çıxarıb geri dönəsi olduq.
   Geri dönərkən gölə gedən yolda girişini görüb diqqətimi çəkən bir məkana girdik - Macara Lake Park.

               
                                   Alıntı
   İçəri girər-girməz gülər üz və mehribanlıqla qarşılanmağımız, mənzərəsinin gözəlliyi, tikililərinin çox şirin və isti ab-havası açığı məni heyran qoydu. Hər tərəfdə ağ rəngin hakimliyi xoş bir görüntü ortaya çıxarmışdı. Tam meşəli təpəliyə doğru oturacaqları görüb burda oturub kitab oxumağın nə qədər gözəl ola biləcəyini xəyal etdim o an😊. Kiçik uşaq parkı isə balacam üçün xeyli sevinc mənbəyi oldu.



  Geniş əraziyə malik bu yerdə  qalmaq üçün yerlər, restoran, futbol meydançası, tennis masaları, çay içmək üçün xüsusi bisetkalar var. Və ən önəmlisi bizim ölkədə çox az tapılan gülərüz xidmət. 

                                 Alıntı
   Açığı Macara Lake Park mənim Qubada ən ürəyimə yatan məkan oldu. 1-2 gün sonra buraya təkrar  qayıdıb, ləziz yeməklərindən yeyib çayından da içdik. Hər şey yenə mükəmməl idi. Qubaya gəlsəniz bu məkana mütləq bir baş çəkin deyərdim.


   Bu həftəlik də bu qədər. Amma gəzintilərimiz bununla bitmədi təbii ki. Ümid edirəm bu yazdıqlarım Quba haqqında müəyyən təsəvvür oyatmışdır sizdə. Gələn həftə növbəti gəzintilərdən danışacam. O zamana qədər sağ və salamat qalın. Sevgilər.

Kiçik qeyd: İstədiyim görüntü mənim çəktiklərimin arasından çıxmayınca 1-2 şəkli internetdən götürəsi oldum.

16 yorum:

  1. Yaa ne kadar güzel bir yer burası. *-*
    Orada olmak istedim resimleri görünce. Not alacağım bu yeri.:)
    İyi bayramlar sana da!

    YanıtlaSil
    Yanıtlar
    1. :) Siz gelin. Biz gezdirerik sizi:) Teşekkür edirem. Sizin de bayramınız mübarek olsun💓

      Sil
  2. gez sen geeeez en güzeliiiiii :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Mence de. İmkan olsa da hemişe gezsek. Teşekkürler😘😘

      Sil
  3. ne kadar güzel yerler, çok iyi yapmışsınız gezerek :)

    YanıtlaSil
    Yanıtlar
    1. Azerbaycanımın her yeri gözeldir. Kaş ki hamısını gezib yaza bilsem🙏🏻

      Sil
  4. Yanıtlar
    1. Size dee... Neçe gözel bayramalara inşallah.❤

      Sil
  5. cesur sevgi meleyi nin son yazısını okudun muuuu :)

    YanıtlaSil
    Yanıtlar
    1. Oxumamışam hele Deep😔 Zaman tapa bilmirem bloqları oxumağa. Merak etdim. İnşallah bu gün mütleq oxumağa çalışacam.

      Sil
  6. İzmir'de oldukça virajlı ve yorucu bir yolla gidilen Karagöl vardı. Metehan daha bebekken bir gün oraya gitmiştik. Göl çevresinde yemek yeri en azından çay yeri ya da market var diye ummuştuk. Ama sadece mangal ve piknik alanıymış. İki saat yol gidip mangal kokuları arasında birilerinden istediğimiz ekmeğin arasına yanımızda olan tek yiyecek üzümleri koyup açlığımızı bastırmamız geldi aklıma gölü görünce :)

    YanıtlaSil
    Yanıtlar
    1. Oyy sizinki lap acınacaqlı olub Handan xanım😑 Uşaqla kabab qoxuları yayılan bir yerde ac qalmaq, dehşetdir.
      Bizim getdiyimiz gölün etrafında yemek yeyile bilecek yerler vardı, eslinde. Amma bizim istediyimiz keyfiyyetde olmadığı üçün oturub yeye bilmedik.

      Sil
  7. Necə gözəl, gəzməli yerlərimiz var dəyərini bilməliyik əslində. Çəkdiyin şəkillər çox gözəldir amma məncə o şəkilləri dahada gözəlləşdirən cəngavərlərdi.. 💝🎈🎉

    YanıtlaSil
    Yanıtlar
    1. Hem de ne gözel birdenem. Sumqayıt Qubaya yaxındır bilirsen. Her heç olmasa ilde bir defe en azından bir pikniye gedirik Qubaya. Amma ilk defe bu il öyrendim Qubada ne qeder çox görmeli yerlerin olduğunu. Kaş ki, her il ferqli rayonlara gede bilsek. Mütleq her rayon haqqında hazırlamaq isterdim bele yazılar. Hamı bilsen getsin deye.

      Sil
    2. İn şa Allah gedərsiniz və arzusunda olduğun o yazıları yazarsan :)

      Sil
    3. İnşallah birdənəm😊

      Sil