9 Ağustos 2018 Perşembe

Yaxşı insan olmaq


 
         (İlk öncə nəfsimə səslənişimdir!)
   İnsan olmaq çətindir. İnsan olmağın haqqını vermək çətindir. Rəbbim bizi yol qırağında bir daş da yarada bilərdi, dənizdə üzən bir balıq da, səhradakı sayısız qum dənələrindən biri də ola bilərdik, çəmənlikdəki otların arasından bir ot da. Lakin Allah(C.C) bizə bir dəyər verib. Bizi məhz dünyanın əşrəfi olaraq insan kimi yaradıb. Və bizə bu nemətin fərqində ola bilmək üçün dərrakə bəxş edib, müxtəlif duyğular verib hiss etməyimiz, şükür etməyimiz üçün.

   Həyatı sorğulamağımızı istəyib. Hardan gəlib, hara gedəcəyimizi dünya durduqca mühakimə etməyimizi istəyib. 

   Biz bir daş parçası, balıq, qum dənəsi, ot parçası kimi yaşaya bilmərik. Biz insan olmağın haqqını verməliyik!

   İlk olaraq əlbəttə ki, Rəbbin əmr etdiyi ölçüdə yaşayıb, ibadətlərimizdən qalmadan yaşamalıyıq. Bu hamımızın bildiyi qızıl qaydadır. Mən buna toxunmayacam. 

   Mən yaxşı insan olaraq yaşamaqdan bəhs etmək istəyirəm.

   İnsan olmaq çətindir demişdik. Bəli. Amma yaxşı insan olmaq lap çətindir deyəsən.
 
   Qəlb qırmadan, heç kimi incitmədən, arxasınca danışmadan, yalan söyləmədən, hər kəsə sayqı və mərhəmətlə yanaşaraq yaşamaq çətindir. 


   İbadət etdiyi halda bütün bunlardan məhrum olaraq yaşayan insanlar tanıyıram. Allahın ibadət əmrini yerinə yetirərkən ətrafını qırıb-tökən, durmadan onun-bunun arxasınca danışan, insanların görünüşləri, xasiyyətləri, hətta bəzən maddi imkansızlıqlarını lağa qoyan, həyatını başqalarının yaşamını zəhər edərək parazit kimi yaşayan insanlar görürəm.

   Nə qəribə bir təzaddır bu! Sadəcə ibadət əmrini yerinə yetirərək insanlığın haqqını verdiyini düşünmək, digər şeyləri nəzərə almamaq... Sabah Rəbbin qarşısında necə hesab verərəcəyini, pislik etdiyi insanların üzünə necə baxacağını düşünməmək...

   Bəli pislik etmək sadəcə kiminsə evini yıxmaq, onu vurub öldürmək deyil.
Qəlbini qırdığın, arxasınca danışdığın, haqqına girdiyin hər kəsə pislik edirsən əslində.

   Rəbbin xəbərdarlıqlarını unutmadan yaşamaq çətindirsə, öldükdən sonra sənin haqqında insanların nə düşünüb, nə danışacağını düşün.

   Son zamanlar həmişə bu gəlir ağlıma. Mən öləndən sonra yaddaşlardakı, xatirələrdəki yerim necə olacaq görəsən. Mən yada düşəndə ilk ağla gələn nə olacaq. Hər kəs "torpağı qulağında olsun pis insan deyildi amma falan falan hərəkətlərindən də qalmırdı" mı deyəcək, yoxsa heyifsilənib "çox yaxşı insan idi, Allah ona qəni-qəni rəhmət eləsin" mi deyəcək?

   Quldan öncə Haqqın baxışı önəmlidir əlbəttə ki. Lakin ətrafımızdakıların da bir gün əməllərimizə şahitlik edəcəyini unutmayaq.

   Yaxşı insan olaq. Qoy hər kəs sevsin bizi. Qoy qəlblərdəki, xatirələrdəki yerimiz də yaxşı olsun.  Yaxşı insanlar çox olarsa dünya da düzələr bəlkə...

13 yorum:

  1. Çok güzel bir yazı olmuş yüreğine sağlık 😊 💕

    YanıtlaSil
    Yanıtlar
    1. Teşekkür edirem ziyaretiniz ve yorumunuza göre😊😘😘

      Sil
  2. Bir kez gönül kırdın ise bu kıldığın namaz değil demiş Yunus. İyi ve güzel insan olmak zor iş.

    YanıtlaSil
    Yanıtlar
    1. Ne de gözel demiş.Exlaq ve gözel xasiyyet başqa, dindarlıq başqa şeydir. Onu anlayıram zaman keçdikce. Eslinde dinimiz ancaq gözel emelleri emr etse de sadece dini ritualları yerine yetirmekle yaxşı insan olunmur.

      Sil
  3. Bir kitabda oxumuşdum əgər ətrafınızda yaxşı insan yoxdursa siz yaxşı olmağa çalışın. Həyat fəlsəfəm budur mənimdə nə qədər bacarmışam bilmirəm açma şükürlər olsun ətrafımda yaxşı insanlarla dolur..

    YanıtlaSil
    Yanıtlar
    1. Ne gözel birdenem. Teki yaxşı insanlar çox olsun. Pisleri ömür qısaldır çünki.

      Sil
  4. Cok guzel olmus elinize saglik😁😁😁

    YanıtlaSil
  5. Çox güzel bir yazı ben çox beyendim.

    YanıtlaSil
  6. Çok güzel bazı insanlar bu yazılardanders almalıdır

    YanıtlaSil