12 Ağustos 2019 Pazartesi

Yenə gəldim :)




    Bəli... Gəldim... Buralardayam...
   Döndüm dolaşdım yenə bloqumda tapdım özümü...

   Arada gəlirəm. Bir şeylər qaralayıram bura. Sonra gələcəm deyə söz verib yenə qeyb oluram 😑

  Bu aralar çox şey keçdi həyatımdan... Acı, şirin... Qazanclar və itirdiklərim...


   Kərbəla ziyarəti və bu ziyarətdə başıma gələn olmazın hadisələr, bu hadisələrin mənə qazandırığı mənəvi dəyərlər və buraxdığı unudulmaz izlər(bəlkə başqa bir yazıda bu məsələyə toxunaram);
  Quba səfəri, səyahəti sevməyən övladlarımızla bu səfərdə verdiyimiz imtahan (😏);
   Evdə atlatdığımız yanğın və hələ də qosqoca evin o yanğından necə bu qədər yüngül qurtardığını düşündükcə şok olmamız;
   Bəzən uzaqlığından şikayətlənsəm də artıq alışmağa başladığım şirin, sakit qəsəbəmizdən, səsli-küylü Bakıya, müstəqil çiçəkli-böcəkli həyət evindən beton yığınları arasına daşınmağımız və bu böyük şəhərdə yeni bir düzən qurmağın çətinliyinin qorxusu;
   Buralarda ailəmdən qalmış yeganə təsəllim anamın  başqa ölkəyə - qardaşımgilə köçməsi;
   Bunca şeylərin arasında bu aralar Rəbbim tərəfindən ciddi şəkildə mənəvi baxımdan imtahan olunmağım;
   Və nəhayət, bu il biabırçı şəkildə keçirilən aylardır hazırlaşdığım  MİQ imtahanına sıxıntılarıma birini daha əlavə etməmək üçün hər kəsi şok edərək radikal bir qərarla girməkdən imtina etməyim...

   Daha da sayımmı?! 😊

   Hər birini anlatsam uzun bir hekayə çıxar ortaya. Çox ah-vahlanıb, sıxıntılı şeylərdən yazmağı xoşlamıram bilirsiniz. Odur ki, uzatmıram. Necə ki, həyat fəlsəfəm həmişə irəliyə baxıb, sıxıntıları əlimdən gəldiyi qədər tez bir zamanda unutmaqdır. Yazılarımda da buna uymağa çalışıram. Həyatın qazandırdıqlarını, pozitiv tərəflərini görüb, göstərməkdir tək istəyim.
Belə...

   Düzənli yazı yazacam bloguma deyə söz verməyəcəm bir daha. Çünki sabahkı günün bizə nələri gətirəcəyini bilmirik.

   Sadəcə hələ də buralarda olduğumu xəbər etmək istədim.

   Bir də fürsədən istifadə edib bayramınızı təbrik etmək.

   Rəbbim bu ilki qurbanlarınızı qəbul etsin, neçə gözəl bayramlara çıxarsın inşəAllah. Hər bayramı sevdiklərinizin əhatəsində, bol ruzili süfrə ətrafında, hüzurlu və məsud bir qəlblə keçirməyi nəsib etsin.

   Ümid edirəm ki, siz də oralardasınız 😊Məni tək qoymayacaqsınız.❤

   Sevgilər...

15 yorum:

  1. Umarım ailecek iyisinizdir, bayramınız mubarek olsun

    YanıtlaSil
  2. Heyat eniş ve çıxışlardan ibaretdir...Rebbim bu enişlerde sağlıgla ilgili sorunlar yaşatmasın in şe Allah...gerisi boş,gerisi hekaye.Biz güclü ve pozitiv olmalıyıg.Heçneye yenilmeden ve arxaya baxmadan heyata davam💪Allah bize yeter o ne gözel vekildir💜Rebbim daha neçe bayramlara heep beraber ulaştırsın in şe Allah😘💜🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    YanıtlaSil
    Yanıtlar
    1. Amin bacım. Kaş ki, hər zaman pozitivliyimizi qoruya bilsək. Enə-çıxa öyrənirik yaşamağı zatən.Yorum üçün təşəkkürlər.❤

      Sil
  3. heeeey yaaa neler neler de olmuş. olumsuzluklar için geçmiş olsuuun. güzel şeyler için de kutlarıım. ay ya yangın aman aman. kabe ne güzeeel. seni görmek güzel kiiiii :)

    YanıtlaSil
  4. Çox təşəkkür edirəm. Səni bloqumda görmək mənə də çox xoş oldu canım Deepcim😘❤❤❤

    YanıtlaSil
  5. Ne çok şey yaşanmış.

    Yeni eviniz hayırlı olsun. Şehre alışmak zor gelmiştir ama eminim güzelliklerini de bulup keyfini çıkartacaksındır.

    Yangın için geçmiş olsun.

    Sınava bir gün girip geçeceğine eminim, demek şimdi zamanı değilmiş.

    Hoş geldin :)

    YanıtlaSil
    Yanıtlar
    1. Handan xanım yazılarımı bu cür detaylı anlamanız çox sevindirir meni😊 Ya diqqetli oxuduğunuz üçündür, ya da bir çox türkden ferqli olaraq Azerbaycan türkcesini heqiqeten çox yaxşı anlayırsınız. Cansınız😊❤
      İmtahan meselesi beledir- Eslinde heqiqeten öz mesleyimi icra etmeyi istediyime çox emin deyilem, en azından bizim ölkede. Ona göre addımlarım bele tutarsız ve tereddütlüdür. İstesem ooo gece-gündüz demem, elimden geleni ederem. Eslinde bir sürü çox daha gözel fikirlerim var. İş qurub, öz işimin sahibi olmaq isteyerem. Ve doğurdan da istediyim işi qura bilsem çox daha gözel şeyler ede bileceyime eminem. Sadece bir az desteye ehtiyacım var. Baxaq... Hele ki, inanıram bir gün istediyime nail olacağıma. Her zaman yanımda olduğunuz üçün minnetdaram❤😘❤

      Sil
    2. Çok dikkatli okuyorum :)

      Yüreğinden geçen ne ise öylesi olsun. İnsan sevdiği işi yaparken hiç yorulmazmış. Hayattaki en büyük zenginlik insanın sevdiği işi yapması bence. İnşallah hayırlısıyla sen de kurabilirsin :)

      Sil
    3. Tamamile qatılıram fikirlerinize. İnşallah xeyirlisi olsun. Çox gec olmasın da :) ❤

      Sil
  6. Nə çox gəlib başına və yay nə çox xatirə buraxıb səndə bu il. Bakimiza xoş gəldin, hər zaman haqqında ən xeyirlisi olsun insaAllah))

    YanıtlaSil