Uşaqlığımdan bu yana ətrafımdakılardan fərqli olduğumu düşünmüşəm hər zaman. Bəzən müsbət, bəzən də mənfi mənada ...
▪︎ Gəzməyi hər zaman çox-çox sevmişəm. Amma bu elə-belə bir neçə saatlıq gəzmək deyil... Çamadanlı, planlı-proqramlı uzun-uzun səyahətlər...
Tam bir təbiət vurğunuyam deyə bilərəm. Odur ki, təbiətdə səyahətə çıxmaq çox həyəcanlandırır məni.
Məsələn bir dağın zirvəsinə qalxmaq, bir meşənin ən sıx yerlərinə qədər getmək, insan ayağının çox dəymədiyi yerləri , çayları, şəlalələri kəşf edib kiçik bir gölün yanında çadır qurmaq, gecəni ulduzların altında yuxuya getmək kimi bir qismini həyata keçirsəm də çoxunun olabilmə ehtimalının az olduğu zövqlərim var.
Bir də bir karavana sahib olub dünyanı qarış-qarış gəzmək, hər ölkənin tarixi, mədəniyyəti, incəsənəti, yaşam tərzini öyrənmək kimi məni dəli kimi həyəcanlandıran, ətrafımdakıların çox güman ki qəribə olduğumu düşündürən utopik xəyallarım 🤗
▪︎Dostluqlarım çox olur... Hər kəslə anlaşıram deyə bilərəm... Qəlbimdə hər kəsə yer var... Və sevildiyimi də bilirəm... Amma gəl gör ki, heç kimsəni o qəlbimin ta dərinliklərinə ala bilmirəm.
Hanı sözü bir, xəyalları, düşüncələri eyni dostlar olur... Necə heyranlıq duyuram onlara...
Niyə qəlb dostum yoxdur? Çünki mənim kimi eyni şeylərə həyəcanlanan, coşğuma, bəzən dəli-doluluğuma yoldaş olabiləcək bir kəslə qarşılaşmadım indiyə qədər... Rahatlıqla xəyallarımı bölüşə biləcəyim, hiss etdiklərimi anlayan və lazım olanda hər şeyi gözə alıb mənimlə bambaşqa addım atacaq cəsarəti olan, bərabər planlar qura biləcəyim biri çıxmadı heç qarşıma... Ətrafımdakı hər kəs normal insanlardır :) Bir dəlisi çıxmadı mənim kimi:) Və buna da zaman-zaman necə üzüldüyümü təsəvvür belə edə bilməzsiniz...
▪︎ Ən kiçik şeylərdə belə bir gözəllik, maraq və həyəcan aramaq sevdası... Bu bəzən kənddə həyətin lap küncündəki çürümüş kötük, bəzən gün işığında rəngini heyranlıqla izlədiyim bir sonbahar yarpağı, kiçik pişik balasının şirin yatışı, yemək yeyərkən belə oxumağa çalışdığım, ara verməyə qıymadığım, məni içinə almış bir roman, səhərəcən yatmayıb, əlləş-vuruş ortaya çıxardığım ad günü tortu, pür diqqət boyadığım mandala, sadəcə uşaqlarımın heyranlıqla təqdir etdikləri arabir qaraladığım rəsmlər:) Və bəzən buna görə ətrafa qəribə görünmək...
▪︎ Dramatizm və mən... İki azılı düşmən :) Ağlayıb-sızlayan, davamlı dərt yanan insanlardan uzaqlara, laap uzaqlara qaçmaq istəmişəm hər zaman.
Birinin acısına şərik olmağı bacarıram. Səhv anlaşılmasın. Dərdini anlatana çox gözəl dinləyiciyəm, bilənlər bilir. Amma bir yerə qədər.
Mızmızçı, həmişə həyatından şikayət edən, ən adi problemləri də özü üçün böyük dərd dağına çevirən insanları anlamıram heç cür.
Ən pis anımda belə sonrasına, daha yaxşısına inanmışam həmişə. Sıxıntılarımı mənə unutduracaq, başımı qatacaq məşğuliyyətlər tapıram belə anlarda. Ən çətin və ağır günləri belə başqalarına nəzərən çox daha tez atladıram.Və inanın bəzən özümü çox şanslı sayıram. Həyatın mənə comərd davrandığını düşünürəm. Sonra bir baxıram ki, mənim iki qatımı yaşayanlar şikayət içindədirlər. Məəttəl qalıram. Nə deyəsən? Düşündüyünü yaşayırsan vəssalam.
▪︎ Kimsədən yardım almamaq, buyura bilməmək xəstəliyi... Ölən yerdə belə olsam öz övladlarıma mənim üçün bir şey etmələrini istəyəndə belə xahiş, minnət etmək... Birinin mənə uzatdığı yardım əlinin altında özümü əzilmiş və diskonfort hiss etməyim...
Halbuki, dünya yardım etmək və yardım almaqla yaşanılır hala gəlir məncə... Yardım etmək çox önəmli bir üstünlükdür. Gəl gör ki, bəziləri bunu bir az daha irəli götürürlər. Səndən istifadə etməyə başlayır, hər bir yardımını özlərinin ən təbii haqqı hesab edirlər...
Tam da bu nöqtədə bütün yaxşılıq və yardım etmə duyğularım elə bir soyuyur ki... Hələ bir də əmr ədası ilə bir şey istənəndə...
Yəni onu demək istəyirəm ki, yardım almaqdan narahatlıq duyan biri olaraq türklər demiş "kullanıldığımı" hiss etmək məni dəli edir.
▪︎ Bir də hər şeydən bir az... Və əsla bir yolda yürüyə bilməmək binəsibliyi... Tez sıxılmaq, davamlı yenilik arayışı içində olmaq... Bəzi zamanlar şirniyyat ustasına çevrilmək, bəzən əl işlərinə maraq salmaq, bəzən xarici dil öyrənmək üçün saatlarını, günlərini sərf eləmək, bəzən də yeni bir iş qurmaq üçün ideyalar irəli sürüb sonra kənara çəkilmək...Və bitməyən həvəslər... Maraqlar... Hamısı da yarım- yarım... Bir tək kitab oxumaqdan heç yorulmuram deyə bilərəm😊
Bu hələ sadəcə bir qismidir. Özümə belə etiraf etməyə çəkindiyim məqamları açıqladım bu yazımda.
Artıq çox yormağa başlamışdı məni bunları düşünmək...
Bəzən özümü sevir, bacardığım hər şeyi üstünlük olaraq görür, bəzən isə ərtafımdan fərqli olduğumu, hətta anormal olduğumu düşünüb dərin bir yalnızlığa düşürdüm...
Davamlı özünü tanımaq, dəyərləndirmək arayışı içində olmaq... Həyatdan nə istədiyimi anlamağa çalışmaq... Sizcə də çox yorucu deyilmi?
Bəs dəyişən nə oldu? Enneaqram adlı bütün dünyada ən dəqiq şəxsiyyəti analiz edən bir testi tanıtdı bizə ailəmizin hal-hazırda tələbə olan gələcək psixoloqu Aybəniz xanım :)
Ara-sıra əminəm, siz də mənim kimi bu cür testləri edirsiniz maraq üçün...
Amma bu test bambaşqa bir üfüq açdı mənə... Özümü tanıdım... Sən demə bütün yuxarıda anlatdıqlarım bir anormallıq deyilmiş:))) Sadəcə aid olduğum 7.tipin xüsusiyyətləri imiş... 7.tip necə adlandırılır bilirsinizmi? - Həvəsli; Macəracı kaşif :))) Yəni mən... Əslində 7. tiplər həyəcan dolu, maraqlı insanlar olsalar da ipinin üstünə odun yığılmayan, güvənilməz kimi sağlıqsız xüsusiyyətləri də daşıyırlar özlərində. Amma Allahdan mən ən sağlıqlı qanadlarından sayılan 6. qanaddanam 🤗
Öz tipimin xüsusiyyətlərini oxuduqca nəhayət, məni bu qədər dəqiq anlatan, mənə özümüdərkdə kömək edən bu testlə qarşılaşdığıma çox sevindim.
Bu testə görə 9 tip insan var. Hər tip başqa-başqa xüsusiyyətləri əks etdirir özündə. Testi mütləq edin deyərdim. Bu sizin özünüzü tanımağınıza, bəzi xüsusiyyətlərinizlə barışmağınıza və həyatdan nə gözlədiyinizi anlamağınıza çox yardım edəcək, inanın.
Sadəcə bu da deyil sizə yaxın olan insanların da həyata baxışlarını, zövqlərini daha yaxşı anlamağınıza kömək edib onlarla necə münasibət quracağınıza yol göstərəcək. Onlara da elətdirib tiplərini bildikdən sonra təbii ki...
Sadəcə testi edərkən çox diqqətli olun və suallara dürüst cavab verin.
Linkini aşağı qoyuram. Testi edin və bizimlə yorumlarda nəticəni paylaşsanız çoox məmnun olarıq. Və təvəqqe edirəm içinizdə 7.tip çıxan mənə yazsın🙏🙏🙏 Bu dünyada tək olmadığımı bilim :)
Sevgilər...
Hımmmm, beşinci tip çıktım. Bilemedim, bana çok benzedi mi bu :)
YanıtlaSilBu yorum yazar tarafından silindi.
SilBen bu yorumu ⬆️ niye sildim ki, acaba? 🤔 Kesin yalnışlıkla olmuş. Ha yook öylece iç sesimle konuşuyorum.🤭
SilGezmeyi ben de çok severim. Özellikle keşfedilmemiş yerler bende büyük bir merak uyandırır. Her insanın bir karavan hayali var sanırım .^-^ Test de ilginçmiş. Müsait anımda bakayım muhakkak. :)
YanıtlaSilHa işte bir karavan sevdalısı tapdım. 🤗 Testi etseniz neticeni bize de yazın lütfen.❤
Siloleeey her zaman diyom iyisin iyi kalplisin. doğa ve olumlu olman en güzelleriiii :)
YanıtlaSil🥰 Cansın. Arabir yazlb moral verirsen mene. Yaxşlıqda sene çata bilmerem esla ❤❤
SilTesti yapacagim merak ettim 😊
YanıtlaSil😊 Edin.Neticeni bizimle de paylaşsanız sevinerik.❤
Sil