Uzun müddətdir oxumaq istədiyim bir kitab idi "Kürk Mantolu Madonna". Bir türk yazıçısının qələmə aldığı əsərin adı nədənsə qəribə gəlmişdi mənə. Nəhayət ki, oxudum, bitirdim və əsər haqqındakı düşüncələrimlə görüşünüzə gəldim.🤗
Doğrusunu söyləmək lazımdırsa, kitabın başlanğıcı daha təsirli və sarsıdıcı gəldi mənə. Xüsusən yazıçının insanların daxili aləmi ilə əlaqədar analizləri, onların ruh aləmini təsviri məni heyran qoydu.
Yazıçıların həm tarixi, həm ictimai, həm bəşəri və həm də mənəvi-psixoloji məsələləri daha dərindən dərk və hiss etdiklərinə bir daha inandım bu əsərlə.
Əsərin baş qəhrəmanı Raif əfəndidə məncə oxucuların bir çoxu özündən bir parça görəcəkdir. Dərin daxili aləmə, geniş dünyagörüş, qeyri-adi dərrakə və həssas duyğularına görə ətrafındakı bəsit insanlar tərəfindən anlaşılmamaq, xor görülmək və nəticədə tənhalaşmaq...
İnsanın ruh dünyası o qədər geniş və sirli bir aləmdir ki... Hər kəsin o gizli aləmi, sadəcə özünə məxsus olub, öz məhrəm düşüncə və duyğularını ehtiva edir içində. Başqa birinin o aləmdəkiləri görməyi o qədər də asan olmur. Bunun üçün sənin özünün də dərin bir dünyan olmalıdır ki, qarşındakı insanın gizli duyğu-düşüncələrini ən azından təxmin edə biləsən. Qıt qənaətli və dayaz insanlar belə bir şansdan məhrumdurlar. Odur ki, o dayazlıqları ilə dərinliyə enə bilmir, saflığı və dürüstlüyü əfəllik, incəlik və nəzakəti qorxaqlıq, şəfqət və səmimiyyəti axmaqlıq və nəhayət, bu bəsitlikdən uzaq durmaq və özünə qapanmağı isə divanəlik, tənhalıq hesab edirlər...
Raif əfəndi də uşaqlığı və gəncliyini bu tənhalıqda yaşayır... Ta ki kürk mantolu madonnası - Maria Puder ilə tanış olana qədər.
Onun sadəcə rəsmini görüb, rəsminə aşiq olan adam, yuxarıda qeyd etdiyimiz dərinliyi ilə bu rəsmin sahibi ilə arasındakı bağı duya bilir. Və tale bu iki şəxsi qarşılaşdırır da...
Bir tərəfdə güvənsizlik, bir tərəfdə sonsuz səbr və iradə... Qarşı tərəflə eyni frekansları yaxalaya bilmək bir az uzun sürür Raif əfəndi üçün... Amma sadəcə bir-birinin daxili aləminə nüfuz edə bilməklə bitmir hər şey... Bəzən həyat acımasız sürprizlər də çıxarır insanın qarşısına... Uzun müddətdir Maria Puderin güvənini qazanma yolunda imtahan verən Raif əfəndinin indi də qarşı tərəfə olan inamının sınandığı və daha ağır bir imtahanının başlandığını anlaması bir az gec olur. Və əsərin sonunda biz inamsızlıq, cəsarətsizliyin ağır nəticəsini görürük...
Qısacası, əslində bir eşq hekayəsi olsa da "Kürk Mantolu Madonna", indiyə qədər oxuduğum bütün bu tərz hekayələrdən tam fərqli olduğunu rahatlıqla deyə bilərəm.
Çünki, buradakı eşq cismani aləmin çox üstündədir...
Platonun " Sevmək öz yarısını tapıb, digər yarısını axtarmaq deməkdir" ifadəsinə görə əslində əsl sevgi, əsl eşq bu iki yarını bir bütün etmək demək deyilmi? Raif əfəndi ilə Maria Puder arasındakı eşq tam da bu təsvirə uyan bir eşqdir...
Açığı əsərin əvvəlində tanıdığım o dərin, həyatı, insanları bütün cəhətləri ilə tanıyan, mənəvi olaraq tərki-dünya yaşayan Raif əfəndinin bu tənhalığının altında çox daha fərqli bir həyat hekayəsi gözləyirdim. Bu küskünlük və susqunluğun sadəcə bir qadına görə olması az da olsa bir xəyal qırıqlığına uğratdı məni. Çünki bir fani bəşər övladı üçün ətrafındakı onlarla insana, hətta həyat yoldaşı və övladlarına belə yad olaraq yaşamağı heç də doğru hesab etmirəm. Çünki bizə sadəcə bir dəfə bu dünya üzərində yaşamaq haqqı verilib. Və bu bircə ömürlük həyatı nə sadəcə özümüz, nə də özümüz kimi hər hansı bir fani şəxs üçün yaşamalıyıq. Biz dünyanın bir parçası olaraq və Yaradanın buyurduğu çərçivədə yaşayaraq ömrümüzü başa vurmalıyıq. Nə isə... Uzatmıram.
Yenə də fərqli daxili dünyalara baş vura və insanları daha yaxşı analiz edə bilməyinizə qapı aralayacaq bir kitabdır "Kürk Mantolu Madonna". Odur ki, oxuyun deyirəm və dediklərimdə nə qədər haqlı olduğumu bilməniz üçün də son olaraq kitabdakı möhtəşəm ifadələrdən bəzisini aşağıya qoyuram.😊 Sevgilər💕💕
Dünyadan ziyade kafamın içinde yaşayan bir insanım.
Bir kitabı okurken geçen iki saatin, ömrümün bir çok senelerinden daha dolu, daha ehemmiyetli olduğunu fark edince, insan hayatının ürkütücü hiçliğin düşünür ve yeis içinde kalırdım.
Dünyanın en basit, en zavallı hatta en ahmak adamı bile, insanı hayretten hayrete düşürecek ne müthiş ve karışık bir ruha maliktir!..
Dibinde bir ejderhanın yaşadığı bilinen bir kuyuya inecek bir kahraman bulmak, muhakkak ki, dibinde ne olduğu hiç bilinmeyen bir kuyuya inmek cesaretini gösterecek bir insan bulmaktan daha kolaydır.
İnsanlar birbirinin maddi yardımlarına ve paralarına değil, sevgilerine ve alakalarına muhtaçtılar. Bu olmadıktan sonra, aile sahibi olmanın hakiki ismi, "bir takım yabancılar beslemek"ti.
Bir ruh, ancak bir benzerini bulduğu zaman ve bize, bizim aklımıza, hesaplarımıza danışmaya lüzum bile görmeden, meydana çıkıyordu...
Ne kuzuların ağzından vahşi kurt dişlerinin sırıttığını gördüm...
Nedense, hayatta bir müddet beraber yürüdüğümüz insanların başına bir felaket geldiğini, herhangi bir sıkıntıya düştüklerini görünce bu belaları kendi başımızdan savmış gibi farahlık duyar ve o zavallılara, sanki bize de gelebilecek belaları kendi üstlerine çektikleri için, alaka ve merhamet göstermek isteriz.
Niçin ilk defa gördüğümüz bir peynir esvafı hakkında söz söylemekten kaçtığımız halde ilk rast geldiğimiz insan hakkında son kararımızı verip öteye geçiveriyoruz?
İnsanlar birbirlerini tanımanın ne kadar güç olduğunu bildikleri için bu zahmetli işe teşebbüs etmektense, körler gibi rastgele dolaşmayı ve ancak çarpıştıkça birbirlerinin mevcudiyetinden haberdar olmayı tercih ediyorlar.
İnsan ömrü doğumdan ölüme kadar uzanan tek bir yoldan ibarettir ve bunun üzerinde yapılan her türlü taksimat sunidir...
Mevcut olmayan bir şeye malik olalım derken mevcut olanları kaybettik.
Okunması gereken güzel eserlerden
YanıtlaSilEditöre teşekkür ederiz
Eledir. Mence de her kes oxumalıdır. Teşekkür edirem ziyaret ve yorumunuza göre.
SilÇok beğenerek okumuştum bu kitabı. Okuduktan sonra neden daha erken okumamışım hissi oluşmuştu bende. Alıntılar çok güzell. :)
YanıtlaSilEynen. Elece oxuyub keçdiyin kitablardan deyil. Düşündüren, mühakime etdiren bir eserdir.Minnetdaram 😊❤
SilKürk mantolu Madonna kitabı Sabahattin Ali nin en sevdiğim kitaplarındandır 😊
YanıtlaSilBeli, men de severek oxudum. Ve insanı düşündüren, ona mütleq bir şeyler qatan eserlerdendir.
Silşekile bayıldımmmmm...ve yazi da mükemmel olub.bir gün ilerleyip bu şekilde yazılar yazabilmem dilegi ile..😅❤❤❤
YanıtlaSilCann... Beyenmene çox sevindim İlknurum. Sen bu yaşdan kitab yorumlamağa başlamısansa menim yaşıma çatanda ooo çox daha gözel şeyler yazacaqsan emin ol...❤😘😘
Silmaria pudeeer bir efsaneee :)
YanıtlaSilEvettt.😊❤
Sil