Artıq payızla vidalaşmış olsaq da, o sarı sehir tərk etmiş olsa da bizi instagramdan yayımladığım bu şeirim bloqumun da yaddaşında qalsın dedim.
Payızın tilsimində
Dörd yanımda payızın qızılı rəng çələngi,
Müdrikliyə köklədi mənim də ovqatımı
Ağaclardan yerlərə zər yağışı ələndi
Çapdım bu yağış altda, səhifələrdə atımı.
Yeni həyat başladı dəyişdikcə varaqlar
Başqa bir insan olub unutdum öz halımı
Yoxsa arabir düşən bu qızılı yarpaqlar
Mənim yeni dərdimin gizli göz yaşlarımı?
Mənim yeni dərdimin gizli göz yaşlarımı?
Hər səhifə bir ümid, bir sevinc, bir kədərdi.
Orda gördüm matəmi, orda gördüm bayramı.
Gözlərimin önünə bütün ömrümü sərdi,
Gah məlhəm oldu mənə, gah sızlatdı yaramı.
Bir aşiqin qəlbi tək üzdüm eşq dəryasında,
Rəngli çərpələng olub ağ buludlarda azdım.
Qələm oldum səhifələr, vərəqlər arasında
Xəyalımı, arzumu, həyat yolumu yazdım...
Bir az payız məstliyi, bir az kitab qoxusu,
Sandım ki, zaman durub bax indicə, bu anda.
Bir- bir ağacdan düşən yarpaqların yuxusu
Tilsimləyib məni də meşənin ortasında...
Heç bitməsin istədim bu xəyalvari anlar,
Gülümsədikcə günəş yarpaqlar arasından.
Xəzanın sehri, kitab, bir də ilıq duyğular
Qəlbimə həkk olundu xoş payız tablosundan...
Umman Aslan.
Çok güzel yazmışsın canım :)
YanıtlaSilTeşekkür edirem, beyenmenize çox sevindim 🤗❤😘
Silduygulu ve etkileyiciiii :)
YanıtlaSilÇoox sağ ol birdenemiz. Minnetdaram.🥰❤😘😘😘
SilÇok güzel bir şiir, fotoğrafları kelimelere dökmüşsün. Ben de orada olsam tam aynı hisleri yaşardım :)
YanıtlaSilOna eminem😊 Duyğularımız ve zövqlerimiz o qeder benzerdir ki,bezen ruh ekizi olduğumuzu düşünürem.❤😘
YanıtlaSilÇok güzel bir yazı olmuş. Emeğine sağlık :)
YanıtlaSilMinnetdaram. Çox sağ olun.❤😘
YanıtlaSil