6 Şubat 2017 Pazartesi

Portağallı kələm salatı (və ya turşusu)


           
    Çox fərqli bir salat resepti ilə qarşınızdayam. Bəri başdan deyim ki, rus mətbəxindən gələn bu salat hər kəsin ağız dadına uyğun olmaya bilər. Məsələn bizim ailə bu salatı sevənlər və bir daha yemək istəməyənlər olaraq iki ayrı qrupa bölündü:) Portağalın aromasını və qoxusunu sevənlərdənsinizsə bu salatı da bəyənəcəksiniz. Mən çox bəyəndim, ona görə də siz dəyərli oxuyucularla da paylaşmaq istədim.
Elə isə keçək salatımız üçün lazım olan indriqentlərə və  onun hazırlanma qaydasına:
Ərzaqlar:
3 kq - kələm
500 qr - balqabaq
1 ədəd - portağal
1 l - su
50 qr - alma sirkəsi
100 qr + 2-3 xörək qaşığı - şəkər
15 qr - duz
           
                  Hazırlanma qaydası:
●  Kələm incə-incə doğranır.
● Balqabaq soyulur, istəyə görə ya xırda-xırda doğranır, ya da sürtgəcin böyük gözündən keçirilir.
● Balqabağın üzərinə şəkər əlavə olunub, suyunu buraxanacan saxlanılır. 
● Sonra balqabaq suyu ilə birlikdə kələmlə qarışdırılır.
● Portağal soyulur, xırda-xırda doğranır və kələm balqabaq qarışığına əlavə olunur.
● Kənarda 1 l su , 15 qr duz, 100qr şəkər və 50 qr alma sirkəsi qarışdırılır. Kələmli qarışığın üstünə tökülür.
● 1 gün soyuq yerdə saxlanılır və ertəsi gün nuşi- can edilir:)

Qeyd: 1. Portağal kələmin bildiyimiz ağır qoxusunu dəf edərək xoş bir tam qatır salata. 
2. Salatı şüşə bankada uzun müddət saxlamaq olur. Buna görə də onu turşu da adlandırmaq olar.
3. Və alışdığımız sarımsaqlı-sirkəli ağır turşuların əvəzinə kəmşirin və aromalı xəfif bir turşudur.

                         Sevgilər....









17 yorum:

  1. Elinize sağlık. Öneri için de teşekkürler. Lahanayı da portakalı da severim. Bir gün denerim bunu da. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Mən təşəkkür edirəm. İnşallah sevərsiniz.

      Sil
  2. Yanıtlar
    1. Siz də sağ olun Deep. Məncə də ilginç :) Baxaq kimlər sevəcək.

      Sil
  3. Çok farklı bir tarif olmuş.Teşekkürler :))

    YanıtlaSil
    Yanıtlar
    1. Mən də təşəkkür edirəm. Fərqli bir resept olduğu üçün paylaşmaq istədim elə mən də. Sevgilər.

      Sil
  4. Tarifiniz çok güzel gözüküyor. Turşu hep sarımsakla olur. Bu sarımsaksız. Denemeli. Teşekkürler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Doğru. Qeyd etdiyim kimi bu fərqli bir daddır. Hər kəs sevərmi bilmirəm. Mən təşəkkür edirəm.

      Sil
  5. ilk bildirim menden:)
    dadmisam bir az ferqli dadi var.amma yene de gozel idi

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Sənin xoşuna gəlibsə iş tamamdır :**

      Sil
  6. Portakalı severim, sanırım ben sevecek olanlardanım :) Ellerinize sağlık.

    YanıtlaSil
    Yanıtlar
    1. Öncə xoş gəldiniz. Portağalı sevirsinizsə bu salatı da sevmə ehtimalınız artır:) Təşəkkürlər.

      Sil
  7. Aaa havuçlu lahanalı yapardım ama bunu ilk defa duydum.Bence güzel olur.Ellerine sağlık 😃

    Bu arada mimlendinnnn 😃yaparsan mutlu olurum 😃

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli fərqli bir ləzzətdir.
      Mimləndiyimi mən də bu gün öyrəndim. Yapmazmıyım?! İlk fürsətdə yapacam inşallah.

      Sil
  8. Elinize sağlık güzel görünüyor.Bloğunuzu yeni keşfettim.Ben de beklerim.Sevgiler

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz.Çox təşəkkür edirəm.Gəlirəm həmən:)

      Sil
  9. salatı dadacağımı ümid ederek şekillerin super olduğunu bildirmək istəyirəm...;-)

    YanıtlaSil