Payızın ilk günləri idi. Qatarın vaqonuna uca boylu, saçları qar kimi ağappaq bir kişi və 25-26 yaşlarında bir oğlan daxil olub yerlərini tutdular. Oğlan pəncərə tərəfdə əyləşmişdi. Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədən bayıra çıxardı və birdən heyrətlə qışqırdı:
- Ata, görürsənmi, bütün ağaclar geriyə gedir !
Yaşlı kişi həm sevinc, həm də kədərdən bulud kimi dolmuş gözlərini oğlunun üzünə dikərək gülümsədi. Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi. Oğlan qəfildən yenə də heyranlıqla qışqırdı:
- Ata, gölə bax, onun adı nədir?
- Ceyranbatandır, oğlum.
- Ata, göldəki quşlara bax!... Buludlar bizimlə birgə hərəkət edir!
Cütlük oğlanın qəribə hərəkətlərini gözaltı müşahidə edirdi, atası isə oğlunun davranışında heç bir qəribəlik görmürdü.
Yağış yağmağa başladı. Büllur damcılar oğlanın əllərinə düşürdü. O, damcıları sayırdı. - Bir, iki, üç ... O yenə də sevinclə gözlərini yumub qışqırdı:
- Ata, yağış yağır! Görürsənmi, ata?
Bayaqdan oğlanın hərəkətlərini izləyən cütlük kişidən soruşdu:
- Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız?
Kişi cavab verdi:
- Biz elə Mərkəzi klinikadan gəlirik. Bu gün mənim oğlumun gözləri ömründə ilk dəfə görməyə başlayıb...

Həyatda hər birimizin ən az bir dəfə başına gəlib yəqin ki, məsələnin məğzini, əsasını bilmədən hadisənin bizə görünən tərəflərinə görə yalnış fikir, yalnış qərar yürütməyimiz. Yaşadıqca bunu öyrənirəm mən - bir çoxumuz insanları, əşyaları, olayları və bütünlükdə həyatı öz baxış bucağımızdan dəyərləndirib, hər şeyin əslində bizim gördüyümüz qədər olduğuna inanırıq.
Bir qüsurunu gördüyümüz insanın əksər müsbət xüsusiyyətlərini nəzərə almadan qara siyahımıza salıb, onu həqiqi olaraq tanımaqdan özümüzü məhrum buraxırıq. Halbuki bəlkə də o şəxsdən daha çox və daha böyük qüsurlarımız vardır.
Görəsən niyə bir mənfi xüsusiyyətinə görə rahatlıqla silə bildiyimiz halda insanları, sadəcə bir müsbət xüsusiyyət daşıdığına görə heç kimsəni daxil edə bilmirik həyatımıza. Sanki saf bir insan sərrafıymış kimi, hər kəsi öz tərəzimizdə ölçüb-biçir, öz aləmimizdə hər kəsə müxtəlif qılıflar geydiririk.
Həyatda hər şey doğurdan da sadəcə bizim gördüyümüzdən ibarət olmadığını anlaya bilsək kaş ki ... Və hər kəsi olduğu kimi, mühakiməsiz qəbul edib, sadəcə Yaradanın bir sənət əsəri olaraq görüb, sadəcə insan olduğu üçün sevə bilsək... Dünya daha gözəl olmazdımı beləcə?

"Dünyanı sevgi qurtaracaq" deməyiblər boşuna. Elə isə biz də sevək... Həm də qarşılıqsız, mühakiməsiz və qüsur axtarmadan sevək...Sevək ki, sevənlər artsın... Sevək ki, qüsurlar azalsın... Və sevək ki, biz də sevilək... Kim bilir bəlkə elə dünya bizim sevməyə başlamamızla dəyişəcək...
Hər kəsə bol-bol sevgilər...
Hər kəsə bol-bol sevgilər...
ayyyyy çok güzel hikayeeee çok anlamlı çok duygulu. bir de sen hep ne güzel yazıyon ama yaaa vallaaa :)
YanıtlaSilÇoox təşəkkür edirəm Deep... Amma hekayə mənə aid deyil onu da bildirmək istəyirəm. Sevgilər.
SilVəəə təkrar bunu demək üçün geri döndüm. Sən çox gözəl insan Deep ( bir də əsl adını bilsəm:)). Yazdığın bir kəlimə bütün gün moral verir insana. Hər kəsi ziyarət edib belə xoş yorumlar buraxdığın üçün bütün blogger arkadaşlar adına təşəkkür edirəm sənə. Seni çokkk seviyoruzzz♡♡♡
Silİçime dokunan bir yazı olmuş.. Önyargısız bir dünya diliyorum..
YanıtlaSilSevgiler,
Bütün fəlakətlərin başı deyilmi önyargı... Hamımız önyargısız yaşaya bilsək kaş ki...Çox təşəkkür edirəm.
SilHayatın göründüğü gibi olmadığını anlayabilmek, hayatı anlayabilmek.
YanıtlaSilEynən qatılıram və çox təşəkkür edirəm.
SilRebbim sevgi dolu gozel ureyine gore versin herseyi💕
YanıtlaSilÇox sağ ol canım bacım. Cümləmizin inşallah.
SilAaa ne güzel bir hikaye buuu.Hepimize ders olsun 😃
YanıtlaSilDeyilmi? İnşallah. Sevgilərr..
SilHayatın en can sıkıcı yanlarından biridir. Olayları, durumları görüp anladığımız kadarıyla, yani çok kısıtlı bir şekilde yorumlarız. Üstünde durmaya gerek bile görmeyiz. Pata küte kalp kırarız... Kalplerin tamiri de mümkün değil maalesef. Paylaşım için teşekkür ederim, değerli bir hatırlatma oldu.
YanıtlaSilÇox doğrudur. Gözəl yorumunuz üçün mən təşəkkür edirəm.
SilCox gözel hekaye idi.Heqiqeten de kimi ise yarqılamaq sanki insan oğluna zövq verir.inşallah ele insanlar bundan da bir ders götürerek.öpdüm
YanıtlaSilBaşqalarını öz kriteriyalarına görə mühakimə etmək çox böyük haqsızlıqdır məncə də. Hər kəsi olduğu kimi qəbul etmək ən doğrusu. Təşəkkürlər canım bacım ♡♡
SilSevgi herşeyin başı işte.Rabbim özene bezene yaratmış herşeyi.Herkesin sevginin gözüyle görmesini temenni ederim.
YanıtlaSilRəbbimizin sevərək yaratdığı şeyləri mühakimə etmək haqqımız yoxdur. Söylədiyiniz kimi sevərək baxsaq hır şüy bambaşqa olar.Təşəkkürlər gözəl yorum üçün.
SilRəbbimizin sevərək yaratdığı şeyləri mühakimə etmək haqqımız yoxdur. Söylədiyiniz kimi sevərək baxsaq hır şüy bambaşqa olar.Təşəkkürlər gözəl yorum üçün.
SilMimlendin :)
YanıtlaSilÇox təşəkkür edirəm. Həmən sabah yapacam bu mimi. Sevgilər.
SilEllerine sağlıq bacım.oxudum ve çox tesirləndim.və ətrafımda olan bəzi insanlara acıdım.bunu oxummaışdan özümü günahlandırırdım halbuki...
YanıtlaSilYorumunu niyəsə indi görürəm bacı :( Nəsə müsbət bir şey qatdıysaq görüşlərinə nə mutlu bizə.
SilBu hekayəni bir neçə il bundan əvvəl oxumuşdum, altında bu cür gözəl rəy və gözəl fikir ilə oxumaq insanı ilk dəfə oxuyurmuş kimi hiss baxışladı.. Hər zaman sevilməyin diləyi ilə canım 💕💓💖
YanıtlaSilMən də oğlumun kitabında görüb çox bəyənmişdim. Burda da paylaşmaq istədim. Təşəkkütlər birdənəm.
Sil