17 Mayıs 2017 Çarşamba

Aramızda yeni bir bloq



  Sevgili dostlar bir sevincimi sizinlə paylaşmaq istəyirəm. Bir müddət əvvəl təsadüfən bir bloq çıxmışdı qarşıma. Azərbaycan dilində yazılmış həmin bloqdakı yazıları oxuduqca necə sevindiyimi bir bilsəniz. Ülviyyə xanım (Ulyanın renkleri) və Ayselimizdən (Blue things) başqa da azərbaycanlı bir bloqqeri kəşf etməyim məni çoox həyəcanlandırdı.

    Bir neçə dəfə belə bloq tapsam da hamısının uzun müddət əvvəl tərk edildiyini, artıq yazılmadığını görüb çox üzülürdüm. Azərbaycanda bloq yazan doğurdan da yox səviyyəsindədir ( Mən hələ də bir gün bir qrup bloq kəşf edib,  "aaa sən demə mənim qarşıma çıxmayıb, baxsanıza nə qədər çox bloq varmış" deyəcəyim günlərin xəyalını qururam)
 
   Cəsur sevgi mələyi adlı bloqun sahibəsi gənc riyaziyyatçı bir xanımdır. Bildiyim qədəriylə hələ ki tələbədir. Öz daxili hisslərindən, düşüncələrindən yazan Sevgi mələyi bir yazısında heç kimin onu dinləmədiyi üçün yazmaq qərarına gəldiyindən bəhs edir.

  Təbii ki yazıları oxuyan kimi yorum yazdım. Burdayam, tək deyilsən deyə :) Çünki mən özüm belə bir yorumu o qədər çox gözləmişdim ki. 

   Uzun bir müddət sonra cavab aldım. Azərbaycanlı bir bloqqer tapdığına çox sevindiyini, heç kimin oxumadığını düşündüyü üçün həvəsdən düşüb yazılarını uzun aralarla yazdığını söyləmişdi bir yorumunda. Yəni bir çoxumuzun keçdiyi yollardan o da keçib :)
 
   Bu gənc dostumuzun yazıları hələ ki azdır. Bu yolda yeni-yeni addım atmağa başlayıb. İnanıram ki, yazımı oxuyan hər bir kəs ziyarət edib dəstəyini əsirgəməyəcək və dəstəyimiz artdıqca sevgi mələyi yazılarını daha da təkmillədirərək saylarını artıracaq.

   Bir çox bloqqerlərə öncü olub işıq tutan gözəl qəlbli insanlar sizə səslənirəm : Qayğınızı və dəstəyinizi gözləyən bir bloq da var aramızda.  Haydı bir bloqqer də qazandıraq bu aləmə... Ümidsizliyə qapılıb bloqunu tərk etməsinə izin verməyək... 


                                                 Ziyarət üçün tıklayın:
                                 Cesur sevgi meleyi

26 yorum:

  1. Hemen gidiyorum ziyaretine.Tanıtım için teşekkür ederim.:)

    YanıtlaSil
  2. hemen bakıyorum, sevgiler ...

    YanıtlaSil
  3. aa ne güzel hemen ziyarete gideyim :)

    YanıtlaSil
  4. Hemen gidiyorum arkadasa hayirli olsun💘

    YanıtlaSil
  5. Hemen gidiyorum bahsettiğin bloga :) ;)

    YanıtlaSil
  6. Oyy ben gitmezsem olur ki seviyorum herkesi Tabi senide canm 😘💕

    YanıtlaSil
  7. Ulya'yı çok severek takip ediyorum :)) Aysel Hanımı da hemen takibe alacağım Umman Hanımcığım :)) Ayrıca yazılarınızı zevkle okuyorum ve diliniz o kadar hoşuma gidiyor ki bence Azeri dostlarımız yazmaya başlasın ve devam etsin ki birbirimizin kültürünü, yaşadıklarını daha iyi anlayalım, ortak olalım :) Çok sevgiler <3 :)

    YanıtlaSil
  8. Hamınıza çooox təşəkkür edirəm. Cansınız ♡♡♡♡♡♡♡♡♡

    YanıtlaSil
  9. Hepsini takibe alacagim 😊

    YanıtlaSil
  10. Hemen gidiyorum :)
    etkinlikten geldim takipteyim :)

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Mən də sizə ziyarətə gəlirəm həmən.♡♡♡

      Sil
  11. Canım çoox sağol hər şey üçün bu gün bloquma girdim və açığı şok oldum ilk dəfə bloqumda bu qədər rəy və baxış sayı görüncə həyəcanlandım və daha sonra rəyləri oxuduqca hamısının eyni nöqtəyə toxunduğunu gördüm ,sənə. Və dərhal sənin bloquna gəldim , mənim üçün yazdığın dəyərli bloq yazını gördüm. Oxuduqca kövrəldim çünki mənim haqqımda ilk dəfə biri mənə bu cür dəyərli sözlər deyir, həqiqətdə tapmadığım dəyəri xoşbəxtliyi burda bloqum sayəsində tapdım sənin vasitənlə tapdım çoox sağol canım məni tanımadan mənə verdiyin dəyər üçün😘😍😘😍

    YanıtlaSil
    Yanıtlar
    1. Əstağfurullah nə demək. Bir azəri bloqqer haqqında yazmaq mənə də çox xoş oldu canım. Bunların hamısı sən ümidsizliyə düşmə, bloqa və yazılara davam et deyə. Haydi üzümüzü qara çıxarma :) Yeni-yeni yazılar gözləyirik səndən.♡♡♡

      Sil
  12. Yeni bir blog daha tanıdık sayenizde hemen takibe alıyorum. Teşekkürler Umman hanim ❤

    YanıtlaSil
  13. yeni bloggerlarla tanışmak çok güzel, sevgiler :)

    YanıtlaSil
  14. hemen gidiyorum ummancım :))

    YanıtlaSil
  15. Hemen gittim tabi :)) Destek olmaz mıyız :))

    YanıtlaSil
  16. Hemen gidiyorumm canım 😊

    YanıtlaSil
  17. Hamınıza təkrar təkrar təşəkkürlər ♡♡♡♡

    YanıtlaSil
  18. Hemen gidiyorum sayfsına arkadaşımızın 🤗

    YanıtlaSil
  19. ben sizi takipteydim zaten, kelebeketkisinin blogunda sanırım yazınızı görmüştüm, blogger arkadaşımıza da hemen ışınlanıyorum. böyle destek verip paylaşmanız çok güzel. sevgiler :)

    YanıtlaSil
  20. Hayırlı olsuna gidiyorum Umman. Teşekkürler desteğin için. Böyle olmalı tabii. Sevgilerimle canım:)

    YanıtlaSil