23 Mayıs 2017 Salı

Gülümsə yetər...


        
   Bəzən sevincimizin, xoş əhval-ruhiyyəmizin səbəbi elə kiçik şeylərə bağlı olur ki, biz özümüz fərqində belə olmuruq. Dünən daha yaxşı hiss etdim bunu.

   Evdən çıxıb marketə gedərkən hər zamankı günlük qayğılar vardı üzərimdə. Düşüncəli halda bir-bir ehtiyacları atarkən səbətə bir xanım gəldi yanıma. Gülümsəyən üzüylə indicə səbətə atdığım məhsulun keyfiyyəti haqqında bir şeylər soruşdu. Bir az söhbət etdik. Onun təbəssüm dolu simasından bir istilik axdı qəlbimə.

    Sonra süd məhsulları reyonundan pendir alarkən satıcı qadın istədiyim pendir növünü mehribanlıqla və yenə də təbəssümlə baxan gözləri ilə təqdim etdi mənə. Suallarıma nəzakətli bir şəkildə cavab verdi. 

   Aldıqlarımın pulunu ödəmək üçün yaxınlaşdığım kassir qızın üzündə də bir gülümsəmə vardı nədənsə. İtirdiyimiz kartı bərpa edə bilib- bilmədiyimizi xəbər aldı. Yəni bir qayğıyla yanaşdı. Onunla da qarşılıqlı təbəssümlərlə bir iki söz kəsdik. 
   
   Maraqlıdır ki, meyvə-tərəvəz satan dayı da hər zamankından daha mehriban idi. İstədiklərimi canla başla verərkən yaşıldan daha bahalı olan və sadəcə iki ədəd qalmış qırmızı bibərləri eyni qiymətə verdi "mənim xətrimə".
   Marketdən çıxarkən içimdə elə bir yüksək əhval-ruhiyyə, elə bir yüngüllük var idi ki, ətrafımdakı hər kəs gözümə xoşbəxt, şad görünürdü. İndi səmada son saatlarını yaşayan günəşin ətrafı bürümüş sarı işıqları, buludsuz mavi səma daha gözəl görünürdü mənə, artıq ötən quşların cəh-cəhini daha yaxşı duyurdum, yol qırağında uzanıb özünü günə verən sarı iti, balaca qəssab dükanın qapısının yanında yediklərindən sonra pəncələrini yalayıb təmizləməyə çalışan ala-bula pişiyi sığallamamaq üçün özümü güclə saxlayırdım. Yolumun üstündəki məktəbin həyətində yana-yana düzülmüş və çiçək açmış iydələrin qoxusu daha bir bihuşedici gəlirdi mənə. 
        
   Evə gəlib çoxdandır zəng vurmaq istədiyim, lakin hər dəfəsində bir bəhanə ilə vaz keçdiyim yaxınlarıma zəng vurub danışdım. Səsimdəki xoş ovqat telefon telləri ilə qarşıdakılara da sirayət edirdi sanki. Sağollaşarkən əminəm onların da üzündə mənimki kimi qosqocaman bir təbəssüm yer etmişdi özünə.

   Uşaqlarla daha səbirli davranıb, işdən gələn yoldaşı daha  xoş əhvalla qarşıladım. Və o axşam evimizdəki ab-hava tam arzuolunan bir ailə tablosunu xatırlatdı.

   Və mən bunu anladım. Kiçik gördüyümüz, önəm vermədiyimiz, hətta bəzən lüzumsuz gördüyümüz bir gülümsəmə, xoş bir söz o qədər çox şeyə qadir imiş ki...
   Deməyim odur ki, sevgili oxucu, üzünüzdəki təbəssümü, dilinizdəki şirin sözü ətrafınıza çox görməyin. Gülümsəyin... 

   Siz gülümsədikcə ətrafda xoş əhvala bürünən insanlar artacaq, rəngbərəng çiçəklər açacaq, quşlar daha şövqlə ötəcək, günəş də təpəmizdən gülümsəyərək yağdıracaq nurunu...

   Bəlkə də hər şey sənin gülümsəməyindən asılıdır. İnan ki, bir təbəssümünlə bir çox qaşqabağı açacaqsan, qəlblərdəki kini siləcək, yerinə empatik duyğular buraxacaqsan...Beləcə ətrafdakı gülümsəyən simaları artıracaqsan... 
        
   Gülümsəyək... Təbəssümümüzü çox görməyək ətrafımıza... Və təbəssümün Rəbbimizin rızasını qazandıracaq bir sədəqə olduğunu unutmayaq...



23 yorum:

  1. Yüzlerdeki içten bir tebessüm bir çok kapıyı açıyor.Hem kendiniz mutlu oluyorsunuz hem de etrafınızdakiler.Etrafa olumlu ışınlar yayılıyor sanki.:)

    YanıtlaSil
    Yanıtlar
    1. Ah bunu hər kəs anlasa, üzlərindən təbəssümü əksik etməsə kaş ki... Təşəkkürlər ♡♡♡

      Sil
  2. Bir gülümseme bazen hayat değiştirir. Öyle insanlar var ki çevremde sanırım hiç gülmüyorlar diye düşündüğüm, üzülüyorum hallerine. Yüzünden gülücüklerin eksilmesin ummancım sevgiler...

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox təşəkkür edirəm canım. Söylədiyiniz tip insanlara heyrət edirəm mən də hər zaman.Gülümsəmədən necə yaşayırlar deyə.

      Sil
  3. Bütün olumsuzlukları kafadan sildirecek bir yazı olmuş. Teşekkürler 👏🏻

    YanıtlaSil
    Yanıtlar
    1. Mən təşəkkür edirəm. Belə düşünməniz çox şad etdi məni.♡♡♡

      Sil
  4. Güzel bir yazı olmuş :) gülümsemek çok önemli

    YanıtlaSil
  5. Çok sevdiğim şu hikâyenin gerçek versiyonunu yaşamışsın sanki.

    http://kisiselgelisimim.com/bir-tebessum-hikayesi/

    :)

    YanıtlaSil
    Yanıtlar
    1. Yazarkən mənim də hafizəmdə bir şeylər canlandı, bənzər bir hekayə oxumuşdum sanki deyə.Sayənizdə gedib təkrar oxuyum.Baxaq gülümsəmə başqa nələrə qadirmiş?! :) Sevgilər♡♡♡

      Sil
  6. Keyifli bir yazı olmuş.Emeğinize sağlık:)

    YanıtlaSil
  7. çok hoş bir yazı, umut depoluyor kan hücrelerine

    YanıtlaSil
  8. Eline sağlık , hep gülmek dileğiyle :)

    YanıtlaSil
    Yanıtlar
    1. Nə gözəl. Ümidiniz heç bitməsin inşallah.

      Sil
  9. Heyatda her zaman pozitiv olmag isteyirem.son illerde eski enerjim ve guluslerimden eser galmayib.Biraz artig gulumseyende,sevincli olanda dunyanin arsiz insaniyammis kimi nezerlerin mene tuslandigini en yaxinlarimdan bele gorende o gulumseme hemen yox olur uzumde.Amma seninle eyni fikirdeyem.uzumuzdeki tebessum hec vaxt silinmesin insaAllah.

    YanıtlaSil
    Yanıtlar
    1. Başqalarına görə təbəssümündən əsla vaz keçmə bacım.Sən gülümsə bəlkə zamanla o qəribə, buz baxışları əridəcək təbəssümün. Gülüşün bir ömür əksik olmasın simandan. ♡♡♡

      Sil
  10. Allah üst üste keder verip gülümsemeyi unutturmasın dilerim Umman kızım. Gülemeyenler için de; gülebilsinler, Allah içlerine ferahlık versin diye dua etmek gerek.
    Ne güzel bir gün olmuş senin için. Her daim mutlu olman dileklerimle Umman'cığım, sevgilerimle :)

    YanıtlaSil
    Yanıtlar
    1. Amin ablacım aminnn... Rəbbim gülüşü heç kimə çox görməsin inşallah. Xoş diləkləriniz üçün çoox təşəkkür edirəm.

      Sil
  11. Okurken gülümsüyor insan: )

    YanıtlaSil
    Yanıtlar
    1. Nə gözəl bir gülümsəməyə səbəb olmaq :) Sevgilər.

      Sil