Hərarətli Ramazan günündən hər kəsə salamlar! Çox şükür bu il də Ramazanımız bol qonaqlı, bərəkətli keçir. Bu ayın ən sevdiyim cəhətlərindən biridir bu. Hər gün başqa qonaq və bişirəcəyin başqa-başqa yeməklərin həyəcanı... Təkrar olmasın deyə hər gün fərqli, yeni yemək resepti axtarışına çıxmaq... Vəə nəticədə bir ay kimi qısa zamanın sonunda xeyli yeni resept siyahısına sahib olmaq :))
Bu gün bəlkə mən də həmin siyahınıza bir qatqıda buluna bilərəm ümidilə bir resept paylaşmaq istəyirəm burdan.
Əslində, bütün yazılarımı heç qaçırmadan oxuyan yorumsuz canlarımdan biri neçə vaxtdır bloqda resept paylaşmırsan demişdi söhbət əsnasında. Doğurdan da xeyli zaman olub heç bir resept qeyd etməmişəm bura.
Adətən, şirniyyat və salat reseptləri paylaşdığım halda bu gün Ramazana özəl olaraq bir yemək resepti təqdim etmək istədim sizə. İftar üçün bişirib çox bəyəndiyimiz bir yemək - Sobada karoflu kotlet. Əvvəlcədən qeyd edim ki, çoox bərəkətli yeməkdir və də çoox ləzzətlidir və də iftar üçün əla alternativdir.
Keçək lazım olan ərzaqlara:
Kotlet üçün:
400-500 qr çəkilmiş ət
1 soğan
1 yumurta
1 dilim boyat çörək və ya 2 x/q toz suxari
2-3 diş sarımsaq
1-2 qanad cəfəri
duz, istiot, kimyon
və
2 ədəd soğan
2-3 ədəd pomidor
3-4 ədəd kartof
2 ədəd uzun bibər
Sous üçü:
2 x/q tomat
2 x/q duru yağ
2 stəkan su
duz, istiot
Hazırlanma qaydası:
● Ət və digər ərzaqların hamısı yaxşıca qarışdırılır.
● Kotlet kimi hazırlanıb bir qaba düzülür.
● Soğan çox da nazik olmayacaq şəkildə aypara kimi doğranır. Yağlanmış ortaboy borcama tökülür.
● Soğan çox da nazik olmayacaq şəkildə aypara kimi doğranır. Yağlanmış ortaboy borcama tökülür.
● Kartof soyulub, çox nazik və də çox da qalın olmayacaq şəkildə halqa-halqa doğranır.
● Pomidor da eynilə doğranır.
● Pomidor da eynilə doğranır.
● Ərzaqların hamısı hazır olduqdan sonra keçirik işin ən əyləncəli qisminə.Bir kartof, bir kotlet və bir pomidor və təkrar bir kartof, bir kotlet, bir pomidor olmaqla yanyana sıra ilə düzülür.
● Bitdikdən sonra üzərinə acı bibərlər uzunasına doğranıb qoyulur.
● Kənarda bütün sousa aid ərzaqlar qarışdırılır.
● Və hazır kotlet-kartof sıralarının üzərinə gəzdirilərək tökülür.
● 200°-li sobada bişirilir.
● Vəə ləzzətli kotletimiz hazırdır. Bişirib yeyən hər kəsə nuş olsun.
Güzel görünüyor.Ellerinize sağlık.:)Bir iftarda ben de yaparım artık.:)
YanıtlaSilTəşəkkür edirəm. Mütləq bişirib dadın deyə tövsiyə edirəm. İnşallah siz də dadını bizim qədər bəyənərsiniz.
SilÖzellikle fırında olunca daha bir lezzetli oluyor yemekler...
YanıtlaSilEynən... Həm ləzzətli, həm də sağlıqlı olurlar.
SilEllerinize sağlık.Çok güzel gözüküyor :))
YanıtlaSilTəşəkkür edirəm. Dadı da çox gözəldir :)
Silof of bu nee yaaa müthiş gözüküyor, bir kere daha buna benzer bir şey yazmıştın o da nefis gözüküyordu, sen süpersin mutfaktaaa :)
YanıtlaSilAyy nə gözəl iltifat... Çoox sağ ol canım mənim ♡♡♡
SilEllerine saglik canım.
YanıtlaSilÇox təşəkkür edirəm.
SilEnfes gorunuyor ellerine saglik:))
YanıtlaSilBəyənmənizə çox sevindim. Minnətdaram ♡♡♡
SilHarika bir tarif olmuş. En kısa sürede deneyeceğim. Elinize sağlık.
YanıtlaSilTəşəkkür edirəm. İnşallah siz də bəyənərsiniz.
SilSalam. Çox dadlı görünür və acdım :)) Əllərinizə sağlıq.
YanıtlaSil:)) Və Aleykum salam. Buyurun qonağımız olun. Sizi buralarda görmək çox xoş oldu.♡♡
Sil