25 Haziran 2017 Pazar

Bayramınız mübarək!!!

       
   Bol dəvətli, sahur sevincli, iftar həyəcanlı, dost-tanış, qohum-qonşu görüşmələrinə vəsilə, inşallah ki, bir çoxumuz üçün ihlaslı ibadətlə dolu gözəl bir Ramazanın da sonuna gəldik.

   Bayram sevinci ilə yanaşı hamımızın qəlbində bir aydır alışdığımız orucun, bu ayın özünəməxsus əhval-ruhiyyəsinin bitməsinin hüzünü də var.
   Bu il Ramazan çox sərin keçdi buralarda. Heç çətinlik çəkmədik. Hər il istilərin yandırıcı olmağa başladığı bu ayda Rəbbim onun əmrinə sadiq qalan qulları üçün bir asanlıq yaratdı sanki...
   Bu il uşaqlar da bəzi günlər bizə qatıldılar, yaşları az olsa da tam gün oruc tutdular. Beləliklə, sahur və iftar süfrəmiz daha şən, daha zəngin oldu.
   Qonaqlarımız bol oldu, iftar dəvətlərinə getdik arada bir də. Və bunu fərq etdim, Ramazan eyni zamanda insanları bir-birinə daha da yaxınlaşdırır, mehribanlaşdırır.
         
  Bayram üçün böyüklərimizin yanına kəndə gəldik 2 gün öncə. Hamısı olmasa da ailəmizin bir qismi bir araya gəlmiş vəziyyətdə, həyəcanla bayramı gözləməkdəyik.

   Bayramın ən çox sevdiyim cəhəti həmin gün bir ayda etdiyimizdən fərqli olaraq səhər yeməyi süfrəsinə oturmaq. Səhər süfrəsi daha təmtəraqlı olur bizdə bayram günü ona görə də. Qoğal bişirilir, halva çalınır. Qoğallar dünən bişirilib hazırlandı artıq.
       
   Bizdə nədənsə çox vaxt bayram günü Türkiyədən ya bir gün öncə, ya da bir gün sonra elan olunur. Biz bu gün də sahur edib, oruc tutduq. Yəni bayram dəqiq bu gün deyil bizdə. Xəbər gözləyirik. Ay göründüsə orucumuzu açıb bayram edəcəyik. Bu da başqa bir sevinc, başqa bir həyəcandır əslində...
   Rəbbimə belə gözəl və anlamlı bir ayı bizə bəxş etdiyi üçün minlərcə dəfə  şükürlər olsun.  Və inşallah, sağlam bir şəkildə digər Ramazanlara da çıxarsın bizi.
   Artıq hər kəs, hər bayram eyni şeyləri diləyir amma, yenə də qeyd etmədən keçə bilməyəcəm, yeri-göyü Yaradan, aləmlərin Sahibi, Maliki Cənabı-Haqdan bütün müsəlman dünyasını salamatlığa, sakitliyə qovuşdurmasını diləyirəm. Bu qədər zülm, əzab, göz yaşı, ölüm bitsin artıq. Bütün dünya bir hüzura bürünsün. Bu qədər inkişafın olduğu bir zamanda hələ də acından, susundan ölənlərin olduğunu düşünmək məhv edir adamı. Allah insanların qəlbindəki şəfqət, rəhm toxumlarını cücərtsin, hər kəsə ətrafını,  ehtiyac sahiblərini görməyi və onlara yardım əli uzatmağı nəsib etsin.
   Bayramınız mübarək olsun bloq əhli!!!
   Bayramın mübarək olsun yazılarımı oxuyan canım oxucu !!!
   Bayramınız mübarək olsun uzaqdan-yaxından yazılarımı qaçırmadan oxuyan, yorumsuz qəhrəmanlarım ( :))varlığınızdan xəbərdaram, hamınızı çox sevirəm) !!!
   Bayramın mübarək olsun bütün müsəlman aləmi!!!

   Yeri gəlmişkən keçən il Ramazanla vəda yazımı oxumaq istəsəniz aşağıdakı adına toxunmağınız kifayətdir:
              →Bizi tərk etmə Ramazan



22 yorum:

  1. Ramazan gerçekten de insanları biraz daha yakınlaştırır fakirin ve aç olanın halini daha iyi gösterir Rabbim tekrar kavuşmayı nasip etsin aileniz ve sevdiklerinizle huzurlu bir bayram geçirmenizi dilerim.

    YanıtlaSil
    Yanıtlar
    1. Amin. Çoox təşəkkür edirəm. Bütün müsəlman əhlinin bayramı mübarək olsun inşallah

      Sil
  2. Sevdiklerinizle birlikte şeker tadında bir bayram diliyorum size.:)

    YanıtlaSil
    Yanıtlar
    1. Minnətdaram. Mən də sizə gözəl bayramlar diləyirəm. Sevgilər.

      Sil
  3. Sənin də bayramın mübarək. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm canım mənim.Mən də ailəcək sizin bayramınızı təbrik edirəm.

      Sil
  4. ayyyyy evde ailenle çok mutlu ol bayramdaaaa :)

    YanıtlaSil
  5. Bayramınız mübarek olsun Umman Hanım, poğaçalar da nefis görünüyor :)

    YanıtlaSil
    Yanıtlar
    1. :) Təşəkkür edirəm sizin də bayramınız gec də olsa mübarək olsun.

      Sil
  6. Gelecek sene de buluşalım, yine bereketli, kalabalık, huzurlu sofralarda bir arada olalım.

    YanıtlaSil
    Yanıtlar
    1. Ürəkdən amin, inşallah deyirəm diləklərinizə... ♡♡♡

      Sil
  7. Yanıtlar
    1. Sizə də. İnşallah ziyarət edəcəm mütləq.

      Sil
  8. Geçmiş bayramınız mübarek olsun...

    YanıtlaSil
  9. Merhaba blogunuzu yeni keşfettim ve artık takipteyim :)
    Bana da uğrarsanız çok sevinirim...

    YanıtlaSil
  10. Aleykum salam. Çox məmnun oldum. Mütləq ziyarət edəcəm ən qısa zamanda. Sevgilər.

    YanıtlaSil