11 Ağustos 2017 Cuma

Çılğın sarışın

        
   Ənənəvi fəsil gözəlləmələrində növbə yayındır.

   Digər mövsümlər yurdumuzun müvəqqəti qonağı ünvanında olsa  da yay buraların sakinidir. Yay daha bizdəndir, daha yaxındır sanki. 

   Çünki yay oldumu evdə-eşikdə kimsə qalmır, qış boyu öz dünyasına çəkilmiş qonum-qonşu, qohum-əqraba hamısı gün üzünə çıxır. Qadınların şirin-şirin söhbəti, kişilərin ağac kölgəsində nərdi, dominosu, uşaqların axşamacan bitməyən gizlənqaçı, ip atlaması, futbolu başlayır...Yay hər kəsi mehribanlaşdırır bir baxıma...

   Payız qızılıdır, qış bəyaz, yaz yaşıldır, yay isə rəngarəngdir, al-əlvandır. Yəni hər rəngdən var yayda...

   Dənizin mavisində, qumsalın qızılısındadır yay, bal kimi qarpızın qırmızısında, ürəkləri sərinlədən dondurmanın bəyazındadır, əncirin, günəbaxanın, qarğıdalının sarısında, bol məhsullu  bostanların yaşılındadır yay...
        
   Yay hər yerdədir,  yay hər şeydədir...
Çünki yay günəşin fəslidir... Onun şüaları ilə nüfuz etmədiyi künc-bucaq qalmır. Aydınlatmadığı, isitmədiyi qəlb qalmır. Bütün buzları əridir yay...

   Yay bütün ilin yorğunluğunu çıxardan çılğın, əyləncəli, gözünün maviliyini dənizdən, saçının sarılığını günəşdən almış sarışın bir gözəldir sanki... Heç bir sözündən incinməyən, zarafatcıl, bir az asi, bir az da dəli-dolu bir gözəl... Səni ələ aldımı heç gözləmədiyin dəliliklərə sürüklənəcəksən...
        
   Bütün ilin acısını ya mavi dənizin sularında yorulmadan üzərək, ya yaşıl meşənin dərinliklərində qorxusuzca gəzərək,  ya da hündür dağlara-təpələrə cəsurca dırmanaraq atacaqsan bu sarışınla...

   Yay asudəliyin, azadlığın, bir az da laqeydliyin fəslidir... Oxuyanların imtahandan sonrakı ləzzəti, işləyənlərin bir illik yorğunluğunun nəticəsidir. Uşaqların divara, ağaca dırmaşaraq dərdikləri meyvələrin, kənddə-kəsəkdə fırlanaraq etdiklərin kəşflərin, qısacası, sərbəstliyin mövsümüdür yay...

   Yay tənha qalmış bağ evlərini canlandıran, parkları dolub-daşıran, çimərliklərə həyat verən, kənddə həyəcanla tətildə doyunca görə biləcəyi nəvəsinin yolunu gözləyən nənə-babaları sevindirən mehriban fəsildir...

   Yayda heç kim tənha deyil, yalnız deyil... Başda dediyimiz kimi yay gəldimi bütün qəlbləri canlandırıb bir-birilə qaynaşdırır. Yeni dostlar, yeni həyəcanlar qazandırır.

   Mənim kimi yayı sevməyənlərdənsinizsə bir az da bu yönləri ilə baxın bu mövsümə... Əslində hər şeyi öz içimizdə həll etdiyimizi görəcəksiniz. Yəni gözəl baxan, gözəl görür doğurdan da. Əslində  hər bir şeyə gözəl gözlə baxsaq həyatımız bambaşqa olar bəlkə də... Ancaq gözəllikləri görə biləcəyiniz bir ömür düşünsənizə.

   Gözəlliklər sizin olsun, həmişə gözəl görün inşallah! Bol-bol sevgilər...

Digər fəsillərlə bağlı yazıları oxumaq istəsəniz sadəcə adına toxunmanız kifayətdir :

Sarı gəlin

Bəyaz mələk

Xınalı sona



26 yorum:

  1. Dilerim tüm insanların ve canlıların hayatı güzel olur. Sizin tam tersine Yaz aylarını ben çok severim, ne odun, ne kömür derdi olmaz kimselerde, yatacak yer derdi de olmaz hani, ay altında yıldızlara baka baka yatar insan.
    Güzel bir hayat dilerim şahsınıza. :)

    YanıtlaSil
  2. Ah Umman, benim gibi yazı çok sevmeyen birisine bile sevdirdin yazı bir anda :D

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Yazarkən məndə də eyni hisslər oyandı. Belə yazıları sevirəm ona görə də. Daha gözəl baxmağımıza səbəb olduğu üçün.Sevgilər.

      Sil
  3. Güzel fotoğraflar eşliğinde, güzel bir yazı. Emeğine sağlık Umman'cığım. Sevgiler. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyəndiyiniz üçün sevindim. Təşəkkürlər ♡

      Sil
  4. Ne güzel bir paylaşım bu böyle teşekkürler...

    YanıtlaSil
    Yanıtlar
    1. Ziyarətiniz və yorumunuz üçün mən təşəkkür edirəm. ♡

      Sil
  5. Yaz mevsimini ne güzel anlatmışsınız. Her ne kadar benim favori mevsim ilkbahar olsa da her mevsimin ayrı güzelliği var.Kaleminize sağlık...

    YanıtlaSil
    Yanıtlar
    1. İlk bahar sevilməzmi? Mənim də ənnn çox sevdiyim mövsümdür bahar. Amma söylədiyiniz kimi Rəbbim hər fəslə başqa gözəllik bəxş edib. Önəmli olan görə bilmək. Təşəkkürlər.

      Sil
  6. Ağustos doğumlu biri olarak tam yaz çocuğuyum diyebilirim.Bu mevsim güneş enerjime enerji katıyor benim..

    YanıtlaSil
    Yanıtlar
    1. :) Desənizə tam sizlik mövsüm və aydasınız indi. Enerjiniz heç azalmasın. Həyat dolu olun inşallah. Sevgilər.

      Sil
    2. Aminnnn...Hepimize bol enerjili,hayat dolu olsun tüm mevsimler :)

      Sil
  7. Ne kadar güzel anlatmissin Ummancim :) bende cilgin sarisin diyince dedim noluyo :) hic aklima yaz gelmzdi. Eline saglik canm benim 💕

    YanıtlaSil
    Yanıtlar
    1. :) Hər fəsilə aid əvvəl yazını yazıb sonra onun mənim könlümdəki təsvirinə baxıram. Ordan alıb yazıram adını. Təşəkkür edirəm.

      Sil
  8. Və mənim ən sevdiyim fəsildi.Sonsuza qədər yay olsa bezmərəm mən.
    Çox gözəl idi,təşəkkürlər :)

    YanıtlaSil
    Yanıtlar
    1. Nə gözəl. Yayı sevirsənsə inanıram ki, ürəyincə olub yazı. Mən təşəkkür edirəm birdənəm.

      Sil
  9. Çox gözəl fəsil təsviri olub. Qələminə sağlıq.

    YanıtlaSil
  10. Gerçekten Umman'cığım. Boşuna yaratmamış Allah mevsimleri. Bizleri yaza hazırladığı ilkbahar, kışa hazırlarken sonbahar. Hepsinin bizim için nimet olduğunu kabul ediyoruz ve şükrediyoruz. Pozitif duygular uyandıran yazın çok güzeldi kızım. Sevgilerimle :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox gözəl yerə təmas etdiniz. Yaydan spnra dərhal qış gəlsəydi nə olardı halımız. Hamı xəstə olardı yəqin ki. Bir də məsələnin bu tərəfi var. Hər yorumunuz da məndə gözəl duyğular oyadır ablam. Minnətdaram.

      Sil
  11. ya sen ne güzel anlatıyon yaaa. diğer bikaç mevsim yazını hatırladım. ben sonbaharcıyım. yazın nemini sevmiyoom :)

    YanıtlaSil
    Yanıtlar
    1. Yazını bəyənmənə çox sevindim Deep. İlk baharı daha çox sevsəm də nədənsə mənə elə gəlir ki, sonnbahar daha zəngin, daha anlamlı bir fəsildi. Sarı gəlin adlı yazımda da qeyd etmişəm bunu. Bol sevgilər.

      Sil
  12. Siz ne kadar sıcak ve pozitif bir insansınız.Yazılarınızı ve yorumlarınızı okurken direkt enerjinizi hissediyorum.Sevgilerimle :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ayyy... Bunu sizin kimi insanlardan anlayan, iç aləmlərə bələd birindən duymaq çox-çox sevindirdi məni. İnşallah ki, söylədiyiniz kimiyəm. Təşəkkürlər.

      Sil
  13. Bir möhtəşəm yazı daha. Necə edirsən ki bu qədər möhtəşəm olur yazıların. Hər yazın bir birindən gözəldir , aşiq olur insan toxunduqlarına , vurulur seçdiklərinə amma ən çox da cümlələrin düzülüşünə heyranam. Bəlkə mən də nə vaxtsa sənin qədər ola bilməsəmdə özümə görə normal bir yazı yaza bilərəm. Amma ona qədər sənin yazılarında öyrənə biləcəyim çox şey var. Heyranlıq dolu yazılarını oxumağa davam edirəm. 😍❤💓

    YanıtlaSil
    Yanıtlar
    1. Hal-hazırda qızarmış üzümü görməliydin. Çox utandım. Yazılarımı sevməyinə isə çox sevindim. Tam səmimi deyirəm, o qədər yaxşı yazdığımı düşünmürəm əslində. Amma belə müsbət rəylər gəlincə daha yaxşı yazmaq üçün can atır insan. Mələyim sən hələ 19 yaşındasan və bu yaşa görə çox da gözəl yazırsan. Mənim yaşıma gələndə yazılarının çox daha mükəmməl olacağına əminəm. Yetər ki, yazmaqdan əsla vaz keçmə. Gözəl yorumun üçün bol-bol öpücüklər :))

      Sil