Salam olsun bu yazını oxuyan bütün canlara. Yay tətiliniz yaxşı keçirmi? İstilərlə aranız necədir? :)
Bizi soruşsanız şükür yaxşıyıq. Uzun müddətdi yoxam buralarda. Nə yazı yaza bilirəm, nə də başqa bloqları oxuya. Səbəb və ya səbəblərini tam olaraq bilmirəm amma bir neçə şeyə bağlayıram yaza bilməməyimi.
Tam Ramazan bayramı günü ailəmizdə gözlənilməz çox üzücü bir hadisə yaşandı. Çox xırdalığına gedib təkrar o anları xatırlamaq istəmirəm. Çox şükür sonradan dualarımız və Rəbbimin rəhməti ilə hər şey yoluna düşdü.
Amma bu hadisə ailəcək hamımıza dərs mahiyyətində idi sanki. Bir az dünyadan sıyırdı bizi. Öz-özümüzlə mühasibata sövq etdi. Bir anda dünyada sıxıntı olaraq gördüyümüz şeylər bəsitləşdi gözümüzdə. Gözümüzün önündə, ovcumuzun içindəki xoşbəxtliyi çox uzaqlarda və füzuli şeylərdə axtardığımızı fərq etdirdi. Sən demə, nemət içində üzürmüşük, sıxıntımız, dərdlərimiz bizə lütf edilənlərin yanında bir heçmiş. Və sən demə doğurdan da hər şeyin başı sağlamlıqmış.
Bunları yaşarkən içimdə yazı yazmaq da bir anda bəsitləşdi gözümdə. Niyə yazıram? Nəyə yazıram? Heç nə yazmaq gəlmədi içimdən. Arada hazır olan bir yazımı yayınladım sadəcə...
Nə isə ki, yavaş-yavaş üzərimizdən atmağa başlamışıq bu ruh halını.
Bir də bu il bunu fərq etdim yay mənim fəslim deyilmiş. Nəsə qəribə bir ab - havası var bu mövsümün - insanı tənbəlləşdirən, laqeydləşdirən. Heç bir şey etmək istəmirsən. Yoldaşa bu il tətil verilməsə də ( :(((( ), yenə səhər durub yola salmaq rutinimiz davam etsə də, uşaqların tətildə və bizdən uzaq nənə-babalarının yanında kənddə olmaları, səsin-küyün azalması alışdığımız hərəkətli həyat tərzindən uzaq salıb bizi. Və qəbul edirəm deyəsən bir az tənbəlləşmişik :)
Vəlhasil tənbəlliyim bloqqer həyatıma da sirayət edib.
Amma sadəcə yazmağa tənbəlləşmişəm. Xahiş edirəm yalnış anlamayın. Yoxsa qış üçün bişirdiyim mürəbbələr, hazırladığım tutmalar əməllicə qoçaq qız olduğumu isbat edir :)))
Özümə bir söz verərək yeni sezonu bu yazımla açıq elan edirəm :) Bundan sonra bloquma düzənli bir şəkildə yazı əlavə etməyə çalışacam. Bu yolda məni tək qoymayacağınıza ümid edirəm. Lütfən, hər zamankı dəstəyinizi əsirgəməyin məndən.
Özümə bir söz verərək yeni sezonu bu yazımla açıq elan edirəm :) Bundan sonra bloquma düzənli bir şəkildə yazı əlavə etməyə çalışacam. Bu yolda məni tək qoymayacağınıza ümid edirəm. Lütfən, hər zamankı dəstəyinizi əsirgəməyin məndən.
Bu ərəflərdə yazılarım yay konseptinə uyğun olacaq. Sizi maraqlı tətil yazıları, ənənəvi bədii fəsil təsviri, bir günlük qaça bildiyimiz səyahət yazıları, içinizi sərinlədəcək şirniyyat və qışa hazırlayacağınız tutma reseptləri, əsər təhlili və daha nələr nələr gözləyir.
Bu da yeni sezonun tanıtımı oldu lap :))
Qısacası harda dincəlirsiniz dincəlin, əsas odur, bizimlə qalın :)) Hamınızı çox sevirəm!!!
Sizi bomba gibi geri dönmüş buldum ne güzel. Yaşadığımız olaylar bazen bizi kendimize getirir,ders çıkarmamızı sağlar. Evet yazın ben de biraz tembelleşiyorum sanki. Sıcağı pek sevmediğim için yaz biraz bunaltıyor beni. Ama o da geçici. O yüzden şikayet etmiyorum pek. Yeni yazılarınızla daha sık görüşeceğiz anlaşılan.:)
YanıtlaSilAhh inşallah ki, elədir:) Yayı mən də çox sevmirəm. Amma axtarsan bir çox gözəl tərəflərini də görmüş olursan. Şikayət etməmək lazımdır dediyiniz kimi. İnşallah tez-tez görüşmək ümidilə...Sevgilər...
SilMən də Bakıdan çıxa bilməmişəm. İsti yay günlərində doğma şəhərimi tərk edə bilmirəm sanki. Allah özü kömək olsun can hər nə çətinliyi idisə Allah çoxlu çoxlu səbr versin İnşallah.
YanıtlaSilƏlhəmdülillah yayın çox isti keçməsi , iş güc derkən vaxt uçur. 1 aydan da az qalıb möhtəşəmliyin sonuna. Mənim fəslim payızdı əslində. Səbirsizliklə payızı gözləyirəm. Hardan hara gəldim. Uzun sözü qısası bloquna təkrar xoş gəldin və səbirsizliklə yazılarını gözləyir olacam. Çoxlu çoxlu öpürəm ürəyim❤������
Xoş gördük, birdənəm. Mən də madəm doğru-düzgün dincələ bilmirik, yay bitsin artıq, rejimli düzənli həyatımıza geri dönək istəyirəm :) Həftədə ən az iki gün yazı yayımlamaq var planımda. Görək müyəssər olacammı?! Yanımda olduğun üçün təşəkkürlər ♡♡♡♡♡
SilÇok geçmiş olsun. Yeniden burada olmanız sevindirici. Sevgiler.
YanıtlaSilMinnətdaram. Dönərkən sizi buralarda görə bilmək daha da sevindiricidir inanın. Var olun ♡
SilBende aynı şekilde bir yoğunluk içinde olduğum için yazamamıştım hiç ama bende geri döndüm inşaalah düzenli yazacağım senin yazılarınıda merakla bekliyorum :)
YanıtlaSilUzun bir aradan sonra geri dönərkən unudulmadığını görmək çox gözəl bir duyğudur. Bunun üçün yazmağa dəyər. Mən də sizlərin yazılarını heç qaçırmadan izləməyə çalışacam. Qucaq dolusu sevgilər...♡♡♡♡♡
SilE hadi bakalım hayırlısı olsun o zaman..Yaşadığınız sıkıntılı olayları atlatmanıza sevindim.Allahım tekrarını yaşatmaz inşallah (her ne ise o sıkıntılar..).Bu yaz tatilinde ben de evde 2 çocukla bloguma istediğim zamanı ayıramıyorum.Yazılarımı günlük paylaşırken şimdi haftada 2 yazıya ancak fırsat bulabiliyorum.Tabi bununla bitmiyor değil mi?Okumak,yorumlamak,sosyal medya hesaplarını takip etmekte zorlaşıyor haliyle.Ben de daha aktif olmak için okulların açılmasını bekliyorum.Oh beeeee içimi döktüm ben de.İyi oldu.Bak hepimizde var az buçuk dökülecek şeyler.Selamlar sevgiler.Yeni yazılarında da görüşmek üzere):
YanıtlaSilDemək ki, tək mən deyiləm çətinlik çəkən. Amma inanın həftədə iki yazı belə mənim üçün böyük nəaliyyətdir :) Görüşəcəyik əlbəttə. Bizdən də sevgilər.
SilUmman, öncelikle sizi sıkıntıya düşüren, üzen hadise için geçmiş olsun diyorum kızım. Allah başka keder vermesin. Sonra, gerçekten Umman nerede, ne yapıyor acaba diye düşündüm hep. Bu gece yayınını gördüm, sevindim.
YanıtlaSilHoş geldin canım. Yazı ve yorumlarda görüşmek dileğiyle gözlerinden öperim yavrum. En içten sevgilerimle :)
Çoox təşəkkür edirəm Ece ablam. Yorumunuz sevindirdi məni. Mütləq görüşəcəyik. Bizdən də qucaq dolusu sevgilər ♡♡♡♡
SilHoş geldiniz :)
YanıtlaSil:) Xoş gördük ♡♡♡
SilBir süredir yoktunuz.Gelmiş olmanıza sevindim :)
YanıtlaSilTəşəkkür edirəm. Aranızda olmaqdan mən də böyük sevinc duyuram.♡
YanıtlaSilayyy ya geçmiş olsun sıkıntıların için. yazarsın tabiii her zamanki gibi güzel şeyler. bi de sıcaklar bitseydi :)
YanıtlaSilTəşəkkür edirəm Deep. Yaza bilərəm inşallah ki. Az qaldı istilərin bitməsinə. Sərin payız qapıdadır artıq.♡
YanıtlaSil