22 Ağustos 2017 Salı

Şaftalı ilə yay tortu


        
   
   Salam olsun bu yazını oxuyan bütün canlara. Günlər necə keçir? İstilərlə aranız yaxşıdırmı? Mən şəxsən artıq bir an öncə havalar sərinləsin, yağışlar başlasın deyə gün sayıram.

   Belə isti havalarda insanın ürəyi ancaq sərin və yüngül qidalar istəyir. Ağır və yağlı qidalardan isə hamı uzaq qaçır. Mən də yaya uyğun bir tort resepti paylaşmaq istəyirəm sizinlə.

   Tortun əsas maraqlı cəhəti kremindədir. Belə ki, krem üçün yağdan istifadə etmirik. Arasına və bəzəmək üçün üzərinə düzdüyümüz şaftalı isə tam yay tortu ünvanını qazandırır bu şirniyyata. Buyurun reseptlə tanış olaq:

Biskvit üçün:
3 yumurta
2 stəkan şəkər
1 stəkan qatıq
1 stəkan duru yağ
3 stəkan un
1 qabartma tozu
1 vanel


Krem üçün
3 ədəd yumurta
1 stəkan şəkər

Arası və üzəri üçün 
2 ədəd şaftalı


Hazırlanma qaydası

• Əvvəl biskvit üçün yumurtalar şəkərlə ağaranacan çalınır;
• Üzərinə növbə ilə qatıq və duru yağ əlavə olunur;
• Ən son un, qabartma tozu, vanel ələnib qarışdırılır;
• Formata tökülüb əvvəlcədən isidilmiş 180°-li sobada bişirilir.
• Krem üçün yumurta və şəkər bir qaba tökülür, qazda şəkər dənəcikləri itənə qədər qarışdırılaraq isidilir;
• İsinmiş və şəkər həll olunmuş qarışıq mikserlə ağarıb beze halına gələnə qədər çalınır.
• Şaftalılar qabığı soyulub nazik dilimlər şəklində doğranır.
• Bişmiş biskvit soyuduqdan sonra ortada eninə bölünüb iki yerə ayrılır.
• Arasına kremin yarısı sürülür. Bir şaftalının doğranmış dilimləri də düzülüb üzərinə biskvitin digər hissəsi də qoyulur.
• Qalan krem tortun üzərinə və ətrafına sürülür. Şaftalı dilimləri ilə zövqə uyğun bəzədilir.
• Vəə tortumuz hazırdı. Nuş olsun !!!

20 yorum:

  1. Eline sağlık canım Bloguna üye oldum.
    Bende bloguma beklerim

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldinizzz... Təşəkkür edirəm. Yalnış xatırlamıramsa mən bloqunuzu ziyarət edib izləməyə almışam zatən. Sevgilər.

      Sil
  2. Muhteşem olmuş eline sağlık. :)

    YanıtlaSil
  3. Çok şirin, güzel görünüyor.Elinize sağlık:)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ olun bəyənmənizə çox sevindim.♡

      Sil
  4. ellerine sağlık şeftali pek sevmem ama güzel görünüyor :)

    YanıtlaSil
    Yanıtlar
    1. Aaa şaftalı sevilməzmi?! Minnətdaram ♡

      Sil
  5. Uzuuuuun zaman sonra blogunuzdayam:)) resept maraqli ve asan geldi^_^. Anam qoysa ele bugun hazirlamaq istedim*_*

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Xoş gəldin birdənəm. Səni burda görmək xoş oldu mənim üçün. Arada hazırla nəticəni mənə de ♡♡♡

      Sil
  6. Nefis gözüküyor, ellerine sağlık :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm Handan xanım. Bəyənmənizə çox sevindim ♡♡

      Sil
  7. hi dear,
    i'm a new follower of your nice blog, can you follow mine?
    https://amoriemeraviglie.blogspot.it/
    :)

    YanıtlaSil
    Yanıtlar
    1. Hi, thank you for nice comment. I'll come to you blog too. ♡

      Sil
  8. offf tablo gibi. not aldıım :)

    YanıtlaSil
  9. Yaa nefis duruyor denerim ben bunu ellerine saglik:))

    YanıtlaSil
  10. İndidən afiyət olsun o zaman. Təşəkkürlər ♡♡♡

    YanıtlaSil
  11. Yanıtlar
    1. Təşəkkür edirəm. Bəyənmənizə sevindim ♡♡

      Sil