26 Şubat 2018 Pazartesi

Elxan Elatlı - Pəncərədə görünən kölgə




   Nəhayət, uzun bir aradan sonra yenidən öz yazıçılarımızdan birinin əsərini oxumaq nəsib oldu mənə. 

   "Pəncərədə görünən kölgə" Elxan Elatlının oxuduğum ikinci əsəridir. Doğrusu ilk oxuduğum əsər -  "Qan ləkəsi" daha əhatəli və dərin olsa da, nədənsə, çox da bəyənməmişdim. Geniş mövzusunun əksinə dili bəsit gəlmişdi. Həm əsərdəki qəhrəmanların həyat tərzi milli mentalitetdən xeyli uzaq görünmüşdü.

   Yazıçının "Pəncərədə görünən kölgə" əsəri də digərləri kimi detektiv bir romandır.

   Azərbaycanın uzaq kəndlərindən birində Səfayə adlı bir qadın evi tərk edir və sonra yoxa çıxır. Eyni zamanda onlarla qonşu olan bənna Mahmud qadının itdiyi günün gecəsində öldürülür. Ortada iki müəmma və bir neçə şübhəli var. Polislər bu cinayətin üstünü açmaqda xeyli çətinlik çəkirlər. Bu zaman istefada olan və kəndə qonaq gəlmiş polis polkovniki Qanbay Qasımlı diqqət və yüksək həssaslığı, dərin zəkası sayəsində cinayətin üstünü açır.

   Sonunu əvvəldən heç cür təxmin edə bilmədiyim filmləri, kitabları çox sevirəm. Bu əsəri sevməyimin əsas səbəbi də başından etibarən hər cümləsini diqqətlə oxuyub ipucunu öncədən tapmaq istədiyim halda məni təəccübləndirən bir finalla nəticələnməsi oldu.

   Əsərin əsas mövzusu bir cinayət olsa da, ailə münasibətləri, şiddət görən qadınlar, cəmiyyətdəki qanun pozuntuları və başqa məsələlərə də toxunulub.

   Bir sözlə, əsəri bəyəndim və imkan olduqca Elxan Elatlının digər əsərlərini də oxumağa qərar verdim.

18 yorum:

  1. Ben de beni ters köşeye yatıran kitapları seviyorum. Filmlerde ise genelde tahmin edebiliyorum, çok manasız bir anda bir anda anlayabiliyorum orada, sanırım çok film izlemekten :)

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Film izlerken mende de olur eynisi. En pisi de hemin an filme olan marağım azalır😔 Mence çox film izlemekden daha çox diqqetle izlemekle elaqedardır bu. Ayrıntılarda esas süjeti yaxalaya bilmek... Teşekkür ederim güzel yorumunuz için.Sevgiler.

      Sil
  2. Yanıtlar
    1. Beli, meni menden almasa da beyendim 😊 Teşekkürler.

      Sil
  3. Elinize sağlık , çok güzel anlatmışsınız . :) Sevgiler . :)

    YanıtlaSil
  4. Bunu mən də oxumalıyam,kənara bir yerə yazım yadımdan çıxmasın,ürəyim gedir dedektiv romanları üçün.
    Təşəkkürlər Ümman ~

    YanıtlaSil
    Yanıtlar
    1. İnşallah sen de beyenersen birdenem. Sevgiler 💕

      Sil
  5. Çox gözəl bir kitab təqdimatı təşəkkürlər :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Bir türkden azerbaycan dilinde şerh oxumaq çox daha gözeldir inanın❤

      Sil
  6. Elxanın demək olar bütün əsərlərini oxumuşam. Detektiv əsərlərin kitaba olan sevgimin yaranmasında çox mühim yeri var çünki oxumağa başladığım ilk əsər elə bu əsər idi. Amma sonradan eşitdimki detektiv əsərlər söz ehtiyyatı üçün rol oynamır. Məndə detektiv janrı oxumağı dayandırdım. Uzun sözün qısası qəlbimdə ayrı bir məkana sahib olan bir kitabdır...

    YanıtlaSil
    Yanıtlar
    1. Detektiv eserlerde söz ehtiyatının ve bediiliyin az olduğu fikrine sonuna qeder qatılıram. Belke de ele ondandır mövzusunu, süjet xettini beyenirem, amma meni tam qane ede bilmir. Lazımı qeder hiss-heyecanı yaşaya bilmirem bu cür eserlerde. Teşekkürler birdenem.

      Sil
  7. Emeğine sağlık, kitap tanıtımı için teşekkür ederim. Güzel bir kitaba benziyor.Sevgiler 😊

    YanıtlaSil
    Yanıtlar
    1. Men teşekkür edirem, ziyaretiniz ve gözel yorumunuz üçün.❤

      Sil
  8. Güzel bir kitap. Emeğinize sağlık:)

    YanıtlaSil
    Yanıtlar
    1. Minnetdaram. Pis deyil,maraqla oxuna bilinecek kitablardandır.💖

      Sil
  9. Özlemişim yazılarını okumayı seviyorum seni

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Esl biz özlemişik sizi buralarda görmeyi. Çoox teşekkür edirem. Bilmukabil 😙

      Sil