5 Şubat 2018 Pazartesi

7. Gecikmiş mim - 2018 hədəflərim



   Həftənin ilk günüdə hər kəsə salam olsun. Nəhayət ki, çooxdan yazmaq istədiyim bir yazını yazıb yayınlaya bilmə imkanı keçdi əlimə. Doğrusu 2018-ci ildəki hədəflərim deyə belə bir yazı yazmağı öncədən düşünüb qərar vermişdim. Sonradan tam da buna uyğun bir mimi Yalnız ama özgür adlı gözəl bir bloqun sahibəsinin başlatdığını gördükdən və bir çox bloqqer dostların qələmindən oxuduqdan sonra mən də elə  mim yazısı olaraq yazmağı daha məqsədəuyğun saydım. Gəl gör ki, yazıb ərsəyə gətirmə imkanım heç cür olmadı.


   Əslində "2018-dən istəklərim" olan bu mimin adını bir az dəyişdirdim mən. Normalda bu mimin qaydası, edən dostların da çox yaxşı bildiyi kimi, dekabr ayının ortalarında yazıb gələn il eyni vaxtda yazdığın hədəflərin nə qədərini əldə etdiyini qeyd etməklə tamamlamaq idi. Buna görə mən zaman ötdükcə və hər dəfə hazırdakı yazıları yayımlamaq məcburiyyətində qaldıqca bu mimi etmək qərarımdan da yavaş-yavaş vaz keçməyə başlamışdım.

   Sonra düşündüm ki, əslində bu mim bəzi hədəflərimə çatmaq üçün gözəl motivasiya, stimul ola bilər. Gələn il nəticəni yazmaq məcburiyyəti məni də tənbəllikdən sıyırar bəlkə:)

   Başdan deyim mənim hədəflərim elə qeyri-adi, fərqli istəklər deyil. Məncə bir çox bloqqerin yazdıqları kimi həyatın içindən, hər kəsin qəlbindən keçən diləklərdir :)

   Beləliklə çoox uzun bir girişdən sonra keçək mənim gecikmiş 2018-ci il hədəflərimə:

1. Mənəviyyat işlərini qaydaya salmaq:

   Bu mənim ən birinci və ən böyük hədəfimdir. Çünki həyat mənə bunu öyrətdi 33 illik ömrümdə - mənəvi cəhətdən güclüsənsə, heç bir çətinlik səni yıxa bilməz. Rəbbimə yaxınlaşdıqca və dünyəvi istəklərdən uzaqlaşdıqca gücün, qüvvətin artır, heç nədən qorxmayan, təvəkkül hissi ilə dolu bir insan olursan. Bu hədəfimi əlbəttə ki, sırf güclü olmaq üçün qoymamışam. Sadəcə artıq həqiqi qul olub, bəsit istək və arzulardan sıyrılmaq istəyirəm.

2. Köhnə dostlarla əlaqələri möhkəmlədib, yeni dostlar qazanmaq.

   Bir zamanlar ətrafım bir çox gözəl insanlarla,  vəfalı dostlarla dolu idi. Sonradan yaxınlarımızdan uzağa köçməyimiz, balacamın dünyaya gəlişi, hər gün artan qayğı və məsuliyyətlər və bir sıra əlimizdə olmayan səbəblər bir çox dostlardan uzaq saldı məni. Bu il rəfiqə, dost əksikliyini çox yaşadım, onlarla həyatın daha maraqlı və yaşanılır olduğunu anladım.Buna görə də öz-özümə söz verdim, əlimdən gəldiyi qədər münasibətim qalmamış və ya soyumuş rəfiqələrimlə əlaqələrimi bərpa edəcəm. Eyni zamanda yeni-yeni insanlar tanıyıb, dostluqlar qurmaq üçün bol-bol gəzəcəm:) Heç bir şeydən özümü kənara çəkməyəcəm.

3. Artıq iş həyatına atılmaq

   Balacam böyüdü çox şükür. Bu il onu bağçaya verib (düşüncəsi belə ürəyimi sızladır, amma neyləməli:( ) bir yerdən iş həyatına başlamaq istəyirəm artıq. Evdə olmaq, sadəcə ailənin qayğısına qalmaq çox ülvi və gözəl bir məşğuliyyət olsa da, bu bir neçə il və hiss etdiklərim belə bir həyatın mənlik olmadığı qənaətinə gətirdi məni. Özümü daha işəyarar görmək və boş quruntular yerinə başı işə-gücə qarışmış enerji dolu  bir insan olmağım üçün işləməyim şərtdir :)

4. İdeal kiloma enmək


 Bu yəqin ki, 2018-ci ildə ən çox rəğbət görən hədəfdir :) Elə də çox kilo problemi çəkən bir insan deyiləm əslində. Amma ətrafdakıların "sənin haran kökdür, arıqlama" israrlarına rəğmən illərdir sadəcə 5 kilo olan artıq yükümdən qurtulmaq istəyirəm. Baxaq nail olacammı?

5. İngilis və rus dilimi inkişaf etdirmək

   Bu da mənim alayarımçıq işlərimdən biridir. Hər iki dildə bazam var. Sadəcə bir az zəhmət çəkib həm söz ehtiyatımı həm də qrammatik bilgilərimi artırmalıyam. Bir dilçi olaraq buna məcburam bir baxımdan.

6. Kitab yazmaq

   Belə bir düşüncəm olmayıb əslində heç bir zaman. Bunu da yaxınlarım istəyirlər uzun zamandır məndən. Amma hər dəfəsində uzaqlaşdırmışam bu fikri özümdən. Kitab yazmaq çox məsuliyyətli və çətin bir işdir məncə. Sonra düşündüm də ağlımda tutduğum hər kəsin yararlana biləcəyi mövzuda araşdırmalar edib (bu cəhətdən özümə güvənirəm) bir kitab yazmaq niyə də olmasın?! Bir ilə kitabı ərsəyə gətirəcəyimə çox ehtimal vermirəm, amma, ən azından bunun üçün bəzi addımlar atmağı düşünürəm.

7. Maşın sürməyi tam öyrənmək və sürücülük vəsiqəsi almaq

   Maşın sürməyi də bir az öyrənib yarım qoymuşdum, çünki, hörmətli həyat yoldaşımla maşın sürməyi öyrənməyin qeyri-mümkünlüyünü anlamışdım:) Artıq özünə maşın alan və mənə canla-başla öyrədəcək bir bacişkom olduğundan bu hədəfimə çatacağıma da çox böyük ümidlərim var :) 

   Göründüyü kimi həmişə hər şeydə belə yüksəklərdə uçan biriyəm :) Hədəflərimin hamısını yazsam oxumaqdan bezərsiniz deyə, guya qısa kəsirəm hələ :)

   2018-də bu diləklərim gerçək olacaqmı? Mən istədiklərimə nail olacammı? Sadəcə Allah bilir. Məncə bu yazımla onlara doğru bir addım atdım ən azından. Sonrası Allaha təvəkkül.

   Gələn il bu vaxt hamısı olmasa da heç olmasa hədəflərimin böyük bir qisminə çatdığımı yazmaq ümidilə  ayrılıram sizdən, canlar.  Başqa bir yazıda görüşmək diləyilə... Hamınıza qucaq dolu sevgilər♡♡♡♡..

21 yorum:

  1. Listeyi yaparak en önemli adımı atmışsın. Dilerim hepsini bir bir gerçekleştirebilirsin.

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli, mən də elə düşünürəm. Bu yazını sırf mənə stimul versin deyə yazdım, əslində. Görək bu ildə hansıları qismətimizə yazılıb. Təşəkkür edirəm.

      Sil
  2. Hayırlı ve faydalı olanları gerçek olsun inşallah hedef koymak her zaman hareketi geçirir insanı karar vermek de adım atmaktır size kolaylıklar diliyorum.

    YanıtlaSil
    Yanıtlar
    1. Aminnn... Çox doğru söyləyirsiniz. Tərəddütlərimi bir yana qoyub siyahıya aldım mən də hədəflərimi. Gözümün önündə olsun deyə. İlk addımımı atdım, davamının gəlməsi ən böyük təmənnim.Sevgilər.

      Sil
  3. Umarım tüm hedeflerini yerine getirebileceğin bir yıl olur. Sevgiler.

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox təşəkkür edirəm. Rəbbim gözəl diləkləri olan hər kəsə arzularına çatmağı nəsib etsin bu ildə.♡

      Sil
  4. Umarım tüm dileklerin gerçek olur :)

    YanıtlaSil
    Yanıtlar
    1. İnşallah. Minnətdaram.Eyni arzunu mən də sizə diləyirəm.♡

      Sil
  5. Güzel bir mim yazısı Olmuş.Emeğinize sağlık 😊 Eşlerle araba sürmeyi öğrenmek çok zor gerçekten.Fakat ben faydasını gördüm 😊 Sevgiler

    YanıtlaSil
    Yanıtlar
    1. Ah...ahh həm də nə zor :)) Sağ olsun çox sevdiyim, indi çoox uzaqlarda olan bir ablam bir az öyrətmişdi maşın sürməyi. Çox da gözəl öyrənirdim. Elə ki, yoldaşla davam etmək istədim, maşın sürməyi öyrənməyə olan bütün həvəsim söndü :) Qərarlıyam bu il başa çatdıracam bu işi :) Bizdən də sevgilər.

      Sil
  6. işe başlamak ve kitap yazmak. bunlar olsun işalllaaah :)

    YanıtlaSil
    Yanıtlar
    1. Aminn... Mən hamısını mütləq edəcəm deyə böyük iddialara girmirəm zatən. Hansı birini əldə etsəm özümü qalib sayacam. Ayy... Gələn il çatdığım hədəfləri yazmağa çox həvəsləndim indidən. İnşallah üzüm qara çıxmaz :) ♡♡♡

      Sil
  7. Güzel hedefler :) Kitap yazarsanız biz de alır okuruz tabi ki :) Teşekkürler :)

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Ayy in şə Allah. Təşəkkür edirəm. ♡♡♡

      Sil
  8. Meqsedler yerine yetirilmek üçündür. İnşallah bütün meqsedlerine nail olmuş olarsan 2019 a qeder. Bu arada mimledim sonra seni..

    YanıtlaSil
    Yanıtlar
    1. Bakalım... 1-2-sinə belə nail olmaq bir çox şeyi dəyişdirəcək həyatımda. Xeyirlisi...
      Dərhal gəlib baxıram. Maraqlıdır, görəsən nə haqdadır bu mim?

      Sil
  9. Tüm hedeflerine ulaşman dileğiyle..sevgiler.

    YanıtlaSil
    Yanıtlar
    1. Minnətdaram. Çox sağ olun. Sevgilər bizdən də♡♡

      Sil
  10. Umman'cığım diğer arkadaşlar rahat okuyabiliyor ama harfler yüzünden ben sanırım yaşlılıktan rahat okuyamıyorum ama eline sağlık:) sevgiler:)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox üzülürəm. Sizin oxuyub anlamağınızı da çox istəyərdim. Amma neyləməli, olsun, ziyarət etməniz yetər:) Təşəkkür edirəm. Bizdən də sevgilər.

      Sil
  11. İnşallah tüm hedeflerinize ulaşırsınız :)

    YanıtlaSil