19 Mart 2018 Pazartesi

Seçil Çömlekçi - Hayat zor ama ben de kolay biri sayılmam


Tək kəlimə ilə "bayıldım"... Necə olur bir kitabın heç bir səhifəsi darıxdırıcı olmaz... Oxuduqca oxumaq istəyərsən... Axdıqca axar yazılar, mövzular... Həm də bir-birindən fərqli, rəngarəng, acılı-şirinli, komik-düşündürücü yazılar...  

Seçil Çömlekçi həyatın içindən hekayələri, hər gün hər birimizin şahid olduğumuz hadisələri heç bəzəyib-düzəmədən, sadə və yavan bir dillə, bir az da yumoristlik qataraq elə gözəl şəkildə anlatır ki, bizə... Pozitivliyə ayarlanırsan... "Çox da zor deyil ya həyat" deyib, sənin çətinlik deyib, dözülməz sandığın problemləri xəfifə alıb, "boş verrr... həyat gözəl" düşünürsən... 


Bir də türk toplumu ilə bizim aramızdakı eyniliyə; həyata baxışımızdakı, ailə, qohum-əqraba münasibətlərindəki bənzərliyə təkrar heyrətlənirsən... Eyni kökdən gəldiyimizi təkrar-təkrar dərk edirsən...

Əsərdə vahid süjet xətti yoxdur. Yeliz adlı gənc bir qızın dilindən dinləyirsən hadisələri. Əslində fərqli başlıqlar altında müxtəlif məfhumlarla bağlı Yelizin düşüncələrinə şahid olursan. 

Doğrusu, Seçil xanımın hansı yaşa xitab edərək bu kitabı yazdığını bilmirəm. Bəlkə də elə gənc təbəqəni nəzərdə tutaraq yazmışdır.  Amma mənə də çox yaxşı təsir etdiyini qeyd etməliyəm. Şiddətlə hər kəsə oxumağı tövsiyyə edirəm.

Burdan da dünyalar qədər sevdiyim, gül üzlü İlknuruma kitabını mənimlə paylaşdığı üçün çoox təşəkkür edirəm.♡♡♡

6 yorum:

  1. Hayatın içinden bir kitap olması ne güzelmiş. Sen de güzel anlatmışsın,kalemine sağlık! :)

    YanıtlaSil
    Yanıtlar
    1. Beli tamamile heyatın içinden bir kitabdır. Teşekkürler❤

      Sil
  2. yaa sanki tam aradığım kitapmış gibi geldi öyle güzel yazmışsın kiii, okumalıyım bence :)) teşekkürler

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli eynən sizin kimi cıvıl-cıvıl gəncliyə xitab edən bir kitab. Bəyənəcəyinizə inanıram. Təşəkkür edirəm gözəl yorumunuz üçün❤

      Sil
  3. Yanıtlar
    1. 😊😊 Ayy çox sevindim yorumunuzu görüncə. Ziyarətiniz üçün təşəkkürlər❤❤❤

      Sil